Narkomaniyaya
qarşı mübarizədə mediadan səmərəli
istifadə
Artıq ümumbəşəri bəlaya çevrilən
narkomaniya müasir dövrün ən ciddi sosial problemlərindən
biridir. Sərhəd tanımayan bu bəla cəmiyyətimiz
üçün də həlli vacib məsələlərdən
birinə çevrildiyindən, ölkəmizdə də bu sahədə
həyata keçirilən işlər çərçivəsində
zəruri qanunvericilik bazası yaradılmış, islahatlar həyata
keçirilmiş və keçirilməkdədir. Azərbaycanın
dövlət siyasətində başlıca vəzifə olan,
sağlam nəslin formalaşması istiqamətində həyata
keçirilən tədbirlər sırasında mühüm
istiqamət kimi diqqət yetirilən narkomaniya ilə
mübarizə davamlı siyasətdir. Ölkəmizdə
sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların
sağlamlığının, rifahının və mənəvi-əxlaqi
dəyərlərinin qorunması məqsədilə
narkomanlığa qarşı mübarizə ümumdövlət
və ümumxalq vəzifəsi kimi müəyyən
edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli
üçün cəmiyyətin, dövlətin və
qeyri-hökumət təşkilatlarının səylərinin
birləşdirilməsini, beynəlxalq əlaqələrin
genişləndirilməsini və kompleks mübarizəni zəruri
etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu uil
tarixli Sərəncam ilə “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və narkomanlığa qarşı
mübarizəyə dair 2019-2024-cü illər
üçün Dövlət Proqramı” təsdiq
edilmişdir. Bu Dövlət
Proqramının məqsədi isə respublikada narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizənin gücləndirilməsi,
antinarkotik təbliğatı, ictimai maarifləndirmə
işinin əhatəsinin genişləndirilməsi, müasir
informasiya texnologiyalarının imkanlarından istifadə
olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və
narkomanlığın yayılmasının maarifləndirmə
yolu ilə qarşısının alınması,
narkomanlığa düçar olmuş şəxslərin
müalicəsi və reabilitasiyası istiqamətində
müasir texnologiyaların və yeni üsulların tətbiqi,
bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,
beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsi, beynəlxalq təcrübədən istifadə
etməklə ixtisaslaşmış seminarların
keçirilməsi və digər genişmiqyaslı məsələlərdən
ibarətdir.
Məlum olduğu kimi narkomaniya ilə mübarizədə
ən effektiv və sınanmış üsullardan biri maarifləndirmədir.
Xüsusilə nəzərə alsaq ki, media şəxsiyyətin
formalaşmasında müstəsna
rola malikdir, deməli insanın şəxsiyyətindəki
müəyyən boşluqlarla birbaşa bağlı olan
narkotik maddə asılılığına qarşı
mübarizədə mediadan istifadə şəxslərə
maariflənməni əlçatan etmək üçün ən
optimal metod olaraq qalır. Məhz media ictimaiyyəti narkotik
vasitələrin yaratdığı faciələr barədə
məlumatlandırır və onun qarşısının
alınmasında maarifləndirici rol oynayır.
Narkomanlığa qarşı mübarizə çərçivəsində
təbliğat işinin aparılmasında medianın imkanlarından geniş istifadə
edilməsi, problemin mahiyyətini ifadə edən
araşdırma yazıların və məqalələrin dərcinin
davamlılığının təmin edilməsi atılan
mühüm addımlardandır. Eyni zamanda narkomanlığa
qarşı təbliğat işinin aparılmasında onlayn
medianın və sosial şəbəkələrin
imkanlarından geniş istifadə edilməsi, problemin mahiyyətini
ifadə edən xüsusi verilişlərin
davamlılığının təmin edilməsi və
sayının artırılması, o cümlədən həmin
verilişlərə həkim-narkoloqların cəlb edilməsi,
aidiyyəti dövlət qurumları ilə media subyektləri
arasında əməkdaşlığın daha da gücləndirilməsi,
həmçinin qeyri-hökumət təşkilatlarına
ayrılan qrant layihələr hesabına effektiv və təsirli
yeni sosial çarxların hazırlanması, onların mediada
geniş işıqlandırılması vacib
faktorlardandır.
Qeyd etmək lazımdır ki, Azərbaycan
Respublikası Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının daim fəaliyyət
göstərən İşçi qrupunun tədbirlər
planına uyğun olaraq mövzu ilə bağlı informasiya
agentlikləri, onlayn və çap mediası subyektləri
çoxsaylı materiallar dərc etmiş, ayrı-ayrı
dövlət qurumlarının həyata keçirdiyi layihələr
geniş işıqlandırılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının daimi fəaliyyət
göstərən İşçi Qrupu tərəfindən
müqayisəli şəkildə təhlil edilərək
ümumiləşdirilən rəqəmlərə əsasən,
2025-ci ilin ilk 4 ayı ərzində hüquq mühafizə
orqanları tərəfindən narkomanlığa və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə sahəsində həyata
keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri
nəticəsində ümumilikdə 2992 cinayət faktı
aşkarlanmışdır. Onlardan 894-ü narkotik vasitələrin
qanunsuz satışı, 2074-ü narkotik vasitələrin
qanunsuz əldə edilib saxlanılması, 22-si narkotik tərkibli
bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu
kateqoriyadan olan digər cinayətlərlə bağlı
olmuşdur. Aşkarlanmış faktlar üzrə qanunsuz
dövriyyədən ümumilikdə müsadirə
olunmuş 2 ton 593 kq 000, 402 qram
narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 271
kq 278,043 qramını marixuana, 140 kq 727,95 qramını heroin,
60 kq 688,812 qramını tiryək, 30 kq 822,838 qramını həşiş,
21 kq 378,121 qramını digər narkotik vasitələr və
68 kq 104,632 qramını psixotrop maddələr təşkil
etmişdir. Həmçinin, göstərilən dövr ərzində
4263 ədəd metadon, 2578 ədəd çətənə
bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.
Qanunsuz dövriyyədən çıxarılmış 2 ton
593 kq 000, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin
ümumilikdə dəyəri 68 milyon 673 min AZN kimi qiymətləndirilir.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə
cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən
çıxarılmış güclü təsirə malik
narkotik vasitələrin o, cümlədən heroinin çəkisi
58,2%, psixotrop maddələrin
çəkisi 35,5% azalmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar
tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyinin Nizamnaməsi”ndə nəzərdə
tutulmuş səlahiyyətlər çərçivəsində
narkomanlığa qarşı mübarizə mövzusunun
mütəmadi işıqlandırılması, media subyektləri tərəfindən
narkomanlıq və onun fəsadları barədə daha
dolğun məlumatların,
müəllif yazılarının hazırlanması istiqamətində
də işlər görülməkdədir. Medianın
İnkişafı Agentliyi tərəfindən il ərzində
maliyyə yardımı göstərilən 17 çap və
39 onlayn media subyektində narkotik vasitələrin, psixotrop maddələrin
qəbulu və bununla bağlı yaranan problemlər barədə
vətəndaşlar arasında maarifləndirmə işinin
daha səmərəli təşkili də daxil olmaqla, narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə qarşı mübarizə,
qanunsuz alverə sövqetmə
hallarının ifşası, narkotik
asılılığın səbəb ola biləcəyi həyati
risklər, narkomaniyanın yaratdığı ictimai və sosial problemlər barədə
maarifləndirmə istiqamətində çox sayda məlumatlar
yayımlanmışdır.
Qeyd etməliyik ki, narkomaniya və narkotik maddələrin
qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə
dövlət qurumları ilə bərabər cəmiyyət,
ictimai qurum və təşkilatlar, xüsusilə media subyektləri
aktiv iştirak etməlidir. Dövlətin narkomaniya ilə
mübarizə sahəsində apardığı kompleks
ardıcıl qətiyyətli siyasət, həyata keçirilən
tədbirlər gənc nəslin həm psixoloji, həm də
fiziki sağlam böyüməsinə öz töhfəsini
verməkdədir.
Nàrkîmàniya bəlasının gələcək nəsillərin
tàlåyində îynàyà biləcəyi mənfi rîlu nəzərə
àlàn Ümummlli Lidår Håydər Əliyåv qeyd edridi: “Biz dünyàdà
ümumbəşəri prîblåmlərin tåz həll
îlunmàsının tərəfdàrıyıq və bundàn sînrà dà
bütün insànlàr üçün böyük təhlükə
îlàn nàrkîmàniyà və nàrkîbiznåslə mübàrizənin ön
sıràlàrındà îlàcàğıq.”
İki sahil .- 2025.- 5 iyul (¹112).- S.6.