Beş ildir ki,
yaşadırıq…
“YAŞAT” Fondunun 5 illik fəaliyyətinə
dair mətbuat konfransı təşkil olunub
Əvvəlcə Fondun 5 illik fəaliyyətinə dair videoçarx nümayiş
etdirilib. Ardınca
“YAŞAT” Fondunun rəhbəri,
Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış
edib.
Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə
şəhidlərimizin ailə
üzvləri və müharibə əlilləri
üçün həyata
keçirilən dəstək
tədbirləri, reallaşdırılan
layihələrə dair
statistik məlumatlar əks olunub.
E.Hüseynov bildirib ki, beş
il ərzində
"YAŞAT" Fondunun büdcəsindən
dörd fəaliyyət
istiqaməti üzrə
93 milyon 622 min manat vəsait xərclənib. Bu günədək 18 min 566
şəxsin 93 min 897
müraciəti təmin
edilib. Ötən beş ildə “YAŞAT” Fondunun büdcəsindən
məişət şəraitinin
yaxşılaşdırılması istiqaməti üzrə 42
milyon 246 min 250 manat vəsait xərclənib. Məişət
şəraitinin yaxşılaşdırılması
istiqaməti üzrə
şəhid ailə üzvlərinin 5 min 563, itkin ailə üzvlərinin 6 və yaralıların 7 min 37 müraciəti olmaqla ümumilikdə 12 min 606 müraciət təmin edilib.
“Təhsil, peşə
hazırlığı və
yaradıcı potensialın
inkişafı istiqamətində
xərclərin ödənilməsi
istiqaməti üzrə
Fond tərəfindən
xərclənən vəsait
5 milyon 952 min 970 manat 32 qəpik təşkil edir. Həmin vəsaitin 1 milyon 381 min 242 manat 77 qəpiyi yaradıcı potensialın
inkişafı üzrə
həyata keçirilən
layihələr üçün
tərəfdaşlar tərəfindən
ödənilib.Təhsil,
peşə hazırlığı
və yaradıcı potensialın inkişafı
xərcləri istiqaməti
üzrə şəhid
ailə üzvlərinin
1 450 və yaralıların
280 müraciəti olmaqla
ümumilikdə 1 730 müraciət
təmin edilib”, - deyə o, bildirib.
Fond rəhbərinin
sözlərinə görə,
rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul
olunmuş şəhid
ailələrinin üzvlərinə
və Azərbaycan Respublikasının ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş
hərbi qulluqçulara
“YAŞAT” Fondu tərəfindən
birdəfəlik pul mükafatı – 2 min manat təsis edilərək ümumilikdə
266 şəxsin (187 şəhid
ailə üzvü və 79 müharibə əlili) hesabına vəsait köçürülüb.
O, müalicə və psixoloji dəstək xərclərinin
ödənilməsi istiqaməti
üzrə Fond tərəfindən xərclənən
vəsaitin 37 milyon 911
min 765 manat 2 qəpik təşkil etdiyini diqqətə çatdırıb: “Müalicə
və psixoloji dəstək xərclərinin
ödənilməsi istiqaməti
üzrə şəhid
ailə üzvlərinin
51 min 325, itkin ailə üzvlərinin 4 və yaralıların 25 min 934 müraciəti olmaqla ümumilikdə 77 min 263 müraciət təmin edilib. Ümumilikdə 193 şəxs
müalicə edilməsi
məqsədilə Türkiyə
Respublikasına göndərilib,
onlardan 184-ü müharibə
əlili, 9-u isə şəhid ailəsi üzvüdür. Hazırda
1 müharibə əlilinin
müalicəsi Türkiyə
Respublikasında davam edir. İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması
istiqaməti üzrə
Fond tərəfindən
xərclənən vəsait
7 milyon 11 min 408 manat 82 qəpik təşkil edir.
İstehlak kreditləri
və digər borc öhdəliklərinin
qarşılanması istiqaməti
üzrə şəhid
ailə üzvlərinin
918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti
olmaqla ümumilikdə
2 min 300 müraciət
təmin edilib”.
E.Hüseynovun sözlərinə görə,
indiyədək “YAŞAT” Fondu
tərəfindən 67 layihə
həyata keçirilib.
Həmin layihələrdə
29 min 136 nəfər iştirak edib. 2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn 120 şəhid
övladı ilə bağlı "YAŞAT" Fondu
tərəfindən “Onlar
bizə əmanət”
layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının
zəruri xərclərinin
qarşılanması məqsədilə
min manat məbləğində maddi
yardım edilib və şəhid övladlarının adına
5 min manat məbləğində depozit
hesabı açılıb.
Hər iki
valideynini itirən 7 şəhid övladının
adına 5 min manat məbləğində
depozit hesabı açılıb. Bunlara Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir.
Sonda media
nümayəndələrinin suallarını cavablandıran
E.Hüseynov hesabatlılığın
“YAŞAT” Fondu üçün
prioritet məsələ
olduğunu da qeyd edib.
Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin
və hərbi əməliyyatlar nəticəsində
əlilliyi müəyyən
olunmuş şəxslərin
sosial müdafiəsi sahəsində dövlət
tərəfindən həyata
keçirilən tədbirlərə
əlavə dəstək
verilməsi istiqamətində
vətəndaş cəmiyyəti
təşəbbüslərinin reallaşdırılması üçün
müvafiq platformanın
yaradılması, bu sahədə şəffaflığın,
hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə
bağlı ətraflı
məlumatı yashat.gov.az rəsmi
internet saytının
Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə
etmək mümkündür.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 9 dekabr, ¹224.- S.8.