Böyük Qayıdışın
yeni ünvanı:
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi
Qırx dörd günlük Vətən müharibəsində
işğaldan azad edilmiş ərazilərimizin
bərpası, gələcək
inkişafının təmin
olunması, zəruri infrastrukturun yaradılması
və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində
genişmiqyaslı tədbirlər
həyata keçirilir.
Prezident İlham Əliyevin bölgəyə
hər səfəri xalqımız tərəfindən
böyük ruh yüksəkliyi ilə qarşılanır.
Çünki bu
səfərlər zamanı
Qarabağda və Şərqi Zəngəzurda
yeni müəssisələrin
təməli qoyulur, açılışlar edilir,
həmin rayonların sosial-iqtisadi inkişafı
üçün ciddi
bazalar, infrastruktur yaradılır.
Qarabağın və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialından, təbii sərvətlərindən
və geniş turizm imkanlarından səmərəli istifadə
etməklə onların
bərabər inkişafının
təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında”
Sərəncamı bunun
bariz nümunəsidir.
Ekspertlərin qeyd etdikləri kimi, Dövlət Proqramının
əsas hədəfləri
infrastrukturun, iqtisadiyyatın
formalaşması, inteqrasiyası,
sosial inkişaf və ərazilərdə
ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir
çağırışlara uyğundur. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən
infrastruktur tamamilə
dağıdılıb. Hazırda
onun yenidən qurulması istiqamətində
işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi,
şəhər, qəsəbə
və kənd tipli yaşayış məntəqələrinin qurulması
nəzərdə tutulub.
Prezident, Müzəffər
ali Baş Komandan İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura hər səfəri bir tarixdir. Müzəffər
Ali Baş Komandanımız 2024-cü il
oktyabrın 15-də Xocalı
şəhərində Azərbaycan
Respublikasının Dövlət
Bayrağını ucaltması
qəlbimizi fərəhlə
doldurdu. Başı müsibətlər çəkən
bu şəhər
2023-cü il sentyabrın
19-20-də Azərbaycan Ordusunun
Qarabağda keçirdiyi
lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan
təmizlənib. Bu şəhərdə Azərbaycan
Bayrağının dalğalanması
Xocalı faciəsi qurbanlarının qanının
yerdə qalmadığını
bir daha nümayiş etdirir.
Prezident İlham
Əliyev dekabrın
23-də Xankəndi şəhərinin
Kərkicahan qəsəbəsində
olarkən dövlət
başçısına görülən
işlər barədə
verilən məlumatlardan
aydın olur ki, sürətlə həyata keçirilən
bərpa-quruculuq işlərində
əsas məqsədlərdən
biri də Dayanıqlı İnkişaf
Məqsədlərinə uyğun
olaraq inklüziv, təhlükəsiz, dözümlü
və dayanıqlı
şəhər və
kəndlərin inşasıdır.
Yeni şəhərlərdə,
kəndlərdə yaşamaq
və işləmək
şəraiti vəhdət
təşkil edəcək.
Prezidenti İlham Əliyev dekabrın 23-də
Xankəndi şəhərinin
Kərkicahan qəsəbəsinin
sakinləri ilə görüşündə bildirib
ki, Böyük Qayıdış Proqramı
bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır.
Dövlətimizin başçısı
qeyd edib ki, bütün keçmiş köçkünlər
yavaş-yavaş öz
dədə-baba torpaqlarına
qayıdırlar, o cümlədən
Kərkicahan qəsəbəsinə
də keçmiş köçkünlər qayıdıb
və bu qayıdış prosesi davam edir: “Siz
uzun illər çətin şəraitdə,
həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq
buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük
xoşbəxtlikdir, həm
sizin üçün,
həm də xalqımız üçün”.
Ölkəmizin başçısı Qarabağa
və Şərqi Zəngəzura etdiyi səfərlər zamanı
yeni yaşayış
məntəqələrinin, infrastruktur layihələrinin
və sosial obyektlərin təməlini
qoyur, yeni müəssisələrin açılışını
edir. Dekabrın 23-də
Xankəndi şəhərində
hazırda 27 ixtisas üzrə 6 fakültədə
2154 tələbənin təhsil
aldığı Qarabağ
Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının, Kərkicahan
qəsəbə 1 nömrəli
tam orta məktəbin binasının
əsaslı təmirdən
sonra açılış,
eləcə də Qarabağ Universitetinin Mühəndislik fakültəsinin
binasının təməlqoyma
mərasimlərində iştirak
etməsi bunun bariz nümunəsidir. Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsində
hazırda 20 professor-müəllim,
inzibati və texniki heyət üzvü fəaliyyət
göstərir. Burada ümumilikdə 505 tələbə
bakalavriat səviyyəsində
7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi,
beynəlxalq ticarət
və logistika, turizm işinin təşkili üzrə təhsil alır.
Qəhrəman ordumuzun 2023-cü il sentyabr ayının 19-20-də
keçirdiyi lokal antiterror tədbirləri nəticəsində işğaldan
azad olunan Xocalı şəhərinin
Kərkicahan bu gün əzəmətli tikinti meydançasını
xatırladır. Belə
ki, təmir işlərinə bu ilin may ayında
başlanılmış qəsəbədə
hazırda 33 yaşayış
binası və 1037 fərdi ev mövcuddur.
Onlardan 247-si yararsız,
790-ı isə qismən
yararlıdır. Bu ilin sonunadək 40,
2026-cı ildə isə
280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb.
İlkin mərhələdə
30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları
şəhər və
rayonlardan qəsəbəyə
- öz dədə-baba
yurdlarına qayıdıb.
Qəsəbədə bir sıra sosial
infrastruktur layihələri
də icra olunub. Fərdi evlərin yerləşdiyi
ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq
dirəkləri quraşdırılıb,
küçə işıqlandırılması
təmin olunub, daxili yollar asfaltlanıb.
Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli
körpələr evi-uşaq
bağçası və
624 şagird yerlik tam orta məktəbdə
əsaslı təmir
işləri aparılıb.
Dəniz səviyyəsindən
1130 metr hündürlükdə
yerləşən və
ümumi sahəsi 234 hektar olan Kərkicahan
Xankəndi şəhər
ərazi vahidində qəsəbədir. 1960-cı illərdə
keçmiş vilayətin
millətçi erməni
rəhbər orqanları
qəsəbənin adını
yaşayış məntəqələrinin
rəsmi siyahısından
çıxarıb Xankəndi
şəhərinə birləşdirmişdilər.
1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə
ermənilər tərəfindən
yandırılmışdı. İşğaldan əvvəl
qəsəbədə 355 ailə
olmaqla 1796 nəfər
azərbaycanlı yaşayırdı.
Hazırda qeydiyyatda 674
ailə olmaqla, ümumilikdə 2531 sakin var.
Bu gün
həyata keçirilən
məqsədyönlü və
genişmiqyaslı layihələr
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının
sürətlə dirçəlməsinə,
əhalinin dayanıqlı
məskunlaşmasına və
davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün
sağlam bünövrə
yaradır. Bu gün xalqımız qalib Liderinin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru
yenidən qurur, yağı tapdağından
qurtulan bu torpaqları yenidən həyata qaytarır, demək olar ki, yeni tarix
yazır. İşğaldan
azad edilmiş ərazilərdə uğurla
davam etdirilən bərpa-quruculuq işləri
Böyük Qayıdışı
sürətləndirir. Əminliklə
demək olar ki, Böyük Qayıdış bundan sonra daha sürətlə
həyata keçiriləcək,
soydaşlarımız böyük
sevinc hissi ilə öz doğma yurdlarına qayıdacaqlar.
Zahid Rza
İki sahil.- 2025.- 26 dekabr, ¹237.- S.4.