Zəngəzur dəhlizində işlər sürətlənir

 

Zəngəzur dəhlizi yaTramp marşrutu”nun tez bir zamanda açılması ondan istifadə edəcək tərəflərin diqqət mərkəzindədir. İşlərin gedişi ilə bərabər, tərəflər arasında vaxtaşırı lazımi müzakirələr danışıqlar aparılır. Azərbaycan Ermənistan rəhbərliyi yeni kommunikasiyanın gələcəyinə nikbin ruhla baxdıqlarını bildirirlər.

Bu ilin sonuna qədər barış anlaşmasının imzalanıb-imzalanmayacağı, yaxud prosesin 2026-cı ilə qədər uzanacağı əsasən Ermənistanın konstitusiyasının dəyişdirilməsindən ya yeni bir konstitusiyanın qəbulundan asılı olacaq. Bu dəyişikliklər baş verdikdən sonra düşünürük ki, Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ciddi bir maneə qalmayacaq."

Bu sözləri Doha Forumunda iştirak edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "CNN Türk" televiziyasına verdiyi açıqlamada söyləyib.

Hikmət Hacıyev qeyd edib ki, hazırda reallıq ondan ibarətdir ki, faktiki olaraq Azərbaycan Ermənistan arasında sülh mövcuddur. Sülh Azərbaycan tərəfindən pozulmazdır. Ancaq bəzən belə olur ki, dövlətlər arasında kağız üzərində sülh müqaviləsi olur, lakin real vəziyyətdə sülh təmin edilmir. Amma bu gün biz sözün əsl mənasında iki ölkə arasında sülhün mövcud olduğunu görürük bu prosesin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atmağa davam edirik.

Prezidentin köməkçisinin sözlərinə görə, hazırkı gündəmdə duran ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizidir: "Fikrimiz budur ki, xüsusilə qardaş Türkiyə Azərbaycanın dövlət başçılarının liderliyi ilə Zəngəzur dəhlizini mümkün qədər tez bir zamanda işə salaq. Bu istiqamətdə-yəni Bakıdan Zəngilana qədər uzanan həm dəmir yolu, həm avtomobil yolu xətlərinin tikintisi artıq son mərhələdədir. Bu işlərdə Türkiyə şirkətləri aktiv şəkildə iştirak edir. İnşallah, 2026-cı ilin ortalarına qədər layihənin Azərbaycan hissəsi tam başa çatdırılacaq."

Hikmət Hacıyev qeyd edib ki, layihənin ikinci hissəsi-adətənErmənistan seqmenti yaMərkəzi dəhliz hissəsiadlandırılan bölüm Ermənistan ərazisindən keçir. Hazırda bu istiqamətdə ABŞ ilə Ermənistan birgə işləyirlər biz onların qərarlarını gözləyirik: "Ümid edirik ki, orada da yaxın müddətdə praktiki işlərə başlanacaq. Üçüncü seqment Naxçıvan hissəsidir. Naxçıvan ərazisində ümumilikdə 188 kilometr uzunluğunda dəmir yolu avtomobil yolu mövcuddur. Lakin bu xətlərin bərpası, yenidən qurulması daha modern şəkildə inkişaf etdirilməsi üçün müəyyən ehtiyaclar var".

Burada bir haşiyə çıxaq ki, 1988-ci ildə Ermənistan-Azərbaycan arasında süni Qarabağ münaqişəsi başlayandan bir qədər sonra saqqallı ekstremist terrorçular qatarları sərnişinləri daşqalaq edərək, pəncərələri sındırdılar, insanları yaraladılar, təhqirlərə məruz qoydular. Daha sonra Mehridə avtomobil dəmir yollarını dağıdıb sıradan çıxardılar ki, Azərbaycandan Naxçıvana əks istiqamətə gediş-gəliş mümkün olmasın. Dövlətin silahlandırdığı quldurlar Sovet hökumətinin köməyi ilə bu xəbis niyyətə çatdılar.

Lakin 2020-ci ildə vəziyyət tamamilə dəyişdi. Azərbaycan İkinci Qarabağ müharibəsində məğlub etdiyi Ermənistan qarşısında tələb irəli sürdü ki, Naxçıvana gedən yol açılmalıdır. Bununla bərabər, erməni tərəfə aşılandı ki, Zəngəzur dəhlizi reallaşarsa, bu, Ermənistanı özü digər tərəflər üçün mühüm əhəmiyyət kəsb edəcək. İlk növbədə Ermənistan illər boyu boğulduğu blokadadan xilas olacaq. Həm dəhlizdən bir çox ölkələr yük daşıyacaq Ermənistan heç bir sərmayə qoymadan bundan vəsait qazanacaq. Bir sözlə, layihə ermənilər üçün cəlbedici əlverişlidir. Əvvəlki dövlət başçılarından tamamilə fərqlənən  Ermənistanın baş naziri Nikol Paşinyan layihənin ölkəsinə külli miqdarda pullar qazandıracağını anlayaraq öz razılığını verdi.

Bir az əvvəl bu mövzuda danışarkən Ermənistanın baş naziri Nikol Paşinyan da Hikmət Hacıyevin fikirlərinə bənzər fikir söyləyib. O da bildirib ki, Zəngəzur dəhlizinin açılması yoldan istifadə edəcək ölkələrin marağındadır. Çünki bu yoldan yük daşıyan yolun keçdiyi ölkələr istifadəçilərdən böyük məbləğdə tranzit haqqı alacaqlar. Bir çox ölkələr üçün bu dəhliz çox sərfəli olacaq, onların qatarları uzun dolanbac yollardan keçməyərək, yanacaq vaxt itkisinə yol verməyərək öz yüklərini qısa müddətdə Asiyadan Avropaya ya əks istiqamətə çatdıracaqlar. Əlavə olaraq dəhlizin birləşdirdiyi hər iki qitədəki ölkələr arasında ictimai, iqtisadi mədəni münasibətlər daha yüksək səviyyəyə qalxacaq. Bu nəqliyyat layihəsi hazırda dünyada icra edilən ən böyük layihələrdən biri bəlkə birincisidir. Yeni yol xalqlara isti münasibətlər, firavanlıq bolluq aparacaq.

 

Vəli İlyasov

 

İki sahil.- 2025.-  10 dekabr, ¹225.- S.6.