Gəncliyin uğurlu
modeli: Elm, texnologiya və idmanda balans
Şükür Elyazov: Prezident təqaüdçüsü
olmağım məni gələcəkdə daha böyük
məqsədlər üçün ilhamlandırır
Azərbaycan dövləti gəncləri cəmiyyətin
aparıcı qüvvəsi kimi görür və onların
intellektual, peşəkar və sosial inkişafına ciddi
önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən dövlət gənclər
siyasəti nəticəsində ölkəmizdə savadlı,
təşəbbüskar və fəal gənclər nəsli
formalaşır. Bu siyasətin əsas məqsədi gənclərin
bilik və bacarıqlarını inkişaf etdirmək,
onları gələcəyin liderləri kimi yetişdirməkdir.
“İki sahil” qəzetinin budəfəki müsahibi Azərbaycan
Dövlət İqtisad Universitetində (UNEC) maliyyə
ixtisası üzrə təhsil alan, yüksək göstəriciləri
və fəallığı ilə seçilən, Prezident təqaüdçüsü
layiq görülmüş gənc – Şükür Elyazovdur.
O, təkcə akademik göstəriciləri ilə deyil, sosial
bacarıqları, komanda ruhu və texnoloji bilikləri ilə də
seçilir.
-Özünüzü oxucularımıza necə təqdim
edərdiniz?
-Mən, Şükür Elyazov. UNEC-də Maliyyə
ixtisası üzrə ingilis dilində təhsil alıram.
Hazırda təhsil göstəricilərim 98 baldan
yuxarıdır və Prezident təqaüdünə layiq
görülmüşəm. Akademik tərəflə
yanaşı, “Excel” biliklərim var və “Power BI” öyrənirəm.
Eyni zamanda, futbolu çox sevirəm və universitetin “Fiscal
Force” futbol komandasının aktiv üzvüyəm.
İştirak etdiyimiz iki turnirin hər birində ilk
dördlükdə yer almağımız komanda ruhumuzu və
mübarizliyimizi göstərir. Mən həm akademik, həm
sosial həyatda balans yaratmağa çalışan və daim
inkişaf etməyə çalışan bir gəncəm.
-UNEC-də təhsil almaq sizə hansı imkanları
qazandırıb və bu ali məktəbi seçməyinizin əsas
səbəbi nə olub?
-UNEC mənə maliyyə sahəsində güclü
nəzəri biliklər verməklə yanaşı, ingilis
dilində təhsil imkanı da yaratdı. Bu, beynəlxalq səviyyədə
düşünmə bacarığımı artırdı.Bu
universiteti seçməyimin əsas səbəbi isə həm
yüksək akademik səviyyəsi, həm də gələcəkdə
beynəlxalq karyera üçün yaxşı baza
yaratmasıdır.
-Prezident təqaüdünə layiq görülmək
sizin üçün nə ifadə edir və bu uğurun
arxasında hansı əzm və fədakarlıqlar
dayanır?
- Prezident təqaüdünə layiq görülmək
mənim üçün həm böyük fəxr, həm də
məsuliyyətdir. Bu uğurun arxasında uzunmüddətli əzm,
nizam-intizam və vaxtdan düzgün istifadə dayanır. Amma
bu yolda tək olmamışam. Valideynlerimin mənə hər
çətin anda göstərdiyi maddi və mənəvi dəstək
bu nailiyyətin ən güclü dayaqlarından biri olub.
Xüsusilə anamın dəstəyi və inamı mənə
güc verib. Bu təqaüd göstərdi ki, istək və zəhmətlə
hər bir hədəfə çatmaq mümkündür. Eyni
zamanda, bu uğur məni gələcəkdə
daha böyük məqsədlər üçün
ilhamlandırır.
-Maliyyə ixtisasına marağınız necə
yaranıb və bu sahədə ixtisaslaşmaq istəyinizin səbəbi
nədir?
- Maliyyə sahəsinə marağım lap
uşaqlıq illərimə təsadüf edir. Ətrafım
mənə daim məsləhət verən və yaxud da verməyə
çalışanlarla dolu idi və bunların əksəriyyəti
bank, maliyyə, pul və s. kimi məsələlər
olduğu üçün mənim də marağım bundan
yaranıb.
-Təhsilinizlə yanaşı “Excel” və “Power BI”
(Business Intelligence-rəqəmləri başa düşülən
qrafik və cədvəllərə çevirən) proqram təminatlarını
öyrənməyiniz hansı ehtiyacdan doğub və bu
bacarıqları necə inkişaf etdirmisiniz?
- Maliyyə sahəsində məlumatların analizi və
vizuallaşdırılması çox vacibdir. “Excel” bu
işin əsas alətlərindən biridir və mən onu
yaxşı səviyyədə bilirəm. Eyni zamanda “Power BI”
proqramını öyrənməyə başlamışam,
çünki müasir əmək bazarında analitik
bacarıqlara tələbat çox yüksəkdir. Əlavə
olaraq komputer sahəsi daim mənim maraq dairəmdə
olduğu üçün hər zaman komputerdən nəsə
öyrənməyə can atmışam.
-Akademik uğurlarınızla yanaşı, “Fiscal
Force” futbol komandasında iştirakınız sizə hansı
sosial və psixoloji üstünlükləri qazandırıb?
- “Fiscal Force” komandasında iştirak mənə
komanda ruhu, səbir və birgə mübarizənin dəyərini
öyrədib.Futbol həm fiziki sağlamlıq, həm də
psixoloji rahatlıq gətirir. O, sadəcə oyun deyil, səmimiyyətin,
birliyin simvoludur.Xüsusilə kritik oyunların son dəqiqələrində
qələbə qazanmaq ruhu buna nümunədir.Uğur qazanmaq
üçün təkcə fərdi bacarıq yox, həm də
komanda ilə düzgün əməkdaşlıq vacibdir. Nəticə
etibarilə bu sahə sosial çevrəmi genişləndirməyə
və həyatın bir çox sahəsində necə
davranmalı olmağımla bağlı təcrübə
olub.
-Komanda işi və rəqabət mühiti sizə
şəxsi inkişaf baxımından hansı dəyərləri
aşılayıb?
- Komanda işi mənə empati qurmağı, dinləməyi
və ortaq məqsədə fokuslanmağı öyrədib.
Rəqabət isə məni daim öz üzərimdə
işləməyə, tənbəllikdən uzaq durmağa və
daha məsuliyyətli olmağa məcbur edir.Bəzən təbii
ki, çətinliklərlə üzləşirik. Onların
öhdəsindən gəlmək səy və vaxt alır. Bəzən
də bu, o qədər önəmli deyil deyib görməzdən
gəlirəm. Lakin görməzdən gəldiyim şeylərin
çoxusu sonradan qarşıma çıxır və tənbəlliyin
bir o qədər uyğun şey olmadığını
başa düşürəm.
-Gənclərə, xüsusən də yeni tələbələrə
hansı şəxsi və akademik tövsiyələrinizi verərdiniz?
- Gənclərə tövsiyələrimi verəcək
olsam,böyük ehtimalla bu, hansı sahədə
olurlarsa-olsunlar qəbul balınızdan, savadınızdan asılı
olmayaraq öz işinizin peşəkarı olmağa, daim
öyrənməyə səy göstərmələri
olardı.
-Sizin üçün liderlik nə deməkdir və
bu bacarığı hansı şəraitdə inkişaf
etdirmisiniz?
-Mənim üçün liderlik komandanın özəyi,əsas
fikir mübadiləçisi, hər komanda üzvü ilə rahatlıqla
ünsiyyət qura bilən və ən əsası empatiya
qurma bacarığıdır.
-Qarşıdakı dövr üçün arzu və
hədəfləriniz nələrdir? Azərbaycanın maliyyə
sektorunda hansı dəyişiklikləri görmək istərdiniz
və bu sahəyə sizin töhfəniz nə ola bilər?
-Gələcəkdə özümü peşəkar
maliyyə analitiki kimi görürəm. Hədəfim beynəlxalq
maliyyə sahəsində fəaliyyət göstərmək və
ölkə iqtisadiyyatına töhfə verə biləcək
bilik və təcrübə qazanmaqdır. Bu hədəfə
çatmaq üçün hazırda nəzəri biliklərimi
möhkəmləndirir, eyni zamanda “Excel” və “Power BI” kimi
analitik alətləri öyrənirəm. Gələcəkdə
maliyyə modelləşdirilməsi və digər praktik
bacarıqları da öyrənməyi
planlaşdırıram. Eyni zamanda, Azərbaycanın maliyyə
sektorunda şəffaflığın
artırılmasını və rəqəmsallaşdırmanın
sürətlənməsini istərdim.
-Müsahibə üçün təşəkkür
edir, gələcək fəaliyyətinizdə uğurlar
arzulayırıq.
Yaqut Ağaşahqızı
İki sahil .- 2025.- 9 iyul (¹116).- S.7.