Ulu Öndərin liderlik
fəlsəfəsi,
xilaskarlıq missiyası
Əbədiyaşar lider
Tarixi yazan, yaşadan,
əməlləri ilə
zənginləşdirən, sonrakı nəsillərə
nümunə göstərilən,
müdriklərin ibrət
dərslərini şəxsi
keyfiyyətlərində təkmilləşdirərək
nəsildən-nəslə ərmağan edən liderlərin taleyi rəhbərlik etdikləri
dövlətlərin salnamələri
ilə eynilik təşkil edir. Böyük sərkərdə
Napaleonun söylədiyi
«Siyasət taledir!» sözləri bu həqiqəti əks etdirir. Tarixdə bu cür yaşam haqqı qazananların sayı az olsa
da, Əliyevlərin taleyinə
yazılan siyasət bütünlükdə Azərbaycan
xalqının yoluna bələdçilik edir.
Sübut olunmuş digər qanunauyğunluq budur ki, dövlət həm də xalqın düşüncə
tərzini şəxsi
keyfiyyətlərində yaşadan
liderləri ilə tanınır, qüdrətlənir.
Respublikamızı dünyada ən
qüdrətli dövlət
kimi tanıdan, liderlik fəlsəfəsinin
əsasını müstəqillik,
azərbaycançılıq ideologiyası ilə əbədiləşdirən Ulu Öndər Heydər Əliyev inkişafın Azərbaycan modelinin müəllifi kimi də xalqına sadiqliyini əməlləri
ilə təsdiqləyib.
Respublikamıza qərinədən
artıq müddətdə
rəhbərlik etmiş,
dünyada tanıtmış
Ulu Öndər Heydər
Əliyev fəlsəfəsinin
nəticəsi qüdrətli
Azərbaycan, əməllərinin
dəyəri Prezident
İlham Əliyev kimi
siyasətçini yetirməsidir.
Böyük Hun sərkərdəsi
Attila demişdir: «Bütün
rəhbərlər qəbul
etməlidirlər ki, qələbə
o adamlara nəsib olur ki, onlar təkcə nəyi etmək lazım olduğunu yox, həm də nə vaxt etməyi
bilirlər Bu, məkanı
və zamanı hiss etməkdir.»
Aglı, zəkası
sayəsində zamanın
dili ilə «danışmağı» bacaran,
qətiyyətli addımlarını
şaxələndirməklə, siyasət fəlsəfəsinin
coğrafiyasını genişləndirən
müdrik şəxsiyyət
Heydər Əliyev xalqımızın ağır
günlərində, milyonlara
bələdçilik etdiyi
çətin məqamlarda
söylədiyi «Əmin
ola bilərsiniz ki, Azərbaycanın
sükanı etibarlı
əllərdədir… ölkəmizin
müstəqilliyini göz
bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın
müstəqilliyini daimi
edəcəyik» sözlərini
qanı, canı bahasına gerçəkləşdirdi.
Dahilik insanın intellektual keyfiyyətidir. Onun atributları isə ağıl, zəka, təfəkkür, hikmət
və fikirdir. Dahilər ona görə «tarixiləşirlər»
ki, Tanrının onlara
verdiyi bu «sərvətləri» ehtiyatla,
düşünülmüş, dövrün tələbinə
uyğun, eyni zamanda milyonlara xeyir verəcək səviyyədə «xərcləyirlər.»
Bu keyfiyyətləri siyasi
və şəxsi həyatında təkmilləşdirən
Ulu Öndər Heydər
Əliyev xalqı arxasınca apara bilmək qabiliyyətini çoxillik dövlətçilik
təcrübəsi ilə
möhürləmişdi. Dünya
siyasətinin aparıcı
simalarından olan tanınmış ictimai-siyasi
xadimlərin Heydər
Əliyev haqqında söylədikləri sözlər
Ulu Öndərin tərcümeyi-halını
zənginləşdirən kəlamlardır.
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işlədiyi müddətdə belə
ağlı, zəkası,
dövlətçilik təcrübəsi
ilə başqa millətlərdən olan həmkarlarını heyrətləndirən
Heydər Əliyev haqqında tanınmış
telejurnalist Andrey Karaulov
1995-ci ildə yazırdı:
«Əliyevin çox güclü fantastik yaddaşı var. Bunu tam ciddi deyirəm: o , öz yetmişillik
həyatının hər
bir gününü ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.»
Bacarıqlı natiq, bütün nitqləri proqram xarakteri daşıyan və dövrünün ən istedadlı ictimai-siyasi xadimi kimi dəyərləndirilən
Heydər Əliyevi beynəlxalq miqyaslı siyasətçi adlandıran,
40 ilə yaxın
SSRİ-nin diplomatiya kursuna başçılıq
edən sabiq xarici işlər naziri Andrey Qromıko Baş nazirin müavini kimi ən məhsuldar kadr olaraq maraq
doğuran Heydər Əliyevin bacarığını
bu sözlərlə qiymətləndirirdi: «O, MK üzvlərinin
əksəriyyətinə xas
olan tərbiyəsizlik,
həyasızlıq yüngül
xasiyyətlilik kimi keyfiyyətlərdən uzaq
idi…Öz- özümə düşündüm:
«Sovet İttifaqını
idarə etmək üçün məhz belə cavan və enerjili rəhbər gərəkdir.
Bu keyfiyyətlər Heydər
Əliyevdə var.» «Mən
görkəmli dövlət
xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək
və əbədi edəcəkdir. Heydər Əliyevin uzaqgörən
siyasəti xalqı və ölkəni firavanlığa, sürətli
inkişafa gətirib çıxaracaqdır» söyləyən
tanınmış amerikalı
siyasətçi Henri Kissincerin
sözləri həyatda
təsdiqini tapan gerçəkliklərə daha
bir nümunədir.
«Həyatın mənası
insanın çox və yaxud az
yaşamasından ibarət
deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək,
ləyaqət göstərmək
və başqaları
üçün nümunə
olmaqdır» söyləyən
Ulu Öndər canından
artıq sevdiyi Azərbaycanı təhlükələrdən
qorumaqla, tərəqqi
yoluna çıxarmaqla
xalqımızın qəlbində
əbədi yaşarılıq
haqqı qazandı. Milyonların taleyini düşünən qətiyyətli
sərkərdə olduğunu
siyasi iradəsi ilə təsdiqlədi.
«Qurtuluşun siyasi, iqtisadi, mənəvi məntiqi qüdrətli Azərbaycandır» söyləyən,
fitri istedadı, uzaqgörən siyasəti
ilə sınaqlardan mətanətlə çıxan,
20 Yanvar hadisələri
zamanı fərdi pensiyaçı kimi Azərbaycanın Moskvadakı
Daimi Nümayəndəliyinə
gələrək Bakıya
yeridilən qoşunları
respublikamızın suverenliyinə
təcavüz adlandıran
Ulu Öndər xilaskarlıq
missiyasını 1993-cü ildə baş verən iyun hadisələri zamanı Azərbaycanı daxili və xarici düşmənlərdən qorumaqla
da təsdiqlədi. Varlığı
sual altında olan, AXC-Müsavat cütlüyünün səbatsızlığı
üzündən dağılmaq
təhlükəsi ilə
üz-üzə dayanan
respublikamızı parçalanmaqdan
xilas edən, ölkədə yaranan qarşıdurmaları aradan
qaldıran, separatçılıq
hərəkatının qarşısını
alan, müstəqilliyimizi
istəməyənlərin ölkəmizdə sabitliyin
pozulması üçün
etdikləri müdaxilələri
aradan qaldıran Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ondan nicat
gözləyənlərin ümidi,
pənahı oldu. Güclü, qətiyyətli , zəngin dövlətçilik
təcrübəsinə malik böyük şəxsiyyətlə
müqayisədə gücsüzlüklərini
etiraf etməyə cəsarətləri çatmasa
da təxribatlarla, təhdidlərlə,
fiziki təsirlərlə
xalqın ümid yeri olan Heydər
Əliyevi devirmək üçün yollar axtaranlara xalqın dəstəyi ilə həyat dərsi verən Ulu Öndər əsl xalq liderinə
layiq qətiyyət göstərirdi. Gəncə
hadisələrindən xoflanaraq
«vəzifələrini donduranlardan»,
Surət Hüseynovun qarşısında «ağ
bayraq» qaldıranlardan,
torpaqlarımızı işğal
edən Ermənistanın
silahlıları qarşısında
acizliklərini etiraf edənlərdən fərqli
olaraq təcrübəli
dövlət xadimi kimi, xalqımızı gözlənilən təhlükələrdən
uzaqlaşdıran Ulu Öndər
xilaskarlıq missiyasını
da qətiyyətlə yerinə
yetirdi. «Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan
qüvvələr 1991-1993-cü illərdə ölkəmizi
lazımi səviyyədə
idarə edə bilməmişlər. Onların
üzərinə düşən
yüksək məsuliyyəti
dərk etməmişlər
və gənc müstəqil dövləti
demək olar ki, idarəolunmaz vəziyyətə
salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda
yaşanan xoşagəlməz
hadisələr, hallar
ölkəmizin müstəqilliyini
sual altına qoymuşdur. Xüsusilə
1992-ci ildə AXC-Müsavat
cütlüyünün dövlət
çevrilişindən, hakimiyyətin
güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə
xaos, anarxiya, özbaşınalıq hökm
sürürdü. AXC-Müsavat
hakimiyyəti talançılıqla
məşğul idi. Torpaqlarımız işğal
altına düşmüşdür
və bununla bağlı çoxsaylı
qaçqınlar-köçkünlər
yaranmışdır. AXC-Müsavat
hakimiyyəti qardaş
qanı axıtdı,
vətəndaş müharibəsinə
start verdi və bu, xalqımızın böyük faciəsi idi» sözləri ilə o dövrdə baş verənləri tariximizin qara ləkəsi, rüsvayçılıq
illəri adlandıran
Prezident İlham Əliyevin
vurğuladığı kimi
Azərbaycan xalqı antimilli hakimiyyətə yalnız bir il dözə bildi.
Ölkə iqtisadiyyatının bərbad hala salındığı, dövlət
büdcəsinin dağıdıldığı,
daxili qarşıdurmalara
bilərəkdən münbit
şərait yaradıldığı
o çətin günlərdə
Azərbaycanın müstəqilliyi
naminə həyatını
təhlükəyə atan,
1993-cü ilin 9 iyununda
xalqın təkidli tələbinə cavab olaraq Bakıya qayıdan, parlamentin 15 iyun tarixli sessiyasında
Ali Sovetin Sədri seçilən Ulu Öndər
liderlik fəaliyyətini
daha mürəkkəb
siyasi şəraitdə,
geniş sferada davam etdirdi. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində ümumxalq
etimadını qazanaraq
respublikaya rəhbərliyə
başlayan müdrik şəxsiyyət Heydər
Əliyev dövlətçilik
təcrübəsinə arxalanaraq
xalqın itirilən inamını özünə
qaytardı.
Ali Sovetin sessiyasındakı tarixi nitqində söylədiyi «Biz Azərbaycanda
demokratik müstəqil
respublika quraraq sivilizasiyalı cəmiyyət
uğrunda mübarizə
apararaq, ümumi dünyəvi bəşəri
dəyərlərin hamısından
istifadə etməliyik.
Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən
sonra, ilk dəfə müstəqilliyini aldıqdan
sonra bütün dünyaya öz tarixi nailiyyətlərini,
öz milli ənənələrini
nümayiş etdirə
bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından
səmərəli istifadə
olunarsa, Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik hüquqi, ümumbəşəri dəyərlərin
əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz,
həm tarixi ənənələrimiz, həm
dini mənbəyimiz olan İslam dini - hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə
edək» sözlərini
sonrakı illərdə
xalqın iradəsinə
arxalanaraq reallaşdırdı.
Ən ümdə vəzifə kimi torpaqlarımızın
işğaldan azad edilməsini qarşıya
qoyan Ulu Öndər bu sahədə də müdriklik göstərirdi, Qarabağ
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
üçün var gücü
ilə çalışırdı.
Ordu quruculuğu istiqamətində apardığı
islahatları ilə müdafiə qüdrətimizin
möhkəm, etibarlı
təməlini qoyan bu tarixi şəxsiyyət
böyük fəlakətlər
qarşısında olan
Azərbaycan naminə
hamını birliyə
səslədi. Bəzi
dairələrdə özü
haqqında süni sürətdə yaradılan
qərəzli sözləri
xalqı parçalamaq
naminə aparılan təxribat adlandıran Ulu
Öndərin «Mən
Naxçıvandan bura
özüm gəlməmişəm.
Məni bura dəvət eləyiblər,
məndən dəfələrlə
İsa Qəmbər, Pənah
Hüseynov və Azərbaycanın prezidenti
Əbülfəz Elçibəy
xahiş eləyiblər
ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin
həll olunmasında iştirak edim. Neçə gündür
ki, mənimlə danışıqlar
gedir. Mən bu vəzifələrdən
imtina etmişəm.
Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm
ki, bəzi adamlar, on gündür ki, Azərbaycan
bərbad vəziyyətdədir,
barmaq-barmağa vurmayıblar,
Azərbaycandan kənarda
gəzirlər, kabinetlərdə
cürbəcür işlərlə
məşğul olurlar,
indi də başlayıblar işarə
verməyə ki, kimsə
kreslo tutmaq istəyir» sözlərində
bütün Azərbaycan
xalqının rəyi,
istəyi ifadə olunurdu. Azərbaycanın müstəqilliyinin əbədiliyi
naminə bütün
çətinlikləri aradan
qaldıran 1994- 1995-ci illərdə
baş verən qiyamların, dövlətçiliyə
qəsd cəhdlərinin
də qarşısını
siyasi iradəsi ilə alan Ulu Öndərin ətrafında
daha sıx birləşən xalqımız
Azərbaycanın inkişafı
naminə aparılan quruculuq işlərində
də birlik , həmrəylik nümayiş etdirirdi.
Azərbaycanın müstəqlliyinin əbədiliyi,
ölkəmizin dünyada
tanıdılması naminə
hazırladığı neft
strategiyası, imzalanan
«Əsrin müqaviləsi»
ilə ən iri maliyyə korporasiyalarının, neft
şirkətlərinin diqqətini
Azərbaycana yönəldən,
sərmayə mühiti
formalaşdıran Ulu Öndər
neft gəlirlərindən
səmərəli , şəffaf
istifadə üçün
yaratdığı Azərbaycan
Respublikası Dövlət
Neft Fonduna toplanılan vəsaitin ölkə iqtisadiyyatının
inkişafına, sosial
sahələrdə aparılan
islahatlara yönəltməklə
bir daha təcrübəli dövlət
başçısı olduğunu
beynəlxalq səviyyədə
təsdiqlədi. «Əslində,
bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki
1991-1993-cü illərdə müstəqillik formal, şərti
xarakter daşıyırdı.
Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın
dövlət müstəqilliyinin
banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi
həqiqətdir» söyləyən
cənab İlham Əliyevin
vurğuladığı kimi,
o çətin günlərdə
ölkəni ağır
vəziyyətdən çıxaran
Ulu Öndərin müəyyənləşdirdiyi
inkişaf konsepsiyası,
strategiyası nəticəsində
Azərbaycan xalqı sözün əsl mənasında öz taleyinin sahibi oldu. Ulu Öndərin yorulmaz fəaliyyəti, tükənməz səyi
nəticəsində dövlətçiliyin
əsasları qoyuldu,
Ali Qanun, Konstitusiya qəbul edildi, milli ideologiyamız, azərbaycançılıq
məfkurəsi, təfəkkürü
formalaşdı. Biri-birini
tamamlayan siyasi, iqtisadi islahatlar aparıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma
prosesi həyata keçirildi. «Biz demokratik , dünyəvi, sivilizasiyalı
dövlət quraraq, bütün bəşəri
dəyərlərdən istifadə
edərək, ümumbəşəri
dəyərlərin xalqımız
üçün və
milli mentalitetimiz üçün,
mənəviyyatımız üçün uyğun cəhətləri götürüb
tətbiq edərək
heç vaxt dinimizən, adət –ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik» söyləyən Ulu Öndər
Heydər Əliyev ölkəmizin bazar iqtisadiyyatı,
demokratiya yolu ilə dünya birliyinə inteqrasiyasını
əsas inkişaf istiqaməti kimi müəyyənləşdirdi. «Bizim bütün təbii sərvətlərimiz
xalqa məxsusdur və bu sərvətlərdən
istifadə olunmasında
heç kəsin müstəsna haqqı yoxdur…1994-cü ildən Azərbaycan dövləti
özünün yeni strategiyasını
həyata keçirir və bu strategiyanın
da əsas mənası,
əsas prinipləri Azərbaycanın zəngin
təbii sərvətlərindən
Azərbaycan xalqının
rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir» sözünü
«Əsrin müqaviləsi»nin
imzalanması ilə təsdiqlədi.
Yuxarıda qeyd olunduğu kimi, irimiqyaslı enerji, nəqliyyat layihələri ilə qitələri birləşdirən
Azərbaycan Ulu Öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi nəticəsində zəngin
karbohidrogen ehtiyatlarına
malik ölkə statusunu
genişləndirdi. Cənub
Qaz Dəhlizinin, TANAP-ın, TAP-ın reallaşması, neft strategiyasının şaxələnməsi,
Avropa ölkələrinin
təbii qaza ehtiyatının daha təhlükəsiz ödənilməsi
üçün inşa
olunan interkonnektorlar bu siyasətin genişlənən coğrafiyasının
hüdudsuzluğunun göstəricisidir.
«Avropalılar guman etməsinlər ki, dünyəvilik
ancaq onlara məxsusdur, başqalarında
ola bilməz» söyləyən
Ulu Öndər Azərbaycanın
dünyada müstəqil
dövlət kimi tananması naminə siyasi sahədə də qətiyyət göstərmişdir. 1992-ci ilin
oktyabrında ABŞ Konqresinin
qəbul etdiyi «Azadlığa Dəstək
Aktı»nın 907-ci maddəsinə
düzəliş Ulu Öndəri
narahat edirdi. Prezident kimi 1997-ci ildə Vaşinqtona səfər edən Heydər Əliyev amerikalı həmkarı
Bill Klintonla ədalətsiz
qərarın ləğvi
ilə bağlı müzakirələr aparıb
bəyanat imzalansa da sənədin həyata keçirilməsi baş tutmadı. Səbəb qəbuledilməz təklif
idi. ABŞ 907-nin ləğvi
üçün Azərbaycan-
Ermənistan sərhədinin
hansısa ərazisində
işğalçılara ticarət
üçün imkan
yaradılmasını təklif
edirdi. Ulu Öndərin
bu təklifə cavabı belə oldu : «Azərbaycan indiyədək
907-ci maddə ilə yaşamışdır, bundan
sonra da yaşayacaq.» Eyni qətiyyət 1998-ci ildə Rusiya tərəfindən irəli
sürülmüş « ümumi
dövlət» təklifinə
qarşı da göstərildi.
ABŞ-ın və Fransanın da dəstəklədiyi
bu təklifə rədd cavabı verildi. Qüdrətli dövlətlərlə müqayisədə
kiçik bir ərazidə yerləşsə
də məğrurluğunu , müstəqilliyini saxlayan Azərbaycan heç bir dövlət qarşısında
əyilməzliyini Ümummilli
Liderin simasında beynəlxalq ictimaiyyətə
bəyan etdi. Bildirildi ki, Azərbaycanın
daxili işlərinə
müdaxiləyə heç
zaman yol verilməyəcək.
Hazırda Azərbaycan ən
möhtəşəm beynəlxalq
təşkilatlarda təmsil
olunur, dünya siyasətinə təsir imkanları artır. BMT-nin, ATƏT-in, Qoşulmama
Hərəkatının üzvü,
Cənubi Qafqazın lider ölkəsi kimi tanınan Azərbaycan dünyada söz sahiblərindən biri kimi böyük
nüfuz qazanıb. Dünya ictimaiyyətinin diqqətlə izlədiyi beynəlxalq tədbirlərə
ev sahibliyi edən, sivilizasiyalararası
körpü rolunu uğurla davam etdirən Azərbaycanın
türk birliyinin,
İslam həmrəyliyinin möhkəmlənməsindəki rolu da əvəzsizdir. Bu həmrəyliyin təməlini
qoyan tarixi şəxsiyyət Heydər
Əliyevin öndərliyinin
nəticəsidir ki, ölkəmiz
Türk Dövlətləri
Təşkilatının aparıcı
siması kimi səyini əsirgəmir. Ərəb ölkələri
ilə əməkdaşlığını
genişləndirən Azərbaycanın
COP29-a sədrliyi müddətində
görülən işlərin
beynəlxalq aləmdə
yekdilliklə dəstəklənməsi
ölkəmizin enerji diplomatiyasının uğuru,
Orta Dəhliz layihəsinin əsas iştirakçılardan olması
nəqliyyat infrastruturunda
artan imkanlarının,
rolunun ifadəsidir.
Azərbaycanı demokratiya yolu ilə inkişafını
dövlət siyasətinin
əsas istiqamətləri
kimi müəyyənləşdirən
Ulu Öndər üçün
ən ümdə məsələlərdən biri
də Ermənistanın
işğal etdiyi torpaqlarımızın azad
edilməsi idi. Keçmiş Sovetlər məkanında Gürcüstanda,
Moldovada ərazi ilə bağlı münaqişələr olsa
da Qarabağ probleminin
ilk olaraq beynəlxalq səviyyəyə çıxarılması
sərkərdə Heydər
Əliyev qətiyyətinin,
siyasətinin, iradəsinin
böyük uğuru idi. 1994-cü ildə
ATƏT-in Lissabon sammitində
53 ölkənin dövlət
başçısı ( Ermənistandan başqa)
Azərbaycanın ərazi
bütövlüyünün tanınması ilə bağlı təklifə
səs verdi. Xalqımızın xilaskarının
siyasəti, dünyada
artan nüfuzu sayəsində dünya ictimaiyyəti Ermənistanın
Azərbaycana qarşı
işğalçılıq faktını tanıdı.
Eyni siyasətin davam etdirildiyini « Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür,
daxili işlərinə
bütün müdaxilə
cəhdlərini effektiv
şəkildə neytrallaşdırır»
ifadəsi ilə bildirən Prezident
İlham Əliyevin Sərəncamı
ilə respublikamızda
2023-cü ilin «Heydər
Əliyev İli» elan olunması
Ulu Öndərə vəfa
borcu, varislik nümunəsi idi. İkinci Qarabağ müharibəsində qazandıgımız
Zəfər, Şuşada,
Xankəndidə, Xocalıda
… işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanan
Dövlət Bayraqlarımız
Ulu Öndərin vəsiyyətinin
gerçəkləşməsi, müstəqilliyimizin əbədi
qarantı Ümummilli
Lider Heydər Əliyevin xidmətlərinə
verilən dəyərdir.
«2020-ci il 8 noyabr tarixdə
əbədi qalacaq. O gün mənə, bax, bu meydandan
Şuşanın azadlığı
ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız
qaldırılandan sonra
atamın məzarını
ziyarət etdim və ürəyimdə dedim ki, «Tapşırıq
yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”» söyləyən
Prezident İlham Əliyev
bir daha təsdiqlədi ki, estafet etibarlı əllərdədir.
Azərbaycanın müstəqilliyi
əbədi, sarsılmaz
və dönməzdir!
«Biz tam müstəqil siyasət
aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur.
Azərbaycan xalqının
maraqları bizim siyasətimizin mənbəyidir,
onun əsasıdır.
Kənardan bizim siyasətimizə təsir
etmə imkanları sıfıra bərabərdir»
söyləyən cənab
İlham Əliyevin səyinin , siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan
dünyanın iqtisadi
sistemində öz mövqelərini gücləndirir,
beynəlxalq aləmdə
çox böyük nüfuza malik ölkə kimi tanınır. Azərbaycanla əməkdaşlıq
etmək istəyən
ölkələrin sayı
getdikcə artır. Tarixi hadisələr də göstərir ki,
Ulu Öndər Heydər
Əliyev ideyaları Azərbaycanı qüdrətli
dövlət kimi tanıdır. O ideyalar ki,
bu gün Onun layiqli varisi,
siyasi məktəbinin
yetirməsi Prezident
İlham Əliyev tərəfindən
inamla davam etdirilir.
Xuraman İsmayılqızı
İki sahil.- 2025.- 6 may, ¹76.- S.8.