Elmar Qasımov: Bakı Ali Neft Məktəbi
2025-ci ildə mühüm nailiyyətlər əldə
etdi
İlin
hesabatı
“2025-ci
il SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM)
üçün bir sıra əhəmiyyətli yeniliklər
və rekord göstəricilərlə yadda qaldı”.
“Qafqazinfo”
xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin
rektoru Elmar Qasımov bildirib.
Rektor
başa çatmaqda olan il üzrə rəhbərlik etdiyi ali
təhsil müəssisəsinin bir sıra
uğurlarını vurğulayıb: “Bakı Ali Neft Məktəbi
Prezident təqaüdçülərinin sayına görə
Azərbaycan təhsil tarixində növbəti dəfə
rekorda imza atdı. Bir neçə ildir ardıcıl olaraq
Prezident təqaüdçülərinin sayına əsasən
liderliyini qoruyan BANM bu il rekordunu yenilədi və 36 Prezident təqaüdçüsü
ilə ölkə rekordçusu oldu.
Bakı
Ali Neft Məktəbində bu il iki yeni ixtisasa - Maliyyə və
Data analitikası ixtisaslarına qəbul həyata keçirilməyə
başlanıldı. Hər iki ixtisas ən yüksək bal toplayan abituriyentlərin seçimi oldu. II qrup üzrə Prezident təqaüdünə
layiq görülən
25 tələbənin 12-si yeni açılmış Maliyyə
ixtisasının tələbəsi
oldu.
BANM-in təşəbbüsü ilə
Azərbaycanda ilk dəfə
Data analitikası ixtisasına
qəbul həyata keçirilməyə başlanıldı.
İlk dəfə qəbul
aparılmasına baxmayaraq,
bu ixtisas da ən yüksək bal toplayan abituriyentlərin
seçimi oldu”.
E.Qasımovun sözlərinə
görə, Məktəbin
məzunlarının işlə
təminolunma göstəricisi
yüksək olaraq qalmaqdadır: “Dövlət
Məşğulluq Agentliyinin
2025-ci il statistikasına əsasən,
Bakı Ali Neft Məktəbi məzunların
məşğulluq faizinə
görə TOP 5 universitet
arasında ölkə
üzrə liderdir.
Bakı
Ali Neft Məktəbi startaplar və innovasiyalar universiteti kimi də tanınır.
Təkcə 2025-ci ildə
30-dan çox startap layihəsi təqdim olunub, 20-dən çox hakatonda qalibiyyət əldə edilib”.
Rektor qeyd edib ki, Bakı
Ali Neft Məktəbi bu il də “Teknofest 2025”də uğurlarına görə
ən güclü ali məktəb olub: “Şimali Kipr Türk Respublikası və Türkiyədə (İstanbul) keçirilən “Teknofest”
Aerokosmik və Texnologiya Festivallarının
nəticələrinə əsasən,
Bakı Ali Neft Məktəbinin komandaları
ümumilikdə 1 qızıl,
1 gümüş, 2 bürünc
medal və 4 xüsusi
mükafat (1-i fərdi)
qazanıblar.
Bakı
Ali Neft Məktəbinin
İnnovasiya və Tədqiqatlar Mərkəzi,
həmçinin Mərkəzin
rəhbəri Emiliya Əhmədova, İnnovasiya
və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil
olunan “IDDA Awards 2025” müsabiqəsində
aşağıdakı mühüm
uğurları əldə
edib:
- Ekosistem lokomotivi - Emiliya Əhmədova, I yer
- İKT-də ilin qadını
- Emiliya Əhmədova,
I yer
- İlin ekosistem oyunçusu - BANM İnnovasiya
və Tədqiqatlar Mərkəzi, III yer
- İlin bacarıq gücü - BANM İnnovasiya
və Tədqiqatlar Mərkəzi, II yer
Tələbələr beynəlxalq proqram və müsabiqələrdə də
mühüm uğurlar
əldə ediblər.
Onlar “Aspire Leaders”, “GIST”, “Seeds for the
Future”, “Startupbootcamp”, JACAFA kimi nüfuzlu beynəlxalq proqramlarda qalib və iştirakçı
olublar.
Bakı
Ali Neft Məktəbi bir çox beynəlxalq universitetlə
əlaqələrini genişləndirib,
əməkdaşlıq etdiyi
ali təhsil müəssisələrinin, təhsil
alan əcnəbi tələbələrin sayını
əhəmiyyətli dərəcədə
artırıb. Bu il əcnəbi
tələbələrin sayında
67% artım qeydə alınıb. Hazırda
BANM-də 25 ölkədən
107 tələbə təhsil
alır”.
Elmar Qasımov qeyd edib ki, BANM həm də Azərbaycan ali təhsil sistemində ilkə imza ataraq ali
təhsil proqramlarının
ixracını həyata
keçirir: “Belə
ki, SOCAR və “Uzbekneftegaz”
şirkəti arasında
18 iyul 2023-cü il tarixində
imzalanmış Anlaşma
Memorandumunun müddəalarından
irəli gələrək
BANM ilə Özbəkistan
universitetləri arasındakı
müqavilələrə əsasən,
Özbəkistanın Daşkənd
Kimya-Texnologiyası İnstitutu
və Buxara Dövlət Texniki Universiteti ilə həyata keçirilən
ikili diplom proqramları bu il də uğurla icra olunub. Bu il həmin ali təhsil müəssisələrindən
16 özbək tələbə
Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının
magistratura səviyyəsinin
2-ci kursunda təhsil almağa başlayıb.
Hazırda ən çox özbək tələbə
Bakı Ali Neft Məktəbində təhsil
alır. Ümumilikdə,
bu ölkədən olan tələbələrin
sayı 25 nəfərdir.
Bakı
Ali Neft Məktəbinin
qazandığı beynəlxalq
uğurlardan biri də Konqoda insan kapitalının formalaşması prosesində
rol oynamasıdır.
SOCAR və Konqo Milli Neft Korporasiyası (SNPC) arasında 4 aprel
2024-cü il tarixində imzalanmış
Anlaşma Memorandumuna əsasən, SNPC şirkətinin
təqaüdü ilə
konqolu tələbələrin
Bakı Ali Neft Məktəbində təhsil
almaları uğurla icra olunur. Hazırda
BANM-də 17 konqolu tələbə təhsil
alır. Onlardan 9 nəfəri bu il qəbul olub”.
Rektorun sözlərinə görə,
ilin əvvəlində
Azərbaycan Elm və
Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət
Təminatı Agentliyi
və müstəqil ekspertlər tərəfindən
BANM-in institusional akkreditasiyası
keçirilib: “2025-ci ildə
ilk dəfə olaraq
BANM-in bütün akademik
proqramları beynəlxalq
proqram akkreditasiya prosesinə cəlb olundu. Bu proses Almaniyanın
xüsusilə mühəndislik
istiqaməti üzrə
dünyada nüfuz qazanmış akkreditasiya agentliyi olan ASIIN tərəfindən aparıldı.
Bakı
Ali Neft Məktəbi beynəlxalq reytinqlərə
daxil olmağa başlayıb. “Times Higher Education (THE) Impact
Rankings 2025” nəticələrinə əsasən, bu nüfuzlu reytinqdə ilk dəfə iştirak etməsinə baxmayaraq,
BANM yüksək nəticəyə
nail oldu. BANM ölkə
üzrə 2-ci sırada
qərarlaşaraq, dünya
universitetləri arasında
801–1000-ci yerləri bölüşdü.
“THE Impact Rankings” ali təhsil
müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə
uyğun fəaliyyətlərini
qiymətləndirən nüfuzlu
beynəlxalq reytinq sistemidir.
Bakı
Ali Neft Məktəbinin
tərkibində artıq
Rəqəmsal Biliklər
Liseyi fəaliyyət göstərir. Bu il liseyin
təntənəli açılış
mərasimi keçirilib.
Texniki biliklərin öyrədilməsinə üstünlük
verilən bu orta təhsil müəssisəsi ilk ilindən
yüksək nəticələr
göstərən şagirdlərin
seçimi olub. Belə ki, lisey və gimnaziyalara mərkəzləşdirimiş qaydada keçirilən qəbul imtahanında ölkə üzrə ən yüksək bal (62.75) toplayan şagird məhz Rəqəmsal Biliklər Liseyini seçib.
Başa
çatmaqda olan il Bakı Ali Neft Məktəbi üçün
ilk doktorantının müdafiəsi
ilə də yadda qaldı. Belə ki, Bakı Ali Neft Məktəbinin həm bakalavr, həm magistratura məzunu, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Aidə Aslanova doktorluq dissertasiyasını uğurla
müdafiə etdi.
BANM məzunları Dövlət
Proqramının təqaüdü
ilə dünyanın
aparıcı ali məktəblərində, o cümlədən
Stanford Universiteti, London İmperial Kolleci, Kolumbiya Universiteti, Sidney Universiteti,
London Kral Kolleci, Edinburq Universiteti və digər nüfuzlu universitetlərdə
təhsillərini davam
etdirdilər.
Bakı
Ali Neft Məktəbinin
tələbələri və
əməkdaşları tərəfindən
təqdim olunan 5 layihə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin
(KOBİA) 2025-ci il üzrə VII qrant müsabiqəsinin qalibi olub. 5 layihəyə 92 min manata yaxın qrant ayrılıb”.
Elmar Qasımov
İki sahil.- 2025.- 31 dekabr, ¹240.- S.4.