Uşaqlar zərərli informasiyadan necə qorunmalı?

 

Elnur Rüstəmov: Uşaqlara yalnız akademik biliklər deyil, eyni zamanda, media savadlılığı, emosional özünənəzarət, düzgün rəqəmsal davranış bacarıqları aşılanmalıdır cəmiyyət olaraq uşağın psixoloji təhlükəsizliyini fiziki təhlükəsizlik qədər vacib hesab etməliyik

 

Müasir dövrdə internetin rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, ciddi risklər formalaşdırır. Ekspertlər bildirirlər ki, nəzarətsiz informasiya axını uşaqların psixoloji, mənəvi sosial inkişafına mənfi təsir göstərə bilər. Bu baxımdan uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün prioritet məsələlərdən biri hesab olunur. Zərərli informasiya anlayışına zorakılığı, aqressiyanı, yaşa uyğun olmayan məzmunu, eləcə yanlış manipulyativ məlumatları təbliğ edən materiallar daxildir. Belə informasiyalar uşaqlarda qorxu, stress, davranış pozuntuları yanlış dəyərlərin formalaşmasına səbəb ola bilər.

Qanunvericilik səviyyəsində bu istiqamətdə mühüm addımlar atılır. Aidiyyəti qurumlar uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif mexanizmlər tətbiq edir, valideyn nəzarətinin gücləndirilməsi, yaş məhdudiyyətlərinin tətbiqi təhlükəsiz rəqəmsal mühitin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qeyd edək ki,  Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndində uşaqların yaşına uyğun informasiya əldə etmək hüququ öz əksini tapıb.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, müasir dövrdə uşaqların informasiya mühiti köklü şəkildə dəyişib: "Əgər əvvəllər uşağın qarşılaşdığı məzmun daha çox ailə, məktəb yaxın sosial mühitlə məhdudlaşırdısa, bu gün internet, sosial şəbəkələr, video-oyunlar rəqəmsal platformalar vasitəsilə uşaqlar nəzarətsiz filtrsiz informasiyaya çox asan çıxış əldə edirlər. Bu isə valideynlər cəmiyyət üçün yeni ciddi psixoloji risklər yaradır.

Zərərli məzmun dedikdə təkcə zorakılıq ya etik normalara zidd görüntülər nəzərdə tutulmur. Uşaqlar üçün uyğun olmayan davranış modelləri, aqressiyanı normallaşdıran oyunlar, mərclərə təşviq edən reklamlar, qorxulu qəhrəman obrazları, qeyri-real həyat standartları manipulyativ mesajlar da uşağın psixologiyasına mənfi təsir göstərən amillər sırasındadır. Xüsusilə erkən orta yaş dövründə olan uşaqlar bu cür məzmunu tənqidi süzgəcdən keçirə bilmədikləri üçün onu real həyat davranışı kimi qəbul edə bilirlər. Psixoloji baxımdan bu təsirlərin nəticəsi müxtəlif formalarda özünü göstərir. Uşaqlarda aqressiv davranışların artması, empatiya hissinin zəifləməsi, qorxu həyəcan pozuntuları (anksiyete), diqqət dağınıqlığı, asılılıq meyilləri sosial münasibətlərdə çətinliklər müşahidə oluna bilər. Xüsusilə zorakılıq ehtiva edən video-oyunlar videolar uşağın beyin fəaliyyətində təhlükəni adi hala çevirir, emosional həssaslığı azaldır problemlərə düzgün reaksiya vermə qabiliyyətini zəiflədir. Bu, gələcəkdə davranış pozuntusu problemlərinin əsasını qoya bilər."

Elnur Rüstəmovun sözlərinə görə, uşaqları bu cür zərərli informasiyalardan qorumağın əsas yükü ilk növbədə valideynlərin üzərinə düşür. Amma bu qoruma qadağa cəza üzərində qurulmamalıdır: "Təcrübə göstərir ki, qadağalar uşağın marağını daha da artırır qadağaları valideyndən gizli şəkildə icra etmək davranışını formalaşdırır. Ən effektiv yol valideynin uşağın rəqəmsal dünyasında müşahidəçi deyil, iştirakçı olmasıdır. Valideyn uşağın hansı oyunları oynadığını, hansı videolara baxdığını, hansı platformalarda vaxt keçirdiyini bilməli, eyni zamanda, bu məzmunların uşağın yaşına, emosional inkişafına uyğun olub-olmadığını dəyərləndirməlidir. Bununla yanaşı, valideyn-uşaq münasibətlərində açıq etibarlı ünsiyyət mühitinin qurulması çox vacibdir. Uşağın izlədiyi ya oynadığı məzmunlar onun üçün zərərlidirsə onu danlamaq yox, izah etmək, təhlükəli məqamları anlayışlı dillə başa salmaq lazımdır. Uşağa real həyatla virtual dünyanın fərqləri başa salınmalı, gördüyü hər davranışın doğru olmadığı, həmin davranışların xoşagəlməz nəticələri ola biləcəyi izah edilməlidir. Bu, uşağın tənqidi düşünmə bacarığını formalaşdırır onun gələcəkdə özünü qoruya bilməsində effektiv rol oynayır."

Həmsöhbətimiz texniki imkanlardan düzgün istifadənin vacib məqam olduğunu vurğuladı: "Valideynlərin nəzarət mexanizmləri, yaşa uyğun filtr proqramları ekran arxasında keçirilən vaxtın məhdudlaşdırılması qoruyucu vasitə kimi istifadə oluna bilər. Amma bunlar psixoloji maarifləndirməni əvəz etmir, yalnız tamamlayıcı rol oynayır. Əsas məqsəd uşağın daxili təhlükəsizlik mexanizmini formalaşdırmaqdır. Burada məktəbin, müəllimlərin mütəxəssislərin rolu da xüsusi qeyd olunmalıdır. Uşaqlara yalnız akademik biliklər deyil, eyni zamanda, media savadlılığı, emosional özünənəzarət düzgün rəqəmsal davranış bacarıqları aşılanmalıdır. Cəmiyyət olaraq uşağın psixoloji təhlükəsizliyini fiziki təhlükəsizlik qədər vacib hesab etməliyik. Çünki psixoloji zədələr görünməsə , uzunmüddətli dərin izlər buraxa bilir. Bu səbəbdən uşaqları zərərli məzmundan qorumaq ailə, təhsil sistemi cəmiyyətin birgə məsuliyyətidir. Valideyn diqqətli, məlumatlı emosional olaraq uşağına yaxın olduqda uşaq da zərərli təsirlərə qarşı daha güclü psixoloji immunitet qazanır. Ən güclü qoruma isə nəzarətdən çox düzgün yönləndirmə sağlam münasibət üzərində qurulan valideynlik modelidir."

 

İki sahil.- 2025.-  25 dekabr, №236.- S.8.