Bir zamanlar “Ruhlar şəhəri”
adlandırılan Ağdam yenidən dirçəlir
2020-ci il sentyabrın
27-də səhər saatlarında
təcavüzkar Ermənistanın
silahlı qüvvələri
cəbhəboyu zonada yerləşən Azərbaycan
Ordusunun mövqelərini
və yaşayış
məntəqələrini iriçaplı
silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər,
Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində
mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə
ciddi ziyan dəydi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan
Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında qazandığı
uğurlar, torpaqlarımızın
düşmən işğalından
azad edilməsi Silahlı Qüvvələrimizin,
dövlətimizin gücünü,
qüdrətini bir daha nümayiş etdirdi.
Bu döyüşlər
Azərbaycan əsgərinin
döyüş və
mənəvi-psixoloji hazırlığını,
yüksək qələbə
əzmini, vətənpərvərliyini,
milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın
heç vaxt işğalla barışmayacağını,
nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa
etmək əzmində
olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran
işğalçı, Azərbaycanın
sülh çağırışlarını
saymazyana şəkildə
rədd edən terorrçu Ermənistanı
diz çökdürməyə
qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın
başçılığı ilə ordumuzun işğala söykənən
status-kvonu dəyişdirdiyinə
şahid oldu. Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında
heç bir qüvvə tab gətirə bilməz. Qırx dörd gün ərzində Azərbaycan öz ərazi bütövlüyümüzü
bərpa etdi. 30 illik torpaq nisgilinə,
həsrətinə son
qoyuldu. Mənfur düşməni torpağımızdan
qovdu, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi, erməni faşizminin başını əzdi.
Qırx dörd
günlük Vətən
müharibəsində Azərbaycanın
qazandığı tarixi
Qələbənin məntiqi
nəticəsi kimi bu Zəfəri rəsmiləşdirən 2020-ci il 10 noyabr tarixli
Bəyanat imzalandı.
Azərbaycan, Rusiya prezidentlərinin və işğalçı dövlətin
baş nazirinin imzaladıqları bu sənəd Ermənistanın
kapitulyasiyası idi. Üçtərəfli Bəyanat
uzun illər davam edən münaqişəyə son
qoydu və Bəyanata uyğun olaraq, münaqişənin
hərbi mərhələsi
başa çatdı.
Qırx dörd gün davam edən müharibədə
Cəbrayıl, Füzuli,
Zəngilan, Qubadlı,
və nəhayət, Şuşa şəhəri
işğaldan azad edildi. Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən Azərbaycana
qaytarıldı.
2020-ci il noyabrın
23-də Ağdama səfər
edən Prezident İlham Əliyev şəhərdə Azərbaycan
Bayrağını ucaltdı.
Dövlət başçısı
və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidini ziyarət etdilər. Prezidentimiz Ağdam məscidinin qarşısında
çıxış edərək,
erməni vandalizminin mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə
çatdırdı və
Ağdamın yenidən
bərpa ediləcəyini
bildirdi. Otuz ilə yaxın davam edən işğal dövründə
xarabalığa çevrilmiş
Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır.
Bir zamanlar
“Qafqazın Xirosiması”,
“Ruhlar şəhəri”
adlandırılan Ağdam
yenidən dirçəlir
və çiçəklənir. Prezidenti İlham Əliyevin dekabrın 23-də Ağdam
şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak
etməai bunun əyani təsdiqidir. Ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli
olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə
aid ümumilikdə
127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb.
Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam
Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.
Ölkəmizin başçısının həmin
gün, həmçinin
Ağdam Sənaye Parkında “Construction” MMC-nin
metal elektrik dirəklərinin istehsalı
müəssisəsinin açılışında
iştirak etməsi mühüm əhəmiyyət
daşıyır. Sənaye
Parkının 1 hektarlıq
ərazisində yerləşən
müəssisədə istehsal
Çin texnologiyası
əsasında qurulub.
Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil
edir. Məhsullar həm daxili bazarın tələbatını
ödəyəcək, həm
də ixrac ediləcək. İnvestisiya
həcmi 2,96 milyon manat olan müəssisədə
32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat
Nazirliyinin tabeliyində
Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon
manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye
parkının rezidentlərinə
verilən bütün
vergi və gömrük güzəştlərindən
yararlanıb. Həmçinin
texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən
443 min manat dəyərində ƏDV və
gömrük rüsumlarına
güzəşt əldə
olunub.
Ölkə başçısının
2021-ci ildə imzaladığı
Fərmana əsasən,
190 hektar ərazidə
yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan
azad olunmuş ərazilərin dirçəldilməsi,
Qarabağın sənaye
potensialının inkişafı,
sahibkarlığın dəstəklənməsi
və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Sənaye Parkının
prioritet istiqamətləri
tikinti materiallarının
istehsalı, kənd təsərrüfatı məhsullarının
qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin,
ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
Sahibkarlıq fəaliyyətinin
inkişafı üçün
burada dövlət tərəfindən əlverişli
investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının
həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən
Sənaye Parkına
142 milyon manat sərmayə yatırılıb,
970-ə yaxın daimi
iş yeri yaradılıb. İşlə
təmin edilənlərin
çoxu Ağdam və ətraf rayonların sakinləridir.
Sənaye Parkının
rezidentləri tərəfindən
istehsal olunmuş 945 milyon manat dəyərində
məhsul satışı
həyata keçirilib
ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.
Otuz ilə
yaxın davam edən işğal dövründə xarabalığa
çevrilmiş Ağdam
bu gün özünün yeni inkişaf dövrünü
yaşayır.
Bu gün
Ağdamda yalnız sənaye deyil, həm də yaşayış, nəqliyyat,
sosial obyektlər, mehmanxanalar, təlim mərkəzləri inşa
edilir, şəhər
yenidən salınır.
Qısa müddətdə
əldə edilən uğurlar bir daha təsdiq edir ki, Ağdam
tezliklə əvvəlki
şöhrətini özünə
qaytaracaq və cənnətə çevriləcək.
Zahid Rza
İki sahil.- 2025.- 26 dekabr, ¹237.- S.4.