Dövlət müstəqilliyinin
təməli hüquq və ədalətdir
Konstitusiyanın qəbulu insan haqlarının hüquqi bazasını rəsmiləşdirir
Ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının
ən böyük arzusu olmuşdur.
Ədalət dedikdə, bərabərlik,
hörmət və müstəqillik kimi ortaq dəyərlər göz önünə gəlir.
Qeyd etmək
yerinə düşər
ki, hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin
inkişafının məhsuludur.
Bu bir faktdır ki, Azərbaycan xalqı özünün çoxəsrlik
dövlətçilik ənənələrinə
söykənərək, “Azərbaycan
Respublikasının dövlət
müstəqilliyi haqqında”
Konstitusiya Aktında əks olunan prinsiplərinə söykənməklə
vətəndaşın azadlığının
və təhlükəsizliyinin
prinsiplərini əsas
götürərək demokratik
vətəndaş cəmiyyətinin
formalaşmasında mühüm
işlər görür.
Demokratik vətəndaş
cəmiyyətinin formalaşmasında
istinad olunan prinsiplər aşağıdakılardan
ibarətdir:
- Azərbaycan dövlətinin müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü
qorumaq;
- Konstitusiya çərçivəsində
demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar
edilməsinə nail olmaq;
- xalqın iradəsinin
ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq
olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət
göstərmək.
Bu prinsiplər
əlbəttə ki, Azərbaycanrn dövlət
və hüiquq tarixi ümumdövlət tarixinin tərkib hissəsidir.
Dövlət hüququ konstitusiya hüququndan, inzibati hüquqdan, vergi hüququndan və cinayət hüququndan, eləcə də bütün prosessual hüquqdan ibarətdir.
Bu baxımdan
dövlət, hüquq
və xalq bunalar ayrılmaz məqamlardır. Bunun hüquqi təməli isə belə başlamışdır.
Yuxarıda sadalanan prinsiplər
üzərində referendum yolu ilə Konstitusiya
qəbul edilir. Bəli, Konstitusiyanın qəbulu insan haqlarının hüquqi bazasını rəsmiləşdirir.
Qəbul olunmuş hüquqi qanunlarla vətəndaşın hüquqları
və azadlıqları
təmin olunur. Azərbaycan dövləti
bu qanunları qəbul etməklə dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsini
uğurla başa çatdıraraq güclü,
qüdrətli və müzəffər Azərbaycan
dövlətinin təməlini
qoydu.
Vətəndaş cəmiyyətinini
formalaşması bu
sahəyə hüququn gözü
ilə baxmağı şərtləndirir
Bu mənada vətəndaş
cəmiyyətinin formalaşmasında
qeyri-hökumət təşkilatlarının
rolunun vacibliyi bu sahəyə olan diqqəti bir daha gündəmə
gətirmişdir. Bununla
da dövlət idarəetməsində
içtimai iştirakçılığın
və vətəndaş
cəmiyyətinin ölkənin
inkişafında böyük
rol oynadığını
əsas götürərək,
bu sahəyə uyğun qanunvericiliyin mütərəqqi hala gətirilməsi və strukturunun yaradılması
barədə addımlar
atıldı. Və qanunla tənzimləndi. Cənab Prezidentin Fərmanı ilə struktur formalaşdı.
Prezident
İlham Əliyevin “Azərbaycan
Respublikasında qeyri-hökumət
təşkilatlarına dövlət
dəstəyi sahəsində
idarəetmənin təkmilləşdirilməsi”,
“Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Agentliyinin Nizamnaməsi”nin
təsdiq edilməsi haqqında 19 aprel 2021-ci il
tarixli Fərmanı ilə bağlı müvafiq qərarları
QHT-lərin cəmiyyətdə
yeri, rolu, vəzifələri, fəaliyyətinin
tənzimlənməsi kimi
məsələləri dəqiqliklə
müəyyən etməklə,
QHT-lərin inkişafında,
vətəndaş cəmiyyətinin
formalaşmasında yeni mərhələnin
əsasını qoyub...
Söz azadlığı ilə bağlı atılan addım
Növbəti bir hadisə isə söz azadlığı ilə bağlı atılan addım olub. Bu mənada Azərbaycanda medianın inkişafına kömək
ola biləcək qanundakı dəyişikliyi
göstərmək olar.
Media subyektlərinin informasiya
almaq və yaymaq imkanlarına dair qanunvericilkidə dəyişikliyin edilməsi
bu sahənin dünya standartlarına uyğulaşdırılması imkanlarından istifadənin
yollarını açdı.
Həmçinin informasiya
almaq və yaymaq imkanlarının qarşısında olan bütün maneələrin
aradan qaldırılmasına
şərait yaratdı.
Və bu istiqamətdə Ombudsmanın
üzərinə düşən
hüquq və vəzifələri artırdı.
Belə ki, Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
Ombudsman haqqında Kontitutsiya qanununun
1.3-cü maddəsinə uyğun
olaraq informasiya əldə etmək hüququnu daha da təkmilləşdirildi.
Bununla da informasiyanın əldə
olunmasına yaradılan
süni manelərin aradan qaldırılmasına
nail olundu.
“Konstitusiya və Suverenlik İli”
Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış
44 günlük Vətən
müharibəsi nəticəsində
Azərbaycan Silahlı
Qüvvələri Ermənistan
ordusunu darmadağın
etmiş və tarixi Zəfər qazanmışdır. Vətən
müharibəsində əldə
edilən zəfər
“Dəmir Yumruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin möhkəm
əsaslara söykəndiyini
bir daha sübut etdi. Dövlətimizin güclü
ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin
dönməz olduğunu
təsdiqləyir. Dövlətimizin
güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqləyir.
Dövlətimiz müzəffər ordusu ilə öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına
və BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin
yerinə yetirilməsinə
nail olmuşdur.
2023-cü il sentyabrın
19-da Ermənistan qüvvələrinin
qalıqlarının tərksilah
edilərək torpaqlarımızdan
çıxarılması, həmin ərazilərdə
Azərbaycan Respublikası
Konstitusiya quruluşunun
bərpa edilməsi məqsədilə antiterror
tədbirlərinə başlamışdır.
Bu antiterror tədbiri cəmi 23 saat davam etmiş
və sentyabrın
20-də başa çatmış
əməliyyat nəticəsində
rəşadətli Azərbaycan
Ordusu qarşısına
qoyulmuş bütün
vəzifələri yüksək
peşəkarlıqla yerinə
yetirmişdir. Beləliklə,
növbəti parlaq Qələbə nəticəsində
Azərbaycan Respublikasının
suverenliyi tam bərpa edilmişdir.
Qeyd edək
ki, Azərbaycan xalqının tarixi mübarizəsi nəticəsində
bütün ərazilərində
suverenliyini tam bərpa edərək müstəqil dövlət
qurulmuşdur. Azərbaycan
öz müstəqilliyini
bərpa etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və
hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin
“Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin
əsaslarını daha
dərindən dərk
etmək və gələcək nəsillərə
ötürmək üçün
əhəmiyyətli bir
addımdır.
Elə bu
da medianın inkişafı istiqamətində
böyük gözləntilərin
olacağına inamı
artırmaqdadır.
Subut Mehdiyev
Yazı Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
(Ombudsman) 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü
münasibətilə Jurnalist
yazı müsabiqəsinə
təqdim edilir
İki sahil.- 2025.- 6 dekabr, ¹223.- S.6.