Yeni mərhələnin başlanğıcı

 

Qərbi Azərbaycana qayıdış

 

Prezident İlham Əliyev cari ildə müxtəlif platformalarda 9 dəfə Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət ayırıb

 

Qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində Qarabağı Şərqi Zəngəzuru 30 illik işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. 2023-cü ildə 24 saatlıq lokal antiterror tədbirləri ilə isə ölkəmizin suverenliyi bərpa edildi.  Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Qarabağ Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. İndi Qərbi Azərbaycana böyük qayıdış məsələsi bizim strateji hədəfimizdir.

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərdən biridir. Bu ərazilər əsrlər boyu azərbaycanlıların qədim yurd yeri olmuş, burada zəngin mədəniyyətin, dövlətçilik ənənələrinin əsası qoyulmuşdur. Lakin tarix boyu baş vermiş zorakı deportasiyalar etnik təmizləmə nəticəsində azərbaycanlılar öz doğma yurdlarından məhrum edilmişdir. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısı daim vurğulayır ki, Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə fəaliyyəti gücləndirilməli tarixi torpaqlarımızda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın illərdir gözlədiyi bu prosesin həyata keçirilməsi üçün zəmin yaratmışdır. Ölkə başçısı bu məsələnin həm daxili, həm beynəlxalq səviyyədə həllini tapması üçün ardıcıl səylər göstərir.

Qərbi Azərbaycandan zorla qovulan insanların öz doğma torpaqlarına qayıtmaları onların beynəlxalq hüquqa söykənən təməl haqqıdır. Bu mənada Qərbi azərbaycanlıların hüquqlarının sülh yolu ilə təminatı üçün əsas şərtlərdən biri beynəlxalq müstəvidə fəallığı artırmaqdır. Bu gün Prezident İlham Əliyevin milli maraqlara beynəlxalq hüquqa söykənən siyasi kursu nəticəsində Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna işlər görülür. Qərbi Azərbaycan İcması istər ölkə daxilində, istərsə ölkə hüdudlarından kənarda fəal lobbiçilik fəaliyyəti həyata keçirir, həqiqətləri olduğu kimi təqdim edir. Dövlətimizin başçısının uzaqgörən uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılıb.

Ölkə başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib.  Prezidentimizin yerli beynəlxalq platformalarda bu mövzunu ardıcıl şəkildə gündəmə gətirməsi Azərbaycan dövlətinin siyasi iradəsini məsələnin strateji əhəmiyyətini açıq göstərir. Qərbi Azərbaycana qayıdış həm tarixi yaddaşın bərpası, həm beynəlxalq hüquqa əsaslanan legitim real siyasi hədəfdir. Dekabrın 20-də keçirilən Qərbi Azərbaycan İcmasının ümumi yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev bildirib ki, Prezident İlham Əliyev cari ildə müxtəlif platformalarda 9 dəfə Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət ayırıb.

Qərbi Azərbaycan məsələsi artıq gənc nəslin milli kimliyinin ayrılmaz hissəsinə çevrilib. Buna görə bu istiqamətdə maarifləndirmə beynəlxalq təbliğat işləri daha da gücləndiriləcək. Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması beynəlxalq miqyasda işlərini uğurla davma etdirir.  Belə ki, bu günə qədər İcma beynəlxalq təşkilatlara 119 müraciət göndərib, hazırladığı 11 sənəd isə BMT Təhlükəsizlik Şurası, qurumun Baş Assambleyası İqtisadi-Sosial Şurası vasitəsilə bütün üzv dövlətlərə rəsmi dillərdə yayılıb. Bu fakt göstərir ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan Prezidentinin diplomatiyasının real prioritet istiqamətidir.

Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı tarixi zərurətdir. Ermənistan hakimiyyəti beynəlxalq hüquqa insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb sülh təhlükəsiz şəraitdə yaşamalarını təmin etməlidir. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaları onların tarixi-mənəvi, insani hüquqi haqqıdır. Qeyd edilməlidir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var.

Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərində tarixi ədalətin bərpası azərbaycanlıların doğma yurdlarına dinc yolla qayıdış hüququnun təmin olunması baxımından mühüm siyasi mesajlar verir. Dövlət başçısının bu mövzuda ardıcıl prinsipial mövqeyi Qərbi Azərbaycan məsələsinin milli ideologiyanın tərkib hissəsinə çevrildiyinin əyani təsdiqidir. Bu məsələnin dövlət səviyyəsində gündəmə gətirilməsi Qərbi azərbaycanlıların illərlə məruz qaldıqları ədalətsizliklərin aradan qaldırılması istiqamətində yeni mərhələnin başlanğıcıdır.

 

Zahid Rza

 

İki sahil.- 2025.-  26 dekabr, ¹237.- S.7.