Qarabağın Fatehi
Müzəffər
Ali Baş Komandan
Azərbaycan tarixində ən çox
xatırlanan, ən çox mübahisəyə səbəb
olan, ən çox böhtana məruz qalan, ən çox təhrif
olunan hadisələr Qarabağla bağlıdır. Qarabağ
həm də dünya dövlətləri tərəfindən ən çox münasibət
bildirilən bölgədir. Həmişə sual olunur: bu nə
ilə bağlıdır?
Tarixə nəzər salaq. Qarabağ
bütün tarixi mənbələrdə Azərbaycan
torpağı kimi xarakterizə olunur. Şübhəsiz, bu ərazinin
yerli əhalisi azərbaycanlılar idi. Alban məliklikləri
bu ərazidə məskunlaşandan sonra yerli müsəlman əhali
ilə gəlmə xristian əhali arasında çox zaman
mübahisələr münaqişə səviyyəsinə
qalxırdı. Xristian əhali bəzən yardım
üçün hətta çar Rusiyasına belə
müraciət edirdi. Qarabağda heç bir zaman söz sahibi olmayan ermənilər də
xristian dininin daşıyıcılarına tərəfdar
çıxır və müsəlmanlara olan düşmən
münasibətini büruzə verirdilər. Qarabağda
separatçı meyillər artdıqca bu əraziyə
müdaxilələr üçün bəhanə
yaranırdı. Səbəb kimi də guya xristian əhali
incidilir, dinləri isə təqib olunur və s.
Çariça II Yekaterina general Zubova göstəriş verərək deyirdi:”Əmr edirəm, Qarabağı al, ermənilərin sayını artır, orada mənim şərəfimə Çarqrad şəhərinin əsasını qoy, Alban erməni dövlətini elan et!” Göründüyü kimi, Qarabağ ərazisi ilə heç bir bağlılığı olmayan rus və ermənilər bu əraziyə sahib olmaq üçün təzavüzkar planlar hazırlamışdılar. II Yekaterinanın ölümü bu müdaxilənin gerçəkləşməsini bir neçə il ləngitdi.
Müstəqil Azərbaycan xanlıqlarının vahid dövlət şəklində birləşə bilməməsi Azərbaycanın, o cümlədən Qarabağ xanlığının işğalını sürətləndirdi. Doğrudur, 1805-ci il mayın 14-də qaniçən rus generalı P. Sisianovla Qarabağ xanı İbrahim Xəlil xan arasında 11 maddədən ibarət “Kürəkçay müqaviləsi” imzalandı. Əgər müqavilə bağlanan dövrdə ermənilər də bu ərazidə söz sahibi və ya bu ərazinin sakinləri olsaydı, yəqin ki, müqavilədə onların adına da rast gəlməli idik. Amma müqavilədə ermənilərlə bağlı bir söz belə yoxdur. Deməli, Rusiya tərəfi də bu ərazinin azərbaycanlılara məxsus olduğunu etiraf edirdi.
1813-cü il “ Gülüstan” və 1828-ci il “ Türkmənçay” müqavilələri Şimali Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoydu və Rusiya tərəfindən işğalı rəsmiləşdirdi. Cənubi Azərbaycandan və Osmanlı ərazisindən yüz minlərlə erməni Azərbaycan torpaqlarına köçürüldü. Təbrizdə ermənilərin köçürülməsinə başçılıq edən İ.Lazarev ermənilərə müraciətində deyirdi:” Ey, ermənilər, Sizə şad xəbərim var. Sizə təzə vətən tapmışıq. Bu təzə vətən Qarabağ, Naxçıvan və İrəvandır”. Ermənilərin Qarabağa köçürülməsi dövründə çar İ Nikolayın 1828-ci il martın 21-də keçmiş Naxçıvan və İrəvan xanlıqları ərazisində erməni vilayətinin yaradılması haqqında verdiyi fərman onu göstərir ki, bu ərazilərdə erməni olmayıb. Əgər ermənilər bu ərazinin sakini olsaydılar çarın fərmanına ehtiyac qalmazdı. Rus qafqazşünası İ.Şopen yazırdı ki, Qafqazda 1 milyon 300 min erməni yaşayir, bunların bir milyonu gəlmədir. Ermənilərin Qafqaza , o cümlədən Qarabağa köçürülməsi ilə bağlı çoxsaylı rus tarixçilərinin əsərləri var. Bu əsərlərin hər birində Qarabağ əhalisinin oturaq, ermənilərin isə gəlmə olduqları xatırlanır. Çox təəssüflər olsun ki, çarizm erməniləri Azərbaycan torpaqlarına köçürmək üçün hər cür riyakarlığa əl ataraq XX əsrin əvvəllərində bölğədə demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişməyə nail oldu. Çar üsul-idarəsi azərbaycanlı əhalini öz dədə-baba torpaqlarından zorla köçürdür, erməniləri bu torpaqlarda yerləşdirir və uzun müddətə onları vergilərdən azad edirdi.
1918-1920-ci illərdə müsəlman Şərqində ilk Çümhuriyyət Azərbaycanda quruldu. Qarabağda və Zəngəzurda ermənilər Azərbaycan qanunlarını qəbul etməkdən imtina edir, Ermənistanın daşnak hökuməti ilə əməkdaşlıq edirdilər. 1919-cu ilin iyulunda Şuşada Azərbaycan hökuməti ilə erməni icması arasında razılıq əldə edildi. Razılığın birinci maddəsinə görə Qarabağda yaşayan erməni tərəfi Cümhuriyyət qanunları ilə yaşamağa razılığını bildirirdi. Milli hökumət Qarabağda əmin-amanlıq yaratmaq, erməni yaraqlılarını bölgədən çıxarmaq, iki xalq arasında milli ədavəti aradan qaldırmaq üçün Qarabağ general-qubernatorluğu yaratdı. 1920-ci ilin aprel işğalı Cümhuriyyətin Qarabağla bağlı planlarını axıra qədər həyata keçirməyə imkan vermədi. Cümhuriyyətin süqutundan sonra Zəngəzuru ələ keçirən ermənilər Sovet Rusiyası rəhbərliyinin yaxından köməyi ilə Qarabağı Azərbaycandan ayırmaq və Ermənistana birləşdirmək üçün dəridən-qabıqdan çıxırdılar. Hətta 1921-ci il iyulun 4-də Pusiya Kommunist(bolşeviklər )Partiyası Qafqaz bürosu Qarabağın Ermənistana verilməsi haqqında qərar qəbul etdi. Bir gün sonra -iyulun 5-də Qafqaz bürosu Şuşa şəhəri paytaxt olmaqla, Qarabağın Azərbaycanın tərkibində qalması haqqında qərar qəbul etdi. 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Beləliklə, sovet rəhbərliyi Qarabağda daim tüstülənən separatçı yuvanın yaradılmasına nail oldu. Vilayət rəhbərliyi vaxtaşırı sovet rəhbərliyi qarşısında Qarabağ məsələsini qaldırır və Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər.
80-ci illərin
sonunda SSRİ adlanan nəhəng imperiya süqut etdi.
Qarabağ erməniləri Sovet dövlətinin zəifləməsi
və yerli hakimiyyətin qətiyyətsizliyindən istifadə
edərək Azərbaycandan ayrıldıqlarını elan
etdilər. Ermənistan və Sovet rəhbərliyi Qarabağ
ermənilərini müdafiə etdilər. Erməni diasporu və
erməni lobbisi Qarabağdakı erməniləri silah və
sursatla təmin edir, Qarabağ erməniləri isə azərbaycanlı
əhalini bölgədən çıxarmaq üçün
hər cür qətliam həyata keçirirdilər. Beləliklə,
1993-cü ilin yayına qədər erməni silahlı birləşmələri
Azərbaycanın 20 faiz torpağını işğal etdilər,
evindən-eşiyindən qovulan bir milyon azərbaycanlı
qaçqın və köçkün həyatını
yaşamağa məcbur edildi.
1993-cü
ilin ən ağır günlərində Azərbcan xalqının tələbi ilə
Heydər Əliyev hakimiyyətə gəldi. Heydər
Əliyev Azərbaycanı qardaş qırğınından,
vətəndaş müharibəsindən və müstəqilliyini
itirməsindən qorudu. On illik hakimiyyəti dövründə
müstəqil Azərbaycan üçün əlindən gələni
etdi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
qurucusu kimi tarixə düşdü. Qarabağ problemi ilə
baglı nə mümkün idisə,
onları etdi. Amma onu da etiraf etmək lazımdır ki,
Qarabağ məsələsində erməniləri müdafiə
edənlər çoxluq təşkil edirdilər. Dünya Azərbaycanın
haqq işini qulaqardına vurur, özünü yazıq və
məzlum xalq kimi təqdim edən ermənilərin göz
yaşlarına inanır, onların təcavüzünə haqq qazandırırdılar.
Ümummilli Lider Azərbaycan xalqını
inandırırdı ki, Qarabağ azad olunacaq və Azərbaycanın
üçrəngli Bayrağı bu bölgədə şərəflə
dalğalanacaq.
Azərbaycan
ərazilərinin erməni işğalından azad edilməsi
2020-ci il sentyabrın 27-dən
başlayan, 44 gün davam edən II Qarabağ müharibəsi
və 2023 -cü il antiterror əməliyyatının
uğurla həyata keçirilməsi nəticəsində mümkün oldu. Məhz 1993-cü
ildən Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici
siyasət, 2003-cü ildən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan
xalqını dəmir yumruq kimi öz ətrafında birləşdirərək
düşmənə qarşı mübarizə aparmaq əzmi
Azərbaycan xalqının son 30 ildə arzuladığı qələbəni gerçəkləşdirdi. Öz
Lideri ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan
ordusu Qarabağ cəbhəsində düşmənin
onurğa sütununu sındırdı, ərazilərimizi
düşmən işğalından azad etdi. Vaxtilə Nadir
şah Əfşar da işğala məruz qalan torpaqlarımızı azad etdi. Amma Nadir şahın
ölümü ilə Əfşarlar dövləti süqut
etdi. Çünki onun uğurlarını davam etdirən
siyasi varisi olmadı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
tarixində ən böyük xidmətlərindən biri də
müstəqil Azərbaycanı hər cür təhlükələrdən
qorumaqla yanaşı, Azərbaycanın müstəqilliyini əbədi
etmək üşün 2003-cü ilin oktyabrın 1-də cənab
İlham Əliyevin Azərbaycan xalqına təqdim edərək
deyirdi: “Mən ona özüm qədər
inanıram. İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıracaq”. Bəli, Azərbaycan
Respublikasının Prezidenti İlham cənab Əliyev uzun əsrlərdən
sonra ilk dəfə Azərbaycan torpaqlarını düşmən
işğalından azad etdi, Qarabağdakı
separatçı yuvasına son qoydu, Azərbaycanın suverenliyini bərpa etdi. Prezident
İlham Əliyev bütün Azərbaycan xalqının
Prezidenti ola bildi, xalq və iqtidar birliyini təmin etdi,
Qarabağ probleminin tarixini və hüquqi əsaslarını dünyaya çatdırdı,
güclü iqtisadiyyatın yaradılmasına nail oldu,
özünün dediyi kimi, on
yeddi illik hakimiyyəti dövründə əsgərindən
bir gün belə ayrı qalmadı.
Bəli,
44 günlük Vətən müharibəsi Azərbaycan
xalqının taleyində və tarixində ölüm-dirim məsələsi
idi. Ali Baş Komandan xalqını əmin etdi ki, onların
dünyaya gətirdiyi, onun tərbiyə etdiyi əsgər
heç vaxt məğlub ola bilməz. Ali Baş Komandan Azərbaycanın
haqq işinə mane olan və təhdid
edən dövlətləri yerində oturtdu. Ali Baş Komandan
hər gün işğaldan
azad edilən kənd və şəhərlərlə
bağlı ilk xəbəri
özü elan edirdi. Azərbaycan 30 ildən sonra tarixində
ilk dəfə Qarabağla bağlı Qələbə
sevincini yaşadı. 44 günlük Vətən müharibəsi
nəticəsində erməni ordusu ilə bağlı
bütün miflər darmadağın olundu, ermənilərin
havadarlarının hədələri
nəticəsiz qaldı. Çünki 44 günlük Vətən
müharibəsinin Qəhrəmanı öz fitri istedadı, qətiyyəti,
cəsur, mərd və vətənsevərliyi ilə
hamını heyran edən Ali Baş Komandan oldu.
Torpaqlarının azad olunmasını həsrətlə
gözləyən xalqını inandırdı ki,
Ümummilli Lider Heydər Əliyevin yolu haqq yoludur. Bu yol
hamını birləşdirib, dəmir yumruq kimi birləşən
və cənab İlham Əliyevə səs verən xalqın
torpağı işğal altında qala bilməz və
qalmadı.
2023-cü
ilin sentyabrında Azərbaycan öz tarixində ilk dəfə
bütövləşdı, Azərbaycanın süverenliyi bərpa
olundu, üçrəngli Bayrağımız Azərbaycanın
bütün ərazisində dalğalanmağa başladı.
100 il əvvəl Azərbaycan xalqının irədəsinin əleyhinə
yaradılan muxtar qurum 2023-cü ildə tariximizdən silindi.
Azərbaycanın dövlət başçısının
dediyi kimi, Qarabağ Azərbaycandır!
2023-cü
il Ümummilli Lider Heydər Əliyev ili oldu. Heydər
Əliyevin 100 illik yubileyinə ən böyük hədiyyə
Qarabağın azad olunması və Azərbaycanın
bütövləşməsi ola bilərdi. Bəli, Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyev müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin ruhunu belə şad edə bilərdi
və etdi. Müzəffər Ali Baş Komandan Azərbaycan
tarixinə Qarabağın Fatehi kimi daxil oldu. Uğurunuz
mübarək, Müzəffər Ali Baş Komandan!
Uzun illər
arzusunda olduğumuz bu tarixi Qələbəni kiminsə
hesabına qazanmadıq. Bu Zəfərin Ali Baş Komandanı da məlum, bu
Qələbə üçün canından keçən də
məlum, bu Qələbə üçün qan tökən
də məlum.
Kim deyir
ki, 1813 və 1828-ci illərdə bağlanmış
Gülüstan və Türkmənçay müqavilələrini
biz ürəkdən qəbul etmişik? Əsla yox. Bu
müqavilələr bizim torparlarımızın
bölüşdürülməsinə aid idi. Amma biz ora
çağrılmamışdıq. Bizim taleyimiz bizim
iştirakımız olmadan həll olundu.
Kim deyir
ki, 1920-ci ilin aprelində işğalçı 11-ci ordunu Azərbaycana
biz çağırmışdıq? Əsla yox. Hansı xalq
istəyər ki, müstəqilliyini əlindən versin, əsarəti
qəbul etsin. Amma düşmənə gücümüz
çatmadığı kimi cəsarətimiz də
çatmadı ki, yazaq: müstəqil Azərbaycan
xanlıqları çar Rusiyasına birləşmədi,
işğal edildi, 11-ci işğalçı ordunu Azərbaycana
biz çağırmadıq, özü gəldi. Bu necə
çağırmaq idi ki, 1920-ci ilin aprelin sonlarında Samur
çayını keçən rus
işğalçılarına qarşı qeyri-bərabər
döyüşdə 300 nəfər ləzgi polku son nəfəsinə
kimi vürüşdu və şəhid oldu. Qonağı belə
qarşılamırlar, düşmən belə
qarşılanır!
Min
şükürlər olsun ki, 2023-cü ildən sonra Azərbaycan
adlanan məmləkət azad və suverendir. Dünya öz tarixində Qərbin
heç bir təhdini və hədəsini qəbul etməyən Azərbaycanın
yenilməz Lideri ilə üz-üzə dayandı. Dünya
ilk dəfə qeyri-adi gücə malik Azərbaycanı
gördü. Dünya istəsə də, istəməsə də
Azərbaycan xalqının Qələbəsini qulaqları ilə
eşitməyə, gözləri ilə görməyə məcbur
oldu. Dünya heç vaxt xalq və iqtidar birliyinin bu dərəcədə
güclü və sarsılmaz olduğunun şahidi
olmamışdı.
Beş
ildir ki, qalib Azərbaycan öz uğurları ilə diqqət
mərkəzindədir. Otuz il ərzində Qarabağa və Şərqi Zəngəzura vurulan yaraları sağaltmaqla məşğuldur. Məlhəmin
də, dərmanın da sahibi özüdür, özü bərpa
edir, özü tikir.
Bu Qələbənin
bütün sevinci Azərbaycan xalqına və haqqı müdafiə edənlərə
məxsusdur. Bu Qələbədən gecəsini
gündüzlə dəyişik salan, hiddətindən
insanlığını itirənlərin ünvanları da məlumdur. Qərbin böyük
dövlətləri bu müharibənin ədalətlə bitməsinə
böyüklük edə bilmədilər. Hər dəfə
yalançı və saxta erməni göz yaşına arxa
çıxdılar, namərd mövqe nümayiş etdirdilər.
Amma səhv etdilər. Nə Azərbaycan xalqının
gücünü, nə də Azərbaycan Prezidentinin qətiyyətini
və cəsarətini qiymətləndirə bildilər.
Ermənistan
və havadarlarının Azərbaycana münasibəti məlum.
Avropa Parlamenti başda olmaqla ermənilərə saxlanan yas hələ
çox vaxt aparacaq. Azərbaycanın Qələbə
karvanı yol gedəndə kənarda qəribə səs
çıxaranlara əhəmiyyət vermir. Qoca və
qartımış Avropa bizim Qələbəmizlə
bağlı nə istəyirsə, desin, bizi bu yoldan heç kim
döndərə bilməz.
Uzun illər
Azərbaycanı içəridən dağıtmağa cəhd
edən ramiz mehdiyevlər, abbas abbasovlar, gültəkin
hacıyevalar, əli kərimlilər
bilməlidirlər ki, Allahın nəzəri bizim
üstümüzdədir, onların xəyanəti Azərbaycan
xalqının iradəsinə təsir edə bilməz.
Qərbdə
küçə həyatı yaşayan, əxlaqımıza
zidd olan söyüşlərlə
gündəm yaratmaq istəyənlər də bilməlidirlər
ki, çörəyi kişi kimi qazanıb yemək
lazımdır, Qərbə yarınmaqla kişi adını
daşımaq olmaz! Şəhidlərimizin qanı, qazilərimizin yaraları
siz vətən xainlərini bağışlamaz. Vətən
müqəddəsdir!
Müstəqil
və suveren Azərbaycanın
Prezidenti, doğum gününüz mübarək!
Anar
İsgəndərov,
Milli Məclisin
Elm və təhsil komitəsinin sədri,
tarix elmləri doktoru, professor
İki
sahil.- 2025.- 24 dekabr, ¹235.- S.9.