Prezident İlham Əliyevin liderliyi ilə müstəqil
Azərbaycan son 22 ildə yeni zirvələri
fəth edib
Tarix təsdiq edir ki, hər yüzillikdə
xalqların taleyini dəyişən liderlər
yetişir. Böyük
mütəfəkkir Viktor
Hüqo vaxtilə yazırdı: "Əsl
Liderin ömrünün
yarısı Vətənə,
digər yarısı
da xalqa xidmət etməkdən ibarətdir".
Bəli, Azərbaycanın
müasir tarixi iki qüdrətli Liderin – müstəqil Azərbaycan dövlətinin
qurucusu olan Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı
Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət
və qəhrəmanlıq
salnaməsidir. Ötən
əsrlərdə itirə-itirə
gəldiyimiz ərazilərimizi
birləşdirmək, bütövləşdirmək,
Azərbaycanı tarixinin
ən qüdrətli dövlətinə çevirən,
xalqın 30 illik həsrətinə son qoyan Ali Baş
Komandan İlham Əliyev yeni yüzilliyimizin xilaskar Liderdir. Çünki məhz Ali Baş
Komandan İlham Əliyevin Sərkərdəliyi
ilə çoxlarının
qeyri-mümkün hesab
etdiyi Qarabağ münaqişəsi cəmi
44 günə həll
olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin
himayə etdiyi işğalçı Ermənistan
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında
diz çökdü.
Ulu Öndərin yarımçıq qalan arzularını gerçəkliyə
çevirən cənab
İlham Əliyev 22 illik müstəqil, qətiyyətli, prinsipial siyasəti və sərkərdəlik məharəti
sayəsində Azərbaycanın
bütün ərazisində
suveren hüquqlarımız
bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər
xalq olduq, ölkəmiz bütün
dünyaya yeni imicdə göründü,
beynəlxalq aləm Azərbaycanı qüdrətli
dövlət kimi yenidən kəşf etdi. Beləliklə də, cənab İlham Əliyev alternativsiz Lider olduğunu təsdiqlədi.
Çünki Prezident
İlham Əliyev 22 il öncə verdiyi bütün vədləri yerinə yetirərək bir daha sözünün imzası qədər dəyərli olduğunu göstərdi.
Qədim yunan
filosofu Demokrit həmvətənlərini inandırırdı
ki, söz əməlin kölgəsidir.
Yəni, dediyin sözün qiyməti görəcəyin əməldən
asılıdır. Əlbəttə,
qədim yunanlının
bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə
qiymət verir, sözünün arxasında
dayanan şəxsiyyəti
alqışlayır və
dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində
xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi Lider olaraq
hər bir Azərbaycan vətəndaşının
Prezidenti olduğunu təsdiqləyir. Şəxsi
keyfiyyətləri, siyasi
uzaqgörənliyi və
reallığa uyğun
çevik qərarlar qəbuletmə bacarığı
sayəsində cəmiyyətin
bütün zümrələrini
ətrafında birləşdirən
cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən
prezident seçkilərində
seçicilərin 76,8 faiz
səsini toplayaraq Azərbaycan Respublikasının
Prezidenti seçilmişdir.
Xalqın iradəsini əks etdirən seçkilər cənab İlham Əliyevə olan inamı, etimadı nümayiş etdirir. Ona görə
də, 15 oktyabr 2003,
15 oktyabr 2008, 9 oktyabr
2013, 11 aprel 2018 və
7 fevral 2024-cü il prezident seçkilərində
xalqımız Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına,
sabitliyə, əmin-amanlığa,
tərəqqiyə, quruculuğa
və sözünün
üstündə həmişə
dayanmış şəxsiyyətə,
ən əsası, sözü ilə əməlinin üst-üstə
düşdüyü qüdrətli
Liderə səs verdi. Əlbəttə, Prezident İlham Əliyevin 22 illik prezidentliyinin əsas məqsədi xalqa ləyaqətlə xidmət
etmək, hər bir azərbaycanlının
Prezidenti olmaq, dövlətçiliyimizi bütün
gücü ilə möhkəmləndirməkdir. Azərbaycan
Prezidenti çıxışlarında
da dəfələrlə
qeyd edir ki, “Bizim sözümüz
imzamız qədər
keçərlidir”.
Son 22 ilin
reallıqlarının təhlili
hər bir vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir.
Dövlət başçısı
İlham Əliyev prezident seçkilərində
inamlı qələbəsindən
sonra 2024-cü il 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə
mərasimində «2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin
mənbəyi Azərbaycan
xalqıdır, onun mənə göstərdiyi
inam və onun vahid amal
ətrafında birləşmə
bacarığıdır. Biz
doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz
heç kimin köməyi olmadan həll edirik» söyləyərək onu
da əlavə etdi ki, indi
isə yeni dövr başlayır: “Biz bu dövrə
alnımız açıq,
üzümüz ağ,
başımız dik daxil oluruq. Bu
dövrün böyük
nailiyyətləri olacaq,
mən buna şübhə etmirəm.
Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş
birlik nümayiş etdirmiş, o cümlədən
bu seçkilərdə
böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm
sürən çox müsbət ab-hava bizi daha da
gücləndirir. Güclü
Azərbaycan həmişə
hədəfimiz olub».
Cənab İlham
Əliyev Azərbaycanın
qazandığı uğurları
geniş təhlil edərək onların fonunda böyük qürur hissi ilə qeyd etdi
ki, bu gün
Ağdamdayıq, Füzulidəyik,
Laçındayıq, Cəbrayıldayıq,
Zəngilandayıq, Qubadlıdayıq,
Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq,
Xocalıdayıq, Ağdərədəyik,
Əsgərandayıq, Xankəndidəyik!
Yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.
Bugünkü Azərbaycan reallıqları
deməyə əsas verir ki, sabitlik,
təhlükəsizlik və
inkişaf 22 illik tariximizi xarakterizə edən əsas amillərdir. Prezident İlham Əliyev "Güclü dövlət,
güclü iqtisadiyyat
və sosial rifah" konsepsiyası ilə Azərbaycanı dünyada seçilmiş
ölkələrin sırasına
daxil edibdir. Bunun nəticəsində,
biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında
vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın
inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dövlətinin yürütdüyü
müstəqil siyasət
həmişə birmənalı
olub: "Güclü
dövlət, güclü
iqtisadiyyat və sosial rifah. Bax,
bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş
ölkələrin sırasına
daxil edibdir. Bunun nəticəsində,
biz uğurla inkişaf edirik". Azərbaycanın iqtisadi inkişaf tempi dinamikdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
dövlət siyasətinin
ən mühüm istiqaməti işğaldan
azad edilmiş ərazilərdə bərpa-quruculuq
işlərinin aparılması,
müasir infrastrukturun
qurulması, kommunikasiya
və nəqliyyat xətlərinin bərpasıdır.
Bu uğurların təməlində qətiyyət,
prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, Lider yenilməzliyi və güclü Azərbaycan amili dayanır. İqtisadi sistemin formalaşdırılması
və təkmilləşdirilməsi,
daim nəzarətdə
olan maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi
kimi məsələlərin
həllinə yönəldilən
diqqət sayəsində
cəmiyyətdə sabitlik
və təhlükəsizlik
üçün münbit
şərait yaranıb,
Azərbaycan siyasi sabitlik adası kimi nüfuz qazanıb. Artıq dünyada sözünə
imzası qədər
dəyər verilən
qalib, bütövləşən
Azərbaycanla bütün
sahələrdə hasablaşırlar.
Dövlətimizin ədalətə
və beynəlxalq hüquqa söykənən
siyasətinin uğurları
davamlılığı ilə
diqqətdədir. Cənab
İlham Əliyev bütün çıxışlarında
bu reallığı da diqqətə çatdırır ki, əldə edilmiş bütün nailiyyətlərin
mənbəyi Azərbaycan
xalqıdır, onun mənə göstərdiyi
inam və onun vahid amal
ətrafında birləşmə
bacarığıdır. Biz
doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında
duran problemləri heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik. Bax, budur
müasir Azərbaycan
həqiqətləri. Bütün
bunlar əlbəttə
ki, bu gün
Azərbaycanın qazandığı
uğurları şərtləndirən
əsas amil Prezident İlham Əliyevin düşünülmüş
iqtisadi konsepsiyasının
tam doğru formada icrasıdır. Bu uğura nail
olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət də müstəsna əhəmiyyət kəsb
edir. Belə ki, Cənubi Qafqaz regionunda reallaşdırılan bütün
beynəlxalq, irimiqyaslı
layihələr Azərbaycanın
iştirakı və milli maraqlarının nəzərə alınması
ilə həyata keçirilir. Bu, o deməkdir ki, çoxvektorlu xarici siyasət nəticəsində
Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Bu uğurların, qazanılan zəfərlərin
arxasında xalq-ordu birliyi dayanır. Bəli, Ali Baş Komandanın apardığı diplomatik
siyasət düzgün
siyasətdir, Onun uğurlu siyasəti haqq işidir! Bu gün qürurla
bütün dünyada
sözümüz keçərli,
başımız ucadır.
Bu, Müzəffər
Azərbaycan Ordusunun gücüdür, potensialıdır.
Ali Baş Komandanın rəhbərliyi
ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib, dünyanın
50 güclü orduları
sırasına yüksəlib.
Bütün bu islahatlar onu deməyə əsas verir ki, Azərbaycan
Silahlı Qüvvələri
getdikcə daha da güclənir və dünyanın qüdrətli hərbi güclərindən birinə
çevrilir. Əminliklə
deyə bilərik ki, həyata keçirilən hərbi islahatlar nəticəsində
Azərbaycan Ordusu qüdrətini daha da artıracaq, tam modern hərbi
gücə çevriləcək
və nə bu gün, nə
də gələcəkdə
heç bir düşmən əli bu torpaqlara uzana
bilməz. Çünki
Azərbaycan Ordusu məğlubedilməzdir, onun
qarşısında düşmən
çox aciz və zəifdir.
Bu reallığı
da vurğulamaq istərdim ki, bu gün Azərbaycanın
yenilməz gücü
onun həmişə ədalətli davranması,
haqq mövqeyindən çıxış etməsidir.
Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: «Mən hesab edirəm ki, gücümüzün
əsas mənbəyi
haqlı olmağımızdır.
Çünki biz haqlıyıq və istənilən auditoriyada,
istənilən tədbirdə
öz haqlı olmağımızı sübut
etmək üçün
kifayət qədər
əsaslarımız var.
Qarabağ məsələsində
biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan
məhrum edə bilməz. Müstəqillik
ideyalarımızı rəhbər
tutmağımızda da
haqlı idik. Çünki biz müstəqil ölkəyik.
Əgər biz müstəqil ölkəyiksə,
nə üçün
kiminsə sözü
ilə oturub-durmalıyıq?
Onda gəlin, müstəqil ölkə
olmayaq. Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur».
Bəli, biz
ədalətimizlə gücümüzü,
gücümüzlə ədalətimizi
dünyaya nümayiş
etdirmişik. Azərbaycanın
müstəqilliyi real
səciyyə daşıyır.
Ölkəmizin müstəqilliyi
bizim ən böyük nailiyyətimizdir
və Azərbaycan dövlətinin müstəqilliyimizi
qorumağa, əbədi
etməyə gücü
və qətiyyətli
iradəsi var. Bizi güclü edən həm də xalqımızın
həmrəyliyidir. Dövlət
başçısı İlham
Əliyev müsahibələrində
də Azərbaycanın
ədalətə, beynəlxalq
hüquqa söykənən
siyasətinə və
uğurlu nəticələrinə
yönəldərək bildirir
ki, öz hədəfimizə doğru
gedirdik. 44 günlük
İkinci Qarabağ müharibəsi haqqın,
ədalətin kimin tərəfində olduğunu
bir daha təsdiqlədi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,
Vətən müharibəsi
həqiqət anı oldu. 30 illik işğal dövründə
ikili standartlara əsaslanan siyasətləri
ilə diqqətdə
olan dünya gücləri bu yanaşmanı istər 44
günlük İkinci
Qarabağ müharibəsi
dövründə, istərsə
də tarixi Zəfərimizdən sonra
nümayiş etdirdilər.
Bütün bunların
fonunda Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti,
öz missiyasını
şərəflə yerinə
yetirməyə qadir olan ordusunun gücü, qüdrəti,
xalqımızın birliyi,
həmrəyliyi sayəsində
tarixinin Zəfər səhifəsini yazdı. Dövlətimizin başçısının
qeyd etdiyi kimi, müharibə gücümüzü, əyilməz
iradəmizi, birliyimizi,
qələbə rəmzinə
çevrilən “dəmir
yumruq” öz gücünü göstərdi.
Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə
birlik də var, ölkəmizin gücü də var və həmişə
olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş
hissi ilə yaşayırsa, böyük
səhv edir. 44 günlük müharibəni
onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər
kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa,
elə dərsini alacaq ki, o 44 günlük müharibə
onun yanında yalan olacaq. Tarixi
Zəfərimizdən ötən
beş il ərzində Azərbaycanın
beynəlxalq münasibətlər
sistemində rolu daha da artdı.
Azərbaycan ən yüksək tribunalardan haqlı mövqeyini beynəlxalq ictimaiyyətə
çatdırdı.
Düzgün qurulan, düşünülmüş
və məqsədyönlu
siyasət daim ölkənin qarşısında
yeni-yeni imkanlar açır. Təkcə
bir faktı qeyd etmək kifayətdir ki, öz iqtisadi strategiyasını dünyanın
qabaqcıl ölkələrinin
təcrübəsinə uyğun
müəyyənləşdirməsi, iqtisadiyyatın düzgün
əsaslar üzərində
qurulması Azərbaycanın
üzləşdiyi hər
bir iqtisadi çətinlikdən uğurla
çıxmasını təmin
edir. Qətiyyətlə
deyə bilərik ki, ötən 22 il ərizində Azərbaycan dünyanın
ən sürətlə
inkişaf edən, yeniləşən, müasirləşən,
demokratikləşən ölkəsi
kimi yüksək imicə sahibdir. Hazırkı dövrün
əsas hədəfi olan hərbi gücümüzün artırılmasına
gəldikdə, Azərbaycan
İkinci Qarabağ münaqişəsində 30 ilin
işğalına son
qoyub ərazi bütövlüyünü və
tarixi ədaləti bərpa etməklə nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Son beş ilin
reallıqları bir daha təsdiqlədi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Azərbaycanla hədə-qorxu,
ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə
cəhdlər də olmayacaq. Qloballaşma şəraitində sürətlə
dəyişən dünyanın
bütün predmetləri
nəzərə alınmaqla,
əminliklə deyə
bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasında
olmaqla, müstəqil,
güclü iqtisadiyyata
və maliyyə resurslarına malik, özünü təmin edən və mövqeyini müdafiə etməyi bacaran ölkədir. Bütün
bunlar Azərbaycanın
müstəqil siyasətinin
nəticəsi, hər
bir sahədə zəngin təcrübəyə
malik olmasının təsdiqidir.
Bax, budur
müasir Azərbaycan
həqiqətləri! Əlbəttə
ki, bu gün
Azərbaycanın qazandığı
uğurları şərtləndirən
əsas amil Prezident İlham Əliyevin düşünülmüş
iqtisadi konsepsiyasının
tam doğru formada icrasıdır. Yuxarıda deyilənlərdən
hasil olan nəticə ondan ibarətdir ki, iqtisadi müstəqilliyin təmin edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Bu gün heç bir xarici dövlət,
heç bir beynəlxalq təşkilat
ölkəmizlə diktat
dili ilə danışmır və danışa da bilməz. Məhz son illər ərzində görülən
işlər, açılan
istehsal müəssisələri
bir daha onu göstərir ki, Prezident İlham
Əliyev Azərbaycan
iqtisadiyyatını düzgün
əsaslar üzərində
qurmaqla dayanıqlı
inkişafı təmin
edir, ən əsası dünyaya yeni iqtisadi modeli
nümayiş etdirir. Artıq bu gün
Azərbaycanın müstəqil
dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer tutması, sözünün imzası
qədər əhəmiyyəti,
sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı,
bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Və bu gün Azərbaycanın
qalib Lideri, Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanır dünyada getdikcə nüfuzu artan Azərbaycan beynəlxalq münasibətlərdə
önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə
liderlik keyfiyyətləri
nümayiş etdirir. Xüsusilə də, son 22 ildə Azərbaycanda həyata keçirilən mühüm
tədbirlər beynəlxalq
birliyin Azərbaycana inamının, etimadının
təzahürü, ölkəmizin
və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının
qlobal miqyasda nüfuzunun göstəricisidir.
Və bu gün Azərbaycan dünyada özünəməxsus
milli inkişaf modeli ilə tanınır. Prezident İlham Əliyev bildirir ki, qarşımızda
duran strateji vəzifə Azərbaycanın
müstəqilliyini daha
da möhkəmləndirmək
və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri
sırasına çıxarmaqdır.
Bütün bunlar son 22 ildə Qalib Liderimiz Prezident İlham Əliyevin apardığı
uğurla, qətiyyətlə
Azərbaycanın haqq,
ədalət tərəfdarı
olduğunun göstəricisidir.
Bir sözlə,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin düşünülmüş,
yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı
regionun lider dövlətinə çevirməklə
yanaşı, beynəlxalq
aləmdə ölkəmizi
etibarlı tərəfdaş
kimi tanıdıb.
Ölkə başçısının
apardığı müstəqil
siyasət, bütün
qərar və addımların beynəlxalq
hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində
dürüstlük, ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana
olan münasibəti müsbət mənada dəyişib. Beləliklə,
bu gün cənab Prezident İlham Əliyevin hərtərəfli siyasəti
sayəsində Azərbaycan
təkcə regional iştirakçı deyil,
həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Və bütün bu uğurlara Azərbaycan Liderinin artmaqda olan nüfuzu
və hərtərəfli
siyasəti sayəsində
ölkəmiz təkcə
regional iştirakçı
deyil, həm də qlobal problemlərin həllinə
təsir edə bilən bir ölkədir. Və bu gün böyük
inam və qətiyyətlə ifadə
edirik ki, Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni-yeni hədəflərə
hesablanmış strategiyasına
uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük
addımlarla irəliləyəcək.
Çünki Azərbaycanın
yenilməz gücü
onun həmişə ədalətli davranması,
haqq mövqeyindən çıxış etməsidir.
Bu uğurların təməlində qətiyyət,
prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və güclü Azərbaycan amili dayanır. Bir sözlə, son 22 ilin uğurları bizə onu deməyə
əsas verir ki, Prezident İlham
Əliyev bundan sonra da Azərbaycan
dövlətini və
xalqını Zəfərdən
Zəfərə, zirvədən
zirvəyə aparacaq.
Zərifə Quliyeva,
YAP Veteranlar Şurasının üzvü,
"Modern
ailə və inkişaf" İctimai Birliyinin sədri
İki sahil.- 2025.-
26 dekabr, ¹237.- S.5.