HEYDƏR ƏLİYEV:

ZAMAN, ŞƏXSİYYƏT VƏ ƏBƏDİYYƏT

 

Ümummilli lider

    

Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edir, Ulu Öndərin əziz xatirəsini daim uca tutur. 21 ildir ki, cismən aramızda olmasa da, Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə xalqımıza işıqlı yol göstərir.

 

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dönə-dönə vurğulayıb ki, xalq yalnız sevdiklərini yadda saxlayır yaşadır: «Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır».

"Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə müstəqillik illərində qüdrəti zəkası, böyük müdrikliyi uzaqgörənliyi ilə Azərbaycanı dünya ölkələri sırasında layiqli yerə çıxarıb.

Bəli, bugünün uğurları yaxın keçmişə dolğun obyektiv qiymət vermək imkanı yaradır. Bu həqiqət işığında qəlbi daim vətən eşqilə döyünən böyük dühaların, fenomen şəxsiyyətlərin milli dövlətçilik qarşısındakı xidmətləri aydın görünür. Müstəqil respublikamızın hazırda qazandığı böyük nailiyyətlər məhz Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.

 

Heydər Əliyev epoxası-

1969-1982 1993-2003-cü illər

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982 1993-2003-cü illər çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövrüdür.

Birinci mərhələni əhatə edən 1969-1982-ci illər Azərbaycan tarixinin qızıl dövrü hesab edilir. Bu tarixi mərhələdə Azərbaycan keçmiş Sovetlər İttifaqında geridə qalmış bir respublikadan inkişaf etmiş ölkə səviyyəsinə yüksəldilmişdir. Bir vaxtlar sovetlər birliyində ən geridə qalan respublika kimi tanınan Azərbaycan Ulu Öndərin rəhbərliyindən sonra keçmiş SSRİ- qabaqcıllar sırasına qoşuldu. Sonradan Kremldə fəaliyyət göstərdiyi illərdə - 1982-1987-ci illərdə Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksələndə qəlbi daim xalqımızla birgə döyünmüşdür. O dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik məhz Ulu Öndərimizə etibar edilmişdir. Həmin dövrdə Azərbaycanın inkişafını, əlaqələrinin möhkəmləndirilməsini, ərazi bütövlüyünün təmin olunmasını, milli kadrların yetişdirilməsini daim diqqət mərkəzində saxlayırdı.

Ulu Öndər təkcə həmin dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın onun xalqının rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq qazanıb. O, hələ sağlığında hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoymuşdu. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən sərt çətin sınaqlarından alnıaçıq, üzüağ çıxıb, müstəqil dövlətdə yaşamaq özünü idarə etmək haqqını qorumağı bacarıb. 1987-ci il oktyabr plenumunda Heydər Əliyev SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçovun millətlər arasında ədavət toxumu səpməsinə, ayrı-seçkilik etməsinə, ümumiyyətlə, siyasi xəttinə etiraz əlaməti olaraq Siyasi Büronun üzvlüyündən SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Bundan istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə həyata keçirməyə başladılar. “Torpaqdan pay olmazdeyərək ayağa qalxan kükrəyən xalqımızın haqq səsi Kremli silkələdi. Əlləri digər xalqların qanına batmış keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov xalqın azadlıq, suverenlik arzusunu təpədən dırnağa qədər silahlanmış qanlı ordu ilə susdurmağa çalışdı. Ancaq buna nail ola bilmədi. Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciəni törətdiyi ən ağır vaxtda Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciəsinin baş verdiyi günün ertəsi - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək siyasi bəyanatla çıxış etdi. Ulu Öndər 20 Yanvar faciəsinə etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində ulu öndər həm idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici toplumunu arxasınca apara bilmişdir.

Heydər Əliyevin Liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas səbəblərindəndir. Azərbaycan neft ölkəsi olmasına baxmayaraq XX əsrin 60-cı illərində sovetlər ittifaqının geridə qalmış respublikalarından biri idi. Heydər Əliyev məhz belə bir vaxtda - 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi. Bundan əvvəl isə Heydər Əliyev Azərbaycanda dövlət təhlükəsizliyi sistemində rəhbər vəzifədə çalışmışdı. Böyük Öndər hələ bu orqanda fəaliyyəti dövründə Azərbaycan xalqı üçün əvəzolunmaz işlər görmüşdü. Respublikaya rəhbərliyə gəldikdən sonra isə Heydər Əliyev qısa bir zaman ərzində Azərbaycanın ictimai siyasi həyatında böyük əhəmiyyətli dəyişikliklər edə bildi. Ona görə Heydər Əliyev 1982-ci ildə sovetlər ittifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O illərdə respublikada çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü - Rusiya, Ukrayna Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet ittifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda "Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir" - sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1990-cı ilin yanvarında sovet qoşunları Bakıya hərbi müdaxilə edərək qanlı hadisələr törətdilər, yüzdən artıq vətəndaşımız qətlə yetirildi. Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq uğrunda apardığı mübarizə qan içərisində boğuldu. Bu haqsızlığa qarşı Azərbaycan xalqı qəti etirazını bildirirdi. Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi oradan xalqa səslənməsi, bu faciəni törədənləri kəskin ittiham etməsi tarixi prosesə, tarixi hadisələrə ciddi təsir göstərən addım idi. Məhz bu hadisədən sonra Azərbaycanda xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. Əgər 1987-ci ildə Azərbaycan xalqı ərazi bütövlüyü Qarabağın qorunması uğrunda mübarizəyə qalxmışdısa, 1990-cı ilin yanvarından sonra gedən mübarizə artıq müstəqillik, azadlıq, suverenlik, istiqlal uğrunda mübarizə idi. Heydər Əliyevin məhz həmin çıxışı, çağırışı Azərbaycanın siyasi həyatında böyük dəyişiklik məqamı oldu milli azadlıq, istiqlal uğrunda mübarizə başlandı. Bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı.

 

15 iyun, 1993-cü il - Böyük Xilaskarlıq Qayıdışı

 

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.1993-cü ildən ömrünün sonuna qədər, yəni, 2003-cü ilədək ömrünü müstəqilliyimizin əbədiliyinə, öz xalqının Vətəninin inkişafına sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıtdırdı. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırdı. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin tərəqqisi Heydər Əliyev ideyalarının təntənəsidir

 

Bugünkü Azərbaycan Heydər

Əliyevin görmək istədiyi Azərbaycandır

 

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Dahi şəxsiyyətin bu günümüz gələcəyimiz üçün səsləndirdiyi fikirlərə, tezislərə diqqət yetirdikdə onun torpaq, Vətən sevgisinin qədər böyük olduğunu görürük. Ulu Öndərin suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya müqəddəs Azərbaycan qayəsi ətrafında əməl əqidə birliyinə, sarsılmaz həmrəyliyə çağırışlar etməsi bu sevgisindən qaynaqlanırdı. O, müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən bildirirdi ki, onun beynəlxalq aləmdə özünü təsdiqləməsi üçün xarici əlaqələrimizi gücləndirməyə böyük ehtiyac var. Bu fakt da inkaredilməzdir ki, Azərbaycanın müstəqilliyinin yenidən bərpasının ilk illərində informasiya blokadasında olmasının əsas səbəbi ölkəmiz haqqında məlumatsızlıq idi. Erməni yalanları Azərbaycan haqqında məlumatsızlıq fonunda ayaq tutub yeriyir, ermənilər xislətlərinə, yalan təbliğatlarına uyğun olaraq özlərini beynəlxalq ictimaiyyətəəzilən, döyülən, məzlumxalq, millət kimi qəbul etdirməyə çalışırdılar. Torpaqları işğal edilən, bir milyondan artıq soydaşı qaçqın məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda əksər dünya gücləri Ermənistanı işğala məruz qalan, Azərbaycanı isə işğalçı tərəf kimi qəbul edirdilər. 1992-ci ildə erməni diasporunun təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən ölkəmizə qarşıAzadlığı Müdafiə Aktınaədalətsiz 907-ci düzəlişin əlavə edilməsi bunun bariz nümunəsi idi. Ermənilərin erməni lobbisinin məqsədi bu qərarın qəbulu ilə Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək asılı vəziyyətə salmaq idi. Amma hadisələrin təhlili göstərdi ki, Azərbaycan 10 ilə yaxın bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşasa da nəinki iqtisadi cəhətdən zəifləmədi, əksinə ulu öndər Heydər Əliyevin düşünülmüş məqsədyönlü siyasəti nəticəsində daha qüdrətli, zəngin dövlətə çevrildi. Bu proseslər, eyni zamanda, hər bir ölkənin həyatında Lider amilinin roluna işıq salır. Bu ədalətsiz qərarın hansı dövlətlərə tətbiq edildiyi məlumdur. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Liderin elə bir xarici ölkəyə səfəri yox idi ki, bu gün artıq tarixə qovuşanDağlıq Qarabağmünqişəsindən bəhs olunmasın, erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasın. Diplomatik uğurlarımızın nəticəsində dünya siyasətində dəyişikliklər baş verməyə başladı.

 

Ata vəsiyyətiOğul hesabatı

 

Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın məcburi köçkünlərin bütün problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdir. onun ən böyük xidmətlərindən biri 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur. Ölkədə cənab İlham Əliyev tərəfindən aparılan islahatlar quruculuq işləri, xüsusilə son 21 ildə həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası, çox vektorlu siyasi münasibətlər, regional beynəlxalq əhəmiyyətli layihələr torpaqlarımızın işğaldan azad olmasının səbəbidir.

Bəli, bu gün ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpasına nail oldu. Böyük Öndər Heydər Əliyev demişdir: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə ümidlər bəsləyirəm».

Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən çevik daxili xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı hesab edilən İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: «Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada bütün başqa şəhər rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz var, təcrübəmiz var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz var. Xalq-iqtidar birliyimiz var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi

Bəli, ruhun şad olsun ulu öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəstndə «Dağlıq Qarabağ» problemi yoxdur!. Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: «Bu dövrlə bağlı müraciətlərimi yenə hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!».

Ona görə Ulu Öndərin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək yeganə Lider Prezident İlham Əliyev cənablarıdır. Bütün bunlar isə Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev zəkasının Heydər Əliyev nurunun bizə tərəf saçılan əbədi şölələridir!

 

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü,

«Modern ailə inkişaf» İctimai Birliyinin sədri

 

İki sahil.- 2025.-  11 dekabr, ¹226.- S.4.