İstedadlı uşaqların inkişafı:

Məqsədyönlü yanaşma davamlı dəstək

 

Müasir təhsil siyasətində istedadlı uşaqların erkən mərhələdə aşkarlanması onların intellektual, yaradıcı sosial potensialının sistemli şəkildə inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu sahədə həyata keçirilən tədbirlər yalnız fərdi nailiyyətlərin təmin edilməsinə xidmət etmir, eyni zamanda, ölkənin elmi, sosial iqtisadi inkişafının möhkəm təməlini formalaşdırır. Qlobal rəqabətin gücləndiyi bir dövrdə istedadlı şagirdlərin bilik bacarıqlarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, onların akademik karyera trayektoriyalarının düzgün qurulması xüsusi aktuallıq kəsb edir.

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışovİki sahil”qəzetinə müsahibəsində ARTİ-nin istedadlı uşaqlarla işdə sistemli yanaşmasını, uğurlu təcrübələrini beynəlxalq səviyyədə əldə etdiyi nəticələrindən söhbət açır, həmçinin Azərbaycan təhsilinin davamlı inkişaf strategiyasından bəhs edir.

- ARTİ-nin istedadlı uşaqlarla sahəsində illik fəaliyyət prioritetləri hansılardır?

- ARTİ-nin istedadlı uşaqlarla sahəsində illik fəaliyyət prioritetləri onların erkən aşkar olunması, inkişafı üçün xüsusi məzmun metodik dəstəyin hazırlanması, həmçinin olimpiada müsabiqələrə sistemli hazırlığın təşkilindən ibarətdir.

- Azərbaycanın müxtəlif bölgələrində istedadlı uşaqlarla işdə hansı çətinliklər mövcuddur ARTİ bunu necə həll edir?

- Azərbaycanın ucqar bölgələrində təşkil edilən olimpiada müsabiqələr barədə məlumatın uşaqlara məktəblərə vaxtında çatmaması əsas çətinlikdir; ARTİ isə bu problemi aradan qaldırmaq üçün təhsil idarələri ilə sistemli şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlığın məqsədi müsabiqə olimpiadaların bütün kitabçalarını ölkənin hər bir evinə qədər çatdırmaqdır.

- İstedadlı şagirdlərin müəyyənləşdirilməsi onlarla işin təşkili prosesində hansı yanaşmalar tətbiq olunur?

- İstedadlı şagirdlərin müəyyənləşdirilməsi onlarla işin təşkili prosesində müşahidə, fərdi inkişaf planlarının hazırlanması, eləcə onların maraq potensialına uyğun metodik yaradıcı təlim üsullarının tətbiqi kimi elmi əsaslı yanaşmalar istifadə olunur.

- İstedadlı uşaqların sosial-emosional inkişafını dəstəkləmək üçün ARTİ hansı metod strategiyalardan istifadə edir? 

- ARTİ istedadlı uşaqların sosial-emosional inkişafını dəstəkləmək üçün beynəlxalq olimpiadalardan öncə psixoloqla görüşlər keçirərək onlara motivasiyaedici dəstək göstərir, streslə bağlı fərdi qrup söhbətləri təşkil edir. Həmçinin, hər il 500-dən çox müəllimə istedadlı uşaqlarla sahəsində təlimlər təşkil edilir ki, bu məsələ əsas prioritetlərdən biri olur.

- İstedadlı uşaqların motivasiyasını qorumaq yaradıcılıqlarını inkişaf etdirmək üçün hansı xüsusi fəaliyyətlər təşviq üsulları tətbiq olunur?

- Şagirdlər üçün təşkil edilən tədris-təlim düşərgələri onların bilikləri daha dərindən mənimsəmələrinə, komanda ruhunun formalaşmasına, sosial bacarıqlarının özünəinamının güclənməsinə şərait yaradan effektiv inkişaf mühitidir.

- İstedadlı uşaqların gələcək karyera akademik inkişafı üçün ARTİ tərəfindən hansı dəstək tövsiyələr verilir?

- İstedadlı uşaqların gələcək karyera akademik inkişafı üçün ARTİ onları həm təhsil, həm peşə yönümlü istiqamətdə dəstəkləyir. Beynəlxalq olimpiada qaliblərinin hazırda dünyanın ən prestijli universitetlərində təhsil alması şagirdlər üçün real nümunə motivasiya rolunu oynayır. İngilis dili hazırlığı, akademik planlama karyera seçimi mövzularında olimpiada müəllimləri tərəfindən fərdi tövsiyələr verilir. Bundan əlavə, uşaqların beynəlxalq olimpiada səfərlərində tanıdıqları mühit, dünyanın aparıcı universitetlərini yaxından görmək qlobal akademik atmosferlə tanış olmaq onların gələcək hədəflərinin formalaşmasına ciddi şəkildə təsir edir motivasiyalarını artırır.

- İstedadlı uşaqlarla işləyən müəllimlərin məktəb rəhbərlərinin rolu məsuliyyəti necə qiymətləndirilir?

- İstedadlı uşaqlarla işləyən müəllimlərin məktəb rəhbərlərinin rolu məsuliyyəti şagirdin potensialını vaxtında görmək, onu dəqiq yönləndirmək inkişafı üçün davamlı dəstək göstərmək baxımından yüksək qiymətləndirilir. Onlar istedadlı uşaqların fərdi xüsusiyyətlərini nəzərə almalı, uyğun tədris mühiti yaratmalı, motivasiyasını qoruyub saxlamalı təlim prosesini elmi-metodik əsaslarla təşkil etməlidirlər. Məktəb rəhbərliyinin sistemli koordinasiyası müəllimlərin peşəkar yanaşması istedadlı uşaqların inkişafında əsas həlledici amillərdən biri kimi dəyərləndirilir.

- İstedadlı uşaqlarla işin effektivliyini necə ölçürsünüz bu sahədə xüsusi uğur qazanmış nümunələr hansılardır?

- ARTİnin istedadlı uşaqlarla işinin effektivliyi onların beynəlxalq olimpiadalarda qazandıqları nəticələr bu uğurlar sayəsində dünyanın nüfuzlu universitetlərinəməsələn, MIT, Harvard, Columbia, National University of Singapore, Imperial College London, Nanyang Technological University, KAIST s. — qəbul olunmaları ilə göstərilir. Bu da ARTİnin yalnız yarışlarda uğur qazanmaqla kifayətlənmədiyini, həm şagirdlərin akademik karyera inkişafını davamlı şəkildə dəstəklədiyini nümayiş etdirir. Həmçinin qeyd etmək lazımdır ki, 5-ci siniflər arasında Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası, 6-7-ci siniflər arasında fənn müsabiqələri, 8-11-ci siniflər arasında isə Respublika Fənn olimpiadaları təşkil edilir. Hər il keyfiyyət kəmiyyətdə müşahidə olunan müsbət dinamika effektivliyin göstəricisi hesab oluna bilər.

- İstedadlı uşaqlarla işdə qarşıya çıxan ən böyük çətinliklər hansılardır ARTİ bunları necə həll edir?

- İstedadlı uşaqlarla işdə qarşıya çıxan ən böyük çətinliklərdən biri məlumatın vaxtında hər yerə çatmamasıdır. Xüsusən ucqar kəndlərdə internet kommunikasiya imkanlarının məhdud olması da bu problemi artırır. ARTİ isə bunu aradan qaldırmaq üçün təhsil idarələri ilə sistemli əməkdaşlıq edir, olimpiada müsabiqələrin materiallarını, kitabçalarını geniş şəkildə paylayır, həmçinin regional təlim kamp imkanlarını təmin edir. Beləliklə, istedadlı uşaqların bütün bölgələrdə bərabər şəkildə inkişaf imkanları olur.

- ARTİ-nin istedadlı uşaqlarla sahəsində gələcək fəaliyyətində hansı hədəflər prioritetlər müəyyənləşdirilir?

- ARTİ-nin istedadlı uşaqlarla sahəsində gələcək fəaliyyətində əsas hədəflər prioritetlər  bu keyfiyyətin daşıyıcıları olan uşaqların erkən aşkar edilməsi, onların potensialına uyğun tədris metodik dəstəyin hazırlanması, milli beynəlxalq olimpiadalar üçün sistemli hazırlığın təşkil edilməsi, sosial-emosional inkişafın dəstəklənməsi şagirdlərin gələcək akademik karyera inkişafına yönəlmiş proqramların həyata keçirilməsidir. Eləcə istedadlı şagirdlərin təhsil aldıqları lisey gimnaziyalarda tədris planı proqramı ilə bağlı xüsusi təkliflər hazırlanır, xüsusi yanaşmalar təklif edilir.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2025.-  31 dekabr, ¹240.- S.8.