Şah Abbas Namə
Azərbaycan
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında
yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə”
pyesi əsasında hazırlanan “Şah Abbas Namə” adlı
tamaşa son dönəmlərdə doğma teatrımda izlədiyim
ən möhtəşəm tamaşa idi.
İlk öncə
deyim ki, pyesdə dramaturji xətt çox mükəmməl
işlənmişdi. Şah Abbasın hakimiyyət dönəmi
4 müxtəlif mərhələyə bölünüb.
Uşaqlıq (yeniyetməlik), cavanlıq,orta yaş
dövrü və qocalıq. Yeniyetməlik dövrünü-
Mirsənan Kazımov, cavanlıq dövrünü -Niyaz
İlyasoğlu, orta yaş dövrünü - Elnur Kərimov,
qocalığı isə -Qurban İsmayılov
canlandırırdı.
Pyesin
dramaturji xətti də, məhz bu dönəmlər üzərində
qurulmuşdu. Şah Abbasın hələ uşaqkən
anasıyla birlikdə keçirdiyi qorxu, psixoloji
sarsıntıları demək olar ki, bütün həyatı
boyu onu izləyirdi. Bu amil isə yazıçı dramaturqun
insan psixologiyası ilə bağlı apardığı ciddi
araşdırmadan xəbər verir. Bütün psixoloqlar bunu
təsdiq edir ki, uşağın mənəvi və psixoloji
durumunun formalaşması adətən ana ilə bağlı
olur.Dramaturqun daha bir üstünlüyü Şah Abbasın
fonunda bütün şahların vəzifə hərisliyinin
sadə dillə ifşasıdır. Tamaşada göstərilir
ki, Şah Abbas üçün hər şey onun taxtda daha
uzun müddət, daha təhlükəsiz oturmasından və
gücünə güc qatmasından ibarətdir. O, məhz bu
taxt-tac sevdasına görə öz oğlanlarının
gözlərini çıxartdırır. Zəifliyinə və
qorxularına şahid olan bütün dostlarını
gözünü qırpmadan edam etdirir. Şah Abbas o qədər
ucalır ki, özünü Allahla müqayisə edir. Şah
öz dostu Zülfüqar xanı edam edərkən söyləyir:
Şaha xəyanət etmək Allaha asi olmaq kimidir.Lakin bunun
fonunda müəllif dönə-dönə vurğulayır
ki, Şah Abbas parçalanmaqda olan bir məmləkəti
bölgənin ən güclü dövlətinə
çevirməyi bacardı. Təbii ki, Şah Abbas bunu öz
qətiyyəti və cəsarəti nəticəsində edə
bilmişdi. Birdə qürur məsələsini
vurğulamasaq olmaz. Şahın qüruru onun əqidəsini
elə möhkəmləndirir ki, özündə cəsarət
tapıb yeniyetmə vaxtında taxta çıxır.Kiminsə
kölgəsində yaşamır və kiminsə köləsinə
çevrilmir. Dövlət idarəçiliyi ilə
bağlı bütün qərarları Şah Abbas şəxsən
özü alır. Bir növ həyatda öz yolunu özü
müəyyən edir. Bu yolsa həm onun, həmdə
başçısı olduğu dövlərtin
gücünü gündən - günə artırır.Təsadüfi
deyil ki, bugün də, qürurunu gücə çevirən
insanlar haqqında el arasında belə deyirlər:
"Özünü elə aparır ki, elə bir Şah
Abbasın qızıdır(oğludur)".
Tamaşanın
quruluşuna gəlincə isə Şah Abbasın səltənətinin
"ŞAHMAT" oyunu üzərində qurulması siyasətin
əslində bir oyun olduğunu və şahmatda qalib gəlmiş
Şah Abbasın həyatının hansı məhrumiyyət,
hansı əzab və hansı fitnələrdən ibarət
olduğunu tamaşaçıya aydın surətdə
göstərilir.
Rejissorun
daha bir uğuru isə tamaşa boyu dinamikliyi qorumağa
çalışması idi. Düzdür, əvvəldə
tamaşanın tempi bir o qədər yüksək
görünməsə də, səhnələrin
ardıcıllığına uyğun olaraq tempin yüksəlməsini
rejissorun məqsədinə çatmaq üçün
doğru planlanmış fəaliyyət modeli kimi dəyərləndirmək
olar. Sonda Şah Abbasın öz yerinə nəvələrindən
varis seçmək istəyərkən onu ən çox sevən,ona
şeirlər yazıb böyüklüyünü vəsf edən
nəvəsini və yaxud da, qol gücü ilə digərlərinə
qalib gələrək mükəmməl döyüşə
bilən başqa bir nəvəsini deyil, ən hiyləgər
nəvəni seçməsi Şah Abbasın səltənətini
qorumaq üçün daha çox hansı xüsusiyyətə
önəm verdiyini ortaya qoyur. Aktyor ifasının uğurlu
alınması və dramaturji xəttin məhz aktyor oyunu ilə
tamaşaçılara sadə dillə
çatdırılması rejissorun uzunmüddətli və gərgin
əməyinin göstəricisidir. Şah Abbası
canlandıran dörd aktyorun təhlilinə gəlincə isə
deyə bilərəm ki, səhnədə Mirsənan
Kazımovun obraza uyğun olaraq qurulan həyacanını Niyaz
İlyasoğlunun cəsarəti, Elnur Kərimovun qətiyyətli
çıxışlarını isə Qurban
İsmayılovun təmkini uğurla əvəz edirdi. Aktyor
oyunu dramaturqun əsərdə ortaya qoyduğu fikir və
ideyaları izləyiciyə çatdıra bilirsə, demək
tamaşanın quruluşçu rejissoru öz işinin
öhtəsindən layiqincə gəlib.
Pyesin
müəllifi yazıçı dramaturq İlqar Fəhmi,
tamaşanın quruluşçu rejissoru isə Nicat
Kazımovdur. Tamaşanın uğurlu alınması məhz
bu iki şəxsin uğurlu iş birliyinin bariz göstəricisidir.
İlqar Fəhmi və Nicat Kazımovun iş birliyini daha
öncə "Balaca Kişilər" tamaşasında izləsəm
də, "Şah Abbas Namənin" öncəki
tamaşadan xeyli üstün qurulması və səhnədə
daha təsirli şəkildə ifadə olunması amilini qeyd
etməyə bilmərəm. Həmçinin
"Şah Abbas Namə"yə gözəllik qatan, ruhumuzu
dincəldən, tamaşada gərgin əməyi olan aktyor heyyətinə
bu gözəl tamaşaya görə təşəkkürümü
bildirir və gələcək fəaliyyətlərində
uğurlar arzu edirəm.
Yaxşı
işi alqışlamaq lazımdır ki, ardı gəlsin...
Leyla
Şah
İki
sahil.-
2025.- 24 iyun, ¹107.- S.8.