2025-ci ilə qısa
siyasi baxış:
Tarixi uğurlar,
yeni məqsədlər
“Konstitusiya və Suverenlik İli” kimi qeyd etdiyimiz bu il ciddi uğurlarla
yadda qaldı
Dünya miqyasında nüfuzlu
Lider kimi qəbul olunan Prezident İlham Əliyevin
beynəlxalq arenadakı
fəaliyyəti Azərbaycanı
qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirib.
Prezident çoxsaylı
beynəlxalq təşkilatlarla
səmərəli əməkdaşlıq
yaradaraq Azərbaycanın
mənafeyini beynəlxalq
səviyyədə uğurla
müdafiə edir.
2003-cü
ildən bəri Prezident İlham Əliyevin
rəhbərliyi ilə
Azərbaycan Birləşmiş
Millətlər Təşkilatı
(BMT), Avropa Şurası,
İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda öz mövqeyini daha da gücləndirib. Xüsusən də Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyi
dövründə Prezident
İlham Əliyevin liderliyi
qlobal həmrəyliyin
təmin olunmasına mühüm töhfələr
verib. Balanslı və çevik xarici siyasət yürüdən Azərbaycan
Prezidentinin müəyyənləşdirdiyi
enerji diplomatiyası ölkəmizi Avropanın
enerji təhlükəsizliyinin
əsas təminatçılarından
birinə çevirib.
Prezident İlham Əliyevin
daxili siyasəti isə xalqa xidmət və rifahın artırılması
prinsipinə əsaslanır.
Hər il olduğu kimi, yola saldığımız
2025-ci il də bir çox mühüm siyasi hadisələrlə
yadda qaldı. “Konstitusiya
və Suverenlik
İli” kimi qeyd etdiyimiz bu il həm də şanlı Zəfərimizin
beşinci ili kimi tarixə düşdü.
Tarixi Vaşinqton razılaşması:
Sülhə doğru atılan
mühüm addım
Azərbaycanın və ümumilikdə
Cənubi Qafqazın siyasi həyatında ən mühüm hadisə təbii ki, avqustda reallaşan tarixi Vaşinqton görüşü idi.
ABŞ Prezidenti Donald Trampın
təşəbbüsü ilə avqustun 8-də Prezident İlham Əliyev,
Prezident Donald Tramp və
Baş nazir Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin
və Ermənistan Respublikasının Baş
nazirinin Amerika Birləşmiş
Ştatlarının Vaşinqton
şəhərində keçirilmiş
görüşünə dair
Birgə Bəyannaməni
imzaladılar. Həmçinin
Azərbaycan və Ermənistan sülh sazişi mətninin paraflanmasına da imza atdılar. Bununla da uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsində
rəsmən sülh əldə edilmiş oldu. Bu saziş iki ölkə arasında sülh dialoqunun davamlı hal almasına, həmçinin Azərbaycan
Prezidentinin Ermənistana
qarşı tətbiq
olunan tranzit embarqosunu ləğv etməsindən sonra müxtəlif məhsulların
Azərbaycan ərazisindən
keçməklə Ermənistana
daşınmasına şərait
yaratdı. Ümumilikdə
isə 2025-ci il iki ölkə arasında sülhün əldə olunması istiqamətində
ən müsbət və nəticəyönümlü
il kimi yadda qaldı. Ölkəmiz üçün
iqtisadi sahədə ən mühüm proseslərdən biri Zəngəzur dəhlizi
(“Tramp marşrutu”) ilə
bağlı ciddi addımların atılması
oldu. Vaşinqton görüşü nəticəsində
Ermənistan və
ABŞ-ın birgə
reallaşdıracağı bu dəhliz Azərbaycanın Naxçıvanla
birbaşa əlaqəsini
təmin edəcək.
Bununla belə, il ərzində sözügedən
istiqamətdə İranla
“Araz dəhlizi”nin
yaradılması istiqamətində
də intensiv işlər aparıldı.
Artıq Zəngəzur
dəhlizinin Azərbaycan
seqmentində işlər
son mərhələyə qədəm
qoyub.
Xankəndi və Şuşa
yeni diplomatik paytaxt statusunda
2025-ci il həm də Xankəndinin və Şuşanın yeni diplomatik
mərkəzlər olması
ilə yadda qaldı. İyulun 4-də Xankəndi
şəhərində İqtisadi
Əməkdaşlıq Təşkilatının
(ECO) 17-ci Zirvə görüşü
keçirildi. Bu Zirvə
görüşündə çoxsaylı dövlət
və hökumət başçıları iştirak
etdi. Azərbaycana səfər edən bir çox dövlət başçıları
ilə ikitərəfli
müzakirələr və
qarşılanma mərasimləri
Şuşada reallaşdı.
Bu vacib toplantının
məhz Xankəndidə
keçirilməsi siyasi
nöqteyi-nəzərdən əhəmiyyətlidir. Bu, Azərbaycanın
qələbəsinin ECO platformasından
təqdimatı və
ölkəmizin növbəti
diplomatik uğuru oldu. Zirvə Görüşündə uğurla
həyata keçirilən
bərpa quruculuq prosesinə diqqət çəkən dövlət
başçımız, həmçinin
Ermənistandan deportasiya
olunmuş Qərbi azərbaycanlıların hüquqlarının
təmin olunması məsələsini də
gündəmə gətirdi.
ECO platformasından da bəyan
olundu ki, Qərbi azərbaycanlıların Ermənistandakı
öz dədə-baba
torpağına sülh
yolu ilə qayıdışının təmin
edilməsi sahəsində
səylər bundan sonra da davam etdiriləcək.
Liderlər də bir daha bəyan etdi ki, sülh və inkişafın bünövrəsi iqtisadi
əməkdaşlığa söykənir. Bu mənada
üzv ölkələrin
təşkilat daxilində
tərəfdaşlığı zərurətə çevrilib.
Qarşıdakı 10 ildə
ECO-nun 2035-ci ilə qədər
yeni strateji məqsədləri
də təşkilat daxilində həmrəyliyin
möhkəmlənməsini nəzərdə tutur.
Mərkəzi Asiya+Azərbaycan: Yeni regional format
2025-ci il Türk dünyası üçün də uğurlu oldu. Oktyabrın 7-də Qəbələdə
Türk Dövlətləri
Təşkilatının (TDT) Dövlət Başçıları
Şurasının 12-ci Zirvə
Görüşü keçirildi.
Zirvə Görüşündə
Prezident İlham Əliyevlə
yanaşı, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının
Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayev, Macarıstanın Baş
naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri
Qurbanqulu Berdiməhəmmədov,
Şimali Kipr Türk Cümhuriyyətinin
keçmiş Prezidenti
Ersin Tatar, Türk Dövlətləri Təşkilatının
Baş katibi Kubanıçbek Ömüralıyev
iştirak etdilər. Qəbələ Zirvəsi
Azərbaycanın Türk
dünyasında artan nüfuzunun və əlaqələrin qurulmasında
mühüm körpü
olduğunun göstəricisi
idi.
2025-ci il ərzində Azərbaycanın
qalib dövlət olaraq dünyada artan nüfuzunun daha bir göstəricisi
oktyabrın 13-də Prezident
İlham Əliyevin ABŞ Prezidenti
Donald Trampın və
Misir Prezidenti Əbdülfəttah əs-Sisinin
dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı oldu. Həmçinin Prezident
İlham Əliyevin sentyabrın
25-də Nyu-Yorkda BMT Baş
Assambleyasının 80-ci sessiyasında
tarixi çıxışı,
ardınca oktyabrın
2-də Danimarkanın paytaxtı
Kopenhagen şəhərində
“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında
iştirakı da 2025-ci ilin
əsas siyasi hadisələri idi.
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə
Mərkəzi Asiya Dövlət Başçılarının
7-ci Məşvərət Görüşü
də Azərbaycan üçün mühüm
qərarların qəbulu
ilə yadda qaldı. Prezident İlham Əliyevin
də iştirak etdiyi görüşdə
ölkəmiz Mərkəzi
Asiya Dövlət Başçılarının Məşvərət
Görüşü formatına
rəsmən üzv qəbul edildi. Bununla da Azərbaycan-Mərkəzi
Asiya əlaqələrinin
inkişafında yeni bir
mərhələnin başlanğıcı
qoyuldu. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quruldu.
Xatırladaq ki, Azərbaycanın Şərqi Asiya ilə əlaqələri
də geniş və çoxşaxəlidir,
əsasən iqtisadi, nəqliyyat və mədəni sahələri
əhatə edir. Azərbaycan Orta Dəhliz layihəsi ilə tranzit qovşağı rolunu gücləndirir, Çin,
Cənubi Koreya, Yaponiya kimi ölkələrlə
ticarət, investisiya və mədəni mübadilə aparır, həmçinin iqtisadi inkişaf və təhlükəsizlikdə ortaq
maraqları birləşdirir.
Avqustun sonlarında Prezident İlham Əliyevin
Çinə səfəri,
Tiencin şəhərində
Çin Xalq Respublikasının Sədri
Si Cinpin ilə görüşü də
yaddaqalan hadisə oldu. Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri
dövlətimizin başçısına
onun dəvətini qəbul edərək
“ŞƏT plyus” formatında
Zirvə toplantısında,
həmçinin Çinin
xarici hərbi müdaxilə və faşizm üzərində
qələbəsinin 80 illiyi
münasibətilə keçiriləcək
təntənəli tədbirlərdə
və hərbi paradda iştirakına görə təşəkkürünü
bildirdi.
Hərbi parad ölkəmizin
gücünün təsdiqi
kimi yadda qaldı
Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində
Qələbənin beşinci
ildönümünə həsr
olunmuş Hərbi parad keçirildi. Paradda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva,
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz
Şərif iştirak
etdilər. Hərbi paradda nümayiş etdirilən texnika və sursatlar Azərbaycan Ordusunun ən müasir formada döyüş təchizatına malik olduğunu,
müdafiə sənayemizin
isə yeni inkişaf mərhələsinə keçdiyini
bütün dünyaya
nümayiş etdirdi. Şəxsi heyətin tam formada xüsusi təyinatlı qüvvələrdən,
müasir dövrün
tələblərinə uyğun
olaraq yeni yaradılmış
hərbi birləşmələrdən
ibarət olması Azərbaycanda ordu quruculuğu prosesinə ən yüksək diqqətin olduğunun təzahürüdür. Bu uğurlar
Prezident İlham Əliyevin
rəhbərliyi ilə
aparılan islahatların,
peşəkar idarəetmənin
və milli ruhun bir nəticəsi idi. Parad zamanı
nümayiş olunan müasir silah sistemləri, texnoloji dronlar və yüksək hazırlıqlı
zabit heyəti ordunun regional və qlobal standartlara cavab verdiyini göstərdi. Beləliklə,
paradın nəticəsində
aydın oldu ki, Azərbaycan Ordusu yalnız sayı ilə deyil, həm də hərbi keyfiyyət və taktiki hazırlıq baxımından
güclü, müasir
qüvvəyə çevrilib.
Paradda siyasi mesaj da aydın şəkildə
çatdırıldı. Azərbaycanı
heç kim hədələyə bilməz!
Bu yalnız söz deyil, faktlarla sübut olunmuş real güc göstəricisidir.
Bir vaxtlar torpaqlarımızı
işğal altında
saxlayan qüvvələr
artıq regionda rol oynaya bilmir.
Ali Baş Komandanın
çıxışı göstərdi
ki, Azərbaycan regiondakı
yeni reallıqların müəyyənləşdiricisidir
və öz müstəqil siyasətini
həyata keçirir.
Tədbirdə qardaş
Türkiyə və
Pakistan hərbçilərinin iştirakı həm hərbi, həm də diplomatik əhəmiyyət daşıdı.
Bu, Azərbaycanın strateji
tərəfdaşlıq və
regional təhlükəsizlik siyasətindəki rolunu əyani şəkildə
nümayiş etdirdi. Qardaş ölkə liderlərinin zəfər
paradında iştirakı
da onu bəyan etdi ki, Azərbaycan tək deyil və onun arxasında
güclü beynəlxalq
dəstək dayanır.
Nəticə etibarilə
hərbi parad təkcə dövlətin
hərbi qüdrətinin
nümayişi deyil, həm də milli birliyin, xalqın dövlətinə olan inamının və gələcəyə yönəlmiş
strateji baxışının
təcəssümü oldu.
Beləliklə, 2025-ci ilin siyasi
mənzərəsi yola
salmağa hazırlaşdığımız
ilin Azərbaycan dövləti və xalqı üçün nə dərəcədə
uğurlu və yaddaqalan il olduğunu bir daha göstərir.
Əldə olunan nəticələr və qarşıya qoyulan hədəflər gələcək
illərdə bu uğurların ardıcıl
və davamlı olacağının carçısıdır.
Sevinc Azadi
İki sahil.- 2025.- 31 dekabr, ¹240.- S.2.