KONSTİTUSİYA SUVERENLİYİ

 

Suverenlik hər bir dövlətin əsas atributlarından biri olmaqla, onun daxili xarici məsələlərdə müstəqil qərar qəbul etmək hüququnu ifadə edir. Bu anlayış hüquqi siyasi aspektlərdən yanaşılaraq müxtəlif formalarda izah edilir. Hüquqi baxımdan suverenliyin ən ali ifadəsi Konstitusiyadır. Konstitusiya suverenliyi dedikdə, konstitusiyanın dövlətin hüquqi siyasi həyatında ali qüvvəyə malik olması digər hüquqi aktların məhz ona əsaslanması nəzərdə tutulur.

Konstitusiya suverenliyidövlətin hüquqi əsaslarını, idarəetmə formasını, hakimiyyətin bölünməsini, insan vətəndaş hüquqlarını digər fundamental prinsipləri müəyyən edən konstitusiyanın ali hüquqi qüvvəyə malik olmasıdır. Bu prinsipə görə: 1. Konstitusiya bütün qanunverici, icraedici məhkəmə orqanları üçün məcburidir. 2. Konstitusiyaya zidd olan qanun qərarlar etibarsız sayılır 3. Dövlət hakimiyyətinin legitimliyi Konstitusiyaya əsaslanmalıdır.

Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyası dövlətin hüquqi-siyasi əsaslarını müəyyənləşdirən ali normativ hüquqi aktdır. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, dövlətin ali məqsədi insan hüquq azadlıqlarının təmin edilməsidir. Konstitusiyanın 147-ci maddəsinə əsasən, qanunvericilik sistemində konstitusiya üstün hüquqi qüvvəyə malikdir bütün normativ aktlar ona uyğun olmalıdır.

Azərbaycan Konstitusiya Məhkəməsi Konstitusiya suverenliyinin qorunmasında mühüm rol oynayır. Bu məhkəmə digər normativ hüquqi aktların konstitusiyaya uyğunluğunu yoxlayır ziddiyyət olduğu halda onların hüquqi qüvvəsini ləğv edə bilir.

Konstitusiya suverenliyi hüquqi dövlətin demokratik cəmiyyətin əsas təməlidir. Dövlətin bütün orqanları, vətəndaşlar digər hüquqi subyektlər Konstitusiyanın aliliyini tanımalı ona əməl etməlidirlər. Bu prinsipin qorunması hüquqi sabitliyi, sosial ədaləti insan hüquqlarının təmin olunmasını mümkün edir. Xüsusilə postsovet məkanında olan dövlətlərdə Konstitusiya suverenliyinin möhkəmləndirilməsi hüquqi sistemin inkişafı dövlət müstəqilliyinin qorunması üçün mühüm əhəmiyyətə malikdir.

Konstitusiya hər bir dövlətin hüquqi əsaslarını müəyyən edən, cəmiyyət dövlət arasında münasibətləri tənzimləyən ali normativ hüquqi sənəddir. Konstitusiyanın əsas funksiyalarından biri insan hüquq azadlıqlarını tanımaq, qorumaq təmin etməkdir. Konstitusiya suverenliyi isə bu sənədin hüquqi sistemdə ali qüvvəyə malik olması digər normativ aktların ona uyğun olmasını ifadə edir. İnsan hüquqları isə hər bir şəxsin doğuluşdan malik olduğu, heç bir halda inkar edilə bilməyən fundamental hüquqlardır. Bu iki anlayış bir-biri ilə sıx bağlıdır, çünki insan hüquqlarının təminatı yalnız konstitusiya suverenliyinə əsaslanan hüquqi sistemdə mümkündür.

Konstitusiya suverenliyidövlətin hüquqi sistemində konstitusiyanın ali hüquqi qüvvəyə malik olması deməkdir. Bu prinsipə əsasən: 1. Konstitusiya qanunvericilik idarəetmə prosesində əsas istinad sənədidir; 2.Konstitusiyaya zidd olan heç bir qanun qərar qəbul edilə bilməz; 3.Hakimiyyətin bütün qolları Konstitusiyaya uyğun fəaliyyət göstərməlidir.

Bu prinsip hüquqi dövlətin qurulması insan hüquqlarının qorunması üçün əsas zəmin yaradır.

İnsan hüquqları beynəlxalq hüquqla tanınsa da, onların effektiv qorunması hər bir dövlətin daxili hüquq sistemindən, xüsusilə konstitusiyasından asılıdır. Konstitusiyada insan hüquqlarının: 1. Tanınması 2. Təsnif edilməsi (mülki, siyasi, iqtisadi, sosial mədəni hüquqlar) 3. Müdafiə mexanizmlərinin göstərilməsi; insan hüquqlarının reallıqda təmin olunması baxımından həyati əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Konstitusiyasında bu məsələyə geniş yer ayrılıb. Konstitusiyanın II bölməsi – “İnsan vətəndaşın əsas hüquq azadlıqları” – hüquqların geniş spektrini əhatə edir: yaşamaq hüququ, söz azadlığı, mülkiyyət hüququ, təhsil alma hüququ, hüquqi müdafiə hüququ s.

Azərbaycan Respublikasının Konstitusiyası insan vətəndaş hüquqlarının qorunmasına xüsusi önəm verir. Konstitusiyanın 12-ci maddəsində qeyd olunur ki, "İnsan vətəndaş hüquq azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir."

Konstitusiyada həm 1. Hüquqların məhdudlaşdırılması yalnız Konstitusiyaya uyğun əsaslarla mümkündür; 2. Heç kəsin hüquqları qanunsuz şəkildə məhdudlaşdırıla bilməz; 3. Hüquq pozuntularının hüquqi müdafiə mexanizmləri mövcuddur; prinsiplər təsbit olunub.

Konstitusiya suverenliyi insan hüquqları bir-birini tamamlayan qarşılıqlı asılı olan anlayışlardır. Konstitusiyanın hüquqi sistemdə ali mövqeyi onun insan hüquqlarını effektiv şəkildə qorumağa imkan verir. Bu isə yalnız formal deyil, real hüquqi mexanizmlərlə dəstəklənməlidir. Demokratik hüquqi dövlət quruculuğunun əsas məqsədlərindən biri məhz budur: konstitusiya vasitəsilə insan hüquqlarını qorumaq inkişaf etdirmək.

Hüquqi dövlətin əsasını təşkil edən iki vacib anlayışKonstitusiya suverenliyi insan hüquqlarımüasir dövlətçilik hüquq nəzəriyyəsində mərkəzi yer tutur. Konstitusiya dövlətin hüquqi bünövrəsini, idarəetmə sistemini, hakimiyyət bölgüsünü vətəndaşların əsas hüquqlarını müəyyənləşdirən ali hüquqi sənəddir. Onun suverenliyi isə həmin sənədin hüquqi sistemdə ali normativ qüvvəyə malik olduğunu bütün qanunvericilik, icra məhkəmə orqanlarının məhz Konstitusiyaya tabe olduğunu ifadə edir.

Eyni zamanda, insan hüquqlarışəxsin yalnız insan olması faktına görə malik olduğu dövlətin tanımalı qorumağa borclu olduğu əsas hüquq azadlıqlardır. Bu hüquqların müdafiəsi təminatı yalnız konstitusiya suverenliyinin mövcudluğu funksionallığı ilə mümkündür.

Konstitusiya suverenliyinin mahiyyəti - Konstitusiya suverenliyi dedikdə, Konstitusiyanın dövlətin hüquq sistemində ən yüksək hüquqi qüvvəyə malik olduğu, bütün qanun qərarların ona uyğun hazırlanmalı tətbiq edilməli olduğu prinsip başa düşülür. Bu prinsip bir neçə əsas funksiyanı yerinə yetirir: 1. Hüquqi iyerarxiyanın başında durmaq: Konstitusiya digər bütün normativ hüquqi aktların əsasını təşkil edir. Qanunlar, fərmanlar, sərəncamlar digər hüquqi sənədlər ona uyğun olmalıdır. 2. Hakimiyyətin legitimliyi: Dövlət hakimiyyətinin formalaşması fəaliyyəti Konstitusiyaya əsaslanmalıdır. Əks halda həmin hakimiyyət qeyri-legitim sayılır. 3. Qanunvericiliyin sabitliyi etibarlılığı: Konstitusiyanın sabitliyi hüquqi mühitə güvən yaradır hüquq sistemində səmərəliliyi təmin edir.

İnsan hüquqları anlayışı xüsusiyyətləri- hər bir şəxsin ləyaqətini qorumaq onun azad şəkildə yaşamasını təmin etmək məqsədilə tanınan fundamental hüquqlardır. Bu hüquqlar: 1. Universal xarakter daşıyırbütün insanlara aiddir 2. Ayrılmaz devredilməzdirşəxsin razılığı ilə belə əlindən alınmamalıdır. 3. Qorunmalıdırdövlət tərəfindən müdafiə təmin edilməlidir. İnsan hüquqlarına isə: 1. Mülki hüquqlar: yaşamaq hüququ, şəxsi toxunulmazlıq, ədalətli məhkəmə hüququ. 2. Siyasi hüquqlar: söz, fikir, mətbuat azadlığı, seçki hüququ. 3. İqtisadi sosial hüquqlar: təhsil alma, səhiyyə xidməti, işləmək istirahət hüququ 4. Mədəni hüquqlar: milli kimliyi qoruma, mədəni irsdən istifadə s. daxildir.

Konstitusiya suverenliyi insan hüquqları arasındakı əlaqə anlayış arasında qarşılıqlı sistemli əlaqə mövcuddur: Konstitusiya, insan hüquq azadlıqlarını qanuniləşdirir, onların tanınmasını qorunmasını dövlət üçün müəyyən edilmiş vəzifə halına gətirir. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən, "İnsan vətəndaş hüquq azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. "Konstitusiya insan hüquqlarının məhdudlaşdırılması çərçivəsini müəyyən edir. Bəzi hallarda (ictimai təhlükəsizlik, dövlət maraqları s.) insan hüquqları məhdudlaşdırıla bilər. Ancaq bu məhdudiyyətlər yalnız konstitusiya çərçivəsində proporosionallıq prinsipi əsasında tətbiq olunmalıdır. Konstitusiya Məhkəməsi insan hüquqlarının müdafiə mexanizmidir.

Konstitusiya suverenliyinin qoruyucusu olan Konstitusiya Məhkəməsi, insan hüquqlarını pozan qanun normativ aktları konstitusiyaya zidd hesab edərək ləğv edə bilər.

Müasir konstitusiyalarda beynəlxalq insan hüquqları aktlarına uyğunluq təmin edilir. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən, "Azərbaycan Respublikası beynəlxalq müqavilələrin iştirakçısı olduqda, həmin müqavilələrin norma prinsipləri daxili hüquq sisteminin ayrılmaz hissəsinə çevrilir."

Həmçinin Konstitusiya Məhkəməsi insan hüquqlarını pozan aktların konstitusiyaya uyğunluğunu yoxlayaraq, onların hüquqi qüvvəsini dayandıra bilər. Bu, konstitusiya suverenliyinin insan hüquqlarının qorunmasında necə effektiv rol oynadığını göstərir.

Konstitusiya suverenliyi insan hüquqları sahəsində qarşıya çıxan əsas çağırışlar bunlardır: 1. Hüquqi mexanizmlərin icrasında boşluqlar. 2. Normativ aktların konstitusiyaya uyğun olmaması halları. 3. Sosial iqtisadi hüquqların reallıqda təmin edilməsində çətinliklər. 4. İnsan hüquqları ilə dövlət təhlükəsizliyi arasında balansın qorunması. 5. Beynəlxalq insan hüquqları normalarının daxili hüquq sisteminə tam inteqrasiyası.

Bu problemlərin aradan qaldırılması yalnız Konstitusiya suverenliyinin real effektiv şəkildə tətbiqi ilə mümkündür.

Nəticə etibarilə, Konstitusiya suverenliyi insan hüquqları bir-biri ilə sıx bağlı olan qarşılıqlı asılılıq içində olan anlayışlardır. Konstitusiyanın hüquqi sistemdə ali mövqeyə malik olması insan hüquqlarının qorunmasını təmin edilməsini hüquqi zəminə oturdur. Eyni zamanda, insan hüquqlarının təminatı Konstitusiyanın cəmiyyət üçün dərəcədə effektiv funksional olduğunu göstərir. Hüquqi demokratik dövlətin qurulması üçün bu iki prinsipin bərabər vəhdətdə inkişafı zəruridir.

 

Vüqar Mustafayev,

Göyçay rayonu prokurorluğunun böyük müstəntiqi

vəzifəsini icra edən,  III dərəcəli hüquqşünas

 

İki sahil.- 2025.-  13 dekabr, ¹228.- S.6.