MƏTBUAT TARİXİMİZDƏN

 

"ZƏNGİ" qəzeti

 

Milli mətbuatımız-150

 

1922-ci ilin sonlarında Zaqafqaziya Ölkə Partiya Komitəsi İrəvanda və Batumidə Azərbaycan dilində qəzetlərin nəşrinin dayandırılması haqqında qərar qəbul etdi. Erməni şovinist dairələrin məkrli siyasəti nəticəsində 1923-cü ilin may ayında Qərbi Azərbaycanda ana dilində yeganə mətbuat orqanı olan "Rəncbər" qəzetinin fəaliyyəti dayandırıldı. Bununla da azərbaycanlı oxucular yenidən anadilli mətbuat orqanından məhrum edildi. İrəvanda ətraf bölgələrdə yaşayan azərbaycanlı əhalinin isə qəzetə olan tələbatı gündən-günə artırdı.

Bir qrup İrəvan ziyalıları, xüsusən EK (b) P MK-nın yanında fəaliyyət göstərən "Azsaylı xalqlar şöbəsi"nin müdiri Bala Əfəndiyev erməni şovinist dairələrə Azərbaycan dilində mətbu orqanın nəşrinə icazə almaq üçün dəfələrlə rəsmi şəkildə müraciət etsə , qəzetin nəşrinə icazə verilmirdi. Amma milli düşüncəli, qeyrətli azərbaycanlı ziyalılar Bala Əfəndiyev, Mustafa Hüseynov, Əkbər Rizayev, Murtuza Muradov, Mehdi Kazımov bu çətinliklərin öhdəsindən gələrək Azərbaycan mətbuatı tarixində mühüm bir vəzifəni yerinə yetirdilər. Onların milli-siyasi iradəsi, qətiyyəti, uzunmüddətli gərgin mübarizəsi sayəsində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən 1924-cü il noyabr ayının ortalarında Azərbaycan dilində "Zəngi" qəzetinin nəşr olunmasına icazə verildi. "Zəngi" qəzeti bununla bağlı yazırdı: "Ermənistanda şura hökuməti qurulandan sonra İrəvanda "Kommunist", bilaxirə "Rəncbər" adında qəzetlər çıxmaqda idi. Fəqət qəzetlərin davam etdirilməsi üçün ən ziyadə maddi cəhətin olmaması ikinci məsələyə mane olurdu. Cümhuriyyətimizin təsərrüfatı artmış bu yolda qazandığımız müvəffəqiyyət Ermənistanda yenidən bir türk qəzetinin çıxmasını meydana atmışdır. Buna görə Ermənistan K (b) P MK əfkarı naşiri olmaq üzrə "Zəngi" adında qəzeti nəşrə başlamışdır. Qəzetin fikri məqsədi yalnız şura türk kəndlərini xəbərdar etmək qəzalarda olan türklərin yaşamasına yardım etməkdir".

Araşdırmalar nəticəsində məlum olur ki, bu qəzetin nəşr edilməsinə 1922-ci illərdə Ermənistanın Xalq Maarif Komissarı, 1924-cü ildən isə EK (b) P MK-nın katibi işləmiş Aşot Ohanesyan mane olub. Amma "Zəngi" qəzeti bu haqda yaza bilmirdi. "Zəngi"nin xələfi olan "Qızıl şəfəq" qəzeti isə 1937-ci ildə sözügedən məsələ ilə bağlı yazırdı: "Ölkənin siyasi-iqtisadi inkişafı, kütlələrin o cümlədən azərbaycanlı kütlələrin siyasi aktivliyinin yüksəldilməsi türk (Azərbaycan) dilində qəzet nəşr etmək məsələsini yenidən irəli sürmüşdür. ÜİK (b) P Zaqafqaziya Ölkə Komitəsi millətçi Konturrevolyusioner Aşot Ohanesyanın millətçi fikrini rədd edərək, 1924-cü ildə "Zəngi" qəzetini nəşr etməyi qərara aldı". Sonralar qəzetin redaktoru olmuş Mustafa Hüseynovun İrəvanda anadilli bolşevik mətbuatının yaranması haqqında yazılarından da məlum olur ki, xaricdəki erməni lobbisi Azərbaycan dilində qəzetin nəşr edilməsinə müxtəlif vasitələrlə maneçilik törədirmiş. Xaricdəki erməni daşnaklarının proqramı əsasında fəaliyyətlərini müəyyənləşdirən Ermənistanın bolşevik cildinə bürünmüş daşnak rəhbərləri qeyrətli Azərbaycan ziyalılarının təkidli tələbindən sonra məcburiyyət qarşısında qalaraq "Zəngi" qəzetinin nəşr edilməsinə icazə vermişdi. Qəzetə "Zəngi" kimi milli-mənəvi məna kəsb edən uğurlu bir adın verilməsində Bala Əfəndiyevin çox böyük rolu olmuşdur. Erməni şovinist dairələri qəzetə "Zəngi" adının verilməsini heç bir vəchlə istəmirdilər.

"Zəngi" qəzetinin nəşrinə icazə verilməsinə baxmayaraq, onun işıq üzü görməsi heç asan olmamışdır. Qəzetin nəşrini təmin etmək üçün mətbəə, şrift, bir sıra texniki avadanlıqların əldə olunması, işçi qüvvəsinin toplanması, məqalə yazmaq s. bu kimi problemlərin həll edilməsi günün ən vacib məsələlərindən idi. Mətbəədə türkcə şriftin az olması, onun da "Rəncbər" qəzetinin nəşri vaxtından qalması bunun yalnız 2-3 səhifəyə kifayət edəcəyi Ermənistan Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsinin yanında fəaliyyət göstərən "Azsaylı xalqlar şöbəsi"nin müdiri Bala Əfəndiyevi qəzetin digər isçilərini çətinlik qarşısında qoymuşdu. Mətbəədə texniki mütəxəssis çatışmazlığına baxmayaraq, Bala Əfəndiyevin redaktorluğu ilə 29 noyabr 1924-cü ildə 2 səhifədən ibarət olan "Zəngi" qəzetinin ilk sayı işıq üzü gördü. "Zəngi" qəzetinin nəşri tarixi ilə bağlı mübahisə doğuran məqamlardan biri ondan ibarətdir ki, qəzetdə "Zəhmətkeş" imzası ilə çap edilmiş "İki bayram" adlı məqalədə bəzi mənbələrdə "Zəngi"nin 1925-ci il noyabr ayının 29-da işıq üzü görməsi haqda məlumatlar öz əksini tapmışdır. Bu məlumatlar "Zəngi" qəzetinin nəşri tarixi ilə bağlı həqiqətləri əks etdirmir. Amma "Zəngi" qəzetinin əldə etdiyimiz ilk nömrəsi bu mətbu orqanın nəşri tarixinə aydınlıq gətirərək sübut edir ki, qəzet 1925-ci ildə deyil, 29 noyabr 1924-cü ildə işıq üzü görmüşdür. Qəzetin üz səhifəsində "Ermənistan Kommunist (b) firqəsi Mərkəzi Komitəsinin həftəlik çıxan orqanıdır" sözləri yazılmışdır. Qəzetin ilk sonrakı bir neçə nömrəsi Bala Əfəndiyevin, Mustafa Hüseynovun, Murtuza Muradovun böyük əzmkarlığı səyi ilə araya-ərsəyə gəlmişdi. Onlar bütün qüvvə bacarıqlarını qəzetin vaxtlı-vaxtında, yüksək keyfiyyətlə çıxmasına sərf edirdilər.

Qərbi Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 4-cü ildönümü günü nəşrə baslayan "Zəngi" qəzetinin ilk bir neçə nömrəsi ərəb əlifbası ilə nəşr edilmişdir. Sonralar isə "Zəngi" qəzeti Bakıda nəşr olunan qəzetlər kimi yarı ərəb əlifbası, yarı latın qrafikası ilə nəşr olunmusdu. Qəzetin "redaktor" qrafası yerində "Heyəti-təhririyyə" yazılırdı. "Zəngi" qəzetinin 109-cu nömrəsinə kimi "redaktor" qrafası yerində "Heyəti-təhririyyə" yazılsa da qəzetin məsul müdiri vəzifəsi ictimai əsaslarla Bala Əfəndiyevə həvalə edilmişdi.

Bu mətbu orqanın ilk nömrəsinin işıq üzü görməsi münasibətilə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyov, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qafar Babayev, Zaqafqaziya Kommunist Universitetində təhsil alan irəvanlı tələbə Rza Vəlibəyov başqaları "Zəngi" qəzetinə təbrik məktubları göndərmişdilər. Qafar Babayevin təbrikində deyilirdi: "Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi Şərqin qapısında yaşayan minlərcə zəhmətkeş kütlələrin adından "Zəngi" qəzetinin 1-ci nömrəsinin işıq üzü görməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, türk zəhmətkeşləri arasında maarif mədəniyyətin təbliğində böyük rol oynayacağına əminik".

Qəzetçilik ənənəsini formalaşdırmaq, yüksəkkeyfiyyətli qəzet çıxarmaq böyük zəhmət tələb edirdi. Geniş oxucu kütləsinin rəğbətini qazanmaq üçün redaksiya heyəti böyük əzmlə çalışırdı. Ən başlıca məqsədlərdən biri qəzetin yayılma arealını genişləndirmək, oxucu kütləsi ilə təmasını gücləndirmək idi. Bu istiqamətdə qəzetin təşviqat şöbəsi çox böyük rol oynayırdı. 1924-cü ildə qəzet 400 tirajla nəşr olunmağa başladı. Qəzetin ahəngdar fəaliyyətini təmin etmək üçün əlverişli şəraitin olması vacib şərt idi. Qəzet müstəqil binaya sahib olmadığından ilk vaxtlar EK (b) P MK-nın nəzdində fəaliyyət göstərən "Azsaylı xalqlar şöbəsi"nin idarəsində heç bir əlverişli şəraiti olmayan darısqal bir otaqda yerləşirdi. "Zəngi" qəzetinin maddi-texniki bazası o qədər ürəkaçan deyildi. Hətta qəzetin qəzalarda satışını yayılmasını təmin edən müvəkkillər aylarla əməkhaqqı belə ala bilmirdilər.

Redaksiyanın daimi binası olmadığı üçün ünvanlar tez-tez dəyişir, kağız problemi ortaya çıxır, həm abunəçi məsələsi çox vaxt problemə çevrilirdi. İlk vaxtlar Ermənistan Mərkəzi Komitəsi yanında "Azsaylı xalqlar şöbəsi"ndə yerləşən "Zəngi" qəzeti sonralar Ermənistan Mərkəzi Komitəsinin orqanı olan (erməni dilində) "Xorhurtayın Hayastan" qəzetinin binasına köçürüldü.

"Zəngi" qəzeti nəşr olunduğu ilk günlərdən çox da böyük olmayan 4-5 nəfərdən ibarət fədakar kollektivinin səmərəli fəaliyyəti nəticəsində qısa zaman ərzində azərbaycanlı oxucularda böyük maraq doğurduğundan, bu mətbu orqanın ətrafına çoxlu sayda müxbirlər, yaradıcı ziyalılar toplaşmağa başladı. Mövcud ziddiyyətli dövrdə müxbirlik etməyin çətin məsuliyyətli bir olmasına baxmayaraq, qısa zaman ərzində Əkbər Rizayev, Əli Heydarov, Əli Şabanov, Hüseyn Münşiyev, Qulam Fərhadov, Mehdi Kazımov, Əsgər Əsgərzadə, Məhəmməd Əzimzadə, Məcid Sultanov, Əli Rəhimov, Qəşəm Şahbazov, Həbib Məhəmmədzadə, Bilas Şadlinski, Əhməd Əhmədov, Feyzullah Əzimov, Qasım Əliyev, Lütfullah Muğanlinski, Mirzə Əsgər Rizazadə, Heydər İsmayılov, Məhərrəm Əliyev, Cabbar Əliyev, Manaf Abbasov, Əbdil Zeynalov, Nəriman Fəxri, Kərim Əhmədov, Əşrəf Yusifzadə başqa ziyalılar qəzetin ən aktiv müxbirlərinə çevrildilər. Bütün bu imzalar dərc olunan müxtəlif mövzulu məqalələr bir daha sübut edir ki, qısa zaman ərzində qəzet öz ətrafına yetərli yaradıcı heyət toplamış, gücünü səfərbər edə bilmişdir.

Qəzetin keyfiyyətli qüsursuz, sanballı nəşri üçün təcrübəli mütəxəssis kadrlara böyük ehtiyac olduğundan Bala Əfəndiyevin, Mustafa Hüseynovun şəxsi təşəbbüsü dəstəyi sayəsində redaksiyanın əməkdaşları peşə ixtisasını artırmaq məqsədilə Moskva, Sankt-Peterburq, Xarkov, Rostov başqa şəhərlərdə nəşr olunan "Pravda", "İzvestiya" kimi qəzetlərin redaksiyalarında təcrübəsi keçməyə göndərilirdilər.

"Zəngi" qəzetinin nömrələrini ardıcıl izlədikdə burada "Molla Nəsrəddin" satirik jurnalının təsiri daha çox nəzərə çarpır. "Molla Nəsrəddin" jurnalındakı "Lağlağı", "Mığmığa", "Bacadan baxan", "Cırcırama", "İki müxbir" "Hərdəmxəyal", "Ruçka" s. bu kimi imzalara "Zəngi" qəzetinin səhifələrində tez-tez rast gəlinməsi, felyetonların, karikaturaların oxşarlığı, satirik məzmunlu yazıların üslubu özünü daha çox göstərir.

Qəzet öz səhifələrində partiyanın, hökumətin qarşıya qoyduğu vəzifələri müntəzəm işıqlandırırdı. İstər İrəvanda, istərsə başqa şəhərlərdə çıxan dövri mətbuat hər halda sovet mətbuatı idi, buna görə yalnız kommunist-bolşevik ideologiyasını təbliğ etməli bu prinsipdən kənara çıxmamalı idi.

"Zəngi" qəzeti ilk nömrələrindən başlayaraq İrəvan Yeni Türk Əlifba Komitəsinin fəaliyyətini, yeni əlifba islahatı ilə bağlı məsələləri işıqlandırmışdır. Qəzet 1926-cı il fevral ayının 22-də 163 nəfər nümayəndənin iştirakı, Bala Əfəndiyevin sədrliyi Səməd Ağamalı oğlunun fəxri sədrliyi ilə keçirilən İrəvan YTƏK-in konfransının işi ilə bağlı geniş məlumat dərc etmişdi.

"Zəngi" qəzetində Türkoloji Qurultayın 7 səs əleyhinə, 101 səs lehinə olmaqla yeni əlifbanın qəbul edilməsi ilə bağlı yazılar da öz əksini tapmışdır. Onu da qeyd edək ki, Türkoloji Qurultayda iştirak etmək üçün Bakıya gəlmiş Bala Əfəndiyev burada olarkən "Zəngi" qəzetini bütünlüklə latın əlifbası ilə çap etmək üçün Səməd bəy Ağamalı oğlunun başqalarının köməyi ilə 15 pud latın şrifti çap dəzgahı alaraq İrəvana aparmışdır.

Qəzetdə 1927-ci ildə Azərbaycanın Yeni Türk Əlifba Komitəsi əsasında Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin yaradılması daimi yeri Bakı olan komitədə əksər türk xalqlarının nümayəndələrinin təmsil olunması haqqında məlumatlar da verilmişdi.

Sosial həyatın elə bir sahəsi yox idi ki, "Zəngi" qəzeti həmin sahəyə nüfuz etməsin. Azərbaycan dilində yeganə mərkəzi mətbuat orqanı olan bu qəzet İrəvanda yaşayıb-yaradan azərbaycanlı ziyalılar üçün bir növ tribun rolunu oynayırdı. Lakin qəzetin gündən-günə artmaqda olan nüfuzu, geniş oxucu kütləsinin ruporuna çevrilməsi, onun kiçik formatda, həftədə bir dəfə çıxması azərbaycanlı əhalinin mətbuata artan tələbatını ödəyə bilmirdi. Bu tələbat qəzetin böyük formatda gündəlik çıxmasını labüd etsə redaksiyanın kollektivi tərəfindən EK (b) P MK-ya edilən müraciətlər öz həllini tapmırdı. Qəzetin 8 sentyabr 1927-ci il sayında "Qəza müxbirləri onların vəzifələri" adı ilə dərc olunmuş məqalədə bu mətbu orqanın oktyabr ayından etibarən həftədə iki dəfə çıxacağı barədə məlumat verilmisdir.

1928-ci il mart ayının 8-dən etibarən qəzetin məsul müdiri vəzifəsinə Mustafa Hüseynovun təyin olunması bu mətbu orqanın fəaliyyətində yeni bir dönüş yaratdı. Mustafa Hüseynov əslən Türkiyədən idi. O, 1898-ci ildə anadan olmuşdur. Moskva şəhərində ali təhsil almısdır. Yaşadığı qısa ömrün böyük bir hissəsini ictimai fəaliyyətə, siyasi mübarizələrə, İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin inkişafına sərf etmişdir. 1923-cü ildə İrəvanda Azərbaycanlı Qadınlar Klubunun, 1924-cü ildə İrəvan Türk Pedaqoji Texnikumunun, İrəvanda Azərbaycan teatrının, milli məktəblərimizin yaradılması uğurla fəaliyyətə başlanmasında da onun müstəsna xidmətləri olmuşdur. 1922-ci illərdə Qəmərli nahiyyəsinin Çiləxanlı kənd məktəbində savadsızlığın aradan qaldırılması ilə bağlı açılmış hazırlıq kurslarında müəllim kimi çalışmışdır. O, 1923-cü ildə İrəvanda təşkil edilmiş Yeni Türk Əlifba Komitəsinin katibi büro üzvü olmuşdur. Uzun müddət "Zəngi", sonralar isə "Qızıl şəfəq" qəzetinin redaktoru vəzifəsində çalışmışdır. Qərbi Azərbaycanda milli mətbuatımızın zəngin ənənələrini yaşadıb, onun inkişaf etdirilməsində Mustafa Hüseynovun böyük xidmətləri olmuşdur. Ana dilimizdə çıxan həmin mətbuat orqanlarında onun tariximiz, mədəniyyətimiz, maarifimiz, ədəbiyyatımız teatr sənətimizə dair xeyli məqalələri dərc olunmusdur. O, erməni şovinizmi qarşısında əyilməz iradəsi, dönməz əqidəsi, əzmkarlığı mübarizliyi ilə məkrli xəbis qonşuları hiddətə gətirən türk ziyalısı kimi tanınırdı. Bu səbəbdən ona İrəvanda "Türk Mustafa" deyə müraciət edirdilər.

1937-ci ildə Mustafa Hüseynov qəzetin erməni əməkdaşı Mihatsahakanyanın donosu əsasında "türk casusu" kimi repressiyaya məruz qalaraq güllələnmişdir. Mustafa Hüseynovun siyasi-milli iradəsi sayəsində qəzet 1928-ci il fevral ayının 4-dən - 105-ci nömrəsindən etibarən həftədə iki dəfə kiçik həcmdə 4 səhifədən ibarət olmaqla yüksək tirajla nəşr olunmuşdur. Bu da qəzetin səviyyəsinin əvvəlki illərə nisbətən yüksəlməsinə səbəb olmuşdur. Hər həftə bazar cümə günləri çıxan "Zəngi" qəzetinə ictimai tələbat onun tirajının ildən-ilə artmasında da özünü göstərir. 1924-cü ildə qəzetin tirajı 400, 1926-cı ildə 550, 1927-ci ildə 1040, 1928-ci ilin martında 2400, dekabr ayında isə 2500 olmuşdur. "Zəngi" qəzetinin tirajının ildən-ilə sürətlə artması həm bu mətbu orqanın yayılma arealının genişləndirilməsi ilə bağlı idi.

Qərbi Azərbaycanda ana dilində yeganə mətbuat orqanı olan "Zəngi" qəzetinin azərbaycanlı kütlələri arasında yayılmasında tirajının artırılmasında İrəvan Türk Pedaqoji Texnikumunun müəllim tələbə heyəti çox böyük rol oynamışdı. "Zəngi" qəzetinin ən aktiv müxbirləri, təbliğatçıları da məhz bu təhsil ocağının müəllim tələbələri idi. Müəllimlərdən Mehdi Kazımov, Ələşrəf Bayramov, Miryusif Mirbabayev, tələbələrdən Tağı Camalov, Adil Axundov, Musa Qafarov, Mirzə Bəşirov, Abbas Tahir, Abdulla Mirzəyev, Əbülfət Rəhimov, Nəriman Fəxri, Mirzə Mirzəyev, Murad Tağıyev, Cəlil Quliyev, Paşa Makinski başqaları "Zəngi" qəzetinin ən fəal müxbirləri idilər. "Zəngi" qəzetinin Azərbaycanlı Pedaqoji Texnikumunda 40-dan artıq müxbiri var idi.

"Zəngi" qəzetinin bütün bölgələrdə - Uluxanlı, Ağbaba, Vedibasar, Eçmiədzin, Basarkeçər, Qaraqoyunlu digər regionlarda müxbir məntəqələri fəaliyyət göstərirdi. Bölgələrdə isə mətbuat yayım şöbələrinə əsasən ermənilərin təyin olunması, qəzetin vaxtlı-vaxtında abunəçilərinə çatdırılmaması xeyli narazılıq törədir, çox vaxt abunəçilərin haqlı iradlarına səbəb olurdu. Burada erməni şovinist dairələrinin məkrli məqsədi müxtəlif çirkin vasitələrlə azərbaycanlı oxucunu anadilli mətbuatdan məhrum etmək idi. Erməni şovinist dairələrinin yaratdıqları maneələrə baxmayaraq, azərbaycanlı oxucular kütləvi şəkildə qəzetə abunə yazılırdılar. Bu isə qəzetin dərinməzmunlu oxunaqlı çıxması üçün onun fədakar kollektivini daha da ruhlandırırdı. Redaktordan tutmuş mürəttibə kimi hamı fədakarlıqla çalışır, əlindən gələni edirdi ki, qəzet müntəzəm nəşr olunsun. Bunun üçün redaksiya heyəti Bakı, Naxçıvan, Şəki başqa şəhərlərdən abunəçilər cəlb edirdi. Məsələn, "Zəngi" qəzeti "Həlli çatmış məsələ" rubrikası altında "Şərq qapısı" (Naxçıvan), "Şəki fəhləsi" (Şəki) qəzetlərinin işi haqqında məqalələr verirdi. Hər üç qəzet "Gənclər səhifəsi" açaraq bir-biri ilə əlaqə yaradırdılar. Bu ənənəni sonrakı illərdə qəzetlər davam etdirdi. "Zəngi" qəzeti Bakıda "Kommunist", "Yeni yol", Türkiyədə "Cümhuriyyət", "Hakimiyyəti milliyə", Rusiyada "Pravda", Tbilisidə çıxan "Zarya Vostoka" müxtəlif şəhərlərdə nəşr edilən qəzetlərdəki aktual məqalələri çap etməklə İrəvan ziyalılarını elm, maarif, mədəniyyət sahəsində, o cümlədən dünyada müxtəlif ölkələrdə gedən proseslərlə tanış edirdi. Digər tərəfdən isə qəzet müxtəlif problemlərə həsr olunmuş məqalələri çap etməklə həm oxucularının intellektual inkişafına kömək etmiş olurdu.

"Zəngi" qəzeti Azərbaycanla əlaqələrə çox böyük önəm verirdi. Buna görə qəzet, ilk növbədə, Naxçıvanda özünə geniş daimi oxucu auditoriyası tapmışdı. Bakıda Məhəmməd Zəki, Naxçıvanda Qulam Səfərov, Hüseyn Əsədli, Şərurda İbrahim Qazıbəyov, Cəmil Ağayev, Məhəmməd Abbasəliyev, Cəfər Əsgərzadə, Səməd Fərzəliyev, Ordubadda Səfa Əylisli, İsmayıl Hüseynzadə, İmamverdi Nağızadə, Gəncədə isə Məhərrəm Əliyev, Əhməd Cəfərzadə qəzetin ən fəal müxbirləri təbliğatçıları idilər. Belə ki, qəzetin 1928-ci ildə Naxçıvanda hökumət kinoteatrında 23, istehlak cəmiyyətində 83, Ordubadda 27 abunəçisi var idi. Bu abunəçilər İrəvanda bütün Qərbi Azərbaycanda baş verən hadisələrdən xəbərdar olurdular. Bundan əlavə, naxçıvanlılar özləri bu qəzetin daimi müxbirləri idilər, onlar öz problemləri haqqında qəzetə yazır "Zəngi"nin köməkliyi ilə həllinə nail olurdular. Fəhlə-kəndli müxbirləri, müəllimlər, ziyalılar dövlət işçiləri abunə kampaniyalarında fəal iştirak edirdilər. Onların fəaliyyətini tənzimləyən qəzet qarşıya konkret vəzifələr qoyur hamısını yarışa çağırırdı. Yarışların nəticələri isə qəzetin səhifələrində işıqlandırılırdı. Məsələn, qəzetin Gəncə şəhəri üzrə müvəkkili Gəncə firqə məktəbinin tələbəsi Əhməd Cəfərzadənin fəallığı nəticəsində həmin dövrdə Gəncə firqə məktəbinin müdiri Paşa Ələkbərov, müəllimlərdən Səməd Vurğun, Manaf Quliyev, Mahmud Nəbiyev, Əli İsgəndərov, Vəli Axundov, tələbələrdən Xeyrulla Musayev, Məhəmməd Mahmudov, Əli Quliyev, Meyrəstə Hüseynova, Şəmdin Hüseynov, Məcid Abdullayev, Gəncə Pedaqoji Texnikumundan Cəfər Xəndan, Hüseyn Cəfərov, riyaziyyat müəllimi Əliş Cavadlinski başqaları "Zəngi" qəzetinə abunə yazılmışlar. İrəvan Qəza İcraiyyə Komitəsinin təlimatçısı vəzifəsində çalışan Əli Şabanov qəzetə 80, İrəvan 7 illik türk məktəbinin savad kurslarının müəllimi Əsgər Əsgərzadə 40, qəzetin müxbiri Murtuza Muradov 100, Eçmiədzin Qəza İcraiyyə Komitəsinin təlimatçısı Hüseyn Münşiyev 70, İrəvan əmələ fakültəsinin tələbələri Qədim Əhmədov, Rza Ələkbərov, Qarakilsə nahiyəsinin müəllimləri Məhəmməd Əfəndiyev, Kərim İsmayılov, nahiyənin katibi Məhəmməd Yusifov, firqə təlimatçısı Kərim Əhmədov, Eçmiədzin nahiyəsinin Nərimanov adına məktəbinin müdiri Qasım Əfəndiyev, həmin məktəbin müəllimi Cavad Axundov, İrəvan firqə məktəbinin tələbəsi Əsgər Salmanov, Dərələyəzdən Ələyəz kənd müəllimi Bayram Səttarov, Gülüdüz kənd müəllimi İsgəndər Həsənzadə, Vedibasardan Məhəmməd Paşayev, Adil Paşayev, Bilas Şadlinski başqaları abunənin təşkilinə, qəzetin kəndli kütlələri arasında yayılmasına yaxından kömək edirdilər. Qəzetdə dərc olunmuş "Zəngi"nin intişarı" adlı məqalədən aydın olur ki, bu mətbu orqan İrəvan, Dərəçiçək, Vedibasar, Gümrü, Ağbaba, Dilican, Qırmızı kənd, Eçmiədzin, Zəngibasar, Zəngəzur qəza nahiyələrində daha çox yayılmışdır. Qəzetin daimi müxbirlərinin əksəriyyətini müəllimlər təşkil edirdi.

"Zəngi" qəzeti 1927-ci ildə İrəvan Yazıçılar Cəmiyyətinin nəzdində yaradılmış azərbaycanlı bölməsinin ətrafında toplaşan ədəbi qüvvələrin yaradıcılıq istiqamətlərinin müəyyənləşməsinə inkişafına da öz təsirini göstərirdi. Belə ki, nəzərdən keçirdiyimiz həmin dövrdə "Zəngi" qəzeti səhifələrində artıq Azərbaycan dilində şeir nümunələri görünməyə başladı. Bu səbəbdən İrəvanda Azərbaycan poeziyasının aparıcı qüvvələri gənc ədəbiyyat həvəskarları olan Nəriman Fəxri, Əbülfət Rəhimov, Adil Axundov, Abbas Tahir, Telman Nəzərli, Əli Əliyev, Cəlal Sərdar, başqa gənc şair yazıçılar "Zəngi" qəzeti səhifələrində siyasi məzmunlu şeirlər dərc etməyə başladılar. Keçmişi gecəyə, sovet hakimiyyəti illərini günəşli gündüzə bənzətmək odövrkü şeirdə ən geniş yayılmış metafora idi. "Zəngi" qəzeti səhifələrində satirik şeirlərin dərc olunmasına da üstünlük verilirdi. "Vulkanlı", "Atey", "Tənqidçi", "Çırdaqxan", "Bacadan baxan", "Görən", "Sijimqulu", "Nadürist", "Lağlağı", "Mücavir" imzalarına "Zəngi" qəzeti səhifələrində tez-tez təsadüf olunurdu.

"Zəngi" qəzetinin nəşrinin 3 illiyi ilə bağlı xüsusi buraxılış nömrəsində "Zəngi" başlıqlı məqalədə qəzetin təməlinin 1925-ci il dekabrın 25-də qoyulduğu fikri irəli sürülür. Qəzetin fəaliyyətini dəyərləndirən müəllif "Zəngi" qəzetinin yaranma tarixini 1924-cü il noyabr ayının 29-u deyil, 1925-ci il dekabrın 25-i olduğunu qeyd edir. Bu məlumat da "Zəngi" qəzetinin yaranma tarixi haqqında həqiqəti əks etdirmir.

Yuxarıda qeyd etdiyimiz kimi, "Zəngi"nin əldə etdiyimiz ilk sayından bir sıra mənbələrdən məlum olur ki, qəzet 1925-ci il dekabrın 25-də deyil, 1924-cü il noyabr ayının 29-da Qərbi Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 4 illiyi münasibətilə işıq üzü görmüşdür. Bu fakt "Zəngi" qəzetinin nəşrinin 3 illiyinin deyil, 4 ilinin tamam olduğunu təsdiqləyir. Amma nədənsə "Zəngi" qəzeti 28 dekabr 1928-ci il tarixli sayında özünün 4 illik fəaliyyətini deyil, 3 illik fəaliyyətini qeyd etmişdir. Redaksiyanın özünün "Zəngi" qəzetinin nəşri tarixi haqqında bu cür yanlışlığa yol verilməsi maraqlıdır. Qəzet özünün 3 illik fəaliyyətinə 6 səhifədən ibarət xüsusi buraxılış həsr etmişdir. Qəzetin həmin nömrəsi nəfis tərtibat rəngarəng informasiya zənginliyi ilə seçilir. "Zəngi" qəzetinin həmin sayında təbrik şəkillər dərc olunmuşdur. Qəzetin yaranmasında xüsusi xidməti olmuş məsul müdiri Bala Əfəndiyevin, sonralar məsul müdiri olmuş Mustafa Hüseynovun, məsul katibi Əkbər Rizayevin, qəzetin rəssamı gənc müxbirlər şöbəsinin müdiri Murtuza Muradovun şəkilləri verilmişdir.

Qəzetdə onunla daim əməkdaşlıq edən müxbir yazıçıların - Əhməd Əhmədovun, Mehdi Kazımovun, Hüseyn Münşiyevin, İsmayıl Babayevin, Cəfər Vəlibəyovun, Əsgər Əsgərzadənin, Heydər İsmayılovun, Məhərrəm Əliyevin, Umud Süleymanovun, Məhəmməd Mamedovun, Kərim Əsgərovun, Cəfər Seyidovun, Cəfər Əsgərzadənin, Cəfər Cəfərovun, Həbib Məhəmmədzadənin, Abdulla Kərimovun, Nəsib Əfəndiyevin, qadın müxbirlərindən Kübra İbrahimovanın, Bəyim Kazımovanın, mürəttiblərdən Xəlil Rəhimovun, Əli Əliyevin, Yusif Fətullayevin başqalarının yazıları çap olunmuşdur. Dərc olunan yazılarda qəzetin keşməkeşli mübariz yolu əks olunmuşdur. Qəzetin 3 illik nəşri tarixi ideya istiqaməti haqqında dərc olunan məqalələrdən, təbrik məktublarından bir daha aydın olur ki, "Zəngi" qəzetinin nəşri təkcə milli mətbuat tarixində deyil, xalqımızın ictimai-siyasi mədəni həyatında da əlamətdar hadisə olmuşdur. Qəzetin fəaliyyətinin 3 ili ilə bağlı maraqlı faktlardan biri Cənubi Qafqazın tanınmış mətbuat orqanlarının qəzetə göndərdiyi təbrik məktublarıdır. Tiflisdə nəşr edilən "Zarya Vastoka", "Yeni kənd", "Yeni yol" (Bakı), "Şərq qapısı" (Naxçıvan) digər mətbuat orqanları qəzeti təbrik etmişdir. Zaqafqaziya Ölkə Komitəsi, vaxtilə qəzetin çıxmasına əngəl törədən Ermənistanın hakim şovinist dairələrinin rəhbərləri əlacsızlıqdan qəzeti təbrik etməyə məcbur olmuşdular. Bu təbriklər "Zəngi" qəzetinin ümumittifaq səviyyədə yüksək nüfuzundan xəbər verirdi. Qəzetin üçillik fəaliyyət dövrünə həsr olunmuş şeir, xatirə təbriklərdə bu mətbu orqanın yaranması, keçdiyi inkişaf yolu haqqında çox dəyərli məlumatlar vardır. Ümumiyyətlə, "Zəngi" qəzetinin meydana çıxması, üzləşdiyi problemlər, çətinliklər, qazandığı uğurlar, müxbirlərin fəaliyyəti haqqında 1928-ci illərdə çap olunan nömrələrdə kifayət qədər materiallar dərc olunmuşdur. Bu baxımdan, qəzetin üçillik fəaliyyətinə həsr olunmuş nömrəsi xüsusi əhəmiyyət kəsb edir.

İrəvanda mədəni inqilabın inkişaf etməsində böyük danılmaz xidmətləri olan İrəvan Türk Qadınlar Klubunun fəaliyyətini "Zəngi" qəzeti daim öz səhifələrində işıqlandırırdı. Onu da qeyd edək ki, Qadınlar Klubu İrəvanda Azərbaycan mətbuatının inkişafına da öz töhfəsini vermiş, onlarla azərbaycanlı qadın müxbirin yetişməsində böyük rol oynamışdır. Klub nəzdində qadınlardan ibarət gənc müxbirlər dərnəyinin fəallarının "Zəngi" qəzetində müxtəlif mövzulara aid məqalələr dərc edilirdi ki, bu da onların mətbuata olan maraq həvəsini artırır, jurnalistika sahəsində müəyyən təcrübə əldə etmələrinə kömək edirdi. Gənc müxbirlər dərnəyinin fəal üzvləri mətbuat sahəsində müəyyən təcrübə əldə etdikdən sonra onlardan bəziləri "Zəngi" qəzetinin aparıcı müxbirlərinə çevrilirdilər. Qəzetin 1925-1928-ci il nömrələrini nəzərdən keçirdikdə Bülbül Kazımova, Fatma Əfəndiyeva, Kübra İbrahimova, Bəyim Kazımova, Ənvər Rizayeva, Şaman Süleymanova, Mənzərə Axundova, Qeyis Münşiyeva, Nabat İbrahimova, Siddiqə Babayeva, İrbaba Bağırova başqalarının "Zəngi" qəzetinin ən aktiv qadın müxbirlərinin adlarına rast gəlirik. Bu fədakar, maarifpərvər qadınların istər Qərbi Azərbaycanda ədəbi-mədəni, ictimai-siyasi mühitindəki fəaliyyətdə, istərsə "Zəngi" qəzeti səhifələrində dərc etdirdikləri müxtəlif məzmunlu yazıları onların mətbuat, mədəniyyət maarif tariximizdə özünəməxsus yer tutduqlarını bir daha təsdiq edir. Bu istedadlı fədakar qadınların İrəvanda Azərbaycan mətbuatının təbliğində inkişafındakı böyük xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır.

Sovet hakimiyyətinin ilk illərində ictimai həyata atılan bu maarifpərvər qadınlar Qərbi Azərbaycanda qadınlar hərəkatında fəal iştirak etməklə digər müasirlərindən fərqlənirdilər. Göründüyü kimi, qəzet yalnız Qərbi Azərbaycanda ictimai, ədəbi-mədəni mühitin inkişafına xidmət etməmiş, eyni zamanda yaradıcı insanların üzə çıxmasında, jurnalist kadrların hazırlanmasında fundamental baza rolunu oynamışdır.

Getdikcə Cənubi Qafqazda aparıcı mətbuat orqanlarından birinə çevrilən bu qəzet 1928-ci il dekabr ayının 31-nə kimi "Zəngi" adı ilə fəaliyyət göstərmişdir. Müxtəlif vaxtlarda Bala Əfəndiyevin Mustafa Hüseynovun redaktorluğu ilə işıq üzü görən "Zəngi" qəzeti fəaliyyəti dövründə öz vəzifəsini şərəflə yerinə yetirmiş, ictimai-siyasi mədəni həyatımızın salnaməsinə çevrilmişdir.

 

Cəlal ALLAHVERDİYEV,

filologiya üzrə fəlsəfə doktoru,

dosent

 

İki sahil.- 2025.- 18 iyun, №102.- S.10.