Hər kəsin öz əzəli vətənində yaşamaq haqqı var

 

Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq hüququ beynəlxalq konvensiyalarda təsbit edilib

 

Qərbi Azərbaycan ərazisinin əzəli Azərbaycan torpaqları olması barədə tarixi həqiqətləri daim vurğulayan Prezident İlham Əliyev son iki yüz ildə ermənilər tərəfindən dəfələrlə deportasiya, soyqırımı etnik təmizləmələrə məruz qalan soydaşlarımızın tarixi-mənəvi haqqının bərpa olunmasının bütün beynəlxalq konsepsiyalara uyğun olduğunu diqqətə çatdırır.

XIX əsrin əvvəllərində imzalanmışGülüstanTürkmənçaymüqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə azərbaycanlıların deportasiya siyasətinin əsası qoyulub. Xüsusilə 1905-1906, 1918-1921, 1948-1953 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya soyqırımları həyata keçirilib. Sözsüz ki, deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə müşayiət olunub, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta uydurma adlarla əvəzlənib, ermənilər tərəfindən açıq şəkildə monoetnik dövlətçilik etnik təmizləmə siyasəti həyata keçirilib. 1970-ci 80-ci illərdə - Ümummilli Lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə bu proseslərin qarşısı alınıb, xalqımız növbəti deportasiya etnik təmizləməyə məruz qalmayıb. Lakin 1987-ci ildə Ulu Öndərin Sovetlər Birliyinin rəhbərliyindən uzaqlaşdırılması Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti acı taleyinin başlanğıcı olub, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu ən dəhşətli mərhələsi baş tutub. Həmin dövrdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı işgəncələrə məruz qalıblar.

 Bu gün soydaşlarımızın öz əzəli torpaqlarına qayıtmaq hüququ var bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Məhz bu səbəbdən Zəngəzurda, İrəvanda digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran xalqımız əmindir ki, bu, Qarabağa Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Qərbi Azərbaycana sülh yolu qayıdış da reallaşacaqdır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, gün gələcək soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi torpaqlarına böyük həvəs çoşqu ilə qayıdacaqlar: “Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

Qərbi Azərbaycana qayıdış ideyası ilk dəfə beynəlxalq müstəviyə çıxarılıb. Hazırda Qərbi Azərbaycan İcmasının yeddi rəsmi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə bu beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. 2025-ci ilin mayında Bakıda keçirilənQərbi Azərbaycana dönüşmövzusunda beynəlxalq konfransın yekun sənədində qayıdış hüququnun beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi tanınması vurğulanıb, bu sənəd BMT- təqdim edilib Qərbi Azərbaycandan olan azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli geri dönüşünün təmin edilməsi çağırışı edilib, eyni zamanda, Ermənistanın hərəkətsizliyinin pislənilib, bu məsələnin beynəlxalq gündəmdə saxlanması tələb olunub. Bu günlərdə Bakıda keçirilənMədəni irs qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa sülhə aparan yol kimimövzusunda beynəlxalq konfrans zamanı 300 000-dən çox qaçqının geri dönməsi məsələsi gündəmə gətirilib. Prezident İlham ƏliyevMədəni irs qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa sülhə aparan yol kimimövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində  Qərbi Azərbaycan İcmasının öz ata-baba yurdlarına qayıdacağına inandığını bəyan edib: “2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid inam yaradır. İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır”.

 

Zahid Rza

 

İki sahil.- 2025.-  13 dekabr, ¹228.- S.5.