QƏLBİN VƏ ZƏKANIN İŞIĞINDA...

 

Tofiq Əbdülhəsənli-70

 

Respublikanın Əməkdar mədəniyyət işçisi, professor Tofiq Əbdülhəsənlinin 70 yaşı tamam olur. Həyatının ayrı-ayrı mərhələlərinin sınaqlarından şərəflə keçə-keçə, nəticədə uğurlarının sevincini yaşaya-yaşaya indi artıq həm zəhmətinin barınının şirinliyini duya-duya əziz dostumuz gəlib çatdı ömrün yeddinci onilliyinin zirvəsinə.

Deyirlər, 70 yaş təcrübə yaşıdır. Bu, insanın təmkin, müdriklik, ağsaqqallıq nümayiş etdirdiyi bir yaşdır. Elə bir yaşdır ki, artıq nümunə olmalısan, öyüdlərinlə, nəsihətlərinlə, məsləhətlərinlə cavanlara yol göstərməlisən. Cəmiyyət səni bu yaşın sanbalı səviyyəsində görməlidir... Bunları deməkdə sözümün canı var: biz bu gün Tofiq Əbdülhəsənlini məhz belə görürük!

70 yaş həm insanın arxaya, keçdiyi yollara baxıb bir növ özünün-özünə hesabat verdiyi bir məqamdır. Mən bilmirəm, Tofiq müəllim o yollara nəzər salanda düşünür, nəyi xatırlayır. Amma bildiyim bir həqiqət var. O yolların 70 illik məsafəsində qaranlıq heç görünmür. Açması? Açması budur ki, dostumuz həyatda həmişə düzgün yol tutub. Vətəninə, xalqına, işinə-peşəsinə sədaqətli olub, əsil-nəcabətinə, ailəsinə başucalığı gətirib, nəvə-nəticəsinə bəribaşdan təmiz ad qoyub. ömür yollarında beləcə irəliləməyə davam edir.

Yollardan başlanır hər şey, yollardan. Gah qatar, gah dəniz, gah da hava yollarından keçir ömür yollarımız. Onun da gənclik illəri yollardan başlandı.” Haqqında söz açdığım alim, müəllim, jurnalist Tofiqin özünün vaxtilə yazdığı oçerklərinin birinin bu ilk cümlələrini xatırladım bu qeydlərimi qələmə alarkən. Yaxşı yadımda deyil ki, onun qəhrəmanını yollar hansı səmtə aparmışdı. Amma Tofiq Əbdüləziz oğlu Əbdülhəsənlini ilk gənclik illərində yolların paytaxt şəhərimizə Neftçala rayonunun Pirəbbə kəndindən gətirdiyini yaxşı bilirəm. Onu yaxından tanıdığımdan həmin yolların o tayında qalanlardan da xəbərim var, bu tayında nələr baş veribsə, onlara da bələdəm...

1955-ci il dekabrın 30-da dünyaya göz açıb. Kənd məktəbində orta təhsil alıb. Həvəslə oxuyub, zəhməti sevə-sevə böyüyüb, ədəbiyyata, nəsrə, poeziyaya vurulub. Çünki...

Öz ilkinə həzin layla çalan Xanımnaz ananın səsi ilə birgə bəzən sakit, bəzən coşğun Kürün nəğməsi axıb beşiyinə. Sonra Xəlil Rza Ulutürk şeiri, ideyası, ruhuTofiq Əbdülhəsənli Ulutürk elinin oğludur, ustadı Ulutürk olanlardandır.

Çörəyini torpaqdan, daşdan çıxaran, əlinin qabarı, alnının tərilə qazanan Pirəbbə ağsaqqalları, onlardan biri olan atası zəhmətkeş, sözübütöv, xeyirxah Əbdüləziz kişi Tofiqin ilk həyat müəllimləri olub. Bəlkə buna görə heç vaxt yüyürməyib, şöhrətə, zirvəyə sarı tələsməyib. Neftçaladan Bakıya gələndən sonra universitetin filologiya fakültəsində oxuya-oxuya həmdə işləyib. Fəhlə həyatı da görüb, əsgər həyatı da

İstehsalatda çalışanda gözü ilə gördüyü yaşadığı fəhlə əməyi, fəhlə şərəfi barədə çoxlu oçerklər, reportajlar yazıb. Qəzetlərdə məqalələr çap etdirib, radioda, televiziyada silsilə verilişlər səsləndirib. Beləcə, jurnalist ömrü yaşamağa başlayıb. «Gənclik» nəşriyyatında uzun illər redaktor işləyib, onlarla kitabı araya-ərsəyə gətirib. Bu sahədə elə bir təcrübə toplayıb ki, redaktə etməli olduğu yazıda gözündən iynənin ulduzu boyda bir nöqsan da yayına bilməz. Bununla belə yaşından, təhsilindən, vəzifəsindən asılı olmayaraq hər bir müəllifin dilinə, üslubuna hörmətlə yanaşmağı bacarır.

Tofiq müəllim yazanı, yazmağı bacaranı qiymətləndirən insandır! Bir nəfər ona işıqlı insan dedi. Əlbəttə ki, söhbət qəlbin işığından gedir

Nəşriyyatdakı işindən sonra tale elə gətirib ki, ölkənin aparıcı qəzetlərinin iqtisadiyyat şöbələrinə rəhbərlik edib. İqtisadiyyathər gün rəqəmlər, icmallar, təhlillərHəmin illərdə onunla çiyin-çiyinə çalışan həmkarları söyləyirlər ki, bir görürdün iqtisadi problemlərə aid yazıların içərisindən baş qaldıran Tofiq müəllim kükrəyib Füzulinin, Cavidin, Xəlil Rza Ulutürkün misralarını əzbərdən deyir. Çoxumuz heç bilmirdik ki, o, artıq filologiya üzrə namizədlik dissertasiyası da müdafiə edib. Zəhmətinin bəhrəsi olan «İstiqlal işığında», «Vətəndaş yanğısı» kitablarını nəşr etdirib. Hələ qovluqlarında neçə-neçə kitaba yerləşəcək məqalələri var. Ədəbi, ekoloji, iqtisadi mövzularda.

Fakt, rəqəm poeziya, şeir... Bunların müsbət nəticə verən birləşməsi, qovuşması niyə, nədən, necə yaranmışdı? Mükəmməl savadın, dərin biliyin, geniş dünyagörüşünün elmi diapazonun nəticəsi, bəhrəsidir bu. Məhz buna görə Tofiq Əbdülhəsənli müxtəlif mövzu müxtəlif janrlarda qələm işlədə bilən müəlliflərdəndir. O, həm ədəbiyyatçı, həm jurnalist, həm iqtisadçı, həm alim kimi yazmağı bacarır. Uzun illər mətbuatda çalışdığı zaman qələmindən çıxan çoxsaylı məqalələrdə filoloji təfəkkürü, jurnalist müşahidəsi iqtisadi biliyi üst-üstə gələrək bir vəhdət yaradıb. Elə buradaca bir daha xatırladaq ki, o, 12 il (1990-2002-ci illər) “Azərbaycan 15 ilRespublika” (2003-2018-ci illər) qəzetlərində şöbə müdiri vəzifəsində çalışıb. Bu nüfuzlu mətbu orqanların səhifələrində əsasən Azərbaycanın iqtisadi inkişafı, müəllifi Ümummili Lider Heydər Əliyev olan yeni neft strategiyası, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətlə bağlı yüzlərlə publisistik məqaləsi dərc olunub.

İqtisadi mövzuda yazmaq, ələlxüsus qəzet məqaləsi yazmaq çətindir. Əvvəla, biliyin, mövzuya bələdliyin olmalıdır, ikincisi burada gözəl sözlər yığımı kara gəlmir.

Çulunu sudan ritorika ilə çıxaranlar burada vəziyyətdən çıxa bilməzlər.

Bəs etməli? etməli ki, oxucuya bu ağır mövzunu oxutdurasan? Bax elə buna görə Tofiq müəllim qəzetdə işlədiyi dövrdə daim axtarışda olub. Amma burada artıq jurnalist kimi axtarışda... Odur ki, həmin vaxt məhz günün mövzusunda nailiyyətlərimizi, problem perspektivlərimizi əks etdirən mövzularda məqalələr yazıb. Tofiq müəllim o illərdə gənc jurnalistlərlə işləməyi, əməkdaşlıq etməyi çox sevirdi. Mətbuata marağı olan cavanlara mövzu verir, yazı tapşırırdı. Onun rəhbərlik etdiyi şöbədə püxtələşib təcrübə toplayanlar Azərbaycan jurnalistikasında artıq öz sözlərini deyən qələm sahibləridir.

Başqa sözlə, Tofiq müəllimin jurnalistikada da keçmiş tələbələriyetirmələri var. Orada auditoriyanı kiçik redaksiya otağı əvəz etsə belə, ötürülən bilik səriştə böyük olmuşdur. Şöbədən pərvazlananların çoxu isə bu gün ölkəmizin mətbuatında, televiziya kanallarında özləri şöbə müdiri, redaktor müavini, redaktordur.

Dedik ki, Tofiq Əbdülhəsənli öz səadət sarayının divarlarını zəhmət, hövsələ təmkinlə, tələsmədən, qısaca ifadə etsək, kərpic-kərpic hörübBoş dayanmaq ona xas olan keyfiyyət deyil. Elə elmi uğurları da məhz bu xüsusiyyətinin bəhrəsidir.

Belə ki, hələ tələbəlik illərində müasir Azərbaycan ədəbiyyatının, xüsusilə siyasi lirikanın dərinliklərinə varmağa çalışıb. Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Sabir Rüstəmxanlının yaradıcılığını bir tədqiqatçı marağı ilə izləyib. Diplom işini isə təbii ki, ustadı Xəlil Rzanın yaradıcılığına həsr edib. Nəticədə yüksək tədqiqatçılıq potensialı olan bir tələbənin təkcə bu sahədəki imkanlarının deyil, həm gələcək böyük potensialı üzə çıxıb.

Onun diplom rəhbəri olmuş müəllimi, filologiya elmləri doktoru, professor Cəlal Abdullayev illər sonra bu barədə belə yazıb: “Tofiq Əbdülhəsənli diplom işində X. Rza yaradıcılığını hərtərəfli tədqiq etmiş, şairin şeir poemalarındakı müqəddəs kədəri, bəşəri kədəri təhlil obyektinə çevirmişdir. Dolayısı ilə konkret misallar əsasında göstərmişdir ki, bu kədər bütövlüyə, birliyə, yetkinliyə çağıran bir kədərdir. Daha böyük ideyalar, məslək amal mübarizəsinə özünü səfərbər hiss edir. Soykökünü, özünü, kimliyini, nəçiliyini... dərk edir, qan yaddaşına tapınır. Antihumanizmin hər cür təzahürlərinə qarşı barışmaz mübarizənin önündə getmək üçün daha da səfərbər olur, müsəlləh əsgərə dönür. Mən hələ o illərdə hiss etdim ki, Tofiq çox ciddi, sanballı elmi üzərində işləməyə qadirdir.”

Təsadüfi deyil ki, Cəlal müəllim Tofiq Əbdülhəsənlinin həm namizədlik dissertasiyasının elmi rəhbəri olub. Tələbəlik illərində, hətta ondan da əvvəl siyasi lirikaya yaranan sevgi marağı gənc filoloq alimin namizədlik dissertasiyasında öz inikasını tapır.

Bundan sonra elm yollarında inamla irəliyən Tofiq Əbdülhəsənli doktorluq dissertasiyası müdafiə etdi. Dərin bilikli alimin çoxillik zəhməti, yorulmaq bilmədən poeziyamızı tədqiq etməsi sanballı bir elmi əsərin ortaya qoyulmasına imkan verdi.

Tədqiq edilən dövrün poeziyası Azərbaycanın ötən əsrin sonlarında yenidən əldə etdiyi azadlıq müstəqillikdən mayalanır. Belə ki, burada həmin dövr poeziyasının mövzu problemlərinin təsnifatı verilir, sosioloji mənzərə göstərilir.

Filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva yazır ki, bu dissertasiya nəzəri-metodoloji əsasları, ədəbi-bədii irsə yanaşma tərzinin novatorluğu baxımından da diqqəti cəlb edir: “İndiyədək mövzu, janr, üslub axtarışları kontekstində bu mövzunun tədqiq olunmaması araşdırmaya ilk dəfə cəlb olunması da dissertasiyanın aktuallığından xəbər verirdi.”

Tofiq müəllimi tədqiqatlarının məziyyətlərini öyrənmək üçün hər bir məqama fikir vermək, hansı mövzuların təhlilinə daha geniş yer verdiyini araşdırmaq lazımdır. Bütün bunları bilmək üçün onun əsərləri təkcə oxumaq kifayət deyil. Müəllifin təhlillərini, çağdaş şeirin mövzu istiqamətlərinin sosial-siyasi kontekstdə etdiyi təsnifatı öyrənmək dissertasiyanın məziyyətlərini üzə çıxarmaq vacibdir.

Çağdaş poeziyamızın mövzu istiqamətlərinin zənginliyini rəngarəngliyini, hər hansı bir təsnifat daxilində bu zənginlik rəngarəngliyi bütün yönləri ilə əhatə etməyin qeyri-mümkünlüyünü nəzərə alan tədqiqatçı, tədqiq etdiyi dövrün poeziyasını sosial-siyasi kontekstdə səciyyələndirmişdir.

Tofiq müəllimin filologiya üzrə apardığı tədqiqatlar həm tələbələrin nitq qabiliyyətinin inkişafına, Azərbaycan dilində sərbəst danışmaq bacarıqlarına fokuslanıb. Bu yönəltmə yalnız auditoriyada bitmir. Bunların hamısı qələmə alınır, tələbələrinə, həmkarlarına cəsarətlə demək olar ki, gələcək nəsillərə məqalə, əsər şəklində çatdırılır.

Götürək elə onunQloballaşma şəraitində Azərbaycan dilinin ali məktəblərdə tədrisinin əsas prinsipləriməqaləsini. Məqalədə qloballaşma dövründə Azərbaycan dilinin ali məktəblərdə tədrisi qarşısında duran əsas vəzifələrdən perspektivlərdən bəhs olunur.

Məlum olduğu kimi, Prezident İlham ƏliyevinAzərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamı dilçilik elminin yeni mərhələdə inkişafı bu istiqamətdə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoymuşdur. Dövlət başçısının 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş həmin proqramın icrasına dair tədbirlər planında dövlət dilinin tədrisi ilə bağlı bir sıra müddəalar öz əksini tapmışdır.

Bununla bağlı aparılan müzakirələrdə Azərbaycan dilinin universitetlərdə iki istiqamətdə - filologiya qeyri-filologiya ixtisasları üzrə tədrisinin əsas məsələlərinə toxunulur, problemlərin həlli yolları axtarılır. Dilin tədris prosesinin təkmilləşdirilməsində tarixi faktlara söykənilir dünyanın aparıcı dövlətlərinin təcrübəsinə müraciət olunur.

T. Əbdülhəsənlinin sözügedən məqaləsi məhz bu deyilənlərdən qaynaqlanır. Tofiq müəllim yazır ki,“Mən ana dilində danışıramdeməkMən öz dilimi bilirəmanlamına gəlmir. Məlumdur ki, dil təfəkkürün ifadə vasitəsidir. Bəzən sual verirlər ki, dil qədər inkişaf edib? Obyektiv gerçəklikdir ki, insan ( ya xalqın) təfəkkürü qədər inkişaf edibsə, dilin inkişafı da elə o qədərdir. Yənitəfəkkürüstü dildeyilən bir şey yoxdur. Ədəbi dil yerli dil üzərində qurulur sonrakı yaşam tarixini irəliyə doğru yönəldir.

Füzuli, Xətai, Nəsimi, Vafiq, H.Cavid, C. Məmmədquluzadə, M. Ə. Sabir, B. Vahabzadə, Ulu Öndər Heydər Əliyev kimi böyük mütəfəkkirlərin Azərbaycan dilinin inkişaf sferasının genişlənməsindəki, zənginləşməsindəki əvəzsiz xidmətlərinin dilimizin bugünkü səviyyəsi haqqında qədər geniş təsəvvür yaratdığını yaxşı bilirik. Bu inkişafın bütün təfərrüatları isə dil tarixi müasir dilçilik istiqamətində yazılmış elmi tədqiqatlarda öz əksini tapmışdır.

Unudulmaz şairimiz Məmməd Arazdan, sayılıb-seçilən yazıçımız Əfqan Əsgərovdan, elə yuxarıda adını çəkdiyimiz professor Cəlal Abdullayevdən üzübəri Tofiq Əbdülhəsənlinin yaradıcılıq məziyyətləri, xarakterinin xüsusiyyətləri insani keyfiyyətləri haqqında bir çox görkəmli ziyalı alimlərimiz müsbət fikirlər söyləmişlər. Belə misallardan bir neçəsini olduğu kimi çatdırmaq yerinə düşərdi.

Professor Teymur Əhmədov tədqiqatçı alimin Cənubi Azərbaycan mövzusuna önəm verdiyini önə çəkərək yazıb: “Müəllif öz tədqiqatında «Siyasi lirikada Cənub mövzusu»na ayrıçı bölmə ayırmışdır ki, bu da təsadüfi deyildir. Burada o taylı-bu taylı Azərbaycan şairlərinin, xüsusən Süleyman Rüstəm, Rəsul Rza, Şəhriyar, Balaş Azəroğlu, Hökumə Billüri kimi sənətkarın yaradıcılığı təhlil edilmişdir. Tədqiqatçı onların tarixi xidmətlərini yalnız iki hissəyə parçalanmış xalqın ayrılıq dərdini, vüsal həsrətini, birləşmək arzusunu təsvir etmələrində deyil, həm millətin mənən birliyinin qorunub saxlanmasında, öz köklərindən ayrılmasına imkan verməməsində, sabaha inam ümid oyatmasında görür.

«Müasir Azərbaycan şeirində siyasi lirika»nın təhlilində göründüyü kimi, 1970-1990-cı illərdə Azərbaycanda baş verən ictimai-siyasi proseslər bədii ədəbiyyata ciddi təsir etmişdir. Milli istiqlal ideyasının siyasi lirikada aparıcı mövzuya çevrilməsi məhz bu təbəddülatla bağlı olmuşdur. Milli müstəqilliyin Azərbaycanın ictimai-ədəbi fikrində doğurduğu oyanış məzmunlu lirikanın vüsətinə zəmin yaratmış, onu zənginləşdirmişdir. İndi şairlər belə şəraitdə qələmə aldıqları siyasi lirikada qazanılmış istiqlalın qorunması uğrunda mübarizə aparırlar.”

Professor Yaşar Qarayev alimin siyasi lirikanı tədqiq etməsini yüksək dəyərləndirib: “Son üç on ilin siyasi lirikası kitabda əvvəlki on illərlə birləşən, bütövləşən vahid konteksdə, geniş milli sosial-tarixi fonda, ədəbi-estetik fikrin həmin problemlə bağlı indiyə qədər axtarış uğurları məcarasında təhlilə cəlb olunur. Müəllif siyasi lirikanın yaxın otuz ildəki təcrübəsini, bu təcrübənin uğur kəsirlərini əvvəlcə tarixi mövzuda yazılmış şeir poemaların materialında izləyir, açıqlayır öz araşdırmasını müasir mövzuda siyasi lirikanın ən səciyyəvi meyillərinə, hadisələrinə imzalarına verdiyi elmi-nəzəri xülasə ilə tamamlayır.

Tarix elmi araşdırma prosesində belə bir sujetin strukturun bütün davamı boyu iki motiv müəllifin dəyişməyən, sabit, daimi diqqət hədəfi olaraq qalır: Avropada Şərqdə (birinci növbədə Cənubi Azərbaycanda!) azadlıq hərəkatı milli mentalitetdə, milli məfkurə «mən» şüurunda istiqlal ideyasının bədii təzahürü, yüksəlişi, qələbəsi! Bizi dövlətçilikdə istiqlalın indiki mərhələsinə gətirib çıxaran tarixi intibahın, canlı, gerçək, cari mübarizənin poeziyadakı yolunu, marşurutunu, onun ədəbi, bədii ünvan mənzillərini kitabın müəllifi eyni, vahid hərəkatın fasiləsiz davamı, genişi yoxuşu, əyriləri zirvələri şəklində təsəvvür edir.”

Tofiq Əbdülhəsənli geniş elmi işlərindən əlavə, digər mövzularda yazılmış bir sıra kitabların da müəllifidir. Onunİqtisadiyyat da poeziyadır”, “Cəmiyyətin iqtisadi təkamül mərhələsi: ədəbi proses söz yaradıcılığı”, “İşgüzar yazışmalar”, “İşgüzar Azərbaycan dili”, “Poetik sözün vüsəti”, “Vətəndaş yanğısı”, “Dilimiz - varlığımız digər publisistik elmi kitablarının hər biri haqqında ayrılıqda geniş söhbət açmaq olar.

1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışan artıq xeyli vaxtdır burada Azərbaycan dili kafedrasının müdiri olan professor Əbdülhəsənli həm tələbələrinin sevdiyi hörmət bəslədiyi müəllimidir. Gənclər isə hər zaman təkcə elm öyrədən müəllimi deyil, həmçinin onlara həyat dərsi verən, ədəb-ərkan, insanlıq nümunəsi göstərən qayğı ilə yanaşan, bir sözlə, qarşılıqlı olaraq onlara dəyər verən müəllimləri sevirlər.

Publisistik məqalələrinin birində Tofiq Əbdülhəsəni görün, yazır: “Ömür bir qatardır, insanlar bu qatarın sərnişinləri. Qatar «nəfəsini dərib» perronda dayanan kimi insanlar tələsik vaqonlara doluşurlar. Qatar yola düşür. Ancaq bu insanlar hara getdiklərini bilirlərmi? Getdikcə uzanan, elləri-obaları dolaşan, iri-iri şəhərlərdən, ölkələrdən keçən dəmir yolları sərnişinləri arzularına yetirəcəkmi?! Yoxsa elə ömür boyu qatarların yeknəsək, monoton taqqıltılarını eşidəcəklər.

Öz ömür qatarında heç vaxt mürgüləmədi Tofiq Əbdülhəsənli. Ürəyində həmişə işıq oldu, gördüyü işin sabah uğur gətirəcəyinə ümid bəslədi həmişə. Bu gün belədir!

Odur ki, hələ illər əvvəl əziz dostumuzQızıl qələmmükafatı alıb. Daha sonra isə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamları iləTərəqqimedalı ilə təltif olunub, AzərbaycanınƏməkdar mədəniyyət işçisifəxri adına layiq görülüb. Bu onun Azərbaycan jurnalistikası elmi qarşısındakı xidmətlərinə, pedaqoji fəaliyyətinə, bir sözlə, Vətəni, xalqı üçün etdiklərinə verilən yüksək qiymətdir.

nəhayət mütləq onu da vurğulayaq ki, Tofiq müəllim böyük bir nəslin ağsaqqalı, xoşbəxt bir ailənin başçısıdır. Ömür-gün yoldaşı ilə birlikdə bir qız bir cüt oğul ömrünün keşiyində dayanıblar. Övladlarının hər biri öz çalışdığı sahənin səriştəli tanınmış mütəxəssisi, gözəl ailə sahibidir. Nəvələri isə kökdən güc alan budaqlar kimi boy atırlar.

Həmişə qollu-budaqlı olun, Tofiq müəllim! Pirəbbənin uzunömürlüləri demişkən, 70 yaş nədir ki?! Odur ki, yaşayın, yaradın, daim sağlam xoşbəxt olun.

 

Etibar Talıblı,

Bakı Dövlət Universitetinin dosenti

 

İki sahil.- 2025.-  16 dekabr, ¹229.- S.7.