Milli sərvətimizdən gələn gəlirlər:

DÖVLƏT NEFT FONDU ONU NECƏ QORUYUR?

 

İsrafil Məmmədov: Yaradıldığı dövrdə cəmi 270 milyon ABŞ dolları həcmində aktivlərlə fəaliyyətə başlayan Fond hazırda 70 milyard ABŞ dollarından artıq strateji ehtiyat formalaşdırıb

 

Dövlətlərin iqtisadi gücü təkcə malik olduqları təbii sərvətlərlə deyil, həmin sərvətləri necə idarə etmələri ilə ölçülür. Xüsusilə enerji bazarlarında qeyri-sabitliyin artdığı, qlobal risklərin çoxaldığı bir dövrdə neft qaz gəlirlərinin strateji baxışla yönəldilməsi milli təhlükəsizlik davamlı inkişaf baxımından həlledici əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF)  məhz bu yanaşmanın təcəssümü olaraq, tükənən resurslardan əldə olunan gəlirləri uzunmüddətli maliyyə dayanıqlığına çevirən əsas institusional mexanizm kimi çıxış edir.

Tarixi təcrübə göstərir ki, milli sərvətin taleyini onun həcmi deyil, idarə olunma keyfiyyəti müəyyənləşdirir. Xüsusilə tükənən enerji resurslarından asılı iqtisadiyyatlar üçün bu amil strateji əhəmiyyət daşıyır.

ARDNF-nin icraçı direktoru İsrafil Məmmədovİki sahilqəzetinə müsahibəsində Fondun fəaliyyət investisiya strategiyasından, qlobal maliyyə bazarlarında mövqeyindən, eləcə sosial dayanıqlı inkişaf istiqamətində həyata keçirilən prioritetlərdən bəhs edir.

-Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyət strategiyası ölkənin uzunmüddətli iqtisadi sabitliyinə necə töhfə verir? Bu strategiyanın əsas prioritetləri nədən ibarətdir?

-Azərbaycan Respublikası Dövlət Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması Azərbaycan xalqının bugünkü gələcək nəsilləri üçün davamlı maliyyə mənbəyinə çevrilməsidir. Fondun yaradılmasında əsas məqsəd investisiyaları həyata keçirməklə yanaşı, müstəqil dövlət üçün makroiqtisadi sabitliyi qoruyan şəffaf məsuliyyətli idarəetmə modelini institusional şəkildə formalaşdırmaq olmuşdur. Bu çərçivədə ARDNF milli iqtisadiyyatın dayanıqlı inkişafını təmin edən əsas sütunlardan birinə çevrilmişdir.

Yaradıldığı dövrdə cəmi 270 milyon ABŞ dolları həcmində aktivlərlə fəaliyyətə başlayan Fond hazırda 70 milyard ABŞ dollarından artıq strateji ehtiyat formalaşdıraraq fiskal makroiqtisadi sabitliyə ciddi töhfə verir. Neft qiymətlərinin kəskin dəyişdiyi qlobal iqtisadi qeyrimüəyyənliklərin artdığı dövrlərdə Fond ölkə iqtisadiyyatı üçün etibarlıtəhlükəsizlik yastığıfunksiyasını yerinə yetirmiş, büdcə planlaşdırılmasında sabitlik proqnozlaşdırıla bilmə səviyyəsini yüksəltmişdir.

Fondun fəaliyyəti dövründə dövlət büdcəsinə edilən transfertlər dövlət büdcəsi vasitəsilə sosial infrastrukturun inkişafına, strateji layihələrin icrasına, müdafiə qabiliyyətinin gücləndirilməsinə əhalinin rifahına yönəldilmişdir. Bu transfertlər iqtisadi inkişafın ilkin illərində dövlət büdcəsi gəlirlərinin 50–60%-ni, son illərdə isə təxminən 30–40%-ni təşkil etməklə fiskal sabitliyin təminində mühüm rol oynamışdır. Bundan əlavə, Fond bir sıra strateji əhəmiyyətli sosial, infrastruktur, enerji təhsil layihələrinin maliyyələşdirilməsini həyata keçirmişdir. Halhazırda davam edən, insan kapitalının inkişafına yönəlmiş xaricdə təhsil üzrə Dövlət proqramlarının maliyyələşdirilməsi uzunmüddətli perspektivdə ölkənin rəqabətqabiliyyətli insan kapitalının gücləndirilməsinə davamlı iqtisadi artım üçün zəruri əsasların formalaşdırılmasına xidmət edir.

Bununla yanaşı, Fond qlobal miqyasda səmərəli idarəetmə həyata keçirən peşəkar investor kimi formalaşmışdır. İnvestisiya portfeli 60dan çox ölkəni minlərlə investisiyanı əhatə etməklə müxtəlif aktiv sinifləriistiqrazlar, səhmlər, daşınmaz əmlak, qızıl alternativ investisiyalarüzrə balanslı şəkildə şaxələndirilmişdir. Son on il ərzində Fondun investisiya gəlirləri 15 milyard ABŞ dollarından artıq olmaqla uzunmüddətli maliyyə dayanıqlığının əsas mənbələrindən birinə çevrilmişdir. Bu nəticələr Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı peşəkar tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir.

-Fondun gəlirlərinin idarə olunması zamanı hansı beynəlxalq təcrübələrdən istifadə olunur bu sahədə şəffaflığın təmin edilməsinə necə nail olunur?

-Fondun gəlirlərinin aktivlərinin idarə olunması beynəlxalq səviyyədə qəbul edilmiş qabaqcıl təcrübələrə əsaslanır. Bu yanaşmanın mərkəzində uzunmüddətli strateji planlaşdırma, aktivlər üzrə şaxələndirmə, risklərin ölçülməsi idarə edilməsi, eləcə daxili nəzarət monitorinq mexanizmlərinin gücləndirilməsi dayanır. İnvestisiya qərarları müəyyən edilmiş riskgəlirlilik çərçivəsi daxilində, institusional idarəetmə prinsipləri əsasında müəyyən edilmiş ardıcıl prosedurlara uyğun qəbul edilir.

Beynəlxalq təcrübədə olduğu kimi, ARDNF- portfelin idarə edilməsindəstrateji aktiv bölgüsüəsas istinad çərçivəsi kimi çıxış edir. Bu çərçivə likvidlik tələbləri, transfert öhdəlikləri, bazar volatilliyi, inflyasiya riski uzunmüddətli real gəlir məqsədləri nəzərə alınmaqla formalaşdırılır. Risklərin idarə edilməsi istiqamətində bazar riski, kredit riski, likvidlik əməliyyat riskləri üzrə kəmiyyət əsaslı göstəricilər, limitlər nəzarət mexanizmləri tətbiq olunur; müxtəlif makroiqtisadi bazar ssenarilərinə uyğun stresstestlər həssaslıq təhlilləri mütəmadi aparılır. Bu, qlobal şoklar şəraitində portfelin dayanıqlığını qorumağa qərarların qısamüddətli bazar dalğalanmalarından asılı olmadan qəbul edilməsinə xidmət edir.

Şəffaflığın təmin edilməsi isə Fondun fəaliyyət fəlsəfəsinin əsas elementlərindəndir bir neçə institusional alət vasitəsilə təmin olunur. Fondun maliyyə hesabatları beynəlxalq maliyyə hesabatı standartlarına uyğun hazırlanır beynəlxalq auditorlar tərəfindən yoxlanılır. Gəlirlər, xərclər, transfertlər investisiya fəaliyyəti üzrə məlumatlar rüblük illik əsasda ictimaiyyətə açıqlanır. ARDNF suveren sərvət fondları üçün müəyyən olunmuş Santyaqo Prinsiplərini tətbiq edir Suveren Fondların Beynəlxalq Forumunun təsisçi üzvüdür ki, bu da şəffaflıq hesabatlılıq prinsiplərinin idarəetmə proseslərinə sistemli şəkildə inteqrasiyasını dəstəkləyir.

Eyni zamanda, şəffaflıq Fond üçün yalnız hesabatlılıq tələbi deyil, həm institusional etimadı gücləndirən qərar qəbuletmə prosesində intizamı artıran idarəetmə mexanizmidir. Bu yanaşmanın nəticəsi olaraq ARDNF beynəlxalq səviyyədə şəffaflıq üzrə müxtəlif qiymətləndirmələrdə yüksək mövqe tutmuş, o cümlədən Peterson İnstitutu tərəfindən suveren fondlar üzrə açıqlıq hesabatlılıq göstəricilərinə görə dünyanın ən şəffaf ilk 10 fondu sırasında yer almışdır.

-ARDNF-nin investisiya portfeli hazırda hansı əsas istiqamətləri əhatə edir bu investisiyalar ilə bağlı statistik məlumatları bölüşə bilərsinizmi?

-Əvvəlcə qeyd etmək istərdim ki, 2025-ci ilin əvvəlinə 60,0 milyard ABŞ dolları təşkil edən ARDNF-nin aktivləri 2025-ci ilin sentyabr ayının sonuna 70,2 milyard ABŞ dollarına yüksəlmişdir. Bu, təxminən 9 ay ərzində 10 milyard ABŞ dollarından çox ya 17 faizə yaxın artım deməkdir. Qeyd olunan dinamikaya investisiya gəlirləri, bazar qiymətlərinin dəyişimi (o cümlədən qızıl portfelinin dəyər artımı) neftqaz gəlirlərinin ümumi hərəkəti təsir göstərmişdir.

Fondun investisiya portfelinin aktiv bölgüsünə əsasən, istiqrazlar pul bazarı alətləri 34,7%, səhmlər 25,8%, qızıl 32,8%, daşınmaz əmlak infrastruktur isə 6,7% paya malikdir. Bu struktur təsadüfi deyil Fondun mandatından irəli gələn bir neçə məqsədi eyni vaxtda təmin etməyə yönəlib. Belə ki, istiqrazlar pul bazarı alətləri portfelin likvidlik dayağı kimi çıxış etməklə transfert öhdəliklərinin icrası bazar volatilliyi şəraitində çevik idarəetmə üçün dayanıqlı baza yaradır. Səhm portfeli uzunmüddətli real gəlirin təmin edilməsinə xidmət edir. Qızıl portfeli isə qlobal qeyrimüəyyənliklər inflyasiya risklərinə qarşı qoruyucu komponent kimi çıxış edir. Daşınmaz əmlak infrastruktur investisiyaları portfelin diversifikasiyasını dərinləşdirir, stabillik nisbətən dayanıqlı pul axınları hesabına risklərin balanslaşdırılmasına töhfə verir.

Portfelin coğrafi, sektor valyuta baxımından şaxələndirilməsi riskləri effektiv idarə etməklə, uzunmüddətli dövrdə stabil gəlirliliyi hədəfləyir. Ümumilikdə, ARDNF-nin investisiyaların idarə edilməsi üzrə yanaşması qısamüddətli bazar dalğalanmalarına reaksiya verməkdən daha çox strateji hədəflərə uyğun olaraq risklərin balanslaşdırılması, aktivlərin real dəyərinin qorunması gələcək nəsillər üçün dayanıqlı maliyyə əsasının formalaşdırılmasına yönəlmişdir.

-Qlobal iqtisadi qeyri-müəyyənliklər, xüsusilə enerji qiymətlərindəki dəyişkənlik Neft Fondunun siyasətinə qərarlarına necə təsir göstərir?

-Sözsüz ki, qlobal maliyyə bazarlarında baş verən hadisələr maliyyə aktivlərinə təsirsiz ötüşmür. Kapital bazarlarında faiz dərəcələri, səhm istiqraz qiymətlərindəki dəyişikliklər, valyuta məzənnələrinin dalğalanmaları, habelə əmtəə bazarlarında neft qızıl qiymətlərinin dinamikası investisiya portfelinin gəlirliliyinə, nəticə etibarilə Fondun ümumi aktivlərinin həcminə birbaşa təsir göstərir.

Qlobal iqtisadi qeyrimüəyyənliklər şəraitində ARDNF qlobal iqtisadi geosiyasi prosesləri davamlı izləyərək investisiya siyasətində zəruri uyğunlaşdırmaları həyata keçirir. Bu əsasda, müxtəlif iqtisadi maliyyə parametrləri nəzərə alınmaqla mütəmadi stresstest ssenari təhlilləri aparılır, mümkün risklər qiymətləndirilir nəzarətdə saxlanılır. Burada məqsəd qısamüddətli dəyişkənlikləritəqib etməkdeyil, portfelin dayanıqlığını qorumaq mandatlara uyğun risk səviyyəsini saxlamaqdır.

Enerji qiymətlərindəki dəyişkənliyə gəldikdə isə, Fondun büdcəsi dövlət büdcəsi ilə sıx koordinasiya şəraitində tərtib olunur neft qiymətləri üzrə fərziyyələr beynəlxalq təşkilatların ortamüddətli proqnozlarına əsaslanır. İcmal büdcə çərçivəsində dövlət büdcəsinin gəlir xərcləri proqnozlaşdırılarkən ARDNF-nin gəlirləri, xərcləri aktivlərinin dayanıqlı səviyyədə saxlanılması əsas götürülür. İl ərzində neft qiymətlərində baş verən dəyişikliklər nəticəsində gəlirlərin azalması fonunda ARDNF öz büdcə öhdəliklərinin qarşılanması məqsədilə müvafiq likvidliyin təmin olunmasını portfelin strukturunda nəzərə alır. Bu yanaşma qlobal volatillik şəraitində fiskal makroiqtisadi sabitliyin qorunmasına xidmət edir.

-Fondun sosial infrastruktur layihələrinin maliyyələşdirilməsində rolu nədən ibarətdir? Bu layihələr üzrə prioritet sahələr hansılardır?

-Əvvəlcə qeyd etmək istərdim ki, Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə - proqrama uyğun olaraq həyata keçirilir. Bu çərçivədə Fondun vəsaiti ölkənin sosialiqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə strateji əhəmiyyətli infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Buna Fondun fəaliyyəti dövründə maliyyələşdirdiyi sosial, infrastruktur, təhsil enerji layihələrini misal göstərmək olar.

Bildiyimiz kimi, növbəti illərdə icmal büdcə çərçivəsində Fondun xərcləri üzrə prioritet istiqamətlərdən biri insan kapitalının inkişafının maliyyələşdirilməsidir. Bu çərçivədə ARDNF-nin maliyyə dəstəyi ilə həyata keçirilən “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı “2022–2028-ci illər üçün Azərbaycan Respublikasının gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramıxüsusi əhəmiyyət daşıyır. Bu proqramlar minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil almasına şərait yaratmaqla yanaşı, ölkəyə qayıdan ixtisaslı kadrların bilik bacarıqlarının iqtisadiyyatın müxtəlif sahələrinə inteqrasiyasını dəstəkləyir.

Son dövrdə Fond cənab Prezidentin müvafiq sərəncamlarına əsasən ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına yönəlmiş beynəlxalq ikili diplom proqramlarının, eləcə peşə təhsili sisteminin potensialının gücləndirilməsi çərçivəsində əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığını hədəfləyən layihələrin maliyyələşdirilməsini təmin edir. Ümumilikdə, Dövlət Neft Fondunun sosial infrastruktur layihələrində rolu neft gəlirlərini maliyyə aktivlərinə insan kapitalına çevirməklə sosial rifahın yüksəldilməsinə uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsinə yönəlib.

-ARDNF-ninyaşıl iqtisadiyyat dayanıqlı inkişaf istiqamətində planlaşdırdığı təşəbbüslər varmı? Əgər varsa, bu təşəbbüslərin əsas məqsədləri nələrdir?

Fondun investisiya strategiyası uzunmüddətli sabit gəlirliliyin təmin olunmasına xidmət etməklə, qlobal tendensiyalara dayanıqlı inkişaf məqsədlərinə uyğun şəkildə formalaşdırılır. Son illərdə ARDNF-nin infrastruktur portfeli çərçivəsində yaşıl enerjiyə yönəldilmiş investisiyaları tədricən artmaqdadır. Dayanıqlı infrastruktur investisiyalarına nümunə kimi qeyd edək ki, ARDNF 2025-ci ildə İtaliyada bərpaolunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalqEnfinity Global” şirkətinin Günəş elektrik stansiyalarından ibarət portfelində 49%-lik pay əldə etmiş, habelə İtaliyanın yüksək sürətli dəmir yolu operatoruItaloşirkətinə 34,5 milyon avro həcmində investisiya yatırmışdır.

Bu yanaşmaya əsaslanaraq, gələcəkdə Fondun strategiyası çərçivəsində yaşıl enerji layihələrinə investisiyaların nəzərdən keçirilməsi planlaşdırılır. Dayanıqlı enerji mənbələrinə keçid yaşıl enerjinin inkişafı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir bu kontekstdə iqtisadi inkişafla ətraf mühitin qorunması arasında balansın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu prosesdə ARDNF-nin rolu neft qaz gəlirlərinin uzunmüddətli məsuliyyətli idarə olunması ilə məhdudlaşmır. Fond şəffaflıq hesabatlılıq prinsiplərinə əsaslanaraq əldə olunan vəsaitlərin dayanıqlı iqtisadi inkişafa töhfə verən layihələrə yönəldilməsində iştirak edir. Milli sərvətin qorunması mandatına uyğun olaraq investisiya fəaliyyətində ətraf mühit, sosial korporativ idarəetmə (ƏSİ) prinsiplərinin inteqrasiyasına xüsusi diqqət yetirilir. Aparılmış kompleks qiymətləndirmələrin nəticələri Fondun investisiya portfelinin karbon emissiyası baxımından müvafiq bençmark göstəricilərindən daha aşağı səviyyədə olduğunu göstərir. Eyni zamanda, özəl səhm daşınmaz əmlak aktivləri üzrə şəffaflıq göstəricilərimiz bazarda mövcud olan orta səviyyəni əhəmiyyətli dərəcədə üstələyir.

Bu istiqamətdə atılan mühüm addımlardan biri səhm portfeli üzrə səhmdar hüquqlarının daha fəal tətbiqinə başlanılmasıdır. Keçən ilin sonlarından etibarən Fond investisiya etdiyi şirkətlərin idarəetməsində müsbət dəyişikliklərin təşviqi məqsədilə Səhmdarların Ümumi Yığıncaqlarında səsvermə mexanizmindən istifadə edir; bu alət vasitəsilə korporativ idarəetmə, şəffaflıq uzunmüddətli dəyər yaradılması üzrə mövqeyini ifadə edir.

-ARDNF-nin beynəlxalq maliyyə reytinqlərində mövqeyi necədir bu reytinqlər Fondun qlobal bazarlarda nüfuzuna hansı təsirləri göstərir?

-Fondun fəaliyyəti dünyanın ən nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycanın suveren kredit reytinqləri üzrə qiymətləndirmələrində əsas institusional amillərdən biri kimi nəzərə alınır.

Bu qiymətləndirmələr çərçivəsində Fondun aktivlərinin həcmi, fiskal transfert mexanizmləri, investisiya strategiyası, likvidlik səviyyəsi, risklərin idarə edilməsi şəffaflıq prinsipləri təhlil olunur ölkənin ümumi maliyyə dayanıqlığının formalaşmasında ARDNF-nin rolu vurğulanır. Beləliklə, Fond reytinq agentliklərinin metodologiyalarında dövlətin maliyyə balansının əsas dayaqlarından biri xarici iqtisadi şoklara qarşı bufer mexanizmi kimi qiymətləndirilir. Eyni zamanda, yüksək institusional etimad səviyyəsi Fondu etibarlı uzunmüddətli investor kimi təqdim etməklə aparıcı beynəlxalq maliyyə institutları strateji tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirir.

-Dövlət Neft Fondunun fəaliyyəti ərzində əldə olunan əsas nailiyyətlər qarşıda duran ən mühüm çağırışlar barədə fikirlərinizi bölüşə bilərsinizmi?

-Dövlət Neft Fondunun fəaliyyəti dövründə nailiyyətləri ümumiləşdirsək, Fond tükənən enerji gəlirlərini uzunmüddətli maliyyə resursuna çevirərək peşəkar institusional investor kimi formalaşmışdır. Şaxələndirilmiş investisiya portfeli, risklərin sistemli idarə edilməsi beynəlxalq standartlara uyğun fəaliyyət sayəsində Fond ölkənin fiskal makroiqtisadi sabitliyinin əsas dayaqlarından birinə çevrilmiş, böhran dövrlərində dövlət büdcəsi üçün etibarlı maliyyə mənbəyi rolunu oynamışdır.

Son illər Fondun beynəlxalq tərəfdaşlıqlarının dərinləşdirilməsi baxımından da əlamətdar olmuşdur. Bu çərçivədə 1,35 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən, Suveren Fondların Beynəlxalq Forumunun ən aktiv üzvlərindən biri olan nüfuzlu institusional investor - Çin İnvestisiya Korporasiyası, eləcə 300 milyard ABŞ dollarından artıq həcmdə vəsaiti idarə edən Səudiyyə Ərəbistanının Dövlət Sosial Sığorta Təşkilatı Dövlət Pensiya Agentliyinin birləşməsi nəticəsində yaranmış dünyanın 10 ən böyük pensiya fondları sırasında yer alan  Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumlarını xüsusi qeyd etmək olar. Belə ki,  aparıcı qlobal investisiya təşkilatları olan Çin İnvestisiya Korporasiyası Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumlarının imzalanması potensial birgə investisiya imkanlarının müəyyənləşdirilməsi, qabaqcıl təcrübə məlumat mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu memorandumlar Fondun qlobal investisiya ekosistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, gələcəkdə konkret layihələr üzrə əməkdaşlıq üçün institusional baza formalaşdırır.

Qarşıda duran əsas çağırışlara gəldikdə isə, qlobal maliyyə bazarlarında artan qeyrimüəyyənliklər, geosiyasi risklər, enerji keçidi uzunmüddətli perspektivdə neft gəlirlərinin azalması fonunda Fondun aktivlərinin real dəyərinin qorunması artırılması əsas prioritetlərdən biri olaraq qalır. Eyni zamanda, fiskal ehtiyaclar gələcək nəsillər üçün yığım məqsədləri arasında balansın saxlanılması, eləcə investisiya strategiyasının dəyişən qlobal şəraitə uyğunlaşdırılması Fondun qarşısında duran mühüm strateji vəzifələr sırasındadır.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2025.-  27 dekabr, ¹238.- S.6.