Dövlətçiliyə,
hüquqa və milli suverenliyə verilən dəyər
“Konstitusiya və Suverenlik İli”
Qalib xalqımız ərazi
bütövlüyünü və suverenliyini tam bərpa edən
müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun
30-cu ildönümünü Zəfər sevinci və xoş
bayram ovqatı ilə qeyd edir. Konstitusiyamızın bəyan
etdiyi niyyətlərdən biri kimi ərazi
bütövlüyümüzün və suverenliyimizin tam bərpa
olunduğunu, Əsas Qanunumuzun qəbul edilməsinin 30-cu və
Vətən müharibəsində qələbəmizin 5-ci
ildönümünü nəzərə alan Prezident İlham
Əliyevin 28 dekabr 2024-cü il tarxili Sərəncamı ilə
2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli”
elan edilib. Sərəncamda bildirilir ki, müstəqil və
suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə,
həmrəylik, humanizm, ədalət və qanunun aliliyi
prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət
qurmaq yüzillər boyu Azərbaycan xalqının ən
böyük arzusu olmuşdur.
Azərbaycanın qırx dörd günlük Vətən
müharibəsində tarixi Zəfəri və 2023-cü ilin
sentyabr ayının 19-20-də 24 saatdan da az bir müddətdə
həyata keçirilən lokal xarakterli antiterror tədbirləri
nəticəsində ölkəmizin ərazi
bütövlüyü və suverenliyi tam bərpa olundu,
Konstitusiyada təsbit edilmiş hüquqların işğaldan
azad edilmiş bütün torpaqlarımız da daxil olmaqla Azərbaycanın
bütün ərazilərində tam şəkildə bərpası
üçün real zəmin yarandı. 2023-cü il
sentyabrın 20-də Azərbaycan Respublikasının
bütün ərazisində qanunun aliliyinin təmin
olunduğunu və Azərbaycan Respublikasının dövlət
suverenliyinin bərpa edildiyini nəzərə alaraq Prezident
İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına
əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında
Dövlət Suverenliyi Günü elan edildi.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın
hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə
hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının
bütün sahələrində kəskin böhrana, ölkədə
anarxiyanın yaranmasına gətirib çıxarmış,
dövlət idarəçiliyi mexanizmləri
formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların
azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi
mümkün olmamışdır.
1993-cü ildə xalqın tələbi ilə yenidən
hakimiyyətə qayıdan Ümummilli Lider Heydər
Əliyevin böyük xilaskarlıq missiyası sayəsində
ölkəmizdə cərəyan edən təhlükəli
proseslərin qarşısı alındı, ictimai-siyasi
sabitlik təmin edildi və müasir dövlət quruculuğu
üçün etibarlı zəmin yarandı. Ulu Öndərin
bilavasitə rəhbərliyi ilə hazırlanmış və
1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan
Respublikasının ilk Konstitusiyası ölkəmizdə
genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını
təşkil etdi.
Sərəncəmda qeyd edildiyi kimi, Konstitusiyanın
preambulasında Azərbaycanın dövlət müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün
qorunması başlıca niyyətlərdən biri kimi bəyan
edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı
təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizinin 30 ilə yaxın
işğal altında qalması Azərbaycan
Respublikasının suveren hüquqlarının həmin ərazilərdə
tətbiqinə imkan verməmişdir. Ermənistanın
işğalçılıq siyasətinə son qoyulması və
ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin
bərpa edilməsi Azərbaycan xalqının milli
ideyasının əsas məqsədlərindən birinə
çevrilmiş, cəmiyyətimizin bütün resursları
bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.
Ulu Öndər Håydər Əliyåv deyirdi: “Kînstitusiyànı
öyrənmək làzımdır, Kînstitusiyànı dərk åtmək
làzımdır, Kînstitusiyànın màddələrini, õüsusən
vətəndàşlàrın vəzifələrinə, vətəndàşlàrın
hüquqlàrınà àid îlàn màddələrini vətəndàş
bilməlidir və înà riàyət åtməlidir”
Sərəncamda daha sonra bildirilir: “Ulu Öndərin
bilavasitə rəhbərliyi ilə hazırlanmış və
1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan
Respublikasının ilk Konstitusiyası ölkəmizdə
genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını
təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün
qorunması, hüquqi, dünyəvi dövlət
quruculuğu, vətəndaşlarımızın layiqli həyat
səviyyəsinin, dünya ölkələri ilə dostluq və
əmin-amanlıq şəraitində əməkdaşlığın
təmin edilməsi kimi ali niyyətlərin həyata
keçirilməsi üçün mühüm qanunvericilik
bazası rolunu oynamışdır”.
Sərəncamda bildirildiyi kimi, bu gün Azərbaycan
Respublikası xalqımızın milli maraqlarını rəhbər
tutaraq, yeni reallıqlar şəraitində müstəqil
siyasətini daha cəsarətlə, prinsipiallıqla davam
etdirir, Konstitusiyanın tələblərinə və öz
suveren hüquqlarına əsaslanaraq, qarşıda duran
strateji hədəflərə doğru inamla irəliləyir.
Zahid Rza
İki sahil .- 2025.- 25 iyul (¹ 128).- S.3.