Xalqımıza Qarabağ Zəfərini
bəxş edən LİDER
Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən praqmatik, çoxvektorlu, milli maraqlara
əsaslanan siyasət
nəticəsində Azərbaycan
regionun ən güclü aktoruna, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib
Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik
ənənələrinin konkret
dövlət modelində
gerçəkləşməsi üçün əlverişli
siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir.
Güclü, qətiyyətli,
vətənpərvər və
müdrik liderə
malik olmayan xalq hətta real imkanlar daxilində belə öz müstəqilliyinə
qovuşa bilmir. Bu baxımdan həm klassik liderlik konsepsiyası, həm də müasir liderə münasibətdə
irəli sürülən
və ya təbii olaraq meydana çıxan tələblər prizmasından
yanaşmaqla Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin əsl
liderin bütün cizgilərini özünün
mənəvi və siyasi simasında təcəssüm etdirdiyini
asanlıqla görmək
olar.
Prezident
İlham Əliyevin siyasi
portretinin ən səciyyəvi xüsusiyyəti
öz ifadəsini Onun vətənpərvər
və qurucu Lider olmasında tapır. İyirmi iki il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin
siyasi kursuna və dahi şəxsiyyətin
layiqli davamçısı
İlham Əliyevə ilk dəfə
səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını
təsdiqlədi. Yeni əsrin
yeni Lideri İlham Əliyev
bu illər ərzində Azərbaycanı
həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən
qüdrətli, dünyada
sözü keçən
dövlətə çevirdi.
Bu güc sayəsində
Qarabağın 30 il davam
edən işğalına
44 gündə son qoymaq
mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq
və yaşayırıq.
Çoxəsrlik Azərbaycan
tarixində buna bənzər
şərəfli və
qürurlu günlər
olmayıb.
Xalqımıza Qarabağ Zəfərini
bəxş edən, bizi qalib xalqa
çevirən Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin
fəaliyyətinə nəzər
salaq. O, 1961-ci il dekabrın
24-də Bakı şəhərində
anadan olub. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı
orta məktəbdə
təhsil alıb.
1977-ci ildə Moskva Dövlət
Beynəlxalq Münasibətlər
İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək
tarix elmləri namizədi elmi dərəcəsi alıb.
1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda
müəllim işləyib.
1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb,
bir sıra istehsal-kommersiya müəssisələrinə
rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti,
Birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata
keçirilməsində fəal
iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra
tədqiqat işlərinin
müəllifidir. Siyasi
elmlər doktorudur.
2003-cü il oktyabrın 15-dən Azərbaycan Republikasının
Prezidentidir. Ötən
illər göstərdi
ki, Prezident İlham Əliyev
qurucu, birləşdirici,
öz siyasətində
Azərbaycan dövlətinin
və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər
edən, xalqın birmənalı şəkildə
dəstəklədiyi, etimad
göstərdiyi və
etibar etdiyi Liderdir. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan
islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib,
zamanın hər bir çağırışına
anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün
beynəlxalq, irimiqyaslı
layihələr Azərbaycanın
iştirakı, onun
milli maraqları nəzərə
alınmaqla həyata keçirilib.
Ulu Öndərin “İqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində
qurulan siyasət nəticəsində ötən
22 ərzində misilsiz
uğurlara imza atılıb. 1994-cü ildə
imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib.
Azərbaycanın qazandığı
nailiyyətlərin təməlində
məhz bu strategiya dayanır.
2006-cı ildə Bakı–Tbilisi–Ceyhan
əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində
böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış
mərasimləri keçirilib.
Həmçinin “Əsrin
müqaviləsi” 2050-ci ilə
qədər uzadılıb.
Eyni zamanda, dövlətimizin başçısının
təşəbbüsü ilə Şərq-Qərb
və Şimal-Cənub
beynəlxalq nəqliyyat
dəhlizlərinin yaradılması
istiqamətində böyük
işlər görülüb,
Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib.
Prezident
İlham Əliyev bu və digər təşəbbüsləri ilə
regionda mühüm əməkdaşlıq platforması
yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin
inkişafında və
təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir. Bu gün
Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr
sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz “Azerspace-1”, 2014-cü ildə
Yer səthini müşahidə edən
“Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya
peyki - “Azerspace-2” orbitə
çıxarılıb. Beləliklə,
dövlətimizin başçısı
Azərbaycanda güclü
əsaslara malik iqtisadi
sistemin qurulmasını
təmin edib ki, bu da qüdrətli dövlət quruculuğu istiqamətində ən mühüm komponentlərdən
biridir. Təbii ki, məhz Prezident İlham Əliyevin uzaqgörən
və praqmatik iqtisadi siyasəti sayəsində Azərbaycanın
malik olduğu imkanlar Vətən müharibəsində
Qələbənin qazanılmasında
da əsas amillərdən
oldu.
Prezident
İlham Əliyevin bütün
səfərlərində, keçirdiyi
görüşlərində, mötəbər tribunalardan
etdiyi çıxışlarda
Qarabağ münaqişəsi
əsas mövzu oldu. Bununla yanaşı,
dövlətimizin başçısı
müvafiq qurumların,
diplomatik missiyaların
qarşısında bu
məsələ ilə
bağlı müvafiq
tapşırıqlar qoydu
və əməli addımlar atıldı. Beləliklə, dünya Azərbaycanın ədalətə
söykənən mövqeyi
barədə məlumatlandırıldı.
Həmçinin Azərbaycan
Prezidentinin səyləri
nəticəsində münaqişənin
həlli üçün
hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik
Şurasının məlum
qətnamələri ilə
yanaşı, BMT Baş
Assambleyasının, Qoşulmama
Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının,
Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların
sənədlərində Azərbaycanın
ərazi bütövlüyünün
təmini ilə bağlı müddəalar
yer aldı ki, bu sənədlər Vətən müharibəsində
haqlı mövqeyimizi
daha da gücləndirmiş
oldu. İllər ötdükcə Azərbaycanın
artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin
istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə
hərbi əməkdaşlığa
dair sənədlər
imzalandı, hərbi qulluqçularımızın xarici
dövlətlərdə müxtəlif
təcrübə proqramlarında,
kurslarda iştirakı
təmin edildi. Beynəlxalq reytinqlərə
görə, Azərbaycanın
Silahlı Qüvvələri
bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur.
Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini
2016-cı ilin aprelində
həm düşmənə,
həm də dünyaya nümayiş etdirdi. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan
çox ərazisi, o cümlədən Şərur
rayonunun Günnüt kəndi düşməndən
azad edildi, dövlət sərhədi
boyunca əlverişli
yüksəkliklər ələ
keçirildi, İrəvan–Gorus–Laçın yolu nəzarətə götürüldü. 2020-ci il sentyabrın 27-də düşmən
növbəti genişmiqyaslı
təxribat törətdi.
Ali Baş Komandanın
“İrəli” əmrindən
sonra Azərbaycan Ordusunun başlatdığı
əks-hücum əməliyyatı
işğal altındakı
torpaqlarımızın azad
edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi.
“Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın
30 illik Vətən həsrətinə son qoydu.
“Bu gün beynəlxalq münasibətlərdə “kim
güclüdür, o da haqlıdır”
prinsipi üstünlük
təşkil edir”. Bu fikri öz çıxışlarında,
bəyanatlarında dəfələrlə
vurğulayan Prezident
İlham Əliyev güclü
siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını
həyata keçirməklə
iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti
Qarabağ münaqişəsini
tarixə qovuşdurdu,
bölgədə yeni reallıqlar
yaratdı. Prezident
İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə
dövründə həm
də informasiya cəbhəsində xalqının,
ölkəsinin maraqlarını
qətiyyətlə müdafiə
etdi. Xarici KİV-lərə çoxsaylı
müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri
dəqiq qiymətləndirən,
öz mövqeyini təkzibolunmaz arqumentlərlə
əsaslandırmağı bacaran lider olduğunu
nümayiş etdirdi.
Azərbaycanın ərazi bütövlüyünü
bərpa edən müdrik Lider, böyük Strateq, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı,
44 günlük Vətən
müharibəsinin əsl
qəhrəmanına çevrildi.
Hadisələrin sonrakı
gedişi bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev nəyi nə vaxt etmək lazım gəldiyini yaxşı bilir.
2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə,
Laçın-Xankəndi yolunun
başlanğıcında sərhəd-buraxılış
məntəqəsi quruldu.
Sentyabrın 19-da rəşadətli
ordumuzun Qarabağda başlatdığı lokal
xarakterli antiterror tədbirlərinin
qısa müddətdə
öz müsbət nəticəsini verməsi,
qarşıya qoyulan hədəflərə cəmi
24 saatda nail olunması
hərb tariximizə növbəti möhtəşəm
Qələbə kimi yazıldı. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti,
müdrik və uzaqgörən siyasətinin
məntiqi nəticəsi,
dövlətimizin başçısının
ətrafında “dəmir
yumruğ”a çevrilmiş xalqımızın
daha bir tarixi Zəfəri oldu.
Beş ildir ki, postmüharibə dövrünü yaşayırıq
və bu dövrün də öz hədəfləri
var. Fəxrlə deyə
bilərik ki, postmüharibə
dövrünün gündəliyini
Azərbaycan Lideri diktə edir. Beynəlxalq güclər,
dünyanın böyük
dövlətləri regionda
yaranmış yeni reallıqları
qəbul edir, onunla hesablaşırlar. Prezidentimizin cəsarətli,
təmkinli addımları,
taleyüklü məqamlarda
nümayiş etdirdiyi
qətiyyət və prinsipiallıq bizi qələbədən qələbəyə
aparır. Azərbaycan
dövlətinin gücü
sayəsində azad olunmuş yerlərə həyat yenidən qayıdır. Prezident
İlham Əliyev müharibədə
olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş
etdirir. İşğaldan
azad edilmiş ərazilərdə zəruri
infrastruktur obyektləri
ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb
binaları tikilib istifadəyə verilir, yenilərinin təməli
qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş
perspektivindən xəbər
verir. İndiyədək
yüzlərlə ailə
doğma yurda qayıdıb.
Beləliklə, Prezident İlham Əliyev
Ata vəsiyyətini şərəflə
yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi
sözə sahib çıxdı,
güclü Azərbaycan
yaradaraq düşməni
onunla hesablaşmağa
vadar etdi. Azərbaycanın ərazi
bütövlüyünü bərpa edən müdrik Lider, böyük Strateq, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı. Ölkə başçısı
üçün doğum
günü təkcə
yaş üstünə
yaş gəlməsi deyil, həm də dövlət və xalq qarşısında
hesabat məqamıdır.
Bu baxımdan yanaşsaq,
əsrə bərabər
son 22 il bənzəri olmayan
uğur salnaməsi kimi qəbul edilə bilər.
Sevinc Azadi
İki sahil.- 2025.- 20 dekabr, ą233.- S.2.