Azərkosmospeyk coğrafi texnologiyalar

üzrə milli imkanları genişləndirir

 

Rəqəmsal transformasiya yüksək texnologiyaların sürətli inkişafı müasir dövrdə dövlət idarəçiliyinin bütün sahələrində yeni yanaşmaların formalaşmasına səbəb olmuşdur. Bu kontekstdə coğrafi informasiya sistemləri (CİS) peyk texnologiyaları qərarvermə proseslərinin elmi əsaslarla, dəqiq məlumatlara söykənərək həyata keçirilməsində mühüm rol oynayır. Peyk təsvirləri coğrafi məlumatların analizi ərazilərin monitorinqi, resursların səmərəli idarə olunması, təhlükəsizlik dayanıqlı inkişaf strategiyalarının icrası baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında kosmik sənayenin inkişafı peyk əsaslı xidmətlərin genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə fəaliyyət göstərən Azәrbaycan Nәqliyyat Kommunikasiya Holdinqinin (AZCON) şirkətlərindən olan   Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən təqdim olunan innovativ CİS həlləri kənd təsərrüfatı, şəhərsalma, nəqliyyat, ekoloji monitorinq fövqəladə hallar idarəçiliyi sahələrində praktiki nəticələr verməkdədir. Milli coğrafi məlumat bazasının formalaşdırılması, peyk müşahidələrinin tətbiqi rəqəmsal platformaların yaradılması dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir.

Azərkosmos”un İdarə Heyəti sədrinin satış məsələləri üzrə müşaviri Yolçu Həsənovİki sahilqəzetinə müsahibəsində coğrafi informasiya sistemlərinin peyk texnologiyalarının ölkənin sosial-iqtisadi inkişafında, dövlət idarəçiliyinin təkmilləşdirilməsində strateji qərarların qəbulunda oynadığı mühüm roldan bəhs edir. O, peyk təsvirləri müasir coğrafi məlumatların kənd təsərrüfatı, şəhərsalma, nəqliyyat, ekoloji monitorinq fövqəladə hallar idarəçiliyi sahələrində geniş tətbiq olunduğunu diqqətə çatdırır.

-CİS texnologiyalarının kənd təsərrüfatı torpaq idarəçiliyində tətbiqi fermerlərə hansı üstünlüklər verir?

-Fermerlər üçün CİS texnologiyaları məhsuldarlığı artırmaq resurslardan səmərəli istifadə etmək baxımından böyük üstünlüklər yaradır. Məsələn, CİS texnologiyaları torpağın vəziyyətini, suvarma ehtiyacını məhsulun inkişaf mərhələlərini izləmək mümkündür. Bunun sayəsində fermerlər gübrə suvarmanı düzgün vaxtda tətbiq edə bilir, məhsul itkisini minimuma endirir iqtisadi səmərəliliyi artırırlar. Eyni zamanda, böyük sahələrin monitorinqi xəritələşdirilməsi torpaq idarəçiliyini daha şəffaf effektiv edir.

Azərkosmos”unFarmerApphəlli məhz bu məqsədlərə xidmət edir: tətbiq fermerlərə torpaq məhsul vəziyyəti barədə operativ məlumat verir, suvarma gübrələmə üzrə tövsiyələr təqdim edir real vaxt monitorinq imkanı yaradaraq təsərrüfat qərarlarının daha dəqiq verilməsinə şərait yaradır.

-Təbii fəlakətlər zamanı CİS texnologiyaları fövqəladə hallar idarəçiliyinə necə kömək edir?

-Təbii fəlakətlərdaşqınlar, zəlzələlər meşə yanğınları kimi hadisələr zamanı CİS texnologiyaları fövqəladə hallar idarəçiliyində əvəzsiz rol oynayır. Bu texnologiyalar zərər görmüş ərazilərin operativ xəritələnməsinə, yardım evakuasiya planlarının düzgün qurulmasına imkan verir. Məsələn, daşqın baş verən zonada suyun səviyyəsini təhlükə hüdudlarını dəqiq müəyyən etməklə insanlar vaxtında təhlükəsiz ərazilərə yönləndirilə bilir. Bununla yanaşı, CİS fövqəladə hallar komandalarına real vaxtda vizual məlumat təqdim edərək resursların bölüşdürülməsinə əməliyyatların koordinasiyasına yardım edir.

Bu imkanların real nümunələrindən biri Azərkosmos tərəfindən təqdim olunan yüksək dəqiqlikli rəqəmsal relyef modelinin (DEM – Digital Elevation Model) Qırğızıstanda potensial fəlakətin qarşısının alınmasında oynadığı mühüm roldur. Bu məlumatlar həmin ölkədə yüzlərlə insanın həyatının xilas edilməsinə kömək edib.

DEM ərazinin yüksəklik məlumatlarını rəqəmsal şəkildə əks etdirən coğrafi modeldir relyefin strukturunu dəqiq təsvir etmək üçün istifadə olunur. Peyk təsvirlərinin təhlili əlavə monitorinq məlumatları göstərib ki, Qırğızıstanın İssık-göl bölgəsində dağ gölünün daşmasının qarşısını almaq mümkün deyil ətraf kəndlər ciddi təhlükə altındadır. Bu informasiya əsasında ölkənin aidiyyəti qurumları dərhal hərəkətə keçərək riskli yaşayış məntəqələrindən insanların təxliyəsini təşkil ediblər. Evakuasiyadan cəmi dörd gün sonra gözlənilən daşqın baş versə , vaxtında görülmüş tədbirlər sayəsində 500 nəfərin həyatı xilas olunub.

-Coğrafi məlumatların milli bazasının yaradılması istiqamətində hansı işlər görülür?

-Milli coğrafi məlumat bazasının yaradılması ölkəmizdə prioritet layihələrdən biridir. Bu istiqamətdə ərazilərin rəqəmsallaşdırılması, mövcud xəritələrin yenilənməsi vahid standartlara uyğun məlumatların toplanması işləri aparılır. Məsələn, kənd təsərrüfatı sahələrindən tutmuş şəhər infrastrukturuna qədər bütün məlumatlar bir platformada birləşdirilir. Bu baza dövlət qurumlarına qərarvermədə layihələrin icrasında kömək edir, həmçinin elmi-tədqiqat işləri üçün əsas məlumat mənbəyi yaradır.

-CİS sistemləri ölkənin təhlükəsizlik müdafiə strategiyalarında hansı rolu oynaya bilər?

-CİS sistemləri ölkəmizin təhlükəsizlik müdafiə sahəsində çox vacib bir rol oynayır. Məsələn, sərhəd bölgələrində hərəkətləri izləmək, potensial təhlükələri öncədən müəyyən etmək əməliyyat planlarını optimallaşdırmaq üçün coğrafi məlumatlardan istifadə olunur. Bu texnologiya sayəsində təhlükəsizlik orqanları daha sürətli qərarlar qəbul edə bilir resurslarını səmərəli idarə edə bilir. Eyni zamanda, döyüş ya fövqəladə vəziyyət zamanı real-vaxt məlumatların əldə olunması döyüş planlamasını müdafiə tədbirlərini daha effektiv edir.

-Bu texnologiyalar şəhər planlaşdırılması nəqliyyat idarəçiliyində necə istifadə olunur?

-Şəhər planlaşdırılmasında CİS texnologiyaları infrastruktur layihələrinin nəqliyyat şəbəkələrinin optimallaşdırılmasına xidmət edir. Misal üçün, yol hərəkəti, park yerləri ictimai nəqliyyat marşrutları analiz edilərək, tıxacların qarşısı alınır şəhər sakinləri üçün rahatlıq təmin edilir. Həmçinin yeni binaların yerləşdirilməsi ictimai obyektlərin planlaşdırılması zamanı ərazi məlumatları istifadə olunur ki, şəhər daha səmərəli estetik inkişaf etsin.

-CİS texnologiyaları dövlət qərarlarının şəffaflığını artırmaqda necə rol oynaya bilər?

 -CİS texnologiyaları dövlət qurumlarının məlumatları layihələri ictimaiyyətə vizual şəkildə təqdim etməsinə imkan yaradır. Bu da vətəndaşların layihələr barədə məlumatlı olmasını təmin edir qərarvermə prosesində şəffaflığı artırır. Məsələn, açıq xəritələr vasitəsilə vətəndaşlar torpaq sahələrinin, infrastruktur layihələrinin ya ekoloji monitorinqin nəticələrini görə bilirlər. Bu isə həm etibarı artırır, həm ə ictimai nəzarəti gücləndirir.

-Coğrafi məlumatların ictimai istifadəsi dərəcədə mümkündür?

-Coğrafi məlumatların ictimai istifadəsi getdikcə genişlənir açıq xəritələr, interaktiv portallar vasitəsilə hər kəs üçün əlçatan olur. Məsələn, şəhər sakinləri öz binalarının yerləşdiyi əraziləri ya yaşıllıq sahələrini onlayn platformalarda görə bilir. Bu da vətəndaşların məlumatlılığını artırır onların sosial qərarvermədə iştirakını təmin edir.

-Universitetlərdə CİS ixtisası üzrə tədris səviyyəsini necə qiymətləndirirsiniz?

-Azərbaycanda CİS ixtisası üzrə tədris əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Sənaye Universiteti, Milli Aviasiya Akademiyası ADA Universitetində aparılır tələbələr həm nəzəri biliklər, həm praktiki layihələr üzrə hazırlıq alırlar. Lakin hələ müasir peyk məlumatları ilə işləmə, yüksək dəqiqlikli coğrafi analiz real layihələr üzərində təcrübə imkanları məhduddur, buna görə tələbələrin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq üçün daha çox praktik biliklərin əldə edilməsi imkanlarının yaradılması lazımdır.  Azərkosmosolaraq hər il onlarla tələbənin təcrübə keçməsinə şərait yaradırıq.

-CİS üzrə yerli mütəxəssislərin beynəlxalq təcrübə qazanması üçün hansı təşəbbüslər var?

-Yerli mütəxəssislər üçün beynəlxalq təcrübə proqramları, təqaüd treninqlər mövcuddur. Bir sıra qurum universitetlər CİS mütəxəssislərinin beynəlxalq təcrübə qazanması üçün beynəlxalq proqramlarda, beynəlxalq seminar konfranslarda iştirak, eləcə xarici peyk CIS şirkətləri ilə əməkdaşlıq imkanları yaradır. HəmçininAzərkosmosbeynəlxalq layihələrdə yerli mütəxəssislərin iştirakını təmin edir ki, onlar yeni texnologiyalar praktik bilikləri öyrənsin ölkəyə tətbiq etsinlər.

Bundan əlavə, “Azərkosmosyerli mütəxəssislərin International Astronautical Congress (IAC) kimi nüfuzlu beynəlxalq tədbirlərdə iştirakını təmin edir. Bu da onların qlobal elmi müzakirələrə qoşulmasına yeni texnologiyalarla tanış olmasına şərait yaradır.

Eyni zamanda, “Yerin Məsafədən Müşahidəsiüzrə keçirilən müsabiqə yerli mütəxəssislərin innovativ layihələrlə beynəlxalq təcrübəyə inteqrasiya olunmasına, bilik bacarıqlarının inkişafına töhfə verir.

-Sizcə, yaxın 10 ildə peyk coğrafi texnologiyalar hansı istiqamətdə inkişaf edəcək?

-Yaxın 10 ildə peyk coğrafi texnologiyalar həm beynəlxalq səviyyədə, həm Azərbaycanda sürətlə inkişaf edəcək daha geniş istifadəyə malik olacaq. Beynəlxalq arenada yüksək dəqiqlikli peyk görüntüləri, real-vaxt məlumatların emalı süni intellektin inteqrasiyası şəhərsalma, kənd təsərrüfatı, ekoloji monitorinq, təbii fəlakətlərin proqnozlaşdırılması təhlükəsizlik sahələrində yeni standartlar yaradacaq. Azərbaycanda isə yerli peyk proqramları, “Azərkosmos”un layihələri dron texnologiyalarının inkişafı bu trendləri izləyir ölkəmizə müstəqil məlumat toplama, coğrafi analiz qərarvermə imkanları yaradır. Həm dövlət, həm özəl sektor, həm vətəndaşlar üçün məlumatların əlçatanlığı artacaq; məsələn, kənd təsərrüfatında məhsul monitorinqi torpaq idarəçiliyi, şəhərsalma nəqliyyat planlaması daha dəqiq effektiv olacaq.

Peyk CİS texnologiyalarının ucuzlaşması mini peyklərin, nano peyklərin istifadəsi, həmçinin bulud əsaslı coğrafi məlumat xidmətlərinin genişlənməsi ölkələr arasında məlumat mübadiləsini asanlaşdıracaq. Bu isə Azərbaycan kimi inkişaf edən ölkələr üçün həm texnologiya transferini, həm beynəlxalq əməkdaşlıq imkanlarını artıracaq.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2025.-  30 dekabr, ¹239.- S.6.