Azərbaycanda qış turizm

mövsümü açıq elan olunub

 

Mediatur

 

18-19 dekabrda qış turizmi mövsümünün açılışı ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərənŞahdağTurizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.

Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, “ŞahdağTurizm Mərkəzinin qış mövsümünə hazırlığı, qonaqlara təqdim olunan turizm məhsullarının tanıdılması, o cümlədən kompleksdə aparılan işlər yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbir çərçivəsində media nümayəndələrinəŞahdağTurizm Mərkəzinin 2025-ci il üzrə fəaliyyətinə dair video-təqdimat nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma infrastruktur işləri haqqında məlumat verilib.

Tədbirdə çıxış edənŞahdağTurizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov 2025-ci ilin 1 yanvar-15 dekabr tarixlərində mərkəzə səfər edən ziyarətçilərinin sayının 300 mindən çox olduğunu qeyd edib.

O, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının 76 ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin 26 nömrəli kanat xəttinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu bunun da gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcəyini bildirib.

Son iki ildəŞahdağ”ın təkcə istirahət mərkəzi kimi deyil, eyni zamanda yerli beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrildiyini vurğulayan Rüstəm Nəcəfov kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək Snoubord Federasiyası) stadionunun inşa edildiyini, 2026-cı ilin qış mövsümündəŞahdağ”ın Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına Dünya Kubokuna, eləcə Mogulüzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

İki günlük tədbir çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan xidmətlərlə tanış olub, xizək snoubord avadanlıqları, kanat yolları, müxtəlif atraksionlar qış əyləncələrindən istifadə ediblər. Eləcə media nümayəndələrinə il boyu xizək sürmək imkanı verən xüsusi simulyatorlar nümayiş olunub.

Qeyd edək ki, “Şahdağ”da bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-ə, uzunluğu isə 45 kmçatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı qış yay aylarında açıq qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2025.-  19 dekabr, ¹232.- S.7.