Ədalətə
söykənən iradənin tarixi təntənəsi
Milli-mənəvi birlik günü
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü ideyasının müəllifi Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevdir. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü” haqqında 1991-ci ilin 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının birlik və həmrəyliyi gündən-günə daha da möhkəmlənir. Dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən diaspor təşkilatlarımmız sıx şəkildə və davamlı surətdə Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır.
Prezident İlham Əliyev 2011-ci il iyulun 5-də
keçirilən Dünya Azərbaycanlılarının III
Qurultayındakı çıxışında
bildirmişdir: “Bizim xaricdə yaşayan böyük ailəmiz
vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə
bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət
ondan ibarətdir ki, harada yaşamağımızdan
asılı olmayaraq, öz Vətənimizə
bağlıyıq. Bura bizim vətənimizdir,
hamımızın vətənidir. Müstəqil Azərbaycan
bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var-
Azərbaycan! Bizim bir dilimiz var-Azərbaycan dili! Bizim
ümumxalq ideologiyamız var-azərbaycançılıq məfkurəsi!
Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar
həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər
ki, onların arxasında güclü Azərbaycan dövləti
dayanır və onlar hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər.”
Qırx
dörd günlük Vətən müharibəsində
Prezident, Müzəffər Ali Baş Komandan, qətiyyətli
Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Silahlı Qüvvələrinin döyüş
hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin
yüksək peşəkarlığı sayəsində Ermənistan
ordusu darmadağın olundu. Azərbaycan Ordusu canı-qanı
bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi
barədə illərdir formalaşdırılmış mifi
qısa müddətdə dağıtdı, bütün
qüvvələri xalqımızın iradəsi ilə
hesablaşmağa vadar etdi, Qarabağ işğaldan azad edildi.
Azərbaycanın ərazi bütövlüyü bərpa
olundu, işğalçı ölkə kapitulyasiya
aktını imzalamağa məcbur oldu. Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman
Azərbaycan Ordusunun cəbhə boyunca əks-hücum əməliyyatında
qazandığı uğurlar, torpaqlarımızın
düşmən işğalından azad edilməsi Silahlı
Qüvvələrimizin, dövlətimizin gücünü,
qüdrətini bir daha nümayiş etdirdi. Bu
döyüşlər Azərbaycan əsgərinin
döyüş və mənəvi-psixoloji
hazırlığını, yüksək qələbə əzmini,
vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi,
Azərbaycanın heç vaxt işğalla
barışmayacağını, nəyin bahasına olursa-olsun
ərazi bütövlüyünü bərpa etmək əzmində
olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz
gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan
quduran işğalçı, Azərbaycanın sülh
çağırışlarını saymazyana şəkildə
rədd edən terorrçu Ermənistanı diz
çökdürməyə qadir olduğunu bütün
dünyaya sübut etdi. Bütün dünya Ali Baş
Komandanın başçılığı ilə ordumuzun
işğala söykənən status-kvonu dəyişdirdiyinə
şahid oldu. Hamıya aydın
oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi
qarşısında heç bir qüvvə tab gətirə
bilməz. 44 gün ərzində Azərbaycan öz ərazi
bütövlüyümüzü bərpa etdi. 30 illik torpaq
nisgilinə, həsrətinə son qoyuldu. Mənfur
düşməni torpağımızdan qovdu, milli ləyaqəti
və tarixi ədaləti bərpa etdi, erməni faşizminin
başını əzdi.
İndi
Qarabağ və Şərqi Zəngəzur sürətlə
bərpa olunur və işğaldan azad edilmiş ərazilərimizdə
kompleks yenidənqurma işləri aparılır. Bu istiqamətdə
qısa müddətdə əldə edilən uğurlar bir
daha təsdiq edir ki, Qarabağ tezliklə öz əvvəlki
şöhrətini özünə qaytaracaq və cənnətə
çevriləcək.
2022-ci il
aprelin 22-də Qarabağın tacı, döyünən
ürəyi Şuşa şəhərində 65 ölkədən
400 nəfərə yaxın diaspor nümayəndəsinin
iştirakı ilə Dünya Azərbaycanlılarının
V Qurultayı-Zəfər Qurultayı keçirildi. Prezident
İlham Əliyev qurultaydakı çıxışında
bildirdi ki, bu qurultay “Zəfər” qurultayıdır,
çünki zəfərdən sonra ilk dəfədir ki,
dünya azərbaycanlıları bir yerə toplaşır:
“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının
Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər
qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən
sonra ilk dəfədir ki, dünya azərbaycanlıları
toplaşır, qurultay keçirir və ümumiyyətlə
Zəfər adı xalqımıza çox yaraşır. Siz
buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı
Zəfər qurultayıdır. Hazırda ölkəmizin
müxtəlif yerlərində, ilk növbədə, azad
edilmiş ərazilərdə Zəfər muzeyləri inşa
edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq
kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim
dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu,
hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan
vətəndaşları üçün, xaricdə
yaşayan azərbaycanlılar üçün böyük
xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən
bizim qəhrəman övladlarımız tarix
qarşısında, xalq qarşısında, Vətən
qarısında misilsiz xidmətlər göstərmişlər.
Müstəqillik dövründə yetişən gənclər,
vətənpərvərlik ruhunda yetişən gənclər
bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına
bəxş etmişlər”.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Zəfərini təmin edən mühüm amillər oldu. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Sancar Dünya Azərbaycanlılarının V Qurultayı münasibətilə Azərbaycan xalqını təbrik edərək, bildirmişdi: “Sizləri Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu Qurultayın mədəniyyətimizin beşiyi sayılan Şuşamızda keçirilməsi Qurultaya tarixi bir önəm və xüsusi bir yaraşıq verir. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, Dünya Azərbaycanlılarının və Azərbaycan diasporunun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rolu vardır. Bu tarixi missiyanın uğurla həyata keçirilməsində son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrindən tutmuş hər bir fərdinin rolu ibrətamiz sayılmalıdır. Azərbaycanın 44 günlük Vətən savaşında heç birimizin gözünə yuxu getmədi.Xüsusi vurğulamaq istərdim ki, xaricdə yaşayan həmvətənlərimiz 44 günlük Vətən savaşında əlindən gələn hər şeyi etdi, bu şərəfli imtahandan və savaşdan xalqımızla bir yerdə alnıaçıq və qələbəylə çıxdı. Azərbaycan diasporu xalqımızla bərabər Müzəffər Ali Baş Komandanın “dəmir yumruq” şüarına sadiq qaldı. Eşq olsun Sizlərə!”
Azərbaycan tarixinə Zəfər Qurultayı kimi yazılan bu toplantıda çıxış edən Prezident İlham Əliyevin bildirmişdir: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz”
Zahid
Rza
İki
sahil.-
2025.- 31 dekabr, ¹240.- S.6.