55 il
yaşasa da...
Akademik Yusif Məmmədəliyevə
niyə Nobel Mükafatı verilmədi?
Bu günlərdə
120 illiyini qürurla qeyd etdiyimiz akademik Yusif Məmmədəliyev hər
alimin keçə bilmədiyi çətin və şərəfli bir yol keçib.
Qırx yaşında
akademik elmi rütbəsinə layiq görülüb. Cəmi
55 il yaşasa da elm tarixində
əbədilik qalıb.
Yusif Məmmədəliyev
1905-ci il dekabrın
31-də Ordubad şəhərində
ziyalı ailədə
dünyaya gəlib. Atası Hacı Heydər Məmmədəliyev dindar
olsa da gələcəyi
görən, geniş
dünyagörüşə malik ziyalı bir şəxs idi. Hacı Heydər övladlarına
elmli və savadlı olmağın üstünlüklərini başa
salır, onları elmə, biliyə həvəsləndirir, uşaqlarını
bu ruhda tərbiyə edir və bunun üçün
əlindən gələni
əsirgəmirdi.
Yusuf Məmmədəliyevin
anası Gülsüm
xanım evdar qadın olsa da ziyalı idi. Gülsüm xanım şəxsi mütaliə yolu ilə Şərq poeziyasının görkəmli
nümayəndələrinin əsərlərini öyrənmişdi.
O, Şərq şairlərinin
şeirlərini, Azərbaycanın
folklor nümunələrini,
xüsusilə xalq nağıllarını və
rəvayətlərini övladlarına
oxuyarmış. Yusif məhz belə bir ailədə yetişmiş, elmin ən yüksək pilləsinə yüksəlmişdir.
Ailədə kitaba məhəbbət uşaqlarda hələ lap kiçik yaşlarında yaranmışdı.
Bunu 1917-ci ildə Ordubadda çəkilmiş
ailə fotosundan da görmək olar. Bu nadir
fotoda Hacı Heydər Məmmədəliyevin
övladlarının hər
birinin əlində kitab var.
Yusuf Məmmədəliyev
kiçik yaşlarından
əldə etdiyi bütün kitabları oxumaqla təhsilini artırmağa çalışıb.
Əylis kəndində
sonralar Naxçıvan
MSSR-in maarif komissarı olan Mirzə Əbdülvahab Həsənzadə adlı
bir müəllimin yaşadığını eşidən Hacı Heydər onun yanına gedərək xahiş edib ki, oxumaq üçün
kitablarından versin. Təcrübəli müəllim
Mirzə Əbdülvahab
kiçik Yusifin biliyə, öyrənməyə
həvəsini görüb
onun istedadına və böyük gələcəyinə inanaraq
istədiyi kitabları
məmnuniyyətlə verib.
Yusif bu xeyirxah insanı həmişə böyük
minnətdarlıqla xatırlayırdı.
Yusuf Məmmədəliyev
15 yaşında Sədi,
Hafiz, Nizami, Xaqani, Füzuli, Firdovsi və Xəyyamın əsərlərini
oxuyub, Ordubadda “Əncüməni-şüəra” məclislərinin yığıncaqlarında
iştirak edib. O, rus, ingilis, alman
və fars dillərini öyrənmişdi
və bu dillərdə sərbəst
danışa bilirdi. İki il Təbrizdə
yaşayan Yusif orada Şərq klassiklərinin əsərləri
ilə əhatəli şəkildə tanış
olmuşdu. Orta təhsil aldıqdan sonra 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Lakin biliyini daha da artırmaq
üçün arzusunda
olduğu Lomonosov adına Moskva Dövlət Universitetində
təhsilini davam etdirib. Elmi fəaliyyəti
kimya, neft kimyası üzrə idi. 1942-ci ildə alimlik dissertasiyasını uğurla
müdafiə edərək
kimya elmləri doktoru elmi dərəcəsini
almış, 1945-də akademik
seçilmiş, iki dəfə-1947-1950
və 1958-1961-ci illərdə
isə Azərbaycan
SSR EA-nın prezidenti olmuş, neft kimyası sahəsində mühüm elmi nailiyyətlər qazanmışdır.
Alim keçmiş
SSRİ Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir.
II Dünya müharibəsi
illərində qırıcı
təyyarələr üçün
yüksək oktanlı
benzinin, partlayıcı
maddələrin və
bir sıra elmi kəşflərin müəllifi olmuşdu. Onun kəşfləri
SSRİ-nin faşizm üzərindəki qələbəsini
xeyli asanlaşdırmışdır.
Səmərəli xidmətləri
“Lenin”, “Qırmızı
Əmək Bayrağı”
ordenlərinə və
“Stalin mükafatı”na
və s. layiq görülmüşdür.
Bu gün
mətbuatda ən çox yayılan bir məsələ gündəmdə əsas
yer tutur. Akademik Yusif Məmmədəliyevə bu
qədər qiymətli
elmi kəşflərinə
görə niyə Nobel Mükafatı verilməyib?
Əvvəla onu qeyd etməliyik
ki, Nobel Komitəsinin Nizamnaməsinə
zidd olaraq mükafata namizədliklə
bağlı təkliflər
Sovet İttifaqı Kommunist Partiyasının ciddi nəzarətində idi. Buna görə
də Yusif Məmmədəliyevin Nobel
Mükafatına namizədliyi
1957-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət
Heyətinin iclasında
müzakirə olundu. Əksəriyyət, o cümlədən
Baş katib Nikita Xruşşov, Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvləri və hətta üzvlüyə
namizədlər elm və texnika sahəsində misilsiz xidmətləri və kəşfləri olan Yusif Məmmədəliyevin
sənədlərinin Nobel
Komitəsinə təqdim
olunmasına razılıq
verirlər. Amma iclas iştirakçılarından
biri akademikin kəşfləri haqqında
materialların guya dövləti və hərbi sirr olduğu, buna görə də onun Nobel Mükafatına
irəli sürülməsinin
ölkənin mənafeyinə
xələl gətirə
biləcəyi qeyd edilən məktubu ucadan oxuyur. Məktub müəllifi israrla təkid edirdi bu kəşflər
haqqındakı məlumatları
Nobel Komitəsinə vermək olmaz. Orada iştirak edən marşallar İvan Baqramyan və Hamazasp Babacanyan bu kəşflərin
dövlət və hərbi sirr olduğunu bəhanə gətirərək Nobel Komitəsinə göndərilməsinin
əleyhinə çıxırlar.
Əslində Yusif Məmmədəliyevin kəşflərinin
elmi təfsilatı və kimyəvi reaksiyalarını təsvir
edən məqalələrin
açıq mətbuatda,
xüsusi elmi jurnallarda, o cümlədən
xarici ölkələrin
nəşrlərində və
alimin öz monoqrafiyasında artıq çoxdan dərc edildiyi məlum idi. ABŞ-ın “Neft texnologiyalarının
icmalı”-“Reviews of petroleum technology”
jurnalı hələ
1946-cı ildə yazırdı:
“Yusuf Məmmədəliyevin
tədqiqatları böyük
əhəmiyyətə malikdir
və elmin bu sahəsinin nəzəri məsələlərinin
öyrənilməsində onun “Aviasiya yanacaqları istehsalında
alkilləşdirmə reaksiyaları”
monoqrafiyası xüsusi
maraq doğurur”.
Sözügedən iclasda çıxış
edən SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini Anastas Mikoyan məktub müəllifinin
hərbi sirlə bağlı “arqumentlərinə”
ehtiyatla yanaşmağı
məsləhət görür...
Beləliklə, üç
yüksək vəzifəli
erməni istedadlı alimin haqqı olan Nobel Mükafatının
qarşısına sədd
çəkir.
Nobel Mükafatı
laureatı olmağın
itirilmiş şansı
Yusif Məmmədəliyevi
kədərləndirmirdi. Onu
şəxsi şöhrət
məsələləri deyil,
potensiyasını sərf
etdiyi kimya elminin inkişafı daha çox maraqlandırırdı. Yeri
gəlmişkən, unutmayaq
ki, Nobel kapitalı Bakı nefti hesabına qazanılmışdı. Bakı
neftinin şöhrətini
dünyaya tanıdan Yusuf Məmmədəliyevə
isə bu mükafat qərəzli olaraq verilmədi.
Yusif Məmmədəliyevin
bəşər elminə
verdiyi töhfələr
dünyanın ən mötəbər mükafatlarına
layiqdir. Ən alisi isə xalqının ona sonsuz məhəbbəti və ehtiramıdır ki, bu mükafatı
hələ sağlığında
qazana bilmişdi.
SSRİ-nin faşizm
üzərində qələbəsinin
70 illik yubileyi ilində böyük alimin tarixi xidmətləri
xüsusilə qeyd olundu. Yusuf Məmmədəliyev
tərəfindən hərbi
aviasiya üçün
yüksək oktanlı
aviasiya yanacağının
işlənib hazırlanması
və müharibə şəraitində çox
qısa bir müddətdə istehsalata
tətbiq edilməsi qələbədə həlledici
rol oynayıb. Mühüm hərbi əhəmiyyətə malik
partlayıcı maddə
trotilin alınması
üçün əsas
olan toluolun istehsalı texnologiyası,
zirehli döyüş
maşınlarını sıradan
çıxarmaq üçün
istifadə olunan “Molotov kokteyli” adı altında tanınmış tank əleyhinə yandırıcı
silahın yaradılması
Yusuf Məmmədəliyevin
qələbəyə verdiyi
töhfələrdir. Bəs
yeni güclü silah niyə “Molotov kokteyli” adlandırılırdı?
1941-ci ildə İngiltərənin Baş
naziri Uinston Çörçill SSRİ xarici
işlər naziri Vyaçeslav Molotovla görüşərkən Molotov
özü ilə götürdüyü butulkanı
Baş nazirə təqdim edərək onun əl qumbarasından
daha güclü silah olduğunu bildirir. Maraqlanan Çörçill onu “Molotov kokteyli” adlandırır və indi də haqsız
olaraq bütün dünyada, o cümlədən
də Rusiya ordusunda belə adlanır.
Xatırladaq ki,1945-ci ildə Moskvada Qızıl Meydanda keçirilən faşizm
üzərində Qələbə
Paradında Yusuf Məmmədəliyev də
iştirak edib.
SSRİ rəhbəri İosif
Stalinin olduğu əsas tribunada yer alan Sovet
İttifaqı Kommunist
Partiyası rəhbərliyi
ilə birlikdə paradı qəbul edənlər sırasında
dayanıb. O zaman möcüzəyə bənzər
belə ehtiram hər alimə göstərilmirdi.
Dünyaca məşhur
imyaçı alim Yusif Məmmədəliyev
1959-cu ildə özünün
yaratdığı Neft-Kimya
Prosesləri Elmi-Tədqiqat
İnstitutunun direktoru,
Azərbaycan Dövlət
Universitetinin rektoru vəzifələrində də
çalışıb. 1962-ci ildə, ölümündən
bir il sonra
elmi-tədqiqat institutna
Yusif Məmmədəliyevin
adı verilib. Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən
biri olan Yusif Məmmədəliyev
neft kimyasının əsasını qoyub.
Şöhrətli akademik həm də Vətənini, xalqını sevən bir insan idi.
Moskvada ona qalıb işləmək
təklifini qəbul etməyib Azərbaycana qayıtmışdı. Gənclərin
təhsilinə, kasıb
ailədən olan tələbələrin həyat
şəraitinin normallaşmasına
şəxsi köməyini
əsirgəmirdi. Onlarla
tələbəyə təmənnasız
yardım edən akademik bunları vətəndaşlıq borcu
hesab edirdi. Diqqəti daim istedadlı tələbələrin
üzərində olardı.
Xeyirxah akademik həmin tələbələrə
elm sahəsinə getməyi məsləhət
görürdü. Onların
əksəri sonradan tanınmış alim olmuşdular. Ümumiyyətlə,
işıqlı alimimiz
milli kadrların yetişdirilməsinə böyük
önəm verirdi.
Böyük alim 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın
müəllifidir.
Elmi tədqiqatlarının
nəticələri 936 elmi
və publisistik əsərdə, o cümlədən
15 müəlliflik şəhadətnaməsi
və patentdə öz əksini tapmışdır. Bütün
bunlarla bərabər,
Yusif Məmmədəliyev
12 elmlər doktoru, 29 fəlsəfə doktoru hazırlamışdır.
O, 1961-ci il dekabrın
15-də Bakıda xəstəxanada
əməliyyat olunduqdan
sonra müəmmalı
şəkildə vəfat
edib.
Vəli İlyasov
İki sahil.- 2025.- 11 dekabr, ¹226.- S.6.