Qərbi Azərbaycana qayıdış
siyasətinə daha bir
töhfə
Bütöv Azərbaycanın yenilənməsi,
itirilən tarixi torpaqların geri qaytarılması müxtəlif
tarixi dövrlərdə
bu dövlətə rəhbərlik edən heç də bütün rəhbərləri
düşündürən məsələ olmamışdır.
Məlum məsələdir
ki, zaman-zaman bu dövlətin torpaqları yadellilər tərəfindən işğala
məruz qalmış,
əraziləri qəsb
olunmuşdur. Bu da günümüzdəki
xəritəmizdə əks
olunan Azərbaycan dövlətinin əraziləri
ilə nəticələnmişdir.
Biz əgər sovetlər zamanında bu xəritəni birtəhər qəbul edib yaşayırdıqsa da qəlbimiz qan ağlayırdı: balası anasından ayrılan ürəyin göynərtisi ilə yaşayırdıq. Hər
bir Azərbaycan vətəndaşının, demək
olardı ki, dəruni bir arzusu idi ki,
əzəli bütövlük
nə zamansa bərpa olunsun.
Zaman irəlilədikcə
bu arzu qəlblərdə
abidələşməyə başlayırdı. Elə
bu zamanlarda da mənfur qonşumuz erməni tayfaları Qarabağın
20 faizini işğala
məruz qoydu. Həmin arzunun yerini bu dəfə
də torpaqlarımızın
20 faizinin geri qayıtması arzusu əvəzlədi. Düz
otuz il bu
arzu ilə yanıb-qovrulan Azərbaycan
xalqı məhz Ümummili Lider Heydər Əliyev siyasətinin məlum otuz ildəki bəhrəsini gördü.
Ulu Öndər Heydər Əliyev elə bir rəhbər
idi ki, Azərbaycanın
əzəli ərazilərinin
bərpası Onun yenilməz siyasətinin prioritet istiqaməti olmuşdu. Bu siyasətin təməli Ulu Öndər tərəfindən qoyulmuşdusa
da, davamçısı
da Müzəffər Ali Baş Komandan
İlham Əliyev idi. Aparılan uğurlu siyasətin bir o qədər də uğurlu davam etməsi otuz illik arzunu
gerçəkləşdirdi: işğala məruz qalmış Qarabağ geri qaytarıldı.
Bu gün
biz torpaqlarını düşməndən azad
etmiş qürurlu xalqıq. Biz azadlıq qüruru ilə yaşayırıq...
Bəli, bu uğurlu nəticədən
sonra əzəli və əbədi ərazilərimiz olan Qərbi Azərbaycana qayıtmaq arzumuz oyanmağa başladı.
Niyə də oyanmasın?! Tam haqqımızdır ki, dəfələrlə öz
yerindən-yurdundan zorla
qovulmuş soydaşlarımız
öz doğma el-obalarına qayıtsınlar
və mütləq şəkildə öz hüquqlarını orda bərpa etsinlər. Ermənilərin bu ərazilərə köçürüldükləri
həmin o tarixi zamandan etibarən bu xalq dəfələrlə
müxtəlif zorakılıqlarla
öz yerindən çıxarılıb. Məqsəd
də Azərbaycan xalqının bu yerlərdən izini silmək, erməninin olmayan qondarma tarixini yaratmaqdan ibarət olub. Həmin zamanlardan etibarən xalqımızın
qəlb dərinliklərində
məhz o yerlərə
qayıtmaq və yurd-yuvalarına qovuşmaq
arzusu yenidən baş qaldırıb. Zaman-zaman da bu istək ciddi
və mükəmməl
şəkildə formalaşmış
siyasətə gətirib
çıxarıb: “Qərbi
Azərbaycana Qayıdış
Konsepsiyası”nı formalaşdırıb. Qeyd
edilməlidir ki, məhz bu konsepsiya
ilə də rəsmi olaraq 2022-ci ilin dekabr ayının
24-dən etibarən müxtəlif
tədbirlər təşkil
olunmağa, qərarlar
qəbul edilməyə,
genişmiqyaslı işlər
görülməyə başlamışdı.
Bu işlərin nəticəsi olaraq Qərbi Azərbaycanla əlaqəli olan bütün sahələrdəki
gerçək məqamlar,
həqiqətlər məqalələrə,
kitablara və monoqrafiyalara çevrilərək
dünyaya yayılmaqdadır.
Onu da əlavə
edək ki, bu həqiqətləri dünyaya çatdırmağın
ən optimal vasitəsi də məhz onları kitablarda cəmləyərək,
müxtəlif dillərə
tərcümə edərək
dünyaya yaymaqdır.
Azərbaycan türklərinin
əzəli vətəni
olan Qərbi Azərbaycanın ermənilərə
sonradan verilməsi ilə bağlı təkcə tarixi faktlar deyil, həm də folklor örnəkləri məlumat verir. Bunları da toplayıb yazıya almaq ən azından
sözügedən siyasətə
ayna tutmaq, dəstək olmaqdır. Buranın köklü insanları olan soydaşlarımızla görüşərək
onlarla söhbət apararkən hətta ağlagəlməz həqiqətlər
də ortaya çıxa bilir. Bu baxımdan qərbi azərbaycanlı
soydaşlarımızla həmin
görüşlər mütəmadi
şəkildə aparılmalıdır.
Qərbi Azərbaycandan
sonuncu deportasiya zamanı çıxarılmış
soydaşlarımız Azərbaycanın
bir çox ərazilərində, eləcə
də Naxçıvanın
rayon və kəndlərində də
məskunlaşıblar. Onların
hətta kompakt yaşadıqları Parağa,
Gömür, Çalxanqala
və s. kimi kəndlər də vardır. Bu insanlar yaşadıqları
ərazilərdə öz
adət-ənənələrini qorumağa çalışıblar
və demək olar ki, buna
nail olublar da. Yəni, Azərbaycanın şərq
hissəsi öz övladlarına ürəkaçıqlığı
ilə qucaq açıb. Düzdür,
isti ocağından qovulan bu insanlar
bu tərəfdə də bir çox
məhrumiyyətlərlə qarşılaşıblar, bəzi
hallarda o çatışmazlıqların
müəyyən hissəsi
ilə bu gün də birgə yaşamaqdadırlar.
Lakin onlar üçün Vətən
adlı həsrətdən
və acıdan çətin başqa bir hiss, duyğu
yoxdur. Doğma yurd həsrəti bu insanların ən böyük dərdi, ən ağır yarasıdır.
Qərbi azərbaycanlılarla
mütəmadi görüşərək
onlarla söhbətlər
təşkil edən ziyalılardan biri də filologiya üzrə fəlsəfə
doktoru, dosent Aytən Cəfərovadır.
Qeyd edək ki, Aytən Cəfərova AMEA Naxçıvan
Bölməsinin əməkdaşı
olmaqla yanaşı, Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi kimi də fəaliyyət göstərir. Onun təşkil etdiyi görüşlərin nəticəsi
təkcə rəsmi hesabat və sənədlər üzərində
qalmır. A.Cəfərova
bu görüşlərdən
aldığı təəssüratları
publisistik, yeri gəldikdə də elmi məqalələrə
çevirərək geniş
oxucu auditoriyasına təqdim edir. Nəticə etibarilə, bununla ikinci hissədir ki, “Qərbi Azərbaynın etno-mədəni mühiti:
tədqiqlər, xatirələr,
faktlar” kitabı işıq üzü görür. Kitabın I hissəsindəki ənənə,
demək olar ki, II hissədə də davam etməkdədir.
Yəni dosent Aytən Cəfərova Qərbi Azərbaycandan toplanılan folklor örnəkləri üzərində
apardığı elmi
tədqiqatını məqaləyə
çevirərək bu
kitabda da təqdim edir. Eləcə də qərbi azərbaycanlı
soydaşlarımızla apardığı
görüşləri məqalələrə
daşıyaraq kitaba daxil edir. Bu
bölmə kitabın
II hissəsində “Yaddaşlarda
qorunan etno-milli tarix” adlanır. Kitabın maraqlı və bir o qədər
də önəmli hissəsindən biri də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızdan
toplanılmış folklor
örnəklərinin təqdim
edildiyi hissə “Qərbi Azərbaycanın
hikmət xəzinəsindən”
adlı ikinci hissəsidir. Üçüncü
hissə isə “Saz tutub, söz
qoşub Vətən deyərəm” başlığı
altındadır. Bu hissədə yenə də ilk kitabdakı
ənənəyə sadiqlik
müşahidə olunur,
beləki, burada biz Qərbi azərbaycanlı saz-söz
insanlarının poetik
dünyası ilə tanış oluruq. Bu dəfə də həmin hissədə Dərələyəz
mahalının istedadlı
övladı Bəylər
Xanlaroğlunun şeirləri
təqdim olunur.
Əvvəldə də bəhs etdiyimiz kimi, Qərbi Azərbaycanla bağlı yazılan nəinki kitab və monoqrafiya, hətta hər kiçik məqalə, çox önəmli və dəyərlidir. Çünki bu əsərlər Qərbi
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasına
ən yaxşı vəsilədir. Dosent Aytən Cəfər qızı Cəfərovanın
“Qərbi Azərbaycanın
etno-mədəni mühiti,
tədqiqlər, xatirələr
və faktlar” II kitabı da Qərbi Azərbaycana Qayıdışla bağlı
Azərbaycan Respublikasının
Prezidentinin imzaladığı
sərəncam və verdiyi fərmanlar işığında görülmüş
işlərin nəticələrindən
biri olaraq Qayıdış Konsepsiyasına
dəyərli töhfədir.
Mahirə Hüseynova,
filologiya elmləri doktoru,
professor
Zülfiyyə İsmayıl,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
İki
sahil.- 2025.- 24 iyun, ¹107.- S.6.