Həmrəylik Günü xalqımızın birliyini,

soydaşlarımızın həmrəyliyini əks etdirir

 

Ulu ÖndərinMən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının  milli qürur rəmzinə çevrilib

 

Müasir müstəqil, qalib  Azərbaycanın dünəni, bu günü gələcəyi ilə bağlı çağırışlar Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi sarsılmaz etməklə yanaşı, ölkəmizin inkişaf yolunun parametrlərini müəyyənləşdirdi. Ümummilli Liderimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı  ilk gündən qarşıya qoyduğu əsas hədəflərdən biri  Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi, həmrəyliyi məsələsi  oldu.

 Dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə azərbaycançılıq ideologiyasının inkişafını, təbliğini prioritet məsələ kimi qarşıya qoyaraq bu istiqamətdə önəmli addımlar atmışdı. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına şərait yaratdı, xalqımızın özünüdərkini soykökünə qayıdışını təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Dahi rəhbərin fəaliyyətinin Naxçıvan mərhələsində dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində  mühüm tarixi qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabr tarixinin dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul olundu. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi həmin vaxtdan etibarən bütün azərbaycanlılar  bu günü ən əziz bayramlarımızdan biri  kimi qeyd edirlər.

Dünya azərbaycanlılarının həmrəyliyini, onların vahid amal ətrafında  təşkilatlanması prosesini daim diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqımızın birliyi ideoloji həmrəyliyi yolunda inamlı addımlar atdı. Artıq həmin vaxtdan indiyədək Həmrəylik Günü Azərbaycanda dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik həmrəylik yaratmaq işində mühüm rol oynayır”.

Qafqazinfoxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilib: “Qədim zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı  üçün inam ümid anıdır.  Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Ulu ÖndərinHər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı artıq hər bir azərbaycanlı  üçün milli qürur rəmzinə çevrilib”.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan Ümummilli Lider Heydər Əliyev onların bir mərkəzdən idarə olunmasını təmin etmək üçün Dünya  Azərbaycanlılarının Qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi: “2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.  Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra, daha dəqiq desək Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə Milli Məclis tərəfindənXaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqındaQanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi təşkilatlanması prosesini daha da gücləndirdi”.

Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev  hazırda diaspor quruculuğu istiqamətində müasir dövrlə səsləşən genişmiqyaslı siyasət həyata keçirir: “Dövlətimizin  başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifələrindən biri hesab edir. Son 22 ilin mühüm hadisələrindən biri Ümummilli Liderin Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi sahəsində əsasını qoyduğu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Dövlətimizin başçısınınDünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında   Sərəncamına uyğun olaraq  2006-cı  il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların məskunlaşdıqları ölkələrdə diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Sonrakı illərdə Dünya Azərbaycanlılarının III, IV qurultayları keçirildi.

Vətən müharibəsində tarixi Zəfərimizdən ötən 5 ilin əlamətdar hadisələrindən biri məhz Qarabağın tacı, döyünən ürəyi Şuşanın şahidliyi ilə 2022-ci ilin aprelində Dünya Azərbaycanlılarının V- Zəfər Qurultayının keçirilməsidir. Həmin Qurultaydakı çıxışındaBiz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşırsöyləyən Prezident İlham Əliyev onu da  bildirdi ki,  bu gün alnımız açıqdır,  üzümüz gülür,  başımız dikdir həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq,  Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq”.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi  Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi: “Vətən müharibəsində dünyanın müxtəlif  ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Prezident İlham Əliyev çıxışlarında bu məqamı xüsusi vurğulayır ki,  müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. O da qeyd edilir ki, “Dəmir yumruqbizim Zəfər salnaməmizin, birliyimizin rəmzi idi”.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur: “Azad Qarabağımızda Şərqi Zəngəzurumuzda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış Proqramının uğurlu icrası sakinlərinə qovuşan şəhər, kənd qəsəbələrimizin sayında da özünün aydın ifadəsini tapır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sakinlərinə qovuşan  Füzuli, Laçın, Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər şəhərlərinin sırasına Ağdam şəhərinin adı yazıldı. Ümumiyyətlə, bu il soydaşlarımızın növbəti qayıdış ünvanları Kəlbəcər Ağdam şəhərləri oldu. Qısa zamanda görülən işlər Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilinŞəhərsalma Memarlıq İlielan edilməsi mühüm çağırışların təqdimatıdır. Azərbaycan tarixi  Zəfərimizdən ötən beş ildə şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. Ağdam, Zəngilan Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları 2026-cı ildə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sesiyasına gedən yolun başlanğıcı oldu”.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə vurğulayıb ki, birliyimiz, həmrəyliyimiz uğurlarımızı şərtləndirən əsas amillərdəndir: “Birliyimiz sayəsində necə torpaqlarımızın işğaldan azad edilməsinə nail olduqsa,  o cür  bu ərazilərimizi cənnətə çevirəcək, soydaşlarımızın tam şəkildə öz doğma yurd-yuvalarına qayıdışının sevincini yaşayacağıq. Dövlət başçısı İlham ƏliyevinBizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlərçağırışı dünənimizə bugünümüzə baxış, gələcəyimizə çağırışdır”.

 

Vüqar RƏHİMZADƏ

 

İki sahil.- 2025.-  31 dekabr, ¹240.- S.3.