Azərbaycan mətbuatı 150 illik yol qət
edərək tarixi Zəfərimizin, suverenliyimizin
tam bərpasının
müjdəçisi olmağından
qürur duyur
22 İyul-Milli Mətbuat Günü ölkəmizdə təntənəli
şəkildə qeyd
edilir. Dövlət başçısı İlham
Əliyevin 25 aprel
2025-ci il tarixli “Azərbaycan milli mətbuatının 150 illik
yubileyinin keçirilməsi
haqqında” Sərəncamına
əsasən, Prezident
Administrasiyası Azərbaycan
Respublikası Medianın
İnkişafı Agentliyi
və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin yüksək səviyyədə
keçirilməsini təmin
edir. Reallaşdırılan
tədbirlər Azərbaycan
mətbuatının keçdiyi
inkişaf yolunun geniş təhlilinə imkanlar yaratmaqla yanaşı, qalib, bütövləşən, yeni
Azərbaycanın mətbuatının
qarşısında dayanan
hədəfləri, çağırışları,
ictimaiyyətin hazırkı
dövrdə yazılı
və elektron KİV-lərdən gözləntilərini
açıqlayır. Şübhəsiz,
150 illik yolu bir yazıda əhatə etmək mümkün olmasa da, ümumiləşdirilmiş
şəkildə qeyd
edə bilərik ki, əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin
ilk sayının nəşri ilə qoyulan milli mətbuatımız çətin
və şərəfli
yol keçərək
bu gün qalib Azərbaycanın uğurlarının təbliğində,
informasiya cəbhəsində
üstünlüyümüzün qorunmasında üzərinə
düşən missiyanı
uğurla yerinə yetirir.
“Əkinçi”dən
başlayan yol
XIX əsrin sonlarına
yaxın bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin
naşiri, redaktoru Azərbaycan
milli maarifçilik hərəkatının banilərindən
biri təbiətşünas-alim
Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə
gəlməsində Mirzə
Fətəli Axundzadə,
Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri
olub. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan milli mətbuatının təşəkkül
tapmasında, inkişafında
əvəzsiz rol oynadı. Əsasən maarifçilik
missiyasını üzərinə
götürmüş “Əkinçi”
qısa müddətdə
həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı.
Lakin “Əkinçi”nin
fəaliyyəti uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində,
ictimai-siyasi proseslərə
daha yaxından bələd olmasındakı
rolundan çəkinməyə
başladı və sonda qəzetin nəşrini dayandırdı.
Buna baxmayaraq, o dövrün görkəmli
maarifçiləri "Əkinçi"
qəzetinin səhifələrində
öz maarifçi və demokratik ideyalarını təbliğ
edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük
təsir göstərdilər.
Həmin vaxtdan
indiyədək müxtəlif
tənəzzül və
çiçəklənmə dövrlərini yaşayan
Azərbaycan mətbuatı
daim cəmiyyətin proseslərə baxışını
əks etdirmişdir.
1875-ci ildən sonra çoxsaylı nəşrlərlə
zənginləşən milli
mətbuatımız Azərbaycan
ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına
əhəmiyyətli töhfələr
vermiş, milli özünüdərk və
istiqlal məfkurəsinin
formalaşmasında, qabaqcıl
ideyaların təbliğində
böyük xidmətlər
göstərmişdir. “Ziya”,
“Ziyayi-Qafqaziyyə”, “Kəşkül”,
“Şərqi-Rus”, “Həyat”,
“Füyuzat”, “Dəbistan”,
“İrşad”, “Tazə
həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”,
“Həqiqət”, “Məktəb”,
“Açıq söz”
kimi onlarla qəzet və jurnallar ötən əsrin əvvəllərində
anadilli mətbuatımızın
sonrakı tarixini yaratdılar. 1896-cı ildən
Həsən bəyin fəal iştirakı və Əlimərdan
bəy Topçubaşovun
redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından
Zərdabi istəklərinin
daşıyıcısına çevrildi.
Müasir milli
mətbuatımızın inkişafı
Ulu Öndərin adı ilə bağlıdır
Müasir müstəqil
Azərbaycanda milli mətbuatımızın inkişafı
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli
Liderin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı
mətbuatımızın inkişaf
tarixində də yeni mərhələyə
yol açdı.
1998-ci il, 6 avqust tarixində imzalanan “Azərbaycan Respublikasında
söz, fikir və məlumat azadlığının təmin
edilməsi sahəsində
əlavə tədbirlər
haqqında” Fərman ölkə mətbuatının
inkişaf tarixində
mühüm hadisə
kimi qiymətləndirilir.
Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst
inkişafı, medianın
cəmiyyətin dinamik
şəkildə demokratikləşməsinə
təsir edən qüdrətli vasitəyə
çevrilməsi yolunda
dövlət siyasətinin
həyata keçirilməsində
mühüm addım oldu. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə
xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın
inkişafına mane olan bir sıra
bürokratik əngəllərin
aradan qaldırılmasına
yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat
orqanlarının təsis
olunması proseduru asanlaşdırıldı. Ümummilli
Lider Heydər Əliyevin mətbuatın
inkişafı ilə
bağlı həyata
keçirdiyi tədbirlər
davamlılığı ilə
diqqətdə oldu.
Ümummilli Lider
azad mətbuatın inkişafını daim diqqətdə saxlayırdı.
Onun bir sıra qəzetlərin “Azərbaycan” Nəşriyyatına
olan borclarını dondurmaqla və sonradan bu borcları
ləğv etməklə
bağlı atdığı
addım da media ictimaiyyəti tərəfindən böyük
rəğbət hissi
ilə qarşılandı.
Şəxsi təşəbbüsləri
ilə jurnalistlərlə,
qəzetlərin baş
redaktorları ilə keçirdiyi görüşlər
Ümummilli Lider Heydər Əliyevi mətbuatın problemləri
ilə daha yaxından tanış etdi. Jurnalistlər Ulu Öndər Heydər Əliyevi ölkə Prezidenti ilə yanaşı,
həm də bir dost kimi
qəbul edirdilər.
2002-ci ilə Ümummilli
Liderin “Jurnalistlərin
dostu” mükafatına
layiq görülməsi
də bunun bariz nümunəsi idi.
2003-cü ildə ölkə jurnalistlərinin
I qurultayında 180-dək aparıcı
kütləvi informasiya
vasitəsinin təsisçiliyi
ilə Azərbaycan Mətbuat Şurası yaradıldı.
Mətbuat Şurasının
məqsədi jurnalistlərin
öz peşə fəaliyyətlərində qanunvericiliyin
tələblərinə, peşə
prinsiplərinə əməl
etmələrinə ictimai
nəzarətin həyata
keçirilməsi, dövlət
orqanları və ictimaiyyətlə mətbuat
arasında əlaqənin,
etimadın möhkəmləndirilməsi,
söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.
Azərbaycan Respublikasının
1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi
ilə qəbul edilən Konstitusiyasının
50-ci maddəsində söz,
azad məlumat toplamaq hüququ, öz baxışlarının
sərbəst ifadə
edilməsi və digər hüquq və azadlıqlar möhkəmləndirildi.
Ölkəmizdə söz və mətbuat azadlığı tam
təmin olunub
Ulu Öndər
Heydər Əliyevin mətbuata
və media nümayəndələrinə
göstərdiyi diqqət
və qayğı
2003-cü ildən başlayaraq
Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında
dayandı. Bu gün əgər böyük inamla və əminliklə “Ölkəmizdə söz
və mətbuat azadlığı tam
təmin olunub” söyləyiriksə, bu, dahi şəxsiyyət Heydər Əliyevin bugünümüzə və
gələcəyimizə xidmət
edən inkişaf strategiyasının uğurlu
nəticəsidir. Bu gün Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında liderliyini qoruyur. Ölkəmizdə
xeyli sayda jurnalist təşkilatları
fəaliyyət göstərir. Mətbuatımızın
qabaqcıl və mütərəqqi ənənələrə
əsaslanmaqla, xalqımızın
tarixi-milli xüsusiyyətlərini
qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və məlumat azadlığını
demokratiyanın fundamental
şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi
ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf
etsin, ölkədə
yaşayan hər bir vətəndaş bütün azadlıqlardan
istifadə etsin. Azərbaycanda o cümlədən
mətbuat azadlığı
da mövcuddur. Biz bu məsələdə
çox ciddi addımlar atırıq. Söz azadlığının,
mətbuat azadlığının
təmin olunması bizim prioritet məsələmizdir və
deyə bilərəm
ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.”
Milli mətbuatın
ildönümlərinin ölkədə
geniş qeyd olunması, KİV-lərə
maliyyə yardımlarının
göstərilməsi, mətbuat
işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi,
onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
istiqamətində tədbirlər
mətbuata və media işçilərinə
qayğının tərkib
hissəsidir. Hazırda
ölkədə çoxlu
sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, elektron media inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı
Azərbaycan mətbuatını
qlobal informasiya şəbəkəsinin bir
hissəsinə çevirib.
Mediamız vətənpərvərlik,
birlik, həmrəylik
nümunəsi ortaya qoydu
Təbii ki,
digər sahələr
kimi, mətbuat sahəsində də təkmil islahatlar dövrün çağırışlarına
uyğun olaraq həyata
keçirilir. Son 21 ildən artıq dövrdə Azərbaycanın
Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm
təməl üzərində
dayanıqlı inkişafı,
ölkəmizin imza atdığı möhtəşəm
uğurlar göz qabağındadır. Bu gün qalib Azərbaycanın mətbuatının
inkişafından, hədəflərindən
bəhs etməyimiz bizim üçün böyük xoşbəxlik,
sonsuz qürurdur. Azərbaycan 44 günlük
İkinci Qarabağ müharibəsində
şanlı Zəfərə
imza ataraq, 2023-cü ilin sentyabrında bir günlük lokal antiterror tədbrləri nəticəsində suverenliyini
tam bərpa edərək yeni dövrə qədəm qoydu. Müharibənin gedişi dövründə
mediamız
əsl vətənpərvərlik,
birlik, həmrəylik nümunəsi
ortaya qoydu, haqq səsimizin dünya ictimaiyyətinə
çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının
ifşası üçün
xüsusi səy göstərdi, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı
ilə bağlı zəngin salnamə yaratdı. Vətən müharibəsində və
müharibədən sonrakı
dövrdə Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında
mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük
oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq
və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə
ilə əlaqədar,
o cümlədən Ermənistanın
törətdiyi hərbi
cinayətlər haqqında
dolğun məlumatların
çatdırılması təmin edildi. 30 illik işğal dövrünün reallıqlarını
ölkə və dünya ictimaiyyətinə
çatdırarkən mətbuatımız
hər zaman bu istəklə, amalla çalışırdı
ki, torpaqlarımızın
azad edilməsinin müjdəçisi olsun.
Beş il
bundan öncə bu sevinci yaşayan
mətbu orqanlar arasında rəhbərlik
etdiyim “İki sahil” qəzetinin də olması hər bir əməkdaşımızı
qürurlandırdı. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
ordumuzun 44 günün
hər anını tariximizə Zəfər səhifəsi kimi yazması mətbu orqanların manşetini bəzədi. Azərbaycanın döyüş
meydanında qələbəsini
şərtləndirən amillər
sırasında mühüm
yer tutan informasiya cəbhəsində
üstünlüyümüzün qorunmasında mediamızın
rolu inkaredilməzdir. Qarabağ uğrunda döyüşlərdə
fərqlənən və
müxtəlif medallarla
təltif edilənlər
arasında jurnalistlərin
də olması ölkəmizdə bu sahədə çalışanlara
göstərilən böyük
etimadın və diqqətin bariz nümunəsidir.
Müharibənin gedişi
dövründə informasiya
cəbhəsində aparılan
fəal mübarizədə
ən böyük missiyanı Ali Baş Komandan İlham Əliyev reallaşdırdı.
Onun 30-dan çox xarici mətbuata müsahibələrinin hər
biri bugünümüz
və gələcəyimiz
üçün yol xəritəsi, dünənimiz
üçün isə
zəngin mənbə
oldu. Prezident İlham Əliyev müharibəni qaçıqlmaz
edən bütün reallıqları əsaslı
şəkildə beynəlxalq
ictimaiyyətə çatdırdı.
44 günlük İkinci
Qarabağ müharibəsinin
başlandığı ilk
günlərdə Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi “Instagram” səhifəsində
etdiyi paylaşımda
“Azərbaycan dövləti
heç vaxt başqasının torpaqlarına
iddialı olmayıb, heç zaman insanlığa qarşı
cinayət törətməyib.
Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda
döyüşür!” söyləyərək
bu arzunu ifadə etdi ki, bu gün
biz azərbaycanlılar
niyyətimizlə, hərəkət
və dualarımızla
misli görülməmiş
birlik göstəririk.
Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca
Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ
torpağını öpməyi
nəsib etsin!
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Mətbuat bu gün də dövlətimizin başçısı,
Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanı İlham Əliyevin artıq tarixin arxivinə atılmış
Qarabağ münaqişəsi
ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər
bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki
vəziyyət barədə
həqiqətlərin ölkə
və dünya ictimaiyyətinə çatdırılmasında
fəal rol oynayır. Hazırda azad edilmiş ərazilərimizdə geni
miqyas alan bərpa-quruculuq işləri,
soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı mediada
geniş şərh edilir. Bu gün
qürurla Qarabağın,
Şərqi Zəngəzurun
dirçəlməsindən, diplomatik mərkəzə
çevrilməsindən bəhs
edirik. Azad Şuşa, Laçın, Ağdam, Zəngilan, Xankəndi beynəlxalq əhəmiyyətli
tədbirlərə ev
sahibliyi etməklə
bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunu bir daha dünyaya çatdırır.
Qlobal Media Forumu
Azərbaycan reallıqlarının
təbliğində mühüm
platformadır
Tarixi Zəfərimizdən
sonra azad Şuşada keçirilməsi
artıq ənənə
halını alan Qlobal Media Forumu da bu tədbirlər
silsiləsindəndir. Qlobal
Media Forumu Azərbaycan
reallıqlarının təbliğində
mühüm platformadır.
Dövlət başçısı
İlham Əliyevin Forumda çıxışı,
çoxsaylı xarici
mətbuat nümayəndələrinin
suallarını cavablandırması
Azərbaycanın tarixi
Zəfərindən və
suverenliyinin bərpasından
sonra yaratdığı
reallıqlar fonunda regionda və dünya siyasətində rolunun, möhkəmlənən
mövqeyinin aydın mənzərəsini yaradır.
2023-cü ildə Şuşa
şəhəri müstəqil
Azərbaycanın tarixində
ilk dəfə olaraq dünyanın aparıcı
media, jurnalist təşkilatları rəhbərlərini,
informasiya-kommunikasiya sahəsində
nüfuzlu ekspertləri,
tanınmış jurnalistləri
bir araya gətirdi. Ötən il keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya
qarşı mübarizə”
mövzusunda 2-ci Şuşa
Qlobal Media Forumunun açılış mərasimində
dövlət başçısı
İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, ötən
il məhz bu auditoriyada, məhz bu tarixdə
mənim iştirakçılarla
çox maraqlı söhbətim oldu və o vaxt mən arzumu bildirdim ki, bu
Forum bir ənənəyə
çevrilsin və gördüyünüz kimi,
bu tədbir artıq bir ənənəyə çevrilibdir:
“Deyərdim ki, mən ötən Forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə
bağlı geniş danışmağa başlasam,
bizim vaxtımız qalmaz. Bu, təkcə
media sahəsində deyil, ümumiyyətlə,
ölkədə və
regionda baş verən hadisələrdir.
Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi
transformasiyanın şahidiyik,
tarixi, geosiyasi dəyişikliklər baş
verir. Ənənəvi
ittifaqlar bir qədər zəifləyib
və yeni əməkdaşlıq formatları
meydana gəlib. Əlbəttə, ərazi
bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və
ikinci Forum arasında deyil, ümumiyyətlə,
müasir tariximizdə
mühüm hadisə
oldu.” İldən-ilə Forumun iştirakçılarının sayında artım tədbirin əhəmiyyətini
və önəmini açıqlayır. Qeyd edək ki, ötən
il 50-yə yaxın
ölkədən 150-dən çox xarici qonaq, o cümlədən
30-a yaxın ölkənin
informasiya agentliyi, 3 beynəlxalq təşkilat
və 82 media qurumu Foruma qatıldı.
Media sahəsində uğurlu islahatlar
Yeni dövr
milli mətbuatımızın
inkişafı ilə
bağlı qanunvericilik
bazasının təkmilləşdirilməsini
zərurətə çevirdi.
Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığı
ilə media sahəsində qanunvericiliyin
təkmilləşdirilməsi istiqamətində məqsədyönlü
iş aparıldı.
“Media haqqında” yeni Qanun qəbul olundu. Dövlətimizin başçısı
İlham Əliyevin
2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların
dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun əsasında “Azərbaycan
Respublikasının Medianın
İnkişafı Agentliyi”
publik hüquqi şəxs yaradıldı.
MEDİA Agentliyinin yaradılması,
eyni zamanda, “Media haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə media sahəsində islahatların
daha sürətlə
və mütəşəkkil
aparılmasına imkan
verir.
“Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal
dövrün çağırışlarına
uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyir. Vergi azadolmalarının tətbiqi,
qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə
güzəştli ipoteka
kreditindən yararlanmaq
hüququnun verilməsi
və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi
və jurnalistlərin
sosial müdafiəsinin
yaxşılaşdırılması istiqamətində görülən
işlərin davamlılığını
təmin etmişdir. Bu gün mediamız
Azərbaycanın tərəqqisinin
və müasir cəmiyyət quruculuğu
prosesinin fəal iştirakçısı olaraq,
beynəlxalq əlaqələrini
və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət
qabiliyyətini artırmışdır.
Azərbaycan-Türkiyə
Ortaq Media Platforması
Tarixi Zəfərimizin
reallıqları əsasında
Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlığın
yaradılmasını da
xüsusi qeyd etməliyik. 2020-ci ilin dekabrında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında media sahəsində strateji əməkdaşlıq haqqında”
imzalanan Anlaşma
Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən
ratifikasiya edildi. Razılaşmaya
əsasən, iki ölkənin mediasının
əlaqəli şəkildə
hərəkəti baxımından
səmərəli fəaliyyət
göstərməsi məqsədilə
Ortaq Media Platforması
yaradılması çərçivəsində
tərəflər arasında
əməkdaşlıq aparılacaq
sahələr müəyyən
edildi. Media sahəsində
bilik, təcrübə
və mənbələrin
paylaşılması, iki
ölkənin media sahəsində fəaliyyət
göstərən rəsmi
qurumları ilə birgə işlərin aparılması, beynəlxalq
arenada rast gəlinən dezinformasiyaya
qarşı birgə mübarizə aparılması
və dünya ictimaiyyətinin düzgün
məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi,
müxtəlif media və sektor təmsilçiləri ilə
tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının
təşkil edilməsi,
iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması
və sair kimi hədəflər Ortaq Media Platformasının
yaradılmasını şərtləndirən
mühüm
amillərdir. Azərbaycana
və qardaş Türkiyəyə qarşı
əsassız iddiaların
irəli sürüldüyü,
əks təbliğat
kampaniyasının daha
da gücləndirildiyi bir
zamanda belə bir addımın atılmasına böyük
ehtiyac var idi.
Müasir dövr
Azərbaycan mediası
qarşısında yeni
vəzifələr qoyur
Təbii ki,
hər dövrün öz çağırışları
vardır. Dünya nizamının dəyişikliklərə
məruz qaldığı,
siyasi proseslərin intensivləşdiyi, habelə
yeni fəaliyyət prinsiplərinin bərqərar
olduğu müasir dövr Azərbaycan mediası qarşısında
da yeni hədəflər
və vəzifələr
müəyyənləşdirir. Qabaqcıl texnologiyaların
tətbiqi, sosial media platformalarında fəallığın artırılması,
rəqəmsallaşma, süni
intellekt, media savadlılığının artırılması,
dezinformasiya və saxta xəbərlərlə
mübarizə, effektiv
kommunikasiyanın həyata
keçirilməsində yaxından
iştirak və s. mediamızın inkişaf
perspektivini və qarşıdan gələn
dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək
məsələlərdir. Eyni
zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət
maraqlarını həmişə
uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər
sistemində yeri və rolu, həyatımızda
baş verən pozitiv dəyişikliklər
ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması
sahəsində daha fəal olmalıdır.
Bayram ərəfəsində
mətbuat tariximizə
baxış qarşımızda
dayanan əsas tələbdir. İctimaiyyətin bütün
dövrlərdə mətbuatdan
gözləntiləri zamana
görə dəyişir.
Onların informasiya tələbatını hər
bir media orqanı üzərinə
düşən məsuliyyəti
ədalətə, obyektivliyə,
qərəzsizliyə söykənərək
təqdim etdiyi məlumatlarla ödəməlidir. Vətənpərvərlik,
yüksək milli şüur, ali məqsədlər uğrunda
cəmiyyətimizin səfərbər
olunmasına layiqli töhfələr vermiş
Azərbaycan jurnalistləri
hər zaman prinsipiallıq nümayiş
etdirməli, saxta və yalan məlumatlara
söykənən kampaniyaların
qlobal səviyyədə
vüsət aldığı
bir şəraitdə
Azərbaycanın dövlətçilik
maraqlarını uca tutmalı, vətəndaşlarımızın
dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin
etməli, cəmiyyətimizin
tərəqqisi naminə
var gücləri ilə çalışmalıdırlar.
Bayramınız mübarək, əziz həmkarlar!
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı, Əməkdar jurnalist
İki sahil 2025.- 18 iyul (¹ 123).- S.6.