MİLLİ ORDUMUZUN İNKİŞAF
TARİXİ
Silahlı
qüvvələrimiz-107
Ordu tarixən dövlətin formalaşmasını şərtləndirən başlıca atributlarından olmuşdur. Bu aspektdən baxıldıqda Azərbaycan tarixi-coğrafiyasında ilk ordu quruculuğunun ilk dövlət qurumlarının formalaşdığı dövrdə - e.ə. III minillikdə başladığı şübhəsizdir.
Təqribən 5 min illik bir
zaman kontekstini əhatə edən hərb tariximiz Manna, Albaniya, Atropatena, Səfəvilər,
Azərbaycan xanlıqları
dövrlərindən Azərbaycan
Demokratik Respublikasının
yaradılmasına qədər
enişli-yoxuşlu inkişaf
yolu keçmişdir.
Lakin milli ordu olaraq yaradılması
1918-ci il 26 iyun tarixində başlamışdır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin
22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə
Azərbaycan Korpusunun yarandığı həmin
gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
elan edilmiş və rəsmi dövlət bayramı kimi qeyd edilir.
Həmin tarixdən
keçən 107 ilə
nəzər saldıqda
bu tarixdən əvvəlki minillərə
bərabər inkişaf
yolu qət edildiyini görmək heç də çətin deyil. Bu inkişaf tarixində XX əsrin
70-ci illərindən başlayaraq
həyata keçirilən
tədbirlər xüsusi
əhəmiyyətə malikdir.
Ümummilli Lider
Heydər Əliyevin müstəsna xidmətləri
sayəsində ordu quruculuğunda həyata keçirilən ən mühüm tədbirlərdən
biri ölkəmizdə
milli hərbi kadrların hazırlanması
olmuşdur. 1971-ci ildə
böyük zəhmətlər
bahasına da olsa, görkəmli sərkərdə Cəmşid
Naxçıvanskinin adını
daşıyan hərbi
liseyin yaradılması
bunun bariz nümunəsi idi. Lakin tarix göstərirdi
ki, ordunun güclü olması vətənpərvərlik hissi
ilə yanaşı, düzgün idarə olunmasından və birlikdən keçir. Müstəqilliyin ilk illərində torpaqlarımızın
bir hissəsinin işğal edilməsi birlik və nizam-intizam kimi bu vacib faktorların
olmamasından qaynaqlanırdı.
Belə bir ağır vaxtda xalqın çağırışı
ilə hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyev dağınıq
qruplaşmaları ləğv
edərək nizami ordu quruculuğu prosesinə start vermiş, bunun üçün daha bir vacib məqamlardan
olan sabitliyin təminatı üçün
1994-cü il mayın
12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində
atəşkəs haqqında
müqavilə imzalanmışdır.
Milli hərbi
kadr ehtiyatının formalaşdırılmasına hədəflənmiş
20 fevral 1999-cu il, 20 avqust 2001-ci il tarixli Prezident fərmanları ilə ordumuzun beynəlxalq standartlara uyğunlaşdırılmasına
da yol açmışdır.
Belə ki, 1994-cü ilin əvvəllərində
Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına,
1996-cı ildə “Planlaşdırma
və analiz prosesi” proqramına, 2001-ci
ildə isə “Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat
Planı”na qoşulmasının
nəticəsi olaraq Azərbaycan ordusu NATO proqramlarında iştirak edərək mənimsədikləri
ən son hərbi yenilikləri Beynəlxalq sülhməramlı
qüvvələrin tərkibində
Kosovoda, Əfqanıstanda
və İraqda sınaqdan keçirən
və Müzəffər
Ali Baş Komandanının rəhbərliyi
altında torpaqlarımızı
azad edərək tariximizin qürur dolu yeni səhifəsini
yazan güclü orduya çevrilməklə
yeni bir inkişaf mərhələsinə
qədəm qoymuşdur.
Azərbaycan Ordusunun müasir inkişaf tarixinə XXI əsr intensiv böyümə mərhələsi
kimi daxil olmuşdur. Bu prosesdə Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev tərəfindən
həyata keçirilmiş
tədbirlər xüsusi
yer tutur. Belə vacib əhəmiyyətli tədbirlərin
nəticəsi olaraq Azərbaycanda hərbi sənaye kompleksi yaradılmışdır. Bu
gün dünyanın
aparıcı beynəlxalq
sərgilərində Azərbaycanın
hərbi məhsullarının
nümayiş olunması
ordumuzun silah-sursat potensialının üstün
səviyyəsindən xəbər
verir. Bu potensial
2016-cı ilin aprel döyüşlərində Füzuli,
Cəbrayıl və Tərtər rayonlarının
işğal altındakı
ərazilərinin 2000 hektardan
çox hissəsinin azad edilməsində,
2018-ci ilin mayında Günnüt zəfərində
Naxçıvan Muxtar
Respublikasının 11 min
hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndinin düşməndən azad
edilməsində, 2020-ci ildə
44 günlük Vətən
müharibəsində düşmən
üzərində Qələbə
qazanaraq 5 şəhər,
4 qəsəbə və
300-dək kəndin işğaldan
azad edilməsində və 2023-cü ilin 19-20 sentyabr tarixində Azərbaycanın Qarabağ
bölgəsindəki erməni
silahlı qüvvələrinə
qarşı qətiyyətli
anti-terror əməliyyatı
ilə suverenliyimiz və ərazi bütövlüyümüzün təmin edilməsində özünü uğurla təsdiqləmişdir.
Əlbəttə ki, bu qələbələr
qurbansız olmamışdır.
Lakin Azərbaycanın
suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimiz,
sağlamlığını fəda etmiş vətənpərvər qazilərimiz
hər zaman dövlət qayğısı
və xalq məhəbbəti ilə
əhatə olunmuşdur.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə Vətən müharibəsində qələbə
münasibətilə Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi bu ali diqqətin
təcəssümüdür. Bununla yanaşı Ordunun sosial-iqtisadi təminatı başlıca
prioritet məsələlərdən
olmuşdur. Prezident İlham Əliyevin göstərişinə əsasən
2025-ci ildə büdcənin
müdafiə və təhlükəsizlik xərcləri
1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılmış,
2025-ci il yanvarın
1-dən hərbi qulluqçuların
aylıq vəzifə
maaşları orta hesabla 10 faiz artırılmışdır. Bu
tədbirlərlə yanaşı
orduda aparılan maarifləndirmə işi,
vətənpərvərlik ruhunun gücləndirilməsi
də yüksək səviyyədə davam etdirilmişdir.
Azərbaycan ordusunda vətənpərvər
ruhun möhkəmləndirilməsində
əvvəlki illərdə
yaradılan hərbi təhsil müəssisələrinin
təkmilləşdirilməsi, yeni standartlar çərçivəsində formalaşdırılan hərbi
məktəblər mühüm
rol oynayır. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına
uyğunlaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər
çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin
təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə
Milli Müdafiə Universitetinin və onun tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kollecinin təşkili, Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı
ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda
dəyişikliklər edilməklə
Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə
İnstitututlarının yaradılması,
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyətini
Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirməsi, Cəmşid Naxçıvanski
adına Hərbi Lisey və Heydər
Əliyev adına Hərbi Liseyin Milli Müdafiə Universitetinin nəzdində
daha təkmilləşdirilmiş
şəkildə fəaliyyətinin
qurulması müasir düşüncəyə, yüksək
intellektə və ən başlıcası güclü patriotizmə malik olan yeni
bir hərbi nəsil formalaşdırmaqdadır.
Bu qəhrəman ordunun gəldiyi yüksək məqamı
ən yaxşı şəkildə ifadə
edərək Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev demişdir: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır.
Biz bütün dünyaya göstərmişik
ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər
ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv
etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda
diz çöküblər
və onlar bundan sonra bu
damğa ilə yaşayacaqlar, rəzalət
damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər
xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü
iradə sahibi kimi”. Bu qüruru
bizlərə yaşadan
Müzəffər Ali
Baş Komandanın qalib ordusunun şəhid qəhrəmanlarını
rəhmətlə anır,
qazilərinə, eləcə
də hərbi xidmətdə və ehtiyatda olan qüvvələrinə isə
sağlamlıq, Vətənimizin
qorunması və inkişafı yolunda yeni-yeni uğurlar arzu edirik.
Zeynəb Quliyeva,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı,
tarix elmləri doktoru
İki
sahil.- 2025.- 25 iyun, ¹108.- S.4.