Ətraf mühitin mühafizəsində
prokurorluq orqanlarının rolu
Müasir dövrdə sənayenin, texnologiyaların sürətli inkişafı təbiətə mənfi təsirlər göstərərək ətraf mühitin çirklənməsi kimi problemlər yaratmaqla insanlığın gələcəyini təhlükə altına salır. Dünyanın müxtəlif regionlarında sürətlə gedən sənayeləşmə, urbanizasiya və texnoloji inkişaf bəşəriyyətə yeni imkanlar qazandırmaqla yanaşı, təbii resursların tükənməsi, ekoloji tarazlığın pozulması və iqlim dəyişikliyi kimi problemləri də gündəmə gətirmişdir.
Bu səbəbdən,
ətraf mühitin qorunması həm yerli, həm də qlobal səviyyədə ən vacib məsələlərdən
birinə çevrilmişdir.
Ətraf mühitin qorunması yalnız ekoloji məsələ deyil, həm də sosial, iqtisadi və mədəni inkişafla sıx bağlıdır.
Sağlam ekoloji mühit insanların sağlam həyat sürməsini təmin edir, təbiət sərvətlərinin gələcək
nəsillərə ötürülməsinə
şərait yaradır,
iqlim dəyişikliyinin
mənfi təsirlərini
azaldır və dayanıqlı iqtisadi inkişaf üçün
zəruri təməl
yaradır.
Ətraf mühitin
qorunması üçün
hər bir fərdin və dövlətin üzərinə
müəyyən vəzifələr
düşür. Ətraf
mühitin mühafizəsi
qlobal miqyasda da mühüm əhəmiyyət kəsb
edir. İqlim dəyişikliyi, su ehtiyatlarının azalması,
biomüxtəlifliyin məhv
olması kimi problemlər yalnız beynəlxalq əməkdaşlıq
və ekoloji siyasətin gücləndirilməsi
ilə aradan qaldırıla bilər. Azərbaycanda son illərdə ətraf mühitin, meşə fondunun, su ehtiyatlarının
qorunması, havanın
keyfiyyətinin yaxşılaşdırılması
istiqamətində mühüm
tədbirlər həyata
keçirilmiş, ağacəkmə
aksiyaları keçirilərək
on minlərlə ağac əkilmiş, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq gücləndirilmişdir.
Azərbaycanın 2024-cü ilin noyabr ayında
BMT-in İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev
sahibliyi etməsi ölkəmizin iqlim diplomatiyasında rolunu artırmaqla beynəlxalq ekoloji gündəmdə aktiv rol almasını
bir daha sübut etmişdir.
Ətraf mühitin
mühafizəsinin təmin
edilməsi Azərbaycan
Respublikasının əsas
prioritet hədəflərindən
biridir. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin mövqeyi və təşəbbüsləri
xüsusi rol oynayır. Onun çıxışları və
qərarları ölkədə
ekoloji tarazlığın
qorunmasını, təbii
sərvətlərin dayanıqlı
idarə edilməsini və yaşıl enerji keçidini dövlət siyasətinin
əsas komponentinə
çevirmişdir. Prezident
İlham Əliyev çıxışlarında dəfələrlə
ətraf mühitin qorunmasının vacibliyinə
toxunaraq təbitəi
qorumağın bizim borcumuz olduğunu vurğulamış, ətraf
mühitin qorunması,
meşələrin qırılmasının
qarşısının alınması
ilə sərt göstərişlər vermişdir.
Azərbaycan Respublikasında
ətraf mühitin mühafizəsi ilə bağlı layihələrin,
həmçinin bərpa
olunan enerji resurslarının inkişafı
istiqamətində bir
çox tədbirlərin
həyata keçirilməsi,
günəş və
külək enerjisi stansiyalarının tikintisi,
bununla bağlı xarici investorlarla müqavilələrin bağlanması
onun bu sahəyə
verdiyi önəm və əhmiyyətin təzahürüdür. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezindentinin
25 dekabr 2023-cü il tarixli Sərəncamında
da “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” Azərbaycanın 2030-ci ilə
qədər sosial-iqtisadi
inkişafa dair beş milli prioritetindən biri kimi müəyyən edilmişdir. Belə ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ekoloji
təhlükəsizlik xüsusi
yer tutur. Qeyd edilən Milli Prioritetlər çərçivəsində iqlim dəyişmələri,
alternativ enerji, tullantıların idarə
olunması və biomüxtəlifliyin qorunması
üzrə “Azərbaycan
Respublikasının alternativ
və bərpa olunan enerji mənbələrindən
istifadə üzrə
Dövlət Proqramı”,
“Azərbaycan Respublikasında
bərk məişət
tullantılarının idarə
olunmasına dair Milli Strategiya” (2018–2030, “Azərbaycan Respublikasının
meşə fondu torpaqlarında meşələrin
bərpası və artırılması üzrə
Dövlət Proqramı”
(2020–2040), “Azərbaycan Respublikasının
su ehtiyatlarının
idarə olunması üzrə 2020–2030-cu illər
üçün Dövlət
Proqramı”, “Ağıllı
şəhər” və
“Ağıllı kənd”
konsepsiyaları (2021) kimi
Dövlət proqramları
qəbul olunmuşdur.
Bu prioritet Azərbaycanın ekoloji təhlükəsizliyini təmin
etmək və iqtisadi inkişafı “yaşıl” prinsiplər əsasında qurmaq məqsədi daşımaqla
əsas hədəfləri
bərpa olunan enerji mənbələrinin
yaradılması, enerji
səmərəliliyinin arıtırılması,
su ehtiyatlarının
qorunması, məişət
və sənaye tullantılarının idarə
olunması, biomüxtəlifliyin
və ekosistemlərin
qorunmasıdır.
Azərbaycanın ekoloji təhlükəsizliyinin
təmin olunması, təbii sərvətlərin
qorunması və ətraf mühitin mühafizəsi istiqamətində
həyata keçirilən
tədbirlər arasında
Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyevin Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilmiş
“Hərəmiz bir ağac əkək!”, “Yaşıl dünya naminə həmrəylik!”
kimi genişmiqyaslı
proqramlar sayəsində
ölkənin müxtəlif
regionalarında milyonlarla
ağac əkilmiş,
şəhər və
kəndlərdə yeni
yaşıllıq zonaları
salınmış, bu
layihələr ekoloji
mühtiin yaxşılaşdırılmasına,
iqlim dəyişikliklərinin
təsirlərinin azaldılmasına
mühüm töhfə
vermişdir.
Azərbaycanda son illərdə ətraf mühitin qorunması sahəsində
qanunvericilik təkmilləşdirilmiş,
nəzarət mexanizmləri
və qanun pozuntularına qarşı
mübarizə gücləndirilmişdir.
Azərbaycan Respublikasının ən
yüksək hüquqi
qüvvəyə malik
qanunvericilik aktı olan Konstitusiya və digər bir çox qanunvericilik aktları ilə ətraf mühitin qorunması hüquqi baxımdan təmin edilir. Azərbaycan Respublikası
Kontitusiyasının 39-cu maddəsində
insan və vətəndaşların əsas
hüquqlarından biri
kimi hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnun olması, ətraf mühitin, ekoloji tarazlığın saxlanılmasının
dövlət tərəfindən
təmin edilməsi göstərilmişdir. Bu
hüquqi baza ətraf mühitin qorunmasını dövlət
siyasətinin prioriteti
kimi göstərir və vətəndaşları
da ekoloji məsuliyyət daşımağa
təşviq edir. Bundan başqa “Ətraf mühitin mühafizəsi haqqında”
Qanunla ətraf mühitin mühafizəsi
üzrə dövlət
siyasəti və prinsipləri, təbii ehtiyatların qorunması,
hüquqpozmaların qarşısının
alınması və məsuliyyət tədbirləri,
“Ekoloji təhlükəsizlik
haqqında” Qanunla ətraf mühitə və insan sağlamlığına
təhlükə törədən
fəaliyyətlərin qarşısının
alınması və risklərin azaldılması,
“Atmosfer havasının
mühafizəsi haqqında”
Qanunla havanın çirkləndirilməsinin qarşısının
alınması, istehsalat
tullantılarının normalaşdırılması
və nəzarət tədbirləri tənzimlənir.
Ətraf mühitin mühafizəsi sahəsində
qanunvericiliyin pozulması
inzibati və cinayət məsuliyyətinə
səbəb olur. Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsində ətraf
mühitin mühafizəsi,
təbiətdən istifadə
və ekoloji təhlükəsizlik əleyhinə
olan inzibati xətalar müəyyən
edilmiş, Cinayət Məcəlləsində isə
ekoloji cinayətlər
cəza təhdidi altında qadağan edilmişdir.
Həmçinin Azərbaycan Respublikası
bir sıra beynəlxalq ekoloji konvensiyalara qoşulmuşdur.
Bunlara BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyası, “Biomüxtəliflik
haqqında” Konvensiya,
“Sərhədlərarası su axınlarının və beynəlxalq göllərin qorunması
və istifadəsi haqqında” Konvensiya və digər sənədlər daxildir.
Bu konvensiyalarla Azərbaycan Respublikasının
üzərinə götürdüyü
öhdəliklər milli
qanunvericiliklə uzlaşdırılaraq
effektiv şəkildə
tətbiq edilir.
Azərbaycan Respublikası Prezidentinin
28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında
“Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu il yalnız
dövlət müstəqilliyinin
və hüquqi sistemin möhkəmləndirilməsi
ilə bağlı deyil, həm də vətəndaşların
hüquq və vəzifələrini, o cümlədən
ətraf mühitin qorunması sahəsində
məsuliyyətlərini təbliğ
etmək baxımından
əhəmiyyət kəsb
edir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində
bu hüquqların təbliği daha geniş auditoriyaya çatdırılır. Dövlətin
suverenliyi yalnız siyasi və iqtisadi sahələrdə
deyil, həm də ekoloji sahədə özünü
göstərir. Suveren
bir dövlət ərazilərində təbii
resursların qorunmasını
və ətraf mühitin dayanıqlı istifadəsini təmin etməlidir. Bu məqədlə “Konstitusiya
və Suverenlik İli” çərçivəsində
ətraf mühitin qorunması sahəsində
müxtəlif tədbirlər,
maarifləndirmə kampaniyaları,
hüquqi tədbirlər,
aksiyalar, beynəlxalq əməkdaşlıq həyata
keçirilir.
“Konstitusiya və
Suverenlik İli” milli dövlətçiliyin
möhkəmləndirilməsi ilə yanaşı, ətraf mühitin qorunması sahəsində
vətəndaşların hüquq
və vəzifələrinin
önəmini vurğulayır.
Konstitusiya hüquqları
və dövlət suverenliyi ekoloji təhlükəsizliyin təmin
edilməsində bir-birini
tamamlayır. Bu il çərçivəsində
həyata keçirilən
tədbirlər həm
hüquqi, həm də ekoloji mədəniyyətin artırılmasına
xidmət edir, vətəndaşların sağlam
və dayanıqlı
ətraf mühitdə
yaşamaq hüququnun
qorunmasını təmin
edir.
Ətraf mühitin
qorunması üzrə
qanunvericilik Azərbaycanda
kifayət qədər
geniş və müasir beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Əsas məsələ
bu qanunların icrası, nəzarətin gücləndirilməsi və
ictimai iştirakçılığın
təmin olunmasıdır.
Qanunların effektiv tətbiqi həm təbiəti, həm də insanın sağlam gələcəyini
qorumağa xidmət edir.
Ətraf mühitin
qorunması dövlətin
prioritet istiqamətlərindən
biri olmaqla yanaşı, hüquq-mühafizə
orqanlarının da fəaliyyətində mühüm
yer tutur. Bu istiqamətdə həyata keçirilən
tədbirlərdə prokurorluq
orqanlarının rolu
xüsusilə diqqətəlayiqdir.
Azərbaycan Respublikasının
Prokurorluq orqanları ekoloji hüquqpozmalara qarşı mübarizədə
mühüm rol oynayır və bu sahədə qanunçuluğun təmin
olunması üçün
zəruri tədbirlər
həyata keçirir.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi
ilə əlaqədar
Baş Prokurorluq tərəfindən Tədbirlər
Planı hazırlanaraq
, Azərbaycan Respublikasının
Konstitusiyası və
“Prokurorluq haqqında”
Qanunla verilmiş səlahiyyətlər çərçivəsində
prokurorluq orqanları tərəfindən ekoloji
qanunvericiliyin pozulması
halları ilə bağlı digər səlahiyyətli dövlət
orqanları ilə birlikdə çoxsaylı
yoxlamalar təşkil
olunmuş, xüsusilə
sənaye müəssisələrinin
fəaliyyətində ətraf
mühitə təsir
edən faktorlar araşdırılmış, meşə
fonduna daxil olan ağacların qanunsuz kəsilməsi, su ehtiyatlarının çirkləndirilməsi və
təbii sərvətlərin
icazəsiz istismarı
ilə bağlı bir neçə cinayət işləri başlanaraq təqsirkar şəxslərin məsuliyyətə
cəlb olunması təmin edilmiş, həmçinin aidiyyəti
icra hakimiyyəti və dövlət qurumlarına təqdimatlar
verilərək hüquq
pozuntularının qarşısının
alınması tələb
edilməklə qanun pozuntularına şərait
yaradan məsul şəxslərin intizam məsuliyyətinə cəlb
olunmasına nail olunmuşdur.
Ümumilikdə 2020-ci ildən bugünədək
ətraf mühitin mühafizəsi qaydalarının
pozulması faktları
ilə əlaqədar
çox sayda inzibati xəta haqqında iş üzrə icraat və cinayət işləri başlanmaqla
təqsirli şəxslər
barəsində zəruri
məsuliyyət tədbirləri
görülmüş, həmçinin
ətraf mühitə
vurulmuş milyonlarla ziyanın ödənilməsi
təmin edilmişdir.
Ekoloji hüquqpozmalara
qarşı mübarizə
və bu qəbildən pozuntuların
qarşısının alınması
sahəsində Azərbaycan
Respublikası Baş Prokurorluğunun Cinayət
təqibindən kənar
icraatlar idarəsi tərəfindən mühüm
tədbirlər həyata
keçirilmişdir. Cinayət
təqibindən kənar
icraatlar idarəsi və yerlərdə həmin sahəyə cavabdeh olan prokurorluq
əməkdaşları tərəfindən
digər dövlət
qurumlarından və vətəndaşlardan ekoloji
hüquqpozmalarla bağlı
daxil olmuş müraciətlər həssaslıqla
araşdırılaraq təqsirli
şəxslərin məsuliyyətə
cəlb edilməsi, ətraf mühitə vurulmuş zərərin bərpa edilməsi təmin edilmişdir. Bundan başqa, İdarə tərəfindən qanun pozuntularının, onları
doğuran səbəb
və şəraitin aradan qaldırılmasına
dair təşkilatlara
və yaxud vəzifəli şəxslərə
təqdimatlar göndərilmiş,
həmçinin qanun pozuntularından çəkindirmək
məqsədilə rəsmi
xəbərdarlıqlar edilmişdir.
Son illərdə
rəqəmsal nəzarət
sistemləri və peyk müşahidələri
ilə bağlı məlumatlardan istifadə olunaraq, prokurorluq bəzi hallarda çevik müdaxilə imkanlarına malik olub. Bu yanaşma
meşə qırıntılarının
və qeyri-qanuni tikintilərin aşkara çıxarılmasında effektiv
olmuşdur.
Ətraf mühitin
qorunmasının əsas
üsullarından biri
kimi maarifləndirmə
və profilaktika işinin aparılması mühüm əhəmiyyət
malikdir. Prokurorluq orqanları yalnız cəza tədbirləri ilə kifayətlənməmiş,
cəmiyyətdə ətraf
mühitin qorunması
ilə bağlı maarifləndirməsi sahəsində
bir çox addımlar atmışdır.
Bu sahədə işin təşkili ilə əlaqədar prokurorluq orqanları tərəfindən ətraf
mühitin mühafizəsi
ilə bağlı tədbirlər, seminarlar təşkil edilməklə
vətəndaşlar ətraf
mühitin mühafizəsinin
vacibliyi, ekoloji qanunvericilik və məsuliyyət barədə
məlumatlandırılmışlar. Belə ki, 2024-cü il ərzində bir çox ərazi prokurorluqları tərəfindən media və qeyri-hökümət
təşkilatlarının əməkdaşlarının iştirakı
ilə “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbirlər təşkil edilməklə
ekoloji hüquqpozmalara
qarşı mübarizə,
tullantıların idarə
olunması, təbiət
resurslarının qorunması
kimi mövzular üzrə maarifləndirmə
aparılmışdır. Bundan
başqa, prokurorluq orqanları tərəfindən
“Yaşıl dünya
aksiyaları” çərçivəsində
bir çox ağacəkmə aksiyaları
keçirilməklə 1500-dən çox ağac əkilmişdir.
Həmçinin ətraf mühitin qorunması sahəsində
prokurorluq digər dövlət qurumları, xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Daxili İşlər
Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi ilə qarşılıqlı
əməkdaşlıq edir.
Eyni zamanda, beynəlxalq təşkilatlarla
birgə layihələr
icra olunur, qabaqcıl təcrübələr
öyrənilir və
tətbiq edilir.
2024-cü ilin noyabr ayında BMT-in İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
çərçivəsində Azərbaycan Respublikasında
işgüzar səfərdə
olan bir çox xarici dövlətlərin prokurorluq
orqanlarının rəhbərləri
ilə görüşlər
keçirilərək ətraf
mühitin mühafizəsi
sahəsində həmin
dövlətlərin hüquq
mühafizə orqanları
ilə qarşılıqlı
əməkdaşlığın gücləndirilməsi istiqamətində
mühüm tədbirlər
görülmüşdür.
Prokurorluq orqanlarının
ətraf mühitin mühafizəsinə verdiyi
əhəmiyyətin təzahürüdür
ki, Azərbaycan Respublikasının Baş
Prokurorluğunun təşəbbüsü
ilə “COP 29”-un Blue Zone (Mavi
Zona) bölməsində
200-dən çox xarici
və yerli nümayəndənin iştirakı
ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə
orqanlarının səfərbər
olunması” adlı yüksək səviyyəli
tədbir keçirilmiş,
bu tədbir “COP 29”-un ekoloji-siyasi aspektləri ilə yanaşı hüquqi müstəvinin də gücləndirilməsinə
mühüm töhfə
vermişdir. Tədbirdə Azərbaycan
Respubliaksının Baş
prokuroru Kamran Əliyev çıxış
edərək ekoloji cinayətlərin qlobal təhlükəsizlik müstəvisində
artan roluna diqqət çəkərək
ətraf mühitin çirklənməsi, su ehtiyatlarının zəhərlənməsi,
qanunsuz utilizasiya və digər ekoloji hüquqpozmalara qarşı mübarizənin
yalnız milli yox, həm də
beynəlxalq səviyyədə
koordinasiyalı yanaşma
tələb etdiyini qeyd etdmişdir.
Prokurorluq orqanları
tərəfindən ətraf
mühitin mühafizəsi
tədbirləri və
beynəlxalq əməkdaşlıq
davamlı olaraq həyata keçirilir. Azərbaycan Respublikasının
Baş prokuroru Kamran Əliyev “COP 30” çərçivəsində Braziliyanın Belem şəhərində təşkil
edilmiş “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu”
adlı beynəlxalq plenar iclasda iştirak edərək çıxışında ölkəmizdə
iqlim dəyişikliyi
ilə mübarizə
istiqamətində həyata
keçirilən tədbirlər,
o cümlədən qanunvericiliyin
təkmilləşdirilməsi və bu prosesdə
prokurorluq orqanlarının
fəal iştirakı
barədə ətraflı
məlumat vermişdir.
Prokurorluq orqanlarının
və digər dövlət qurumlarının
fəaliyyəti nəticəsində
ekoloji hüquqpozmalarla
bağlı mübarizə
daha sistemli və məqsədyönlü
şəkildə aparılsa
da, bu sahədə
daha böyük uğurlar əldə etmək üçün yalnız dövlət orqanlarının deyil, vətəndaş cəmiyyətinin
də aktiv iştirakı vacibdir. Ətraf mühitin qorunması – yalnız dövlətin deyil, hər bir insanın
vəzifəsidir. Təmiz
və sağlam bir gələcək üçün hər birimiz təbiətə qarşı məsuliyyətli
yanaşmalı, onu qorumağı həyat tərzinə çevirməliyik.
Hər birimiz Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin “Təbiəti qorumaq hər bir insanın
borcudur. Ətraf mühitin mühafizəi həm bugünkü nəsil, həm də gələcək nəsillər qarşısında
bizim müqəddəs
vəzifəmizdir” çağırışını
rəhbər tutaraq təbiəti qorumalı, bugünkü və gələcək nəsillərin
təmiz ətraf mühitdə yaşaması
üçün öz
üzərimizə düşən
vəzifələri layiqli
şəkildə yerinə
yetirməliyik.
Kərim İsmayılbəyli,
Ağdaş rayon prokurorluğunun böyük
müstəntiqi, kiçik ədliyyə müşaviri
İki sahil.- 2025.- 26 dekabr, ¹237.- S.6.