Milli dəyərlərin
ekran ömrü
Ruhun efirdə təcəssümü
Aparat rəhbəri: Milli-mənəvi dəyərlərin
qorunmasına yönəlmiş məzmunun kəmiyyətcə
çoxalması, eyni zamanda, həmin məzmunun keyfiyyət və
təsir gücünün artırılması məqsədilə
Şura mütəmadi fəaliyyətini davam etdirir
Müasir informasiya cəmiyyətində milli-mənəvi
dəyərlərin qorunması təkcə mədəni məsələ
deyil, həm də strateji önəm daşıyan ictimai
çağırışdır. Azərbaycan Respublikası
Audiovizual Şurası bu missiyanı özünün əsas
fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirərək,
“Media haqqında” Qanuna əsaslanan səlahiyyətləri
çərçivəsində milli kimliyin, mədəni
irsin və əxlaqi dəyərlərin audiovizual mühitdə
qorunmasına xüsusi önəm verir. Şura, bu sahədə
sistemli monitorinqlər aparmaqla yanaşı, milli-mənəvi
dəyərlərin yayım məkanında möhkəmləndirilməsi
və inkişaf etdirilməsi istiqamətində ardıcıl
addımlar atır.
Milli-mənəvi dəyərlərin qorunması
Şuranın prioritet istiqamətləri arasında hansı
yerdə durur?
Audiovizual Şuranın aparat rəhbəri Fazil
Novruzov mövzu ilə
bağlı “İki sahil”in sorğusuna cavabında qeyd etdi ki,
Azərbaycan Respublikası Audiovizual Şurası “Media
haqqında” Azərbaycan Respublikası Qanununa əsasən
audiovizual media sahəsində tənzimləməni həyata
keçirən orqandır. Milli-mənəvi dəyərlərin
qorunması və təbliği Şuranın fəaliyyətində
əsas istiqamətlərdən biri kimi prioritet mövqe tutur.
Audiovizual məkanın milli dəyərlərə zidd məzmunlardan
qorunması və bu dəyərlərin inkişafına xidmət
edən məzmunun (kontentin) təşviqi məqsədilə
Şura tərəfindən davamlı fəaliyyət
aparılır. Yayımçılar tərəfindən təqdim
edilən audiovizual məhsulların “Media haqqında” Qanunun tələblərinə,
habelə milli-mənəvi dəyərlərə
uyğunluğu Şuranın monitorinq strukturları tərəfindən
mütəmadi olaraq izlənilir və “Media haqqında” Qanunun,
“Uşaqların zərərli informasiyadan qorunması
haqqında” Qanunun, habelə digər müvafiq normativ
aktların tələbləri əsasında qiymətləndirilir.
Fazil Novruzovun sözlərinə görə, “Media
haqqında” Qanunun tələblərinə zidd hesab edilən
hallarda yayımçılara xəbərdarlıq edilməklə
yanaşı, yayımın müvəqqəti olaraq
dayandırılması və müvafiq inzibati sanksiya tədbirləri
də tətbiq edilir. Bundan başqa, Şura
yayımçılarla qarşılıqlı əməkdaşlıq
çərçivəsində milli-mənəvi dəyərləri
əks etdirən proqramların hazırlanması
üçün tövsiyələr verir, zəruri dəstək
göstərir və bir sıra layihələr həyata
keçirir. Misal kimi 2024-cü ildə Medianın
İnkişafı Agentliyi və Şuranın birgə
keçirdikləri müsabiqəni göstərmək olar.
Müsabiqədə elmi-kütləvi, mədəni-maarif, təhsil,
mədəniyyət, milli adət-ənənələr və
ailə dəyərləri, gənc nəsildə milli mənlik
şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik
hissinin inkişaf etdirilməsi, uşaq və gənclərin
fiziki və mənəvi inkişafı və sairə
mövzular üzrə müxtəlif kanallar üzrə 12
televiziya proqramı qalib olmuşdur. Bundan əlavə, milli
ideyanın təbliği, uşaq və gənclərin fiziki və
mənəvi inkişafı, gənc nəsildə milli mənlik
şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik
hissinin inkişaf etdirilməsi mövzusu üzrə 6 sosial
videoçarx qalib seçilmişdir. 2024-cü ilin oktyabr
ayından indiyədək müsabiqə qalibləri olmuş
proqramlar üzrə 352 buraxılış
yayımlanmış, habelə həmin 6 sosial videoçarx
800 dəfədən çox müxtəlif kanalların
efirində nümayiş olunmuşdur.
Audiovizual Şura milli ideyanın, ailə və mənəviyyat
institutunun qorunmasına yönəlmiş proqram və
layihələri dəstəkləməklə,
ictimai şüurun formalaşmasına və milli
kimliyin gücləndirilməsinəəhəmiyyətli
töhfə verir
Qurum nümayəndəsi əlavə etdi ki, milli-mənəvi
dəyərlərin qorunmasına yönəlmiş məzmunun
kəmiyyətcə çoxalması, eyni zamanda, həmin məzmunun
keyfiyyət və təsir gücünün
artırılması məqsədilə Şura mütəmadi
fəaliyyətini davam etdirir.
Milli-mənəvi dəyərlərin qorunması və
təbliği Audiovizual Şuranın fəaliyyətində təkcə
mühüm yox, strateji prioritet kimi çıxış edir.
Yayımçıların təqdim etdiyi məzmunların
qanunvericiliyə və milli dəyərlərə
uyğunluğu sistemli şəkildə qiymətləndirilir,
zərurət yarandıqda inzibati tədbirlər
görülür. Eyni zamanda, dəyərləri təşviq
edən proqramların hazırlanması üçün
yayımçılara metodik tövsiyələr və praktiki
dəstək verilir. 2024-cü ildə keçirilmiş
müsabiqənin nəticələri də bu sahədəki fəaliyyətin
miqyasını və təsirini əyani şəkildə
göstərir. Nəticə etibarilə Audiovizual Şura milli
ideyanın, ailə və mənəviyyat institutunun qorunmasına
yönəlmiş proqram və layihələri dəstəkləməklə,
ictimai şüurun formalaşmasına və milli kimliyin
gücləndirilməsinə əhəmiyyətli töhfə
verir.
Yaqut Ağaşahqızı
İki sahil .- 2025.- 3 iyul (¹112).- S.7.