YÜKSƏLİŞİN
VƏ ZƏFƏRİN MEMARI
Başa çatmaqda olan 2025-ci il də Azərbaycan
Respublikasının tarixinə
növbəti uğurlu
mərhələ kimi
yadda qalacaq. Ötən dövrün siyasi mənzərəsi və sosial-iqtisadi reallıqları göstərir
ki, qarşıya qoyulmuş bütün vəzifələr il ərzində qətiyyətlə
icra olunub, respublikamız özünün
milli məqsəd və prioritet hədəflərinə doğru
inamla irəliləyib.
Bu il cənab
Prezident İlham Əliyev Azərbaycanın
həm regional, həm də beynəlxalq səviyyədə
mövqelərini əhəmiyyətli
dərəcədə möhkəmləndirib.
Respublikamızın Çin
və ABŞ kimi dünyanın siyasi-iqtisadi
nəhəngləri, o cümlədən,
Avropa İttifaqının
üzvləri ilə strateji tərəfdaşlıq
münasibətlərini daha
da dərinləşdirib.
Liderlik formulu
Xüsusilə qeyd edilməlidir ki, 2025-ci il Azərbaycanın Qarabağ
Zəfərinin beynəlxalq
səviyyədə qəbul
edilməsi baxımından
əlamətdar il oldu. Bu ilin
avqustunda Vaşinqtonda
Azərbaycanla Ermənistan
arasında sülh sazişi layihəsinin mətninin paraflanması Vətən müharibəsi
və antiterror tədbirləri nəticəsində
regionda yaranmış
yeni reallıqların
qlobal miqyasda tam qəbul edilməsinin təzahürüdür.
Bütün bunlar həm Prezident, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin
təntənəsi, həm
də dövlətimizin
başçısının ölkəmizdə elan etdiyi «Konstitusiya və Suverenlik İli»nə böyük töhfəsidir.
2025-ci ilin nailiyyətləri
həm də belə bir həqiqəti
bir daha təsdiq edir ki, Ulu Öndər
Heydər Əliyevin ölməz ideyaları, müəyyən etdiyi strateji yol layiqincə
davam və inkişaf etdirilir. Böyük Heydər Əliyevin ideyaları isə Azərbaycanın inkişafının, yüksəlişinin
əsas təməl prinsipləridir və gələcəyə gedən
yolunun mayakıdır.
Ümummilli liderimiz
Heydər Əliyevin fəaliyyətinin hər bir mərhələsi liderlərin dövlətlərin
və xalqların tarixindəki rolu barədə söylənən
bütün fikirlərin
təsdiqidir-desək, yanılmarıq.
Tarix sübut edir ki, məhz
güclü liderləri
sayəsində dövlətlər
daha da güclənir,
inkişaf edir. Zəif rəhbərlərin
idarəetməsi isə
əsasən daxili çəkişmələr, tənəzzül
və ya ən yaxşı halda, durğunluqla nəticələnir. Güclü
və uğurlu liderlər milli ideyanın formalaşmasında
və möhkəmlənməsində
mühüm rol oynayırlar. Onlar cəmiyyətin dəyərlərini,
milli maraqlarını
və strateji məqsədlərini aydın
şəkildə ifadə
edərək, xalqı,
milləti ümumi ideya ətrafında birləşdirirlər. Bu
birlik isə dövlətin güclənməsinə,
milli həmrəyliyin
artmasına və beynəlxalq arenada nüfuzunun yüksəlməsinə
şərait yaradır. Bu baxımdan, böyük Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
hər bir mərhələsi güclü,
müqayisəsiz liderliyin
praktik və real nəticələrinin
nümünələridir.
Bu gün
isə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev dahi Heydər Əliyev siyasi yolunun ən layiqli davamçısı kimi özünün bütöv
fəaliyyəti ilə
güclü liderliyin ən mükəmməl formulunu yaradır. Möhtərəm
Prezident cənab İlham Əliyevin dünya çapında yorulmaz fəaliyyətindən
bəhs edəndə,
ölkəmizə rəhbərlik
etdiyi dövrün siyasi-iqtisadi mənzərəsinə
qısa ekskurs edəndə həm də Ulu Öndər
Heydər Əliyevin nə qədər müdrik şəxsiyyət
olduğunu bir daha anlayırıq, bir daha görürük.
Hələ 2003-cü ildə
prezident seçkilərindən
əvvəl xalqa müraciətində Ulu Öndər demişdi: «Üzümü Sizə - həmvətənlərimə tutaraq,
qarşıdan gələn
prezident seçkilərində
prezidentliyə namizəd,
mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin
I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz
ətrafında sıx
birləşdirərək Azərbaycan
dövlətinin inkişafı
və xalqımızın
firavanlığı yolunda
çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları,
işləri Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm».
Bəli, ötən
22 ildən artıq dövrün göstəriciləri,
reallıqları və
həqiqətləri Ulu
Öndər Heydər
Əliyevin cənab İlham Əliyevə özü qədər inanmaqda, Ona böyük etimad göstərməkdə nə
qədər haqlı və uzaqgörən olduğunu, eyni zamanda nə qədər müdrik şəxsiyyət və güclü siyasi strateq, nəhəng lider olduğunu göstərir.
İnkişafın
banisi
Öncə onu
qeyd edim ki, 2003-cü ilin oktyabr ayının 15-də
keçirilən prezident
seçkiləri Azərbaycan
tarixinin mühüm siyasi hadisələrindən
birinə çevrildi.
Ulu Öndərin müstəqil dövlətimiz
qarşısındakı tarixi
xidmətlərini hər
zaman yüksək qiymətləndirən və
Azərbaycanın etibarlı
gələcəyinin məhz
hakimiyyətin siyasi kursu ilə bağlı olduğunu qəbul edən qədirbilən xalqımız
bu seçkidə də böyük Heydər Əliyev yoluna əbədi sadiq olduğunu bir daha nümayiş
etdirdi.
2003-cü ilin oktyabrın 31-də keçirilən
andiçmə mərasimində
isə ilk dəfə Azərbaycan Prezidenti kimi and içən cənab İlham Əliyev özünün
fəaliyyət proqramını,
qarşıda dayanan ümummilli hədəfləri
açıqlayaraq demişdi:
«Mən Azərbaycanın
xoşbəxt gələcəyinə
inanıram. Əminəm
ki, ölkəmiz bundan sonra da
inkişaf edəcək,
daha da güclənəcəkdir.
Azərbaycanda demokratiya
daha da inkişaf
edəcək, siyasi plüralizm, söz azadlığı təmin
olunacaqdır. Ölkəmiz
müasir dövlətə
çevriləcəkdir. Bütün
bunları etmək üçün Azərbaycanda
çox işlər görmək lazımdır.
Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli
dövlətə çevirmək
üçün ən
başlıcası, ölkədə
Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış
edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm».
Prezident cənab
İlham Əliyevin andiçmə mərasimindəki
çıxışı sadəcə
prezident seçkilərinin
protokolundan irəli gələn bir məsələ deyildi. Prezident cənab İlham Əliyevin həmin vaxt söylədiyi fikirlər
qarşıya qoyulan vəzifələrin, tarixin
ən güclü Azərbaycanı üçün
gediləcək yolun mükəmməl yol xəritəsi idi. Bu çıxış respublikamızın qalib dövlətə çevrilməsi
yolunda onun daha da inkişafının,
yüksəlişinin özülünü
təşkil edən əsas tezislərin ictimaiyyətə açıqlanması
idi.
Ötən 22 ilin siyasi və
iqtisadi mənzərəsi
Prezident cənab İlham Əliyevin verdiyi bütün vədlərin həyata vəsiqə aldığını
bütün miqyası
və əzəməti
ilə təsdiq edir. Böyük qürurla qeyd etməliyik ki, Prezident cənab İlham Əliyevin müəllifliyi ilə ötən 22 ildə Azərbaycanın müasir
dövlətçiliyinin möhtəşəm,
şərəfli və
qürurverici tarixi yazılıb. Müqayisəli
şəkildə təhlil
etsək, həm iqtisadi, həm də dövlətin nüfuzunu müəyyən
edən göstəricilərin
bu illərdə nə qədər dəyişdiyini görərik.
Əvvəlcə onu qeyd edim ki,
Prezident cənab İlham Əliyevin
2003-cü ildə respublikamıza
rəhbərliyi zamanı
müəyyən etdiyi
prioritet vəzifələrdən
biri ölkəmizdə
bərqərar olmuş
stabillik fonunda iqtisadi inkişafın sürətləndirilməsi idi.
Cəmi bir neçə statistik göstəriciyə nəzər
salmaqla bu inkişafın əzəmətli
nəticəsini görmək
və bilmək mümkündür. 2003-cü ildə
Azərbaycanın dövlət
büdcəsinin gəlir
və xərcləri təxminən 1,2 milyar manat civarında olmuşdur. Bu gün, yəni 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin
xərcləri artıq
41 milyard manatı ötüb. 2003-cü ildə
ölkəmizdə ümumi
daxili məhsul istehsalı 7 milyard dollar səviyyəsində
idisə, təkcə
2025-ci ilin birinci yarısında ölkəmizdə
72 milyard manatdan artıq ümumi daxili məhsul istehsal edilib və bu rəqəmin
ilin sonuna 129 milyard manatı ötəcəyi gözlənilir. 22 il əvvəl Azərbaycanın
strateji valyuta ehtiyatları 1,6 milyard
ABŞ dolları həcmində
idi. Bu gün
isə strateji valyuta ehtiyatlarımız
81,5 milyard ABŞ dollarından
çoxdur. Bütün
bu göstəricilər
Prezident cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərabycanın getdiyi
inkişaf yolunu əks etdirən rəqəmlərdir. Bu illər ərzində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu
enerji siyasətinin qətiyyətlə davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan
neft kəməri, Cənub Qaz Dəhlizi kimi nəhəng enerji infrastukturlarının yaradılması
Azərbaycanın iqtisadi
inkişafına böyük
təkan verməklə
yanaşı, dövlətimizi
regionda və qlobal səviyyədə söz sahibinə çevirib. Təsadüfi
deyil ki, bu
gün həm regionda, həm də Avropa səviyyəsində aparılan
enerji müzakirələrində
Azərbaycan Respublikası
söz sahibi olan dövlət kimi çıxış edir və bütün
bunlar Prezident cənab İlham Əliyevin Azərbaycana qazandırdığı yüksək
qlobal nüfuzdan xəbər verir.
Prezident İlham
Əliyevin yürütdüyü
qətiyyətli, müstəqil
və balanslaşdırılmış
xarici siyasətinin nəticəsi olaraq Azərbaycan bu gün dünyanın bütün siyasi və iqtisadi qütbləri ilə səmimi strateji tərəfdaşlıq münasibətlərinə
malikdir. Prezident cənab İlham Əliyevin özü isə dünyanın ən nüfuzlu siyasi liderləri sırasında yer alaraq dünya lideri səviyyəsinə
yüksəlib. Təkcə
son bir neçə
ayda Prezident cənab İlham Əliyevin etdiyi xarici səfərlərə
və iştirak etdiyi beynəlxalq tədbirlərin statusuna nəzər salsaq bunu görə bilərik. Prezident cənab İlham Əliyevin bu ilin avqustunda ABŞ və Çinə səfərləri, BMT Baş
Assambleyasının 80-ci sessiyasında,
«Avropa Siyasi Birliyi»nin 7-ci Zirvə Görüşündə,
Misirdə keçirilən
Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın
güclü qlobal mövqeləri ilə bərabər, dövlətimizin
başçısının bütün siyasi platformalarda böyük ehtiramla qarşılanan böyük siyasi lider olduğunu açıq nümayiş
etdirdi.
Xalqımıza qalibiyyət yaşadan Müzəffər Lider
Prezident cənab
İlham Əliyevin fəaliyyətini xarakterizə
edən ən mühüm göstəricilərdən
biri dövlətimizin
başçısının verdiyi bütün
vədləri qətiyyətlə,
dönmədən yerinə
yetirməsidir. Yadımızdadır
ki, dövlətimizin başçısının ölkəmizdə
çadır şəhərciklərinin
ləğvi ilə bağlı verdiyi vədi vaxtından bir il tez-2007-ci ildə yerinə yetirildi. Hələ o zaman Azərbaycan ictimaiyyəti əmin idi ki, torpaqlarımız
mütləq işğaldan
azad olunacaq və məcburi köçkünlər üçün
doğma Qarabağda yeni evlər inşa ediləcək. Çünki hələ bundan bir neçə
il əvvəl
2003-cü ildə keçirilən
andiçmə mərasimində
Prezident cənab İlham Əliyev demişdi: «Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal
altında qalması ilə barışmayacaqdır.
Hamı bilməlidir ki, sülh tərəfdarı
olmağımıza baxmayaraq,
müharibənin yenidən
başlanmamasını və
bu məsələnin
sülh yolu ilə həllini istəməyimizə baxmayaraq,
bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin
bahasına olursa-olsun,
azad edəcəkdir».
Beləliklə, Prezident cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin
ilk günündən
torpaqlarımızın işğaldan
azad olunmasını prioritet vəzifə kimi müəyyən etməsi, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin müəyyən
etdiyi siyasi kursu uğurla davam etdirməsi, bütün çıxışlarında
Azərbaycan ərazilərində
ikinci erməni dövlətinin yaradılmasına
imkan verməyəcəyini
qətiyyətlə bildirməsi
başqa cür düşünməyə əsas
vermirdi. Və bütün bunlar xalqımızın iradəsinin,
inamının əsasında
dayanan göstəricilər,
əsas amillər idi.
2020-ci ilin sentyabrın
27-də başlayan və
cəmi 44 günə
torpaqlarımızın 30 illik
işğaldan azad edilməsi ilə nəticələnən Vətən
müharibəsi xalqımızın
bu inamının həyata vəsiqə alması ilə nəticələndi. 44 gün
davam edərək, düşmənin diz çökdürülməsi ilə
başa çatan bu tarixi savaş
Prezident, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin milli maraqlarımızı
təmin edən qətiyyətli daxili və xarici siyasətinin və milli ordumuzun yüksək döyüş
qabiliyyətinin ən
möhtəşəm təntənəsinə
çevrildi. Bu zəfər sadəcə müasir müstəqillik
dövrünün deyil,
bütün dövlətçilik
tariximizin qızıl
qanla, şərəflə
yazılan səhifəsi,
şanlı hadisəsidir.
2023-cü ildə Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində
ərazilərimizdəki erməni
separatizminə və dünya erməniliyinin illərdir apardığı
böhtan, şər kanpaniyasına nidalı son qoyulması isə Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin qətiyyətinin,
əsl sərkərdə
kimi döyüşlərdə
göstərdiyi şücaətinin
növbəti təcəssümü
oldu. Bununla da, bütün ərazilərimizdə Azərbaycanın
milli suverenliyi və Konstitusiyamızın
hüquqi qüvvəsi
təmin edildi. Ölməz şəhidlərimizin,
qazilərimizin qanı,
canı bahasına, milli ordumuzun gücü, qüdrəti
ilə əldə edilmiş bu hərbi zəfərlə
Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya həm də bir daha göstərdi
ki, milli maraqlarımız ulu öndərimiz Heydər Əliyevin də dəfələrlə ifadə
etdiyi kimi, heç vaxt müzakirə mövzusu ola bilməz.
Bu ilin avqustunda Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması,
Naxçıvan Muxtar
Respublikasının Azərbaycanın
əsas hissəsi ilə nəqliyyat
əlaqəsini təmin
edəcək Zəngəzur
dəhlizinin açılması
istiqamətində razılaşmanın
əldə olunması
və ondan sonrakı mərhələdə
bu istiqamətdə məqsədəyönəlik fəaliyyətin
davam etdirilməsi isə göstərir ki, Zəfərimizin memarı olan Prezident cənab İlham Əliyev həm də regionda sülhü, təhlükəsizliyi və
əməkdaşlığı təmin edir.
Dövlətə və xalqa xidmət
məramı, silahdaşlıq
missiyası
Ərazi bütövlüyümüzü
tam bərpa edən Prezident cənab İlham Əliyev bu gün lider qətiyyəti ilə işğaldan azad olunmuş torpaqlarımızı
dirçəldir, onlara
yeni həyat bəxş edir. O torpaqlara hər dəfə səfər etdikcə, ötən 5 ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini gördükcə,
düşünürəm ki, cənab Prezidentin işləri həqiqətən əzəmətlidir.
Bu prosesdə Prezident İlham Əliyevin ən böyük silahdaşı
isə respublikamızın
Birinci-vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevadır. Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə
Heydər Əliyev Fondu Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrlə
bu ərazilərin bərpa və quruculuğuna böyük
töhfələr verir
desək, azdır, Mehriban xanım Əliyeva sözün əsl mənasında, azad Qarabağda və Zəngəzurda yeni bir tarix
yazır.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın siyasi və ictimai fəaliyyət sferası çoxməzmunlu və əhatəlidir. Lakin daşıdığı bütün
vəzifələrdə Mehriban
xanım Əliyevanın
bir amalı var: dövlətə və xalqa layiqli
xidmət etmək. Mehriban xanım Əliyevanın həm respublikamızın Birinci
vitse-Prezidenti, həm Heydər Əliyev Fondunun prezidenti kimi, həm də 2005-2017-ci illərdəki
deputatlıq fəaliyyəti
dövrünü təhlil
edəndə görürük
ki, Onun gördüyü bütün
işlərin təməlində respublikamızın
yüksəlişinə xidmət
missiyası, humanizm prinsipləri dayanıb. Xanım Mehriban Əliyevanın daşıdığı
bütün vəzifələrin
ümumi cəhətləri
insanların yanında
olmaq, onlar üçün qurmaq, yaratmaq, ehtiyacı olanlara təmənnəsız
yaxşılıq, xeyirxahliq
etmək, Azərbaycan
həqiqətlərini olduğu
kimi dünyaya çatdırmaq kimi ülvi məqsədlərdir.
Bütün bunlar xanım Mehriban Əliyevanın yüksək
vətənpərvərlik dəyərlərinin, böyük
Heydər Əliyev yolunun milli ideya
daşıyıcısı olduğunu göstərir.
Eyni zamanda bütün bunlar Mehriban xanım Əliyevanın malik olduğu milli genetik kodların, mənsub olduğu şəcərənin, xalqımızın
tanınmış, ziyalı
nəslinin layiqli, sevimli nümayəndəsi
olduğunun təcəssümüdür.
Ümumilikdə isə xanım Mehriban Əliyevanın görkəmli siyasi xadim kimi indiyədək
daşıdığı bütün
vəzifələrdə həyata
keçirdiyi uğurlu
fəaliyyəti, qazandığı
yüksək nüfuzu,
xalqımızın Ona
olan sonsuz sevgisi, saf məhəbbəti
ilə silahdaşı
Prezident cənab İlham Əliyevin daxili və xarici siyasətinin daha böyük nailiyyətlər qazanmasına
böyük töhfələr
verir. Azərbaycanın
ötən 22 ildəki
inkişaf reallıqları
həm də bu həqiqətin təzahürüdür.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində respublikamızın
keçdiyi inkişaf
yolu bütün göstəricilər baxımından
22 ilin reallıqlarından
çox böyükdür. Böyük Heydər Əliyev ideyaları, Prezident İlham Əliyev siyasəti həm də Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə
çevirib, ərazi bütövlüyümüzü təmin edib, ölkəmizə nüfuz
gətirib. Əminik ki, bu siyasət qarşıdakı dövrlərdə
də Azərbaycan tarixini ən əlamətdar uğurlarla
şərəfləndirəcək.
Bəxtiyar Əsgərov,
Bakı şəhərində Naxçıvan
Muxtar
Respublikasının
Daimi Nümayəndəliyinin
rəhbəri
İki sahil.- 2025.- 24 dekabr, ¹235.- S.10.