Prezidentin Qarabağ səfəri regionun inkişafı
və sabitliyi üçün strateji əhəmiyyət daşıyır
Prezident İlham Əliyevin azad olunmuş ərazilərə mütəmadi səfərləri dövlətin postmünaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq siyasətinin real nəticələrini əyani şəkildə nümayiş etdirir. Dövlət başçısı bu səfərlər zamanı görülən işlərlə yerində tanış olur, yeni yaşayış məntəqələrinin, sosial və infrastruktur obyektlərinin açılışında iştirak edir, həyata keçirilən layihələrin icra vəziyyətini şəxsən nəzarətdə saxlayır.
Prezidentin səfərlərinin
ən mühüm məqamlarından biri isə sakinlərlə, xüsusilə də uzun illər məcburi köçkün
həyatı yaşamış
vətəndaşlarla birbaşa
ünsiyyətdir. Bu görüşlər sadəcə
rəsmi tədbir xarakteri daşımır,
eyni zamanda, insanların illərlə
yaşadıqları həsrət
və ağrıların
paylaşılması, onların
sevincinə və ümidlərinə şərik
olunması baxımından
xüsusi mənəvi
məna kəsb edir. Dövlət başçısı hər
bir görüşündə
vurğulayır ki, azad edilmiş torpaqlara qayıdış
təkcə fiziki köç deyil, həm də ləyaqətli, təhlükəsiz
və dayanıqlı
həyatın bərpasıdır.
Prezident İlham
Əliyevin hər doğum gününü keçmiş məcburi köçkünlərlə birlikdə,
azad olunmuş ərazilərdə keçirməsi
isə bu siyasətin rəmzi ifadəsinə çevrilib.
Dövlət başçısının
doğma torpaqlara qayıdan insanlarla doğum gününü qeyd etməsi həm onların yaşadıqları çətinliklərin
unudulmadığını, həm də bu qayıdışın dövlət üçün
nə qədər önəmli olduğunu göstərir. Bu addım, eyni zamanda, “Biz birlikdə
qayıtdıq və birlikdə qururuq” mesajını daşıyır.
Prezidentin azad edilmiş ərazilərə
tez-tez səfər etməsi, görülən
işləri yerində
qiymətləndirməsi və
sakinlərlə birbaşa
təmasda olması Azərbaycanın bərpa
və yenidənqurma prosesinə verdiyi strateji önəmi bir daha təsdiqləyir.
Bu səfərlər göstərir ki, azad olunmuş torpaqların dirçəldilməsi
dövlət siyasətinin
əsas istiqamətlərindən
biridir və bu proses insan
amilini, vətəndaş
məmnunluğunu və
sosial ədaləti mərkəzində saxlayır.
Azad olunmuş
ərazilərə mərhələli
qayıdış prosesi
çərçivəsində dövlət başçısının
sakinlərlə birbaşa
təmasları davam edir. Prezident İlham Əliyevin bu görüşləri həm Böyük Qayıdış Proqramının
real nəticələrini
nümayiş etdirir, həm də illərlə yurd həsrəti ilə yaşayan insanların sevincinə dövlət səviyyəsində verilən
dəyərin ifadəsidir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 23-də
Xankəndi şəhərinin
Kərkicahan qəsəbəsində
buraya köçən
sakinlərlə görüşüb.
Görüş zamanı
Prezident doğma torpaqlarına 34 ildən sonra qayıdan keçmiş məcburi köçkünləri təbrik
edib. Dövlət başçısı bildirib
ki, torpaqlarımızın
işğaldan azad olunması ilə keçmiş köçkünlərin
öz dədə-baba
yurdlarına qayıdışı
mərhələli şəkildə
təmin edilir. Prezident İlham Əliyev vurğulayıb ki, Böyük Qayıdış Proqramı
bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramlarından
biridir və bu proses ardıcıl
şəkildə davam
etdiriləcək. Prezident
qeyd edib ki, sakinlər uzun illər çətin şəraitdə,
həm fiziki, həm də mənəvi əzablar içində yaşayıblar,
lakin artıq bu dövr arxada
qalıb. Yəni Böyük Qayıdış
Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış
proqramıdır: “Siz
isə uzun illər çətin şəraitdə, həm
fiziki, həm mənəvi əzablar içində yaşamısınız.
Artıq buna son qoyuldu və
34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük
xoşbəxtlikdir, həm
sizin üçün,
həm də xalqımız üçün.”
Azad olunmuş
ərazilərdə təhsil
infrastrukturunun bərpası
və inkişafı istiqamətində həyata
keçirilən layihələr
ardıcıl şəkildə
davam etdirilir. Bu tədbirlər regionda müasir ali təhsil mühitinin formalaşdırılmasına
və ixtisaslı kadr potensialının gücləndirilməsinə xidmət
edir.Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 23-də Xankəndi
şəhərində Qarabağ
Universitetinin Mühəndislik
fakültəsinin binasının
təməlini qoyub. Dövlət başçısına
binada yaradılacaq şərait barədə
ətraflı məlumat
verilib. Qeyd edək ki, Qarabağ
Universitetinin Mühəndislik
fakültəsi innovasiya
və tətbiqyönümlü
mühəndis kadrların
hazırlanmasını hədəfləyir.
Fakültədə hazırda
7 ixtisas üzrə
300-dən çox tələbə
təhsil alır. Yeni tədris binasının müasir standartlara uyğun inşa olunaraq qısa müddətdə
istifadəyə verilməsi
planlaşdırılır. Yeni bina auditoriyalar,
laboratoriyalar və elmi-innovasiya məkanları
ilə təchiz ediləcək, bu da mühəndislik təhsilinin keyfiyyətinin
yüksəldilməsinə və qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına
mühüm töhfə
verəcək.
Cənab İlham
Əliyev dekabrın
23-də Xocalı rayonunun
Ballıca kəndində
“Accurate Az” MMC-yə məxsus ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin
açılışında iştirak edib. Dövlət başçısına
müəssisənin fəaliyyəti
və istehsal imkanları barədə məlumat verilib.Bildirilib
ki, müasir texnologiyalarla təchiz olunan müəssisədə
ildə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal olunacaq. Məhsulların əsas hissəsi ixraca yönəldiləcək. Layihənin
ümumi dəyəri
20 milyon manatdır və müəssisə dövlətin təqdim etdiyi güzəşt və stimullardan yararlanıb. Müəssisənin
fəaliyyətə başlaması
Qarabağda sənaye potensialının formalaşmasına,
yerli istehsalın və ixrac imkanlarının
genişlənməsinə, eləcə də əhalinin məşğulluğunun
artırılmasına mühüm
töhfə verəcək.
Hazırda burada 80 daimi iş yeri
yaradılıb, növbəti
mərhələdə isə
yüzlərlə yeni
iş yerinin açılması nəzərdə
tutulur. Qeyd edək ki, işğaldan
azad olunmuş ərazilərdə sahibkarlığın
təşviqi, investisiyaların
cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması
dövlətin əsas
strateji prioritetlərindəndir.
Qarabağda sənaye
potensialının genişləndirilməsi
istiqamətində daha
bir mühüm addım atılıb. Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin mebel istehsalı müəssisəsinin təməli
qoyulub. Layihə həm yerli bazarın təminatına,
həm də ixrac imkanlarının artırılmasına xidmət
edəcək.
Qarabağda sənaye
infrastrukturunun inkişafı
istiqamətində növbəti
əhəmiyyətli layihə
reallaşdırılıb. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Sənaye Parkında
“Construction” MMC-nin metal
elektrik dirəklərinin
istehsalı müəssisəsinin
olub. Çin texnologiyası əsasında
qurulan müəssisənin
illik istehsal gücü 7 min 200 ton təşkil edir və məhsullar
həm daxili bazarın tələbatını
ödəyəcək, həm
də ixrac olunacaq. 2,96 milyon manat dəyərində investisiya ilə yaradılan zavodda 32 daimi iş yeri
açılıb, sənaye
parkının rezidentlərinə
verilən vergi və gömrük güzəştlərindən faydalanılır.
Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin bərpası,
Qarabağın sənaye
potensialının artırılması
və əhalinin məşğulluğunun genişləndirilməsi
məqsədini daşıyır.
Qarabağda müasir
yaşayış məntəqələrinin
yaradılması istiqamətində
növbəti mühüm
layihə həyata keçirilib. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də
Ağdam şəhərində
2-ci yaşayış kompleksinin
açılışında iştirak ediblər və sakinlərlə görüşüblər.
Kompleks haqqında
məlumat verilərək
bildirilib ki, ərazisi 13 hektardan çox olan yaşayış məntəqəsində
11 məhəllə və
60 bina inşa edilib. Burada ümumilikdə 1268 mənzil
mövcuddur: 114 birotaqlı,
464 ikiotaqlı, 536 üçotaqlı
və 154 dördotaqlı.
Dekabr ayında 104 ailə (426 nəfər) köçürüləcək, 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) yeni mənzillərə yerləşdiriləcək.
Mənzillər və
binalar müasir şəraitlə təmin
olunub: daimi su, elektrik və
sürətli internet xətləri, istilik və isti su
mövcuddur. Kompleksin ərazisində uzunluğu
5 kilometrə yaxın
daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
Qeyd edək ki, dövlətimizin başçısı kompleksin
təməlini 2023-cü ildə
qoyub və bu ilin fevralında
tikinti işlərinin
gedişi ilə tanış olub. Qarabağın və Şərqi Zəngəzurun
bərpasında əsas
prinsip müasir standartlara uyğun məntəqələrin qurulması,
sosial infrastrukturun inkişafı və əhalinin dayanıqlı
məskunlaşmasının təmin edilməsidir. Bu layihələr müasir məktəblər,
uşaq bağçaları,
tibb müəssisələri,
sənaye parkları və xidmət sahələrinin yaradılması
ilə bölgənin
sürətli inkişafına
töhfə verir.
Dövlət başçısının son
səfəri bölgədə
davamlı inkişaf və sülh prosesinin gücləndirilməsi
baxımından əhəmiyyətli
bir mesajdır. Səfər zamanı yeni sənaye və investisiya layihələrinin təməlqoyma
mərasimləri və
açılışlar həyata
keçirildi, bu da regionun iqtisadi
canlanmasına və iş yerlərinin yaradılmasına xidmət
edir. Eyni zamanda, səfər göstərdi ki, dövlət Qarabağda sosial rifahın yüksəldilməsi, infrastrukturun
bərpası və yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atır. Ümumilikdə, bu səfər bölgədə
həm iqtisadi, həm də sosial inkişafın sürətləndirilməsi və
uzunmüddətli sabitliyin
təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın son səfərləri regionda
bərpa və yenidənqurma işlərinin
sürətləndirildiyini, sakinlərin rahat və müasir şəraitlə təmin
olunduğunu nümayiş
etdirir. Açılışlar
və görüşlər
Qarabağın dayanıqlı
məskunlaşması, sosial
infrastrukturun inkişafı
və əhalinin rifahının yüksəldilməsi
istiqamətində aparılan
sistemli işlərin uğurla davam etdiyini göstərir.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2025.- 26 dekabr, ¹237.- S.3.