Dəmir yumruğun dəmir yollardakı təntənəsi

 

Rəqəmsal həllərin tətbiqi innovativ təşəbbüslərdən istifadə ADY-nin fəaliyyətinə yüksək səmərəlilik inkişaf gətirib

 

Dəmir yolu təkcə dəmir parçaısı deyil, həm insan duyğularının bir hissəsidir. Çünki bu, həsrətliləri qovuşduran yaxud tam əksinə, hicran ayrılıqlarının təməlini qoyan qatarları öz üzərində yırğalıya- yırğalıya irəli aparan bir yoldur. Elə ona görə çox məşhur şarilərin şerlərində dəmiyolları şeriyyat kimi yaddaşlarımıza hopdurulub.

Məsələn, Məmməd Arazın şerində deyildiyi kimi,

İki ömür yolu, bir dəmir yolu....

Bizimcün dayanıb bu dayanacaq

sənin mənim tək duyanın olub

məni sənin tək duyan olacaq.

Bəlkə bu dogrunu yalana bukum

Bu hissə inanan cox az olacaq

Bir ömrümuzə qayıtmaz bu gun

Birdə yolumuza cıxmaz bu qatar....

yaxud  Ramiz Rövşənin  şeiri:

Məni aldı səndən, getdi bu qatar,

Göydə bircə ovuc tüstüsü qaldı.

Saçında əlimin tumarı qaldı,

Ovcunda əlimin istisi qaldı.

Baxma, bu qatarın dalınca baxma,

Baxma, gözlərini yorunca, baxma.

Qaşların altında cüt yarpaq kimi

Gözlərin saralıb solunca, baxma.

Bunları  yazmaqda  məqsədim odur  ki, dəmir yolu nəqliyyatı insanlarımız üçün nəqliyyat vasitəsi  olmaqla bərabər, həm bəzi məqamlarda onların hiss duyğularını ifadə edəcək qədər diqqətçəkicidir.  Bəlkə mənim bu subyektiv fikirlərimlə razılaşmayanlar da var. Ancaq mən hələ gəncliyimdə dəniz sahilində  boş çöllərdə uzanan, insanın gözlərini sonsuzluğa qədər yoran dəmir  yollarında bir əsrarəngizlik, bir sehr görürdüm. Sanki hər ikisi mənimələ həmdərd idilər, biri ləpələrinin pıçıltısı ilə, biri isə qatar təkərlərinin «musiqisi»ilə 

Büutün  hallarda  dəmir  yollarının qatarların  bir insannın duyğulu anlar yaşatmaqdan  başqa daha  böyük  bir  vəzifəsi  var.  Bu, nəqliyyat  vasitəsi kimi ölkə əhalisinə iqtisadiyyatına xidmətdir. Ona görə indi  Azərbaycanda dəmir yollarının inkişafı   ölkə əhalisinə xidmətinin keyfiyyətindən  danışmaq istəyirəm. Xüsusi qeyd etmək istəyirəm ki, son 5 ildə  bu sahədə ciddi inkişaf müşahidə olunur. Məsələn , hələ  2015-ci ildə  Azərbaycan dəmir yolları haqqında yazdığım tənqidi məqaləni  oxuyanda buna bir daha əmin oldum. Həmin məqaləni  təqdim  etməklə oxucularımızda son 10 il ərzində dəmir yollarındakı  inkişafın  mənzərəsini  müqayisəli  şəkildə  vermək  istədim. Məqalənin  adı  belədir:  «Vaqonlar köhnə, xidmət  bərbad    yaxud  Azərbaycandaa sərnişindaşıma xidməti üçün hələ ölkəmizdəki  müasirləşmə ilə ayaqlaşa bilmir

Məqalədə  göstərmişdi  ki,  indi  ölkə vətəndaşı  Avropa həyat tərzini yaşamaq iddiasındadır. Davamlı təbii qazı, enerjisi olan, müasir standartlara uyğun magistral yolları, geniş infrastrukturu qurulan ölkəmizdə  insanların yeni yerləri ilə təmin olunması da sosial  rifahı  yüksəldən  önəmli  amildir. Xüsusən,  son bir  neçə ildə  müasir infrastrukturların  yaradılması , paytaxtın  eləcə regionların sosial iqtisadi inkişafını sürətləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən  onlarla   dövlət  proqramları imzalanıb.  Onların bir  çoxu artıq uğurla icra olunub yüksək nəticələr mövcuddur. Lakin bu müasirləşmənin yan  keçdiyi bir sahə var ki-o da «Azərbaycan Dəmir Yoları»  Qapaılı Səhmdar  Cəmiyyətinin (QSC)  sərnişindaşıma sahəsidir.

Məqalənin  davamı: Bakı-Astara sərnişin  qatarı ilə ölkəmizin cənub bölgəsinə getmişdim.  Qatara  minən kimi ilk hiss etdiyim, qəribə,  cansıxıcı  qoxu idi.  Mənə elə gəldi ki, illərdir bu vaqonun isərisinə hava girməyib. Sonra  kupeyə daxil  oldum. Baxmayaraq  ki, bayırda  hava xoş idi, lakin kupenin icərisi sanki qaynayırdı. Belə hədsiz istidən  sərnişinlər narahat  olmuşdular , hətta bir nəfər  bələdçiyə  ürəyinin  xəstə olduğuçu deyərək qatarın pəncərələrindən bir neçəsinin açılmasını  xahiş  etdi. Bu digər  sərnişinlərin tələbi  idi. Amma  qatar bələdçisi qədər çalışsa da pəncərələri açmaq mümkün olmadı. Ona  görə ki, bu pəncərələr sanki mismarlanmışdı. Sərnişinlər içərinin mülayimləşməsi üçün bələdçidən qatarın peçinin söndürülməsini xahiş etsələr bələdçi dedi ki, bu mümkün deyil, çünki o öz-özünə soyumalıdır. Səhərə yaxın isə peç söndü kupelər soyudu. İndi sərnişinlər üşüməyə başladılar. Bu dəfə soyuqdan şikayətlənən sərnişinlərə bələdçi cavab verdi ki, daha bu peçi yandırmaq mümkün deyil.

Yenə həmin məqalədən: Bu qatardakı vaqonlar köhnə idi. Hələ ötən əsrin 80-ci illərində rayondan Bakıya gəldiyim sınıq-salxaq vaqonlarını xatırdadırdı. Burada sərnişinlər üçün normal hava şəraiti yaratmaq mümkün deyildi. Tualeti, perronu bərbad vəziyyətdə, döşəküzləri saralmış, soluxmuş halda... Hətta bunlar bir yana, qatar 350-400 kilometrlik bir yolu təxminən 9-10 saata getdi. Ona görə ki, dəmir yolları da bərbaddır, bu yollarla teplovozun  (iyirmi birinci əsrdə hələ bizim dəmiryollarında teplovozdan istifadə edilir E.Z.) sürət həddi saatda 40-50 kilometrdən artıq olmur.     

Əziz oxucum, yəqin  mənim 10 il əvvəl yazdığım bu yazıdan da anladınız ki, dəmir yolu nəqliyyatı  necə bərbad idi. Bəs indi bu sahədə vəziyyət necədir?  Bu sualı cavablandırmaq üçün «Azərbaycan Dəmir Yolları» QSC-nin son bir neçə ildəki fəaliyyətinə nəzər yetirdik.  Bu gün ölkəmizin dəmir yollarında  İsveçrənin «Stadler Rail Group» şirkətinin istehsalı olan yeni, müasir komfortlu FLIRT -(Sürətli, Rahat Şəhərlərarası Regional Qatar) markalı qatarları hərəkət edir. Qatarlar  BakıAğstafaBakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verilib. 2019-cu ildə ADY ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən alınmış FLIRT tipli 10 müasir qatardan dördü artıq ölkəmizdədir test yürüşlərini tamamlayıb. Həmçinin sərnişindaşımanın daha da genişləndirilməsi sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə ADY sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki Ucar stansiyalarında da dayanacaq verir. Bu, Ağdaş rayon sakinləri üçün açılan artıq ikinci stansiyadır. Beləliklə, həmin ərazilərdə yaşayan daha 200 minə yaxın vətəndaşın müasir «Stadler» qatarlarından istifadə etməklə səfərlərini rahat təhlükəsiz təşkil edə bilməsi üçün imkan yaranacaq.

Bundan başqa, ADY Qərb bölgəsinin sakinlərindən daxil olan müraciətləri nəzərə alaraq BakıAğstafaBakı marşrutu üzrə reyslərin sayını iki dəfəyədək artırır. Belə ki, sürətli qatarlar artıq hər gün səhər axşam saatlarında həm Bakıdan, həm Ağstafadan hərəkət edəcək. Bu da xətt üzrə təkcə Bakı şəhərindən Qərb istiqamətində gedən sərnişinlərin yox, eyni zamanda, əks istiqamətdən Bakı şəhərinə gələn sərnişinlərin rahatlığını təmin edəcək. Məlumat üçün bildirək ki, yeni istismara verilmiş FLIRT markalı birmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir sərnişin tutumu 270 nəfərdir. Yeni nəsil təhlükəsizlik texnologiyası bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş qatarlarda standart, standart plyus, biznes birinci sinif yerlər mövcuddur.

Xidmət keyfiyyətinin yüksəldilməsi baxımından qatarlar geniş bar-vaqon salonuna malikdir hər bir sərnişin rahatlıqla bu salonun xidmətindən istifadə edərək isti soyuq içkilər, qəlyanaltılar əldə edə bilər. Sərnişindaşımada hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. Yeni qatarlarda da fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri dəstəkləyici xidmətlər təklif olunur. Belə ki, istər oturacaqlarda nömrələmə sistemi, istərsə digər məlumat lövhələrində yazılar brayl əlifbasında da təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.

Sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan «ADY Mobile» tətbiqi istifadəyə verilib. Həmçinin sərnişinlərin «Google Pay» «Apple Pay» kimi ödəniş üsullarından istifadə etməklə onlayn bilet ala bilməsi üçün aparılan işlər son mərhələdədir. Görülmüş işlərin nəticəsində bu gün sərnişinlərin təxminən 70 faizi səyahət ödənişlərini onlayn qaydada həyata keçirir. Bundan başqa, qatarlarda stansiyalarda ödənişsiz «Wi-Fi» zonalarının yaradılması istiqamətində müvafiq addımlar atılır.

Qeyd edək ki, son illər ADY- keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Belə ki,  2025-ci ilin yanvar-aprel aylarında 2 milyon 979 min 167 sərnişin daşıyıb  ki,  bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 412 min 949 sərnişin ya 16,1 faiz çoxdur. Bu müddət ərzində Abşeron dairəvi marşrutu üzrə qatarlarla 2 milyon 820 min 738 sərnişin daşınıb. Bu da 2024-cü ilin eyni dövrünün nəticələri ilə müqayisədə 373 min 168 sərnişin ya 15,2  faiz çoxdur. Bu ilin yanvar-aprel aylarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə 123 min 89 sərnişin daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 min 849 sərnişin ya 18,1  faiz çoxdur. Həmçinin , bu ilin ilk dörd ayında Bakı-Qəbələ-Bakı marşrutu üzrə 11 min 909 sərnişin daşınıb. O cümlədən, bu il qatarla səfər etmiş xarici turistlərin sayı 2 035 sərnişin ya 33 faiz artaraq 8 281 nəfər olub. Hesabat dövründə Bakı-Balakən-Bakı marşrutu üzrə 23 min 431 sərnişin daşınıb.

Azərbaycan dəmiryolçularının həyatında ən dəyərli illər isə həm ikinci Qarabağ müharibəsində göstərdikləri fədakarlıqlar,  həm postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə dəmir yollarının bərpası idi. Yəni, Müzəffər Ali Baş Komandanın sərt dəmir yumruğunun qüdrəti dəmir yollarında da özünün təsdiqini tapdı. Postmüharibə dövründə Qarabağda Şərqi Zəngəzurda çəkilən dəmir yolları həm düşmənin sinəsinə çəkilən çalın-çarpaz bir yol idi. Bunlardan biri 2025-ci ilin 10 may tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan  Ağdam Dəmir Yolu Avtovağzal Kompleksidir. Ağdam Dəmir Yolu Avtovağzal Kompleksi BərdəAğdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran istirahət guşələri yaradılıb. Sərnişinlərin həm qatar perronuna, həm avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub. Ağdam Dəmir Yolu Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Açılış tədbiri çərçivəsində BərdəAğdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salınıb.

Bütün bu inkişafla bərabər, ADY-dən ölkə əhalisinin mütləq gözləntiləri  var. Bu, cənub şimal rayonlarımıza da yeni müasir sərnişin qatarlarının açılışını təmin etməkdir. Çünki dəmir yolu sərnişinləri üçün həm ən təhlükəsiz, həm ən sərfəli nəqliyyat vasitəsidir. Hələ ən müasir qatarlarla səyahət etmək isə qürurverici olduğu qədər insanın rahatlığı üçün əsas amildir. 

 

Elçin Zaman

 

Yazı «Azərbaycan Dəmir Yolları» QSC Mətbuat ŞurasınınAzərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu» mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

 

İki sahil.- 2025.- 25 iyun, ¹108.- S.7.