Zəfərdən quruculuğa:
Prezident İlham Əliyevin liderlik missiyası
Dekabrın 22-də “Konstitusiya və
Suverenlik İli” çərçivəsində
Yeni Azərbaycan Partiyası
(YAP) və Azərbaycan
Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı
ilə “Zəfərdən
quruculuğa: Prezident
İlham Əliyevin liderlik
missiyası” adlı tədbir keçirilib.
Tədbirdən öncə Universitet
ərazisində müasir
müstəqil Azərbaycan
dövlətinin qurucusu,
xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Ulu Öndər
Heydər Əliyevin və şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan
Respublikasının Dövlət
Himni səsləndirilib.
Çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru,
professor Gülçöhrə Məmmədova diqqətə
çatdırıb ki, dövlət
idarəçiliyində liderin
rolu təkcə inkişafın təmin olunması ilə məhdudlaşmır, eyni
zamanda, cəmiyyətdə
sabitliyin möhkəmlənməsi
və milli tərəqqinin
davamlı xarakter alması baxımından mühüm əhəmiyyət
kəsb edir: “Xalqa verdiyi sözlərə
sadiqliyini əməli
fəaliyyəti ilə
təsdiqləyən, hər
bir azərbaycanlının
Prezidenti olduğunu sübut edən İlham Əliyevin fəaliyyəti
ölkəmizin gücünün
daha da artmasına yönəlmiş ardıcıl
strateji xətt üzərində qurulub. Dövlətimizin başçısı
Azərbaycanın inkişafını
təmin etməklə
xalqın dərin etimadını qazanıb.
Milli maraqları daim prioritet hesab edən dövlət başçısının siyasəti
xalqımızın birliyini
daha da möhkəmləndirib”.
G.Məmmədova vurğulayıb
ki, dövlətimizin başçısının
düşünülmüş siyasəti ölkənin sosial-iqtisadi inkişafında,
eləcə də
milli maraqların qorunmasında
öz ifadəsini tapır: “Uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan
dünyada nüfuzlu dövlət, tolerantlıq
nümunəsi, mühüm
beynəlxalq tədbirlərin
keçirildiyi etibarlı
tərəfdaş kimi
tanınır”.
Dövlətimizin başçısının təhsilin inkişafını daim diqqət mərkəzində saxladığını vurğulayan rektor ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin də müasir Azərbaycanın gələcəyinə xidmət etdiyini söyləyib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında qeyd edib ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır: “Ulu Öndərin milli maraqlara əsaslanan uzaqgörən siyasəti Azərbaycanın müstəqil dövlət kimi tərəqqisini təmin edib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ümummilli Liderin dövlətçilik irsini müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək uğurlu siyasət həyata keçirməklə ölkəmizə tarixi nailiyyətlər qazandırıb”.
Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın əzmkar mövqeyi sayəsində möhtəşəm Zəfərə imza atıb: “Ölkəmizin ərazi bütövlüyü və tam suverenliyinin bərpası Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik məharətinin real nəticəsidir. Şübhə yoxdur ki, Heydər Əliyev ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən, sözünün imzası qədər dəyərli olduğunu hər zaman təsdiq edən qətiyyətli Lider – Prezident İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni zəfərlər bəxş edəcəkdir”.
Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş universitet əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
İki sahil.- 2025.- 23 dekabr, ¹234.- S.3.