Təhlükəli minalardan təhlükəsiz gələcəyə...
Humanitar missiyanın daşıyıcısı
ANAMA-nın Böyük
Qayıdışa töhfəsi
İşğaldan azad edilmiş ərazilərdə bərpa
və quruculuq prosesinin əsas şərti insanların rifahının və təhlükəsizliyinin təmin
olunmasıdır. Bu baxımdan Azərbaycan Respublikası Minatəmizləmə
Agentliyinin (ANAMA) fəaliyyəti
postmünaqişə dövrünün
ən vacib və strateji istiqamətlərindən biridir.
Böyük Qayıdış
Proqramı çərçivəsində
həyata keçirilən
humanitar minatəmizləmə
əməliyyatları işğaldan
azad edilmiş ərazilərdə təhlükəsiz
yaşayış mühitinin
yaradılmasına, sosial-iqtisadi
inkişafın sürətlənməsinə
xidmət edir. ANAMA-nın Metodologiya və təlim şöbəsinin müdiri
Adil Aslanovun “İki sahil”ə
müsahibəsində Agentliyin
əsas prioritetləri,
minatəmizləmədə qadın mütəxəssislərin
rolu, mövcud risklər və maarifləndirmə fəaliyyəti
barədə ətraflı
məlumat verilir.
-Bu gün
ANAMA-nın əsas fəaliyyət istiqamətləri
və prioritetləri nələrdir?
-Agentlik işğaldan
azad edilmiş ərazilərə Böyük
Qayıdış Proqramı
çərçivəsində illik plana əsasən
humanitar minatəmizləmə
əməliyyatlarını davat etdirir. İşğaldan azad edilmiş ərazilərdə
əsasən yaşayış
infrastrukturunun yaradılması,
kənd təsərrüfatı
sahələri, nəqliyyat,
energetika, eləcə
də digər prioritet istiqamətlərdə
fəaliyyət icra edilir. Başlıca prioritet isə insanları mina və digər partlayıcı sursatların
təhlükəsindən qorumaqdan,
bərpa-quruculuq işləri
üçün təhlükəsiz
mühitin yaradılmasından
ibarətdir.
-Minatəmizləmə əməliyyatlarında qadın
mütəxəssislər iştirak
edirlərmi, əgər
iştirak edirlərsə
onların rolu nədən ibarətdir?
-2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə
qrupları işğaldan
azad edilmiş ərazilərdə minatəmizləmə
fəaliyyətinə cəlb
olunub. Onlar doğma torpaqlarımıza
düşmən tərəfindən
basdırılan mina və partlamamış hərbi sursatların təmizlənməsinə birbaşa
töhfə verirlər.
Fəaliyyətə başlamazdan
öncə onlar da kişi minaaxtaranlar
kimi Humanitar minatəmizləmə və
İlk tibbi yardım təlimi daxil olmaqla 3 aya yaxın davam edən təlimlərə cəlb
olunurlar. Təlimlərin
məqsədi, mina və partlamamış hərbi sursatları tanımaq, aşkar etmək və işarələmək, eləcə
də ilk tibbi yardım üçün lazım olan əsas bilik, bacarıq və davranış qaydalarını öyrətməkdən
ibarətdir.
Hazırda qadınlardan
ibarət minatəmizləmə
qrupları Ağdərə
rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında
iştirak edirlər. Fəaliyyət müddətində
600 hektardan çox ərazi minalardan təmizlənib, 550 ədəddən
artıq mina və partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirilib.
Qeyd edək
ki, minaaxtaran qadınlarla yanaşı,
minaaxtaran it bələdçisi kimi fəaliyyət göstərən
qadınlarımız da
var.
-Minatəmizləmə işlərində qarşıya
çıxan əsas
çətinliklər və
risklər hansılardır?
ANAMA onların öhdəsindən
gəlmək üçün
hansı müasir texnologiya və metodlardan istifadə edir?
-Minatəmizləmə işlərində qarşıya
çıxan əsas
çətinliklər ərazilərin
nizamsız şəkildə
minalanması, minalanmış
ərazilərin metallarla
çirkləndirilməsi, eləcə də mina və partlamamış
hərbi sursatlarla yanaşı, ərazilərdə
quraşdırılan tələ
minaları, əldədüzəltmə
partlayıcı qurğulardır.
Burada xüsusilə tələ minaları və əldə düzəltmə partlyıcı
qurğuların təhlükəsini
vurğulamaq istərdim.
Çünki bu kimi tələlər adətən minalar kimi gizli yerləşdirilə
və ya diqqəti cəlb edən əşyaya bənd edilə bilir.
Ölkəmizdə icra edilən humanitar minatəmizləmə
fəaliyyəti dünyada
mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq
Minatəmizləmə Standartlarına
uyğun həyata keçirilir. Ərazinin çirklənmə səviyyəsi
və relyefinə uyğun olaraq minatəmizləmə üsulları
tətbiq edilir. Əməliyyatlar əsasən
əl ilə minaaxtarma, mexaniki minatəmizləmə vasitələri
və xüsusi təlim keçmiş minaaxtaran itlər vasitəsilə icra edilir.
-Əhalinin, xüsusilə də uşaqların mina təhlükəsinə dair
maarifləndirilməsi istiqamətində
hansı tədbirlər
görülür?
-Mülki əhalinin
təhlükəsizliyini təmin
etmək məqsədilə
ANAMA partlayıcı sursatların
təhlükəsinə dair
maarifləndirmə istiqamətində
təlim proqramları
həyata keçirir.
Bu proqramların əsas məqsədi insanların mina və partlamamış hərbi sursatlar, onların törədə
biləcəyi fəsadlarla
bağlı məlumatlılığını
artırmaq, onlara düzgün davranış
qaydalarını öyrətmək
və baş verə biləcək hadisələrin qarşısını
almaqdır. ANAMA tərəfindən
4 istiqamətdə maarifləndirmə
fəaliyyəti icra edilir – ümumi maarifləndirmə, təlimçilərin
təlimi, icma əsaslı və məktəblərdə maarifləndirmə.
Maarifləndirmə işlərinin
əsas komponentlərindən
biri də məktəblərdə bu
istiqamətdə biliklərin
artırılmasıdır. Elm və Təhsil
Nazirliyi ilə birgə məcburi köçkün məktəblərin
müəllimlərinin təlimatlandırılması,
müharibədən zərərçəkmiş
ərazilərdə fəaliyyət
göstərən məktəblərdə
və digər təhsil ocaqlarında xüsusi proqram əsasında təlimatların,
seminarların keçirilməsi
əsas prioritetlərdəndir.
-ANAMA-nın fəaliyyətinə könüllülər
cəlb olunurmu və onların iştirakının qurumun
strateji məqsədlərinə
töhfəsi hansı
sahələrdə özünü
göstərir?
-ANAMA Azərbaycan Respublikası Gənclər
Fondu, Azərbaycan Könüllü Təşkilatı,
ASAN könüllüləri, eləcə də Böyük Qayıdış
könüllü təşkilatları
ilə faydalı əməkdaşlıq çərçivəsində
fəaliyyətinə gəncləri
də cəlb edir. Bu, Agentliyin
humanitar, maarifləndirici
və ictimai fəaliyyət istiqamətlərində
mühüm rol oynayır.
Gənclərin minatəmizləmə və
partlayıcı sursatlardan
qorunma mövzusunda ictimai maarifləndirmə kampaniyalarında iştirakı
təhlükəsizlik qaydalarının
əhali arasında yayılmasına, məktəblərdə
və icmalarda maarifləndirici tədbirlərin
təşkilinə, sosial
media və ictimai aksiyalar vasitəsilə təhlükəsizlik
mədəniyyətinin gücləndirilməsinə
töhfə verir. Eyni zamanda, könüllü
gənclərin bu kimi fəaliyyətlərdə
fəal iştirakı
onların təhlükəsizlik,
humanitar fəaliyyət
və idarəetmə
sahəsində təcrübə
qazanmasına, vətənpərvərlik
və ictimai məsuliyyət hissinin formalaşmasına kömək
edir.
-ANAMA QHT-lər və icmalarla əməkdaşlıq zamanı
hansı mexanizmlərdən
istifadə edir və bu əməkdaşlıq
Agentliyin fəaliyyətinin
effektivliyinə necə
təsir göstərir?
-ANAMA-nın həm yerli, həm də beynəlxalq QHT-lərlə
tərəfdaşlıq münasibətləri
mövcuddur. Ümumiyyətlə,
cəmiyyətin mina təhlükəsi ilə
mübarizə prosesində
dəstəyinin önəmi
böyükdür. Onların
dəstəyi yalnız
təhlükəsizlik mədəniyyətinin
güclənməsinə deyil,
həm də işğaldan azad olunmuş ərazilərin
daha sürətli bərpasına və mina təhlükəsindən
azad, dayanıqlı və təhlükəsiz
yaşayış mühitinin
qurulmasına xidmət
edir.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 17 dekabr, ¹230.- S.6.