Azərbaycan dili Tədris
dilidir, yoxsa
Dövlət dili?
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının
80 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən
səsləndirilən fikirlər
təkcə yubiley nitqi deyil, eyni
zamanda dil siyasəti ilə bağlı ciddi bir strateji mesaj
idi. Prezidentin “Azərbaycan dili xalqımızın milli kimliyinin,
dövlət müstəqilliyimizin
və mənəvi bütövlüyümüzün rəmzidir” fikri dil məsələsinin mədəni yox, milli təhlükəsizlik müstəvisində
dəyərləndirilməsinin vacibliyini bir daha ortaya qoydu.
Daha mühüm məqam isə dövlət başçısının Azərbaycan
dilinin saflığı
ilə bağlı narahatlığını açıq
şəkildə ifadə
etməsi oldu: “Azərbaycan dilinin saflığının qorunması
milli məsələdir. Bu, təkcə dilçi alimlərin və müəllimlərin deyil,
hər bir vətəndaşın mənəvi
borcudur.”
Bu çağırışdan sonra
müxtəlif qurumlarda
müzakirələrin başlanması
təqdirəlayiqdir. Bu məsələdə
istərdim ki, təhsil
sistemimizdə kök salmış yanaşmaların
dəyişdirilməsinin vacibliyini
qeyd edim.
Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq
edilən proqram və dərsliklərdə
Azərbaycan dili iki fərqli ad altında təqdim olunur: Tədris dili və Dövlət dili. Halbuki hər
iki anlayış eyni dili – Azərbaycan
dilini ifadə edir. Sadəcə, tədris başqa dillərdə aparılan bölmələrdə bu
fənn “Dövlət
dili” adlandırılır.
Bu yanaşma zahirən texniki görünə bilər, lakin mahiyyət etibarilə psixoloji və ideoloji mesaj daşıyır: dil sanki “əsas” və “ikinci” statuslara bölünür.
“Dövlət dili” ifadəsi dərslik prizmasından baxıldıqda
Azərbaycan dilini faktiki olaraq ikinci dil mövqeyinə
salır. Bu isə Azərbaycan dilinə verdiyimiz strateji statusla ziddiyyət təşkil edir.
Təklifim isə sadə dillə budur: “Tədris dili” və “Dövlət dili” bölgüsü ləğv edilməli, bütün bölmələrdə
fənnin adı yalnız “Azərbaycan dili” (dövlət dili) kimi olmalıdır.
Saat fərqi - bərabərsizliyin
institusionallaşması da vacib
məqamlardandır.
Məsələnin daha ciddi tərəfi isə tədris saatları ilə bağlıdır.
Azərbaycan bölmələrində
ibtidai siniflərdə
Azərbaycan dili həftədə 8-10 saat tədris olunduğu halda, rus və
ingilis bölmələrində
bu göstərici 2 saatla məhdudlaşır.
Bu, sadəcə metodiki
fərq deyil, dilin funksional imkanlarının şagirdlər
arasında qeyri-bərabər
bölüşdürülməsidir. Düzdür, burda hökmən qeyd etməliyik ki, son zamanlar
Elm və Təhsil Nazirliyi bu sahədə
çox ciddi addımlar atıb, yuxarı siniflərdə Azərbaycan tarixi, Hərbi hazırlıq, Zəfər tarixi kimi fənlərin bütün bölmələrdə
Azərbaycan dilində
tədris edilməsi qərarını verib və hər birimiz tərəfindən
də alqışlanıb.
Təsəvvür edin: eyni ailədə böyüyən
iki uşaqdan biri Azərbaycan bölməsində oxuduğu
üçün dili bütün üslubları
ilə öyrənir,
digəri isə ingilis bölməsində
oxuduğuna görə
Azərbaycan dilini yalnız elementar səviyyədə mənimsəyir.
Bu, artıq fərdi seçim deyil, dövlət dili ilə bağlı sistemli boşluqdur.
Müəllimlər yaxşı bilirlər ki, 2–3 saatla dili nə akademik,
nə rəsmi-işgüzar,
nə də bədii üslubda öyrətmək mümkündür.
Evdə danışılan
dil isə ən yaxşı halda məişət üslubu ilə məhdudlaşır. Halbuki
dilin elmi, hüquqi, publisistik və estetik qatları yalnız məktəb mühitində
formalaşır.
Son vaxtlar xarici təcrübədən misal
çəkəndə cəmiyyətimizdə
xoş qarşılanmasa
da, nə edək ki,
biz bir dünyada yaşayırıq, bəzən
beynəlxalq təcrübə
ilə də tanış olmalıyıq.
Bir az araşdıranda görürük ki, bu məsələdə bir çox ölkələr
açıq və prinsipial mövqe ortaya qoyur:
Fransa: Hansı dildə təhsil almasına baxmayaraq, bütün şagirdlər üçün
fransız dili eyni həcmdə və eyni proqramla
tədris olunur. Fransız dili yalnız “dövlət dili” deyil, respublika
dəyəri kimi qorunur.
Finlandiya:
İsveç və
fin dillərində təhsil
alan məktəblərdə
dövlət dilləri
bərabər saatla və yüksək akademik səviyyədə
tədris edilir.
İsrail:
Tədris dili ivrit olmayan məktəblərdə
belə ivrit dili əsas və genişhəcmli fənn kimi qorunur, çünki dil milli birliyin əsas sütunu hesab olunur.
Türkiyə: Tədris dilinin
hansı dil olmasından asılı olmayaraq, MEB qərarı ilə təsdiqlənmiş
bütün proqram türkcə tədris edilməldir, nəinki sadəcə türk dili.
Bu ölkələrdə dil
məsələsi seçim
azadlığı ilə
deyil, milli konsensusla tənzimlənir.
Azərbaycanda bu fərqləndirmə
sovet dövrünün
rus bölməsi praktikasından miras qalıb. Bu gün isə həmin boşluğu sürətlə
ingilis bölmələri
doldurur. Problem ingilis dilinin öyrədilməsində
deyil - problem Azərbaycan
dilinin zəiflədilməsi
bahasına çoxdillilik
yaratmaq cəhdindədir.
Bu isə uzunmüddətli
perspektivdə milli dil
şüuruna ciddi zərbə vurur.
Dil siyasətində yarımçıq
qərarların zamanı
bitib. Bunu isə bizə Böyük Zəfərimizin
memarı Cənab Ali baş komandan deyir, ona görə
də düşünürəm
ki, gecikmədən qərar
almalıyıq.
Bütün bölmələrdə fənnin adının qarşısında yalnız
“Azərbaycan dili” yazılmalı, tədris və ya dövlət
dili ifadələri sadəcə Dövlət
dili ilə əvəz edilməldir;
Tədris
dili fərq qoyulmadan Azərbaycan dili bütün məktəblərdə eyni
saatla, tədris edilməlidir;
Birinci siniflərdən başlayaraq
vahid Azərbaycan dili proqramı və dərsliyi tətbiq olunmalıdır;
Digər
xalqların ana dillərində
təhsil hüququ əvvəlki kimi qorunmalı, lakin bu, dövlət dilinin zəiflədilməsi
hesabına olmamalıdır.
Bu addım həm də dövlət büdcəsinə xeyli miqdarda qənaət etmiş olar. Çünki iki ayrı dərslik yazılıb, nəşr
edilməz. Azərbaycan
dili müəllimləri
də iki bölmənin müəllimi
kimi bölgüləndirilməz.
Azərbaycan dili bizim hamımızın ortaq evidir. O evin divarlarını bölmələrə
görə nazik və ya qalın
etmək isə gələcəyimizi riskə
atmaq deməkdir.
Şəmil Sadiq,
təhsil texnoloqu, dosent
İki sahil.- 2025.-
30 dekabr, ¹239.- S.7.