Qərbi Azərbaycana
qayıdış mütləqdir və olacaq!
İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) Nazirlər Şurasının İstanbul şəhərində
keçirilən 51-ci sessiyasında
soydaşlarımızın doğma torpaqlarına
qayıdışı ilə bağlı qəbul olunan qətnamənin 57
dövlət tərəfindən dəstəklənməsi bu
əminliyi daha da artırır
«Bizim tarixi torpaqlarımız İrəvan
xanlığıdır, Göyçə, Zəngəzur
mahallarıdır. Vaxt gələcək biz orada da
yaşayacağıq. Mən buna inanıram, buna əminəm.
Buna nail olmaq üçün hər birimiz öz səylərimizi
qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs
günü yaxınlaşdırmalıyıq» sözlərini
Xankəndidə Dövlət Bayrağımızı
dalğalandırmaqla
suverenliyimizin tam və qəti Qələbəsini bəyan
edən Prezident İlham Əliyev
Ermənistandan zorla çıxarılan, dəfələrlə
daşnakların etnik təmizləmə
siyasətinə, deportasiyalara məruz qalan
soydaşlarımızın üzləşdiyi vəhşiliklərdən bəhs etmişdi. Təkcə XX əsrdə
Qərbi Azərbaycanda soydaşlarımız 4 dəfə -
1905, 1918-1920, 1948-1953 və nəhayət, 1988- 1991-ci illərdə
erməni vandalizminin misli görünməmiş dəhşətli
terrorunun qurbanı olub, kütləvi qırğınlara məruz
qalıblar. Dünyada elə bir xalq yoxdur ki, qonşusu tərəfindən
bu qədər dəhşətli zülmə məruz
qalsın. Taleyinə daşnak zülmünü yaşamaq qisməti
yazılan Azərbaycan xalqı dəfələrlə süfrəsində yer verdiyi, tikəsini
bölüşdüyü
nankor ermənilərin işgəncələrinə məruz
qalmışdır.
Bütün çıxışlarında soydaşlarımızın Qərbi Azərbaycandakı tarixi torpaqlarına
qovuşacaqlarını, hüquqlarının bərpa
olunacağını bildirən
dövlət başçımızın bu vədinin də reallaşacağına tam əmin
olan xalqımız artıq o
günün mütləq gələcəyinə inanır. «
Ona görə buna nail olmaq üçün biz, o cümlədən
beynəlxalq müstəvidə daha fəal olmalıyıq.
Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal
platforması olmalıdır, bir portalı olmalıdır»
söyləyən dövlət başçımız hədəfə, məqsədə nail olmağın
yollarını da göstərir.
Dövlət başçımızın «Ona görə
bizim işimiz bu tarix üzərində qurulmalıdır»
sözlərindən irəli gələn vəzifələrin
yerinə yetirilməsi istiqamətində, çoxşaxəli proqram əsasında görülən işlər bu
günlərdə daha da intensivləşib. Qərbi Azərbaycan
İcması fəaliyyət istiqamətini daha da genişləndirib Prezident İlham Əliyevin
vurğuladığı kimi, torpaqlarımızı
qarış-qarış zəbt edən daşnakların «dənizdən-dənizə
böyük Ermənistan » mənfur siyasətləri ifşa
olunur. Doğma
torpaqlarından
çıxarılan, ulu babalarının yaşadıqları ərazilər
haqqında zəngin biliyə malik
soydaşlarımız bu işlərə cəlb ediliblər. Qərbi Azərbaycana
Qayıdış Konsepsiyasında qarşıya qoyulan vəzifələrin
yerinə yetirilməsi aktuallaşıb.
Erməni separatçılarının təxribatlarına, qərəzli dairələrin
ölkəmizə qarşı ikili standartlar siyasətlərinə etirazını rəsmi qaydada beynəlxalq
təşkilatlara
çatdıran Qərbi Azərbaycan
İcmasının məqsədyönlü
şəkildə həyata keçirdiyi tədbirlər
hayların yalanlarının
ifşası istiqamətində görülən işlər
sırasındadır. Artıq
beynəlxalq termin kimi qəbul olunan
Zəngəzur dəhlizi sözündən qorxan Ermənistan
rəsmiləri Qərbi Azərbaycan
ifadəsini də həzm edə
bilmirlər. Amma bütün hallarda təsdiq olunmuş
faktdır ki, Qərbi Azərbaycan əsrlərdən bəri azərbaycanlılara
məxsus ərazidir. « Qərbi Azərbaycan Qazax, Tovuz Ağstafa, Gədəbəy,
Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır, Bundan xaric Qərbi Azərbaycan yoxdur və ola bilməz» kimi sərsəm fikirləri ilə
özünə toxtaqlıq verməyə çalışan
Ermənistanın baş naziri Nikol Paşinyan da gözəl
bilir ki, iddialarının
heç bir əsası yoxdur.
Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin ( QMİ) Qazilər
Şurasının geniş tərkibdə keçirilən
iclasında İrəvan qazılığı ilə bağlı Əsasnamənin qəbul olunması dövlətlə din arasında münaqişənin daha da gücləndiyi Ermənistanda şok vəziyyət yaradıb.
Əsasnamədə qeyd olunduğu kimi, yeni yaranan İrəvan qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin
binasında yerləşəcək. Səsvermə nəticəsində
Bəxtiyar Nəcəfov İrəvan qazisi təyin edilib.
«2020-ci ilə qədər kilsə rəhbərləri ilə
görüşdə onlar özlərini qalib kimi göstərir,
bizə istehza ilə baxırdılar . Bu məni də
incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi. Mən indi
qalib xalqın şeyxülüslamıyam və bununla
qürur duyuram. Bu yaxınlarda biz İrəvan
qazılığını bərpa etdik. İnşallah o
torpaqlara da gedəcəyik, məbədlərimizi, ziyarətgahlarımızı,
məscidlərimizi bərpa edəcəyik, din xadimlərimiz
orada fəaliyyət göstərəcək» sözləri ilə
haqq işimizin qalib gələcəyini bildirən Qafqaz
Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Hacı Allahşükür Paşazadə bu
cür tədbirlərin davamlı olacağını da
açıqlayır.
Prezident İlham Əliyevin
tapşırığına əsasən Qərbi Azərbaycana
Qayıdış
Konsepsiyasına uyğun işlər proqram çərçivəsində
davam etdirilir və beynəlxalq təşkilatlarda məsələ ilə
bağlı təbliğat,
izahat işləri geniləndirilir. Daşnakların mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə, zorla
köçürülmə, vandalizm, kütləvi
qırğın və soyqırımları siyasətinin nəticəsində
tarixi yurdlarından qovulan
soydaşlarımız xarici ölkələrdə
görüşlər keçirməklə dünya birliyinə erməni vəhşilikləri
ilə bağlı həqiqətləri çatdırırlar. Məqsəd Qərbi Azərbaycana
Qayıdışı sülh yolu və beynəlxalq hüquq əsasında
reallaşdırmaqdır. Ötən əsrin sonlarında 250 min azərbaycanlının zorla,
vəhşicəsinə doğma yurdlarından
çıxarılmış soydaşlarımızın doğma torpaqlarına qayıtmaq
barədəki ədalətli tələbləri beynəlxalq təşkilatlar
qarşısında qaldırılır, tanınır. İkinci Qarabağ müharibəsində
qazandığımız Qələbədən , 23 saat davam
edən qısamıddətli antiterror tədbirlərindən
sonra Qarabağ bölgəsini
könüllü tərk edən ermənilərin «hüquq və təhlükəsizliyi»nin
qorunmasını tələb edənlərin anti-Azərbaycan
təxribatlarına qarşı ciddi mübarizə
aparılır. QAİ-nın məsələ ilə
bağlı yaydığı bəyanatlarda, qəbul olunan qətnamələrdə
əsaslı sürətdə, faktlara istinad etməklə qeyd
olunur ki, ermənilərin
etnik təmizləmə siyasətinin qurbanları, daşnakların vəhşiliklərinə, soyqırımlara məruz
qalanlar azərbaycanlılar olub.
Sevindirici hal odur ki, ermənilərin azərbaycanlılara qarşı
aprdıqları etnik təmizləmə siyasəti artıq
beynəlxalq səviyyədə etiraf olunur.
21-22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) Nazirlər
Şurasının İstanbul şəhərində
keçirilən 51-ci sessiyasında Qərbi azərbaycanlılarla
bağlı məsələnin müzakirəsi,
soydaşlarımızın haqq səsinə dəstək
verilməsi daha bir həmrəylik nümunəsi, əlamətdar hadisə kimi tarixə
yazıldı. Həmin sessiyada
Azərbaycanın ədalətli mövqeyinə dəstək
naminə müxtəlif
mövzuları əhatə edən qətnamələr qəbul olunub.
Sessiyanın yekunlarına dair «İstanbul Bəyannaməsi”»nin, Qərbi Azərbaycan İcması
ilə bağlı qətnamənin
qəbulu ata-baba
yurdlarından zorla qovulmuş
soydaşlarımızın haqqı səsinə dəstək idi. İƏT çərçivəsində
ilk dəfə olaraq qəbul olunan «Hazırkı Ermənistan ərazilərindən
zorla və sistematik şəkildə didərgin
salınmış azərbaycanlıların qayıdış
hüququ”» adlı qətnamədə İƏT-ə üzv
ölkələrinin Qərbi Azərbaycan İcmasının
öz yurdlarına ləyaqətli qayıdış
hüququna dəstəyi ifadə olunur, Ermənistan tərəfindən
sözügedən İcmanın hüquqlarının inkar
olunması qınanılır.
Qeyd edilən qətnamə ilə yanaşı,
«İstanbul Bəyannaməsi»”ndə Azərbaycan və Ermənistan
arasında normallaşma prosesində əldə olunan irəliləyişlər
alqışlanır. Ermənistan tərəfi sülh
müqaviləsinin imzalanmasına mane olan siyasi və hüquqi
çağırışların aradan
qaldırılmasına çağırılır. Bəyannamədə, həmçinin Ermənistanın təcavüzü
nəticəsində öz yurdlarından didərgin
düşən məcburi köçkünlərin ləyaqətli
geri qayıdışını təmin etmək istiqamətində
Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə
dəstək ifadə edilir. İndiki Ermənistan ərazilərindən
zorla qovulmuş azərbaycanlıların geri
qayıdış hüququnun mövcudluğu təsdiqlənir
və Ermənistan tərəfinin Qərbi Azərbaycan
İcması ilə dialoqu rədd etməsi pislənilir.
«1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik”» adlı qətnamədə Ermənistanın
silahlı qüvvələri tərəfindən 1992-ci ilin
fevralında Xocalıda, habelə
Azərbaycanın digər ərazilərində
törədilən müharibə cinayətləri, soyqırımlar bəşəri dəyərlərə xəyanət
adlandırılır. Üzv dövlətlər törədilmiş
cinayətlərin tanınması
çağırışı ilə dünya ictimaiyyətinə
müraciət edir.
«Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzünün nəticələrinin
aradan qaldırılması»” adlı qətnamədə hələ də davam edən,
insanların ölümü ilə nəticələnən
«mina terroru» qətiyyətlə pislənilir, ölkəmizin postmünaqişə dövründə
işğaldan azad olunmuş ərazilərində
apardığı bərpa və yenidənqurma fəaliyyətinə
dəstək ifadə olunur. «Azərbaycan Respublikasına
iqtisadi dəstək” adlı» qətnamədə İƏT
üzv dövlətləri, habelə İslam maliyyə
institutları ölkəmizin yenidənqurma, habelə minatəmizləmə
fəaliyyətinə dəstək göstərməyə
çağırılır. «Ermənistan Respublikasının
Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində
Azərbaycan Respublikasının ərazilərində
İslam dininə aid tarixi və mədəni abidələrin
və izlərin dağıdılması və təhqir
olunması”» adlı qətnamədə keçmiş
işğal dövründə Ermənistan tərəfindən
Azərbaycan ərazilərində İslam mədəni irs
nümunələrinə qarşı törədilən
vandalizm aktları erməni faşizmi adlandırılır, bu
cinayətlərinə görə Azərbaycanın irəli
sürdüyü reparasiya tələbi dəstəklənir. Ölkəmizin,
xalqımızın istək və
tələblərini gündəmə gətirən, beynəlxalq
səviyyədə aktullaşdıran İƏT-in İstanbul Sammitində
qəbul olunan qətnamələr Ermənistana daha bir xəbərdarlıqdır.
İyulun 4-də Xankəndi şəhərində
İqtisadi Əməkdaşlıq Təşkilatının
(ECO) 17-ci Zirvə görüşündə İslam həmrəyliyinin
nümunəsi olan «İstanbul Bəyannaməsi»ni, Azərbaycanla
bağlı qətnmələrin qəbulunu minnətdəarlıqla
xatırladan Prezident İlham Əliyev Ermənistanın xarabazara
çevirdiyi Azərbaycan
torpaqlarda yeni şəhərlərin və kəndlərin
inşa etdirildiyini, Böyük Qayıdış”
Proqramının icrasına uyğun 16 şəhər və
kəndə keçmiş məcburi köçkünlərin
qayıdışını təmin olunduğunu diqqətə
çatdırıb.
Vurğulanıb ki, hazırda azad edilmiş ərazilərdə
50 mindən çox insan yaşayır,
çalışır və təhsil alır. Ermənistandan
deportasiya olunmuş Qərbi azərbaycanlıların
hüquqlarının təmin olunması ilə bağlı
göstərilən səyi «Ermənistandan
deportasiya olunmuş Qərbi azərbaycanlıların
hüquqlarının təmin olunması da böyük əhəmiyyət
kəsb edir. Keçən ay İslam Əməkdaşlıq
Təşkilatının İstanbulda keçirilmiş Nazirlər
Şurasında Ermənistandan zorla didərgin
salınmış azərbaycanlıların qayıdış
hüququna dəstək ifadə edən qətnamənin
bütün 57 üzv ölkənin yekdil qərarı ilə
qəbul olunmasını yüksək qiymətləndiririk. Bu
qətnamə ilə yanaşı, Nazirlər
Şurasının yekunlarına dair «İstanbul Bəyannaməsi»”ndə
indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların
geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın
Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi
qınanılır» sözləri ilə yüksək dəyərləndirən
Prezident İlham Əliyev əlavə
olaraq vurğulayıb ki, Qərbi azərbaycanlıların Ermənistandakı
öz dədə-baba torpağına sülh yolu ilə
qayıdışının təmin edilməsi sahəsində
səylər bundan sonra da davam etdiriləcək.
Hazırda Zəngəzur
dəhlizinin bərpası ilə
bağlı yol-nəqliyyat infrastrukturunda daha mühüm işlərin
görülməsi, Azərbaycanla
Türkiyənin bu istiqamətdə
birgə fəaliyyətlərini davam etdirilmələri soydaşlarımızın
doğma torpaqlarına qayıdış prosesini də sürətləndirəcək.
Prezident İlham Əliyevin «İnanmalıyıq və
eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq,
işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda
da belə gözəl məclis keçirəcəyik və
bu günü xatırlayacağıq» sözlərinin
reallaşacağı ilə daha bir vədin yerinə
yetirildiyinin şahidi olacağıq
Xuraman İsmayılqızı
İki sahil .- 2025.- 10 iyul (¹117).- S.2.