“Konstitusiya
və Suverenlik İli”
uğurla yekunlaşır
Dövlətçilik
idealları
Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin
“Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlət müstəqilliyimizin
hüquqi əsaslarının
möhkəmləndirilməsi, suverenliyimizin təmin olunması və milli dövlətçiliyin
təməl prinsiplərinin
təsdiqi baxımından
xüsusi siyasi əhəmiyyət kəsb
edir. Məhz son beş ildə
qazanılmış qələbələr
ölkə Konstitusiyasında
ərazi bütövlüyü
və suverenliklə bağlı bir sıra vacib müddəaların praktik
təsir imkanlarını
təmin edib.
Konstitusiya hüququnun fundamental anlayışlarından biri
suverenlikdir. Dövlət
hakimiyyətinin ali, bölünməz və müstəqil olması kimi izah olunan
bu anlayış həm siyasi-fəlsəfi,
həm də hüquqi səciyyəyə
malikdir. Konstitusiya isə suverenliyin hüquqi çərçivəsini
müəyyən edən
və onun əsas prinsiplərini normativ şəkildə təsbit edən ali hüquqi sənəddir Suverenlik dövlətin varlığını
şərtləndirirsə, Konstitusiya onun hüquqi əsaslarını
təmin edir. Bu mənada, Konstitusiya və suverenlik anlayışları arasında
ayrılmaz bağlılıq
və vəhdət mövcuddur. Konstitusiya dövlətin suveren iradəsinin hüquqi ifadəsidirsə, suverenlik
Konstitusiyanın işləkliyini
təmin edən siyasi reallıqdır. Bu vəhdət Azərbaycanın
milli dövlətçiliyini qoruyur, cəmiyyətin inkişafını təmin
edir və beynəlxalq münasibətlərdə
müstəqil mövqeyini
möhkəmləndirir. Konstitusiya
dövlət suverenliyinin
etibarlı hüquqi təminatçısı olaraq
qalır.
Son 30 ildə Konstitusiya yalnız hüquqi norma toplusu kimi
çıxış etməyib,
həm də Azərbaycan xalqının
dövlətçilik ideallarının
təcəssümü olmuşdur.
Onun müddəaları
dövlətin suverenliyinin
və ərazi bütövlüyünün qorunmasına,
insan hüquq və azadlıqlarının
təmin olunmasına,
eləcə də məhkəmə hakimiyyətinin
müstəqilliyinin gücləndirilməsinə
xidmət edir. Təəssüf ki, Ermənistanın
işğalı və
dövlət suverenliyimizin
pozulması səbəbindən
Konstitusiyada nəzərdə
tutulmuş bəzi müddəalar uzun illər ərzində tam şəkildə həyata
keçirilə bilməyib.
Məsələn, məcburi
köçkün vəziyyətinə
düşmüş bir
milyondan çox azərbaycanlının mülkiyyət
hüquqları, təhlükəsiz
və dinc yaşamaq şəraiti və digər əsas hüquqları pozulmuşdur.
Konstitusiya normalarının bütün
ərazilərdə tam şəkildə
bərqərar olması
yalnız 2023-cü il sentyabrın
20-də, suverenliyimizin bərpasından
sonra mümkün olmuşdur. Bununla Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev
təkcə torpaqlarımızın
işğaldan azad edilməsində və suverenliyimizin bərpasında
misilsiz rol oynayan sərkərdə kimi deyil, həm
də Konstitusiyanın
hüquqi qüvvəsini
de-yure bütün ərazilərimizdə təmin
edən Lider kimi tariximizə öz möhürünü
vurmuşdur. Qazanılmış
qələbələr, həmçinin
Konstitusiyanın ali prinsiplərinin reallıqda
təmin olunmasına imkan yaratmışdır.
Son beş ildə əldə olunan zəfərlərin miqyası
və əhəmiyyəti
daha aydın görünür. Müstəqil
Azərbaycan dünya xəritəsində kiçik
əraziyə malik olsa
da, Prezident İlham Əliyevin
liderliyi ölkəmizi
beynəlxalq miqyasda nüfuzlu dövlətə
çevirib. Müasir
dünyada geosiyasi proseslər sürətlə
dəyişir və
yeni çağırışlar meydana çıxır. Belə mürəkkəb
şəraitdə Prezident
İlham Əliyev qlobal
siyasət ustadı kimi Azərbaycanın maraqlarını bütün
beynəlxalq platformalarda
qətiyyətlə qoruyur.
Xüsusi vurğulamaq
lazımdır ki, Azərbaycan
son beş ildə öz mütərəqqi sülh gündəliyini həm Ermənistana, həm də onun havadarlarına qəbul etdirməyə
nail olub.
Prezident
İlham Əliyev açıq
şəkildə bildirib
ki, Ermənistanın mövcud
konstitusiyası dəyişməz
qaldığı müddətdə
bu ölkə ilə sülh sazişi imzalamaq mümkün deyil. Hazırda iki ölkə arasında intensivləşən sülh
danışıqları və
etimad quruculuğu prosesinə mane olan əsas problem Ermənistanın
konstitusiyasında və
dövlət atributlarında
qonşu ölkələrin
ərazi bütövlüyünü
və suverenliyini təhdid edən müddəa və simvolların mövcudluğudur.
Rəsmi Bakı hesab edir ki, sülhün təmin olunması və regionda sabit, təhlükəsiz əməkdaşlıq
mühitinin yaradılması
üçün keçmişə
qayıdış olmamalı,
Ermənistandakı müəyyən
qüvvələr əsassız
revanşist mövqelərdən
əl çəkməlidirlər.
Regionda davamlı sülhün əsas təminatı münasibətlərin
normallaşdırılmasıdır. Azərbaycanın Ermənistan
konstitusiyasındakı ərazi
iddialarına yol açan müddəaların
dəyişdirilməsi ilə
bağlı haqlı tələbinin yaxın
zamanlarda icra olunacağı artıq heç bir şübhə doğurmur.
2025-ci il avqustun 8-də Vaşinqtonda
ABŞ, Azərbaycan və
Ermənistan liderlərinin
imzaladıqları Birgə
Bəyannamə Cənubi
Qafqazda münaqişə
səhifəsini bağlamaq
və dayanıqlı
sülhü reallığa
çevirmək baxımından
qətiyyətli addım
olub. Bu sənəd yalnız iki ölkə arasındakı
uzun illər davam edən gərginliyi aradan qaldırmaqla kifayətlənmir,
həm də Ermənistanda ictimai düşüncəni zəhərləyən
köhnə ideoloji stereotiplərin və revanşist mövqelərin
iflasını göstərir.
Bu həmçinin Azərbaycanın
hüquqi dövlət
prinsiplərinə və
insan hüquqlarına
verdiyi yüksək önəmin təzahürüdür.
Xüsusi
vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanın
ilk Konstitusiyasının müddəalarının
üçdə biri məhz insan hüquq və
azadlıqları ilə bağlıdır. Bu da Ümummilli
Lider Heydər Əliyevin haqqa və ədalətə sadiq lider olduğunu
bir daha təsdiqləyir. Ulu Öndərin rəhbərliyi
ilə hazırlanmış
Konstitusiyada dövlətin
unitar quruluşunun birmənalı şəkildə
təsbit edilməsi torpaqları işğal altında olan ölkə tərəfindən
həm dünyaya, həm də Ermənistana ünvanlanan ciddi və sərt
mesaj olmuşdur. Başqa sözlə, Azərbaycan Konstitusiyasına
dövlətin unitar quruluşu ilə bağlı müddəa daxil etməklə, ərazisində separatizmin
hər hansı formada legitimləşdirilməsinə
yol verməyəcəyini
nümayiş etdirmişdir.
Azərbaycan Konstitusiyasında hakimiyyətin
bölgüsü prinsipləri
dəqiq şəkildə
əksini tapıb və zamanın tələblərinə uyğun
həyata keçirilən
məhkəmə-hüquq islahatları
üçün fundamental
hüquqi zəmin yaradılıb. 1998-ci il 1
dekabr tarixli “Məhkəmələr və
hakimlər haqqında”
Qanunla ölkədə
üçpilləli məhkəmə
hakimiyyəti formalaşdırılıb.
Aparılan məhkəmə-hüquq
islahatı nəticəsində
keçmiş Sovet İttifaqından miras qalmış hüquq sistemi demokratik prinsiplər əsasında
tamamilə yenidən qurulub, Konstitusiya Məhkəməsi təsis
edilib. 2000-ci ildən etibarən yeni, əvvəlki məhkəmə
sistemindən köklü
surətdə fərqlənən
və insan haqlarının müdafiəsinə
daha etibarlı təminat verən üçpilləli müstəqil
məhkəmə sistemi
fəaliyyət göstərməyə
başlayıb. Həmin
vaxtdan etibarən keçmiş sovet respublikaları arasında
demək olar ki, ilk dəfə
Azərbaycanda həbs
və digər insan hüquqlarını məhdudlaşdıran prosessual
məcburiyyət tədbirlərinin
tətbiqi məhkəmələrin
müstəsna səlahiyyətinə
aid edilib. Həmçinin məhkəmələr
üzərində hər
hansı nəzarət,
o cümlədən prokuror
nəzarəti ləğv
olunub və demokratik məhkəmə
nəzarəti institutu
formalaşdırılıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş
mütərəqqi məhkəmə-hüquq
islahatlarını 2003-cü ilin oktyabrından inamla davam etdirən
və dövrün tələblərinə uyğun
təkmilləşdirən Azərbaycan Prezidenti İlham Əliyev məhkəmə hakimiyyətinin
yeniləşdirilməsini hüquqi
dövlət quruculuğunun
əsas vəzifələrindən
biri kimi müəyyən edib. Bu strategiyanın nəticəsidir ki, məhkəmələrin müstəqilliyinin
gücləndirilməsinə, hakim korpusunun obyektiv və şəffaf şəkildə
formalaşdırılmasına, bu sahədə şəffaflığın təmin
olunmasına və elektron xidmətlərin genişləndirilməsinə yönələn
islahatlar son illərdə daha böyük vüsət alıb.
Prezident İlham
Əliyevin 2019-cu il 3 aprel tarixli imzaladığı
“Məhkəmə-hüquq sistemində islahatların
dərinləşdirilməsi haqqında” Fərmanı ədliyyə və məhkəmə sistemində
yeni mərhələ
müəyyən edib,
islahatların müasir
çağırışlara uyğun davam etdirilməsinə təkan
verib. Məhkəmə-Hüquq
Şurasının təşkilatçılığı
ilə Fərmandan irəli gələn vəzifələrin icrası
və ölkəmizin
məhkəmə-hüquq sisteminin
müasirləşdirilməsi istiqamətində ardıcıl,
sistemli tədbirlər
həyata keçirilir.
Dövlət başçısı Azərbaycan
dövlətinin humanizm
və ədalət prinsiplərinə söykənən
siyasətini davam etdirərək “Konstitusiya
və Suverenlik İli” münasibətilə
amnistiya elan olunması təşəbbüsü
ilə çıxış
edib. Bu addım dövlətin vətəndaşa yönəlik
siyasətinin, sosial ədalətə və insanpərvərliyə verdiyi
önəmin növbəti
bariz nümunəsi kimi qiymətləndirilir. Təqdim olunan amnistiya aktının layihəsi geniş sosial əhatəyə malikdir və xüsusilə dövlətçilik
maraqları naminə fədakarlıq göstərmiş
şəxsləri diqqət
mərkəzinə alır.
Layihəyə əsasən, Azərbaycan
Respublikasının suverenliyinin
və ərazi bütövlüyünün qorunması
uğrunda aparılan döyüş əməliyyatlarında,
o cümlədən Vətən
müharibəsində və
2023-cü il sentyabrın
19-20-də keçirilmiş antiterror əməliyyatlarında
iştirak etmiş şəxslər cəzadan
və ya cinayət məsuliyyətindən
azad edilir. Həmçinin bu əməliyyatlarda həlak
olmuş və ya itkin düşmüş
şəxslərin yaxın
qohumları, Ermənistanın
mülki əhaliyə
qarşı hərbi təxribatları nəticəsində
əlil olmuş şəxslər də amnistiyanın əhatə
dairəsinə daxildir.
Bununla yanaşı, amnistiya təşəbbüsü
sosial həssas qruplara xüsusi diqqətin göstərildiyini
ortaya qoyur.
Dövlətimizin başçısı çıxışlarında
dəfələrlə vurğulayır
ki, vətəndaş
cəmiyyətinin formalaşdırılması,
demokratikləşmə prosesinin
sürətləndirilməsi və hüquqi dövlətin möhkəmləndirilməsi
yalnız şüar deyil, Azərbaycanın davamlı və hərtərəfli inkişafı
üçün strateji
şərtdir. Bu baxımdan dövlət baççısının humanizm
prinsiplərinə əsaslanan
amnistiya təşəbbüsü
dövlətin uzunmüddətli
inkişaf strategiyasının
ayrılmaz tərkib hissəsi kimi çıxış edir və cəmiyyətlə
dövlət arasında
qarşılıqlı etimadı
daha da möhkəmləndirir.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2025.- 31 dekabr, ¹240.- S.5.