Bakı: İslam dünyasının yaradıcı

ruhunu birləşdirən beynəlxalq mərkəz

 

Noyabrın 8-də paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025”in açılış mərasiminin baş tutması bir daha təsdiq etdir ki, Azərbaycan bu gün təkcə mədəni irsin qorunmasında deyil, eyni zamanda, İslam dünyasının yaradıcılıq mədəni əməkdaşlıq mərkəzi kimi nümunəvi rol oynayır.

Uzun əsrlərdən bəri Şərq ilə Qərb arasında körpü rolu oynayan, İslam dünyasının əsas mədəni, dini sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan müsəlman intibahının bərəqrar olmasına töhfələr verib. İslam dünyası ilə münasibətlərin qurulması inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet respublikaları arasında ilk olaraq İslam ailəsinə üzv olmaq barədə müraciət etmiş, nəticədə 8 dekabr 1991-ci il dekabrın 8-də Seneqalın paytaxtı Dakar şəhərində keçirilən VI İslam Konfransında Azərbaycan İslam Konfransı Təşkilatına (İƏT) tamhüquqlu üzv kimi qəbul olunmuşdur. Həmçinin 1991-ci ildə Azərbaycan Təhsil, Elm Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (İSESCO) üzvü seçilmişdir.

Azərbaycan daim İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsinə böyük töhfələr verir. İstər 2017-ci ilin mayında “Bakı-2017” IV İslam Oyunlarının ölkəmizdə keçirilməsi, istərsə Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycandaİslam Həmrəyliyi İli”, bundan əvvəl isə 2016-cı ilinMultikulturalizm ilielan edilməsi barədə sərəncamlar imzalaması bütün İslam dünyasında dərin ehtiram təşəkkürlə qarşılanmışdı. Bu kimi mühüm hadisələr bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır.

2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Bu, Prezident İlham Əliyevin qətiyyətli uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Bütövlükdə dünya müsəlmanlarının 60 faizini təşkil edən böyük iqtisadi potensiala malikİslam Səkkizliyiadlanan D-8-ə üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun ölkəmizə olan etimadın bariz nümunəsidir.

2025-ci il noyabrın 11-də Bakı şəhərində keçirilən D-8 Media Forumu təşkilata üzv ölkələr arasında media əməkdaşlığının institusional əsaslar üzərində qurulması baxımından mühüm tarixi addım oldu. Forumun yekunu olaraq qəbul edilənBakı Bəyannaməsi” D-8 məkanında media sahəsində daha sıx inteqrasiyanın, informasiya mübadiləsinin birgə fəaliyyətin yeni formatını müəyyənləşdirdi. Bəyannamə üzv dövlətlərin media sferasında əməkdaşlığı dərinləşdirmək, regional dialoq həmrəyliyi gücləndirmək niyyətini təsdiqləməklə yanaşı, müasir informasiya çağırışları fonunda birlikdə hərəkət etməyin strateji əhəmiyyətini vurğuladı.

Bəyannamədə Azərbaycan tərəfinin, xüsusilə Prezident İlham Əliyevin media əməkdaşlığının gücləndirilməsi istiqamətində göstərdiyi dəstək xüsusi qeyd edilir. Bu, ölkəmizin təkcə regional deyil, həm qlobal informasiya proseslərində artan rolunun beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Azərbaycan bu gün təkcə mədəni irsin qorunmasında deyil, eyni zamanda, İslam dünyasının yaradıcılıq mədəni əməkdaşlıq mərkəzi kimi nümunəvi rol oynayır. Noyabrın 8-də paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025”in açılış mərasiminin baş tutması bunun əyani təsdiqidir. Mədəniyyət insanların bir-birini anlamasına, qarşılıqlı hörmətin formalaşmasına sülhün davamlı olmasına xidmət edən ən güclü vasitələrdən biridir. Bu baxımdan, Bakı bu gün yalnız festival məkanı deyil, həm mədəniyyətlər arasında körpü rolunu oynayan beynəlxalq mərkəz kimi çıxış edir.

İƏT-in Baş katibinin müavini Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tarig Ali Bakhit bildirib ki, bu möhtəşəm tədbirə Azərbaycanın ev sahibliyi etməsi yüksək dəyərləndirilir. Çünki bu gün Bakı təkcə siyasi mədəni mərkəz deyil, həm İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir. O, Prezident İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsi yolunda göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib: “Məhz bu möhkəm iradə strateji yanaşma İslam dünyasında əməkdaşlığımızın yeni mərhələyə keçməsinə ciddi töhfə verir. Bu festival bizi mühüm platformada bir araya gətirərək birliyin, dialoqun mədəni yaxınlaşmanın real təcəssümünə çevrilir. İƏT-in katibliyi bütün iştirakçı heyətin mədəni əlaqələrimizin dərinləşməsinə verdiyi dəstək, qarşılıqlı dialoqun daha da güclənməsinə mühüm təsir göstərir. Bu kimi tədbirlər təkcə yaradıcılıq mədəniyyət nümayişi deyil, həm təşkilatımızı strateji baxımdan gücləndirən, ortaq dəyərlərimizi möhkəmləndirən vahid mədəni platforma yaradır. Belə bir platformanın formalaşması, təbii ki, gələcək fəaliyyətimizin daha sıx koordinasiyasına, qarşılıqlı anlayış əməkdaşlığa xidmət edir. Çünki yaradıcılıq yalnız sənətə deyil, insan inkişafına yönələn fundamental xüsusiyyətdir. Yaradıcılığı dəstəkləyən cəmiyyətlər, ilk növbədə, gənclərinin potensialına yatırım etmiş olurlar. Müsbət dəyərləri mənimsəyən, mədəni mənəvi irsə sahib çıxan gənclər isə gələcəyin birliyini formalaşdırır, cəmiyyətlər arasında körpülər yaradan mədəniyyət səfirlərinə çevrilirlər. Bu baxımdan, Bakıdakı bu festival təkcə bu günün tədbiri deyil, sabahın birgə mədəniyyət, yaradıcılıq inkişaf vizyonunun bünövrəsidir”.

Azərbaycanın mədəni diplomatiya sahəsində nümayiş etdirdiyi liderliyin  regional həmrəyliyin formalaşmasına verdiyi töhfələr bütün İslam dünyası tərəfindən yüksək dəyərləndirilir. Bütün bunların fonunda əminliklə demək olar ki, Azərbaycan həm ümumbəşəri, həm milli-mənəvi dəyərlərinə, o cümlədən tarixi müqəddəratında mütərəqqi rol oynamış İslam dininin yüksək mənəvi-əxlaqi prinsiplərinə sadiq qaldığını göstərir.

 

Zahid Rza

 

İki sahil.- 2025.-  11 dekabr, ¹226.- S.8.