Azərbaycan idmançıları
dövlətin
yüksək qayğısı ilə əhatə olunub
İdman
uğurları 2025
Dövlətimizin başçısı, Milli
Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 26-da
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında vurğuladı
ki, bu il
Azərbaycan idmançıları
beynəlxalq yarışlarda
ölkəmizi ləyaqətlə
təmsil etmiş, rekord sayda - 2000-dən çox medal qazanılmışdır
Başa çatmasına sayılı günlər qalan 2025-ci il Azərbaycan idmanında böyük uğurlarla yadda qaldı. Bu il ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə çempionatlar, Qran-pri yarışları, III MDB Oyunları yüksək səviyyədə təşkil olundu. Təsadüfi deyil ki, bu il də Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, rekord sayda - 2000-dən çox medal qazanılmışdır. Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır.
Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq
idman tədbirlərinə,
dünya çempionatlarına
ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək
edir, turizmin və mədəniyyətin
inkişafına, iqtisadi
əlaqələrin genişlənməsinə
fayda verir. Dövlət başçısı,
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış
edərkən bildirdi ki, hər il
olduğu kimi, bu il də
Azərbaycan idmanı
üçün uğurlu
il olub. Ölkə Prezidenti vurğulayıb ki, bütövlükdə ölkə
miqyasında görülmüş
işlərə yüksək
qiymət vermək olar. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev idmançılarımızın ölkəmizi ləyaqətlə
təmsil etdiklərini
diqqətə çatdırıb:
“Bu il idmançılarımız
tərəfindən qazanılan
medalların sayı rekord həddə çatıb. Beynəlxalq
yarışlarda idmançılarımız
tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox
qızıl medal qazanılıb. Bu, bir daha onu
göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə
medalların sayı daha çoxdur və bu, yəqin
ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən
diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə
gətirib çıxarır”.
Sağlam həyat
tərzinin təbliğ
edilməsinin vacibliyini
vurğulayan Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik tərbiyəsində
çox mühüm rol oynadığını
diqqətə çatdırdı.
Bildirib ki, Azərbaycan gəncliyindəki
bu vətənpərvərlik
ruhunun formalaşmasında
ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna
rolu var: “Bizim siyasətimizin əsas istiqamətlərindən
biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik
ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən
sevgisi ilə böyüsünlər, tərbiyə
alsınlar və beləliklə, ölkəmizin
inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas
amil cəmiyyətdə
mövcud olan ab-havadır. Bu da çox müsbətdir.
Bizim xalqımız böyük dərəcədə
həmrəylik, vətənpərvərlik
göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir.
Gənclərin fiziki hazırlığı, mənəvi
saflığı vəhdət
təşkil etməlidir.
Məhz o halda ölkə uğurla inkişaf edə bilər”.
Qeyd olundu
ki, hazırda ölkəmizdə idmanın
kütləviliyini təmini
və bütün bölgələrdə mövcud
infrastrukturdan istifadə
etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 46 müasir
Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda
belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi
azad edilmiş şəhərlərimizin Baş
planında öz əksini tapmışdır.
Belə ki, Ağdam şəhərində
yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində idman
kompleksinin təməli
qoyulub. Suqovuşan və Köndələnçay
su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları
təşkil edilir. Şuşa şəhərində
də bir neçə idman yarışı keçirilmişdir.
Azərbaycanın büdcəsi
hesabına hələ
keçən əsrin
50-ci illərində inşa
edilmiş Xankəndi şəhərindəki stadion
da hazırda əsaslı şəkildə
təmir edilir, yenidən qurulur. Xatırladaq ki, hələ iki il bundan əvvəl
Xankəndi stadionunda tarixi futbol yarışı
- Azərbaycan Kubokunun
1/8 final mərhələsi
“Qarabağ” – MOİK komandaları
arasında oyun baş tutmuşdu. Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tarixi futbol oyununun açılış mərasimində
çıxış etmiş
və sonra arenaya daxil olaraq
meydanın mərkəzindən
ilk zərbə ilə topu oyuna
daxil etmişdir.
Yuxarıda qeyd
etdiyimiz kimi, bu il Azərbaycan
növbəti böyük
idman yarışına
- III MDB Oyunlarına ev
sahibliyi etdi. Müstəqil Dövlətlər
Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançılarının
23 idman növü üzrə yarışlarda
öz məharətini
göstərdiyi III MDB Oyunları
uğurlarla yadda qaldı. Azərbaycan
33-ü qızıl, 56-sı gümüş, 95-i isə
bürünc olmaqla oyunları 184 medalla başa vurdu. Bu, Azərbaycan idmançılarının 2021-ci ildən keçirilən MDB Oyunlarında
ən uğurlu göstəricisidir. On bir gün ərzində yarışlar Gəncə,
Qəbələ, Göygöl,
Mingəçevir, Xankəndi,
Yevlax, Şəki də daxil olmaqla
7 şəhərdə yerləşən
12 obyektdə keçirildi
ki, bu da
gənc idmançıların
beynəlxalq səviyyədə
hazırlanması baxımından
əhəmiyyətlidir. Prezident
İlham Əliyev ilin idman yekunlarına
həsr olunmuş mərasimdə dedi: “Bu ilin ölkəmizdə
keçirilmiş əsas
idman yarışı
təbii ki, MDB ölkələrinin üçüncü
Oyunları olmuşdur.
Oyunlar çox yüksək səviyyədə
keçirilmişdir. Bu
Oyunların xüsusiyyəti
ondan ibarət idi ki, onlar
bölgələrdə - bir
neçə şəhərdə
keçirilmişdir. Yəni
bu, özlüyündə
bir göstəricidir.
Təbii ki, Bakı şəhərində
istənilən idman yarışını keçirmək
olar. Ancaq minlərlə xarici qonağın iştirakı
ilə bölgələrdə
keçirilmiş MDB Oyunları
əlbəttə ki, bizim potensialımızı
göstərir. Gəncə
şəhəri mərkəz
seçilmişdi. Yarışların
bəziləri digər
şəhərlərdə, o cümlədən Xankəndi
şəhərində keçirilmişdir.
Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm
bizim qonaqpərvərliyimizi
qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi
və yaradılmış
şəraitlə tanış
olublar. İdmançılarımız
bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda
hesabında ikinci yerə biz layiq
görüldük”.
Məlum olduğu
kimi, bu il ölkəmizdə ilk dəfə UFC turniri keçirildi. UFC-nin prezidenti Deyna Uayt iyunun
20-də Prezident İlham
Əliyevlə görüşdə
bu turnirə hazırlıq işlərinin
yüksək səviyyədə
aparıldığını vurğulayaraq, göstərilmiş
dəstəyə görə
dövlətimizin başçısına
minnətdarlığını bildirmişdi. Prezident İlham Əliyev cıxışında bildirdi
ki, UFC kimi mötəbər turnirin Bakıda təşkil olunması Azərbaycanın
idman ölkəsi kimi dünyada artan nüfuzunun və potensialının daha bir göstəricisidir:
“…turnirin təşkilatçıları
ilə görüşüm
zamanı onlar da qeyd edirdilər
ki, Bakının bu cür inkişaf
etmiş şəhər
olmasını, bu dərəcədə gözəl
şəhər olmasını
heç təsəvvür
edə bilmirdilər, heç gözləmirdilər.
Yəni minlərlə
iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan
belə bir yarış ölkəmizin
təqdimatının bir
növüdür”.
Qeyd edək
ki, gələn il də ölkəmizdə
nüfuzlu idman yarışlarının keçirilməsi
gözlənilir. Xüsusilə
də xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunu qeyd etmək
olar. Belə ki, ölkəmiz
2026-cı ildə xizək
alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi
edəcək. Beynəlxalq
Xizək Alpinizmi Federasiyası (İSMF) ilə
əldə olunan razılığa əsasən,
yarışların "Şahdağ"
Turizm Mərkəzində
keçirilməsi ilə
bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın
yarış təqviminə
salınıb. Avropa çempionatının 2026-cı il martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də
"Şahdağ" Turizm
Mərkəzində keçirilməsi
nəzərdə tutulur.
Dövlət başçısı
bildirib ki, sözlərinə görə,
qış idmanı növündə Dünya
Kubokunun keçirilməsi
əlbəttə ki, böyük hadisədir: “Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir.
Hər il biz yeni traslar,
yeni xizək zolaqları istifadəyə
veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən
55 kilometr olacaq. Gələcəkdə yeni
mərhələnin inkişafı
ilə bağlı da məsələlərə
baxılacaq. Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, - indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir…”.
Onu da vurğulayaq ki, dövlət başçısının
idmana və idmançılara göstərdiyi
yüksək qayğının
nümunəsi kimi Prezident təqaüdünün
təsis edilməsi, dövlət başçısının
göstərişi əsasında
isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı
idmançıları üçün
aylıq təqaüd
təsis edilmişdir.
Hər ilin yekunlarına görə idmançılara mənzillər
və digər mükafatlar verilir, idman mütəxəssislərinə,
məşqçilərə böyük həcmdə yardım göstərilir.
Bu il də
istisna olmadı. Azərbaycanda idmanın inkişafında xidmətləri
olan idmançılar
və idman mütəxəssisləri mükafatlandırıldılar.
Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında
xüsusi xidmətlərinə
və yüksək peşəkarlığına görə
bir sıra şəxslərə “Əməkdar
bədən tərbiyəsi
və idman xadimi” fəxri adlarının vəsiqələrini
təqdim etdi. Ölkəmizdə idmanın
inkişafında xidmətlərinə
görə isə bəzi idmançılar
“Tərəqqi” medalları
ilə təltif olundular. Dövlət başçısı, həmçinin
2025-ci ildə yüksək
nailiyyətlər qazanmış
bir qrup idmançıya və idman mütəxəssisinə
isə yeni mənzillərin orderlərini
təqdim etdi.
Beləliklə, Prezident İlham Əliyevin digər sahələrdə olduğu
kimi, idman sahəsinə də də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra
da uğurla inkişaf edəcək və idmançılarımız
böyük uğurlar
qazanacaq.
Sevinc Azadi
İki sahil.- 2025.- 30 dekabr, ¹239.- S.5.