Dünya miqyasında bənzərsiz nümunə
Böyük Qayıdış
Bu gün
işğaldan azad edilmiş ərazilərdə
şəhərlərin və
kəndlərin bərpası
sürətlə davam
etdirilir. Nəhəng
vəsait və qüvvə tələb edən bu işləri
Azərbaycan öz imkanları hesabına həyata keçirir. İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdış
Azərbaycanın 2030-cu ilədək
beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli
Prioritetlərə əsaslanan
“Azərbaycan Respublikasının
2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki
hədəflərə çatmağa
xidmət edən mühüm sənəddir.
Qarabağ və
Şərqi Zəngəzurun
bərpası və Böyük Qayıdışa
dair I Dövlət Proqramı çərçivəsində
genişmiqyaslı tədbirlər
görülür. Bu ərazilərdə həyata
keçirilən irimiqyaslı
infrastruktur layihələri,
sosial obyektlərin açılışı və
əhalinin doğma torpaqlarına qayıdışı
ölkənin daxili resursları hesabına uğurla icra olunur. Prezident İlham Əliyevin rəhbərliyi
ilə işğaldan
azad edilmiş ərazilərə Böyük
Qayıdış Proqramı
çərçivəsində həyata keçirilən
köçürülmə prosesi bu il
ərzində ardıcıl
və planlı şəkildə reallaşdırılıb.
Köçürülmə aparılan yaşayış
məntəqələri Cəbrayıl,
Şuşa, Xocalı,
Laçın, Füzuli,
Kəlbəcər və
Ağdam şəhərləri;
Cəbrayıl rayonunun
Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı, Kəngərli
və Xıdırlı
kəndləri; Xocalı
rayonunun Ballıca, Xanyurdu, Təzəbinə,
Seyidbəyli, Badara, Şuşakənd və Daşbulaq kəndləri;
Ağdərə rayonunun
Həsənriz, Suqovuşan,
Kolatağ və Vəngli kəndləri; Laçın rayonunun Bəylik, Zabuğ kəndləri, Xocavənd
rayonunun Sos kəndi, Qırmızı
Bazar və Hadrut qəsəbələri;
Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndləri
olub. Eyni zamanda köçürülmə
prosesi Xankəndi şəhərinin Kərkicahan
qəsəbəsini də
əhatə edib.
Ötən beş
il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə
500-dən tədbirdə iştirak
edib, müxtəlif təyinatlı 177 layihənin
təməlini qoyub, 167
obyektin və infrastruktur layihəsinin açılışını edib. Böyük Qayıdışın inteqrasiyalı
yanaşma ilə təmin olunmasının real nəticələr verdiyi və artıq “İşğaldan
azad edilmiş ərazilərin Ümumi Planı”nın, 8 şəhərin Baş planının, 3 şəhərin
isə Müfəssəl
planının təsdiqləndiyi,
Xankəndi, Xocalı,
Ağdərə və
Xocavənd şəhərlərinin
Baş planlarının
işlənmə mərhələsində
olduğu da rəsmən bildirilir.
Prezidenti
İlham Əliyevin dekabrın 23-də Ağdam
şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak
etməai bunun əyani təsdiqidir. Ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli
olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə
aid ümumilikdə
127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb.
Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam
Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.
Prezident Administrasiyasının
və işğaldan azad edilmiş ərazilərdə məsələlərin
mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının
rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın
5 illik fəaliyyətinə
həsr olunmuş iclasda bildirilib ki, Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti
dövlət qurumları
və yerli şirkətlər tərəfindən
aparılan minatəmizləmə
fəaliyyəti nəticəsində
240 min hektardan çox ərazi mina və partlamamış
hərbi sursatdan təmizlənib, 3 beynəlxalq
hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam,
1-i isə qismən icra edilib. Ağdam
Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı
baş tutub. Avtomobil yolları üzərində 28 tuneldə
qazma işləri, 392
körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi
planlaşdırılıb, onlardan 42 körpünün
inşası başa çatıb, 3 körpü
istismara verilib. Qarabağda və Şərqi Zəngəzurda
38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara
buraxılıb, 6 magistral
qaz xətti, 1000 kilometrdən artıq yüksəkgərginlikli elektrik
verilişi xətləri
çəkilib, 8 şəhərə,
20 kəndə və
1 qəsəbəyə qazın
verilməsi təmin olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi,
7 məktəbəqədər təhsil müəssisəsi
istifadəyə verilib.
Bundan əlavə, Xankəndi şəhərində
Qarabağ Universiteti fəaliyyətə başlayıb.
Bu gün
Zəngilan rayonunda aparılan yenidənqurma işləri uğurla davam edir. Ağalı
kəndində sakinlər
öz həyatlarına
davam edir, məktəbdə dərslər
keçilir. Zəngilan
Konqres Mərkəzi Kompleksinin açılışı
olub. Oxçuçayın
rayon ərazisindən
keçən hissəsində
tikilmiş “Cahangirbəyli”
Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan
şəhər məscidi
inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri
Mərkəzi yaradılıb.
Zəngilanın bərpası
və yenidən qurulması işləri sürətlə davam edir. İlk pilot layihə Ağalı kəndində
icra olunub. Burada 200 ev salınıb,
məktəb, bağça,
tibb məntəqəsi,
“ASAN”, “DOST” xidmətləri və kiçik-orta biznes infrastrukturu yaradılıb. 2022-ci ilin
may ayında ilk sakinlər doğma torpaqlarına qayıdıb, Böyük
Qayıdış layihəsi
çərçivəsində 175 ailənin- 871 nəfərin
məskunlaşması təmin
olunub. Ötən il mayın 18-də Ağalı kəndində,
Həkəri çayı
sahilində yerləşən
“Ağalı” hoteli istifadəyə verilib. “Dost Aqropark” layihəsi isə bölgədə kənd təsərrüfatını canlandırır,
500 nəfərin işlə
təmin olunmasına imkan yaradıb.
Böyük qürur və sevinc hissi ilə
demək olar ki, Prezident İlham
Əliyevin tapşırıqlarına
əsasən, işğaldan
azad olunmuş ərazilərə Böyük
Qayıdış uğurla
davam edir. Bütün bunlar Qarabağın və Şərqi Zəngəzurun
tezliklə Azərbaycanın
çiçəklənən diyarına çevriləcəyini
bir daha təsdiq edir.
Zahid Rza
İki sahil.- 2025.- 30 dekabr, ¹239.- S.5.