Ölkəmizdə humanizm ənənələri
yaşadılır və inkişaf
etdirilir
Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birlik tərəfindən də dövlətimizin demokratik inkişaf yolunda atdığı addım kimi dəyərləndirilir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır.
Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə
yeni mərhələsi
başlanmış, dövrün
tələblərinə cavab
verən bir sıra yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. 1996-1997-ci illərdə
Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik
təsisatların təminatı
ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə
qoşulmuşdur. Azərbaycanın
yalnız 2000-2003-cü illərdə
ratifikasiya etdiyi "İşgəncələrin və
qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın
və ya cəzaların qarşısının
alınması haqqında",
"İnsan hüquq
və əsas azadlıqlarının müdafiəsi
haqqında", "Ekstradisiya
haqqında", "Cinayət
işləri üzrə
qarşılıqlı hüquqi
yardım haqqında",
"Cinayət fəaliyyətindən
əldə edilən gəlirlərin leqallaşdırılması,
aşkar olunması, götürülməsi və
müsadirə edilməsi
haqqında" konvensiyalar
praktik əhəmiyyəti
ilə diqqəti çəkir. 1998-ci ildə
Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm
cəzası ləğv
olundu. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən
əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin dövrdən etibarən imzalanmış
sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız
azadlığa qovuşmuşdur.
Prezidenti İlham
Əliyev Azərbaycan
dövlətinin humanizm
və ədalət prinsiplərinə əsaslanan
siyasətini davam etdirərək “Konstitusiya
və Suverenlik İli” münasibətilə
amnistiya elan olunması təşəbbüsünü
irəli sürüb. Amnistiya aktının layihəsinə
əsasən, Azərbaycan
Respublikasının suverenliyinin
və ərazi bütövlüyünün qorunması
uğrunda aparılan döyüş əməliyyatlarında,
o cümlədən Vətən
müharibəsində və
2023-cü il sentyabrın
19–20-də keçirilmiş antiterror əməliyyatında
iştirak etmiş şəxslərin, eləcə
də bu əməliyyatlarda həlak
olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın
qohumlarının, Ermənistan
Respublikasının mülki
əhaliyə qarşı
hərbi təxribatı
nəticəsində əlil
olmuş şəxslərin,
habelə qadınların,
60 yaşına çatmış
şəxslərin, cinayət
törədərkən yetkinlik
yaşına çatmayanların
və digər şəxslərin cəzadan
və ya cinayət məsuliyyətindən
azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən,
böyük ictimai təhlükə törətməyən
və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət
törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına
məhkum olunmuş bir sıra şəxslər
cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi
azaldılacaqdır.
Prezident İlham
Əliyev tərəfindən
Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən
azadlıqdan məhrumetmə
cəzasından azad ediləcək məhkumların
sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya
Aktının ümumilikdə
20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə
cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı,
7 mindən çox məhkumun azadlığın
məhdudlaşdırılması cəzasından, 4 minə
yaxın məhkumun azadlıqdan məhrumetmə
ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad
ediləcəyi proqnozlaşdırılır.
Bu təşəbbüs
həm qanunvericilik sahəsində əhəmiyyətli
bir addım, həm də cəmiyyətə qarşı
humanist və ədalətli münasibətin
təzahürü kimi
qiymətləndirilir. Amnistiya
təşəbbüsü, əsasən, hüquqi sistemin yumşaldılması,
cəmiyyətin müxtəlif
təbəqələrində barış və etimadın möhkəmləndirilməsi
məqsədini daşıyır.
Eyni zamanda, bu addım Prezidentin
və dövlətin vətəndaş mərkəzli
siyasətinin növbəti
ifadəsi kimi çıxış edir və cəmiyyətin sosial həmrəyliyinin gücləndirilməsinə xidmət
edir. Belə təşəbbüslər həm
də qanunvericilikdə
çevik və insanpərvər yanaşmanın
göstəricisidir və
dövlətin hüquq
sisteminə inamın artırılmasına töhfə
verir.
Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin,
dünyanın qabaqcıl
ölkələrinin təcrübəsinin
öyrənilməsinə və
tətbiqinə marağın
şahidi olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə
sadiqliyini əməli
işi ilə sübut etdiyini təsdiqləyir. Demokratik
cəmiyyətin varlığını
şərtləndirən amillərin
ölkəmizdə bərqərar
olunması istiqamətində
atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər
tərəfindən təqdir
olunur. Prezident İlham Əliyev bütün çıxışlarında
bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması
və möhkəmlənməsi,
demokratikləşmə prosesinin
sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə bir şüar, yaxud da bir
niyyət deyil, Azərbaycanın hərtərəfli
inkişafı üçün
başlıca şərtdir.
Konstitusiyamızda əksini tapan maddələrin böyük
əksəriyyəti insan
hüquq və azadlıqlarının qorunmasına
və müdafiəsinə
xidmət edir. Ən mühüm dəyişikliklərdən biri
budur ki, dövlətin ali məqsədi yalnız insan hüquq və azadlıqlarını
qorumaq deyil, onların layiqli həyat səviyyəsini təmin etməkdir. Nüfuzlu beynəlxalq təşkilatlar mütəmadi
olaraq, dünyada demokratiya və insan hüquqları sahəsində mövcud durumla bağlı hesabatını açıqlayır.
Daim ölkəmiz həmin hesabatlarda müsbət göstəriciləri
ilə yer tutur. Dövlət başçısı İlham
Əliyevin imzaladığı
əfv fərmanları,
amnistiya aktları, insan hüquqlarının
müdafiəsinə xidmət
edən Proqramın təsdiqlənməsi, eyni
zamanda, insan hüquqları gününün
təsis edilməsi buna əyani sübut kimi qeyd olunur.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2025.- 17 dekabr, ¹230.- S.6.