Müasir müstəqil Azərbaycan Ulu
Öndər Heydər Əliyevin şah əsəridir
Mayın 10-u müasir Azərbaycan dövlətçiliyinin memarı,
xalqımızın müdrik
lideri, dünya siyasətində silinməz
iz qoymuş tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci
ildönümüdür. Bu
əlamətdar tarix həm də dövlətçilik ideyalarının,
siyasi uzaqgörənliyin
və milli dirçəliş iradəsinin
rəmzi kimi dəyərləndirilir.
Ümummilli Lider
Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik
etdiyi dövr sistemli islahatlara və planlı inkişaf strategiyasına əsaslanan sürətli inkişaf mərhələsi
kimi xarakterizə olunur. Totalitar rejimin ideoloji qadağalarına rəğmən
həmin dövrdə
Ulu Öndər Azərbaycan xalqının
milli kimliyini, dilini, mədəniyyətini
və mənəvi dəyərlərini cəmiyyətin
əsas dayaqlarına çevirmişdir. Onun rəhbərliyi ilə Azərbaycan həm iqtisadi göstəricilər,
həm də elmi-texniki tərəqqi, sənaye quruculuğu, mədəni yüksəliş
və milli kadr potensialının formalaşması baxımından
Sovet respublikaları arasında üstün mövqeyə yüksəlmişdir.
Bu mərhələ, eyni zamanda, milli
şüurun möhkəmlənməsinə
və gələcək
müstəqillik düşüncəsinin
formalaşmasına şərait
yaratmışdır.
Dahi Lider
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən
məqsədyönlü siyasət
Azərbaycanın sənaye
sektorunun da güclənməsinə şərait
yaratmışdır. SSRİ-nin müxtəlif respublikalarına ixrac olunan məhsullar Azərbaycanın sənaye
potensialını və
iqtisadi gücünü
nümayiş etdirərək
ölkənin inkişafında
mühüm rol oynamışdır.
Ulu Öndər
Heydər Əliyevin respublikamızın sosial-iqtisadi
inkişafı ilə
yanaşı, milli kadr potensialının formalaşdırılmasına xüsusi
diqqət ayırması
onun uzaqgörən siyasətinin bariz nümunəsi idi. O dövrdə minlərlə
azərbaycanlı gəncin
SSRİ-nin nüfuzlu ali məktəblərində,
xüsusilə Moskva və Leninqrad kimi mərkəzlərdə
təhsil alması üçün dövlət
tərəfindən sistemli
şərait yaradılmışdı.
Nəticədə, bu
siyasət sayəsində
formalaşan yüksək
ixtisaslı kadrlar Azərbaycanın müstəqillik
illərində müxtəlif
sahələrdə aparıcı
rol oynadılar. Bu amillər Ümummilli Liderin gələcəyə yönəlmiş
dövlətçilik strategiyasının
əyani göstəricisi
kimi təqdir olunur.
Ümummilli Liderin
rəhbərliyi ilə
Azərbaycanın dil siyasəti ön planda tutulmuş, milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirilmişdir.
1978-ci ildə Azərbaycan
SSR Konstitusiyasına Azərbaycan
dilinin dövlət dili kimi daxil
edilməsi Ümummilli
Lider Heydər Əliyevin siyasi iradəsinin bariz nümunəsi idi. Bu faktor milli
ideologiyanın əsaslarını
möhkəmləndirən cəsarətli bir addım olaraq dəyərləndirildi. Dilin
hüquqi statusunun rəsmiləşdirilməsi təhsil
və mədəniyyət
sahələrində ana
dilinin geniş şəkildə tətbiqinə,
milli mədəniyyətin
inkişafına və
özünüdərk prosesinin
güclənməsinə mühüm
təsir göstərdi.
1982-ci ildə SSRİ rəhbərliyində yüksək
vəzifəyə – Nazirlər
Soveti sədrinin birinci müavini postuna irəli çəkilən Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın xeyrinə
olan məsələlərin
həllində fəal
şəkildə iştirak
etmişdir. Ümummilli
Lider respublikamız üçün yeni iqtisadi imkanların yaradılmasına, iri layihələrin təsdiqlənməsinə
və maliyyə resurslarının cəlb
olunmasına nail olmuşdur. Onun fəaliyyətində dövlətçilik
maraqları hər zaman ön planda
idi.
SSRİ-nin süqutu
ilə müstəqilliyini
bərpa edən Azərbaycanda 1990-cı illərin
əvvəlləri dərin
siyasi böhranla müşayiət olunurdu.
Həmin dövrdə
idarəetmədə xaos,
vətəndaş qarşıdurması,
separatçılıq meyilləri
və Dağlıq Qarabağ münaqişəsinin
alovlanması ölkəmizə
ciddi təhlükələr
yaratdı. Dövlət
institutları iflic vəziyyətinə düşmüş,
yeni müstəqillik qazanmış respublikamız
parçalanmaq təhlükəsi
ilə üz-üzə
qalmışdı. Belə
bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə Ulu Öndər
Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun rəhbərliyi ilə qısa müddətdə
ölkədə sabitlik
təmin olundu, vətəndaş qarşıdurmasının
qarşısı alındı,
hüquqi və institusional islahatlara başlanıldı. Uzaqgörən
və praqmatik siyasət nəticəsində
dövlətçiliyin əsasları
möhkəmləndirildi, Azərbaycanın
beynəlxalq arenada etibarlı tərəfdaş
imici formalaşdı və gələcək inkişaf üçün
möhkəm təməl
yaradıldı. Ulu Öndərin siyasi iradəsi, zəngin təcrübəsi və xalqla sıx bağlılığı sayəsində
Azərbaycan ağır
böhrandan çıxaraq
sabitlik və tərəqqi yoluna qədəm qoydu. Bu dövr müasir
dövlətçilik tariximizdə
fundamental əsasların
formalaşdığı və
strateji istiqamətlərin
müəyyənləşdirildiyi mühüm bir mərhələ kimi xüsusi əhəmiyyətə
malikdir.
Həmçinin, 1994-cü
il mayın 12-də məhz Ümummilli Liderin gərgin səyləri nəticəsində
Birinci Qarabağ müharibəsində atəşkəs
sazişi imzalandı,
münaqişəsinin dinc
yolla nizama salınmasına dair danışıqlara başlandı.
Sülh danışıqları
ilə yanaşı, ordunun müasir silah və texnologiyalarla
təchiz edilməsi, hərbi hazırlığın
artırılması istiqamətində
bir sıra önəmli islahatlar həyata keçirildi. Dövlət sərhədlərinin
qorunması və milli təhlükəsizliyin
təmin olunması vəzifəsi hər zaman ön planda
saxlanıldı. Eyni zamanda, ölkəmizin regional və qlobal təhlükəsizlik
məsələlərində etibarlı tərəfdaş
kimi tanınmasına şərait yarandı.
1994-cü il sentyabrın 20-də Bakıda
dünyanın tanınmış
neft şirkətləri
ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı
etimadın və geniş əməkdaşlığın
təməlini qoydu. Məhz bu müqavilə
ölkəmizin neft-qaz
sənayesinin, ümumilikdə,
Azərbaycanın sürətli
inkişafının təmin
edilməsi istiqamətində
atılan mühüm
addımların fövqündə
dayanır.
12 noyabr 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə
keçirilən ümumxalq
referendumu nəticəsində
müstəqil Azərbaycanın
ilk Konstitusiyası qəbul olundu. Bu mühüm siyasi hadisə ölkənin hüquqi əsaslarını müəyyənləşdirməklə
yanaşı, demokratik
idarəetmə prinsiplərinin
tətbiqinə, insan hüquq və azadlıqlarının təminatına,
dövlət quruculuğunun
müasir əsaslar üzərində formalaşmasına
zəmin yaratdı. Referendum xalqın iradəsinin ifadəsi olaraq milli dövlətçilik
tarixində mühüm
dönüş nöqtəsinə
çevrildi.
Dahi Lider
Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası Azərbaycanın
beynəlxalq aləmdə
mövqeyini möhkəmləndirməklə
ölkəmizin dünya
birliyinə inteqrasiyasını
təmin etmişdir. Xüsusilə nüfuzlu beynəlxalq təşkilatlarla
əməkdaşlığın qurulması ölkəmizin
qlobal arenada hüquqi və siyasi mövqeyinin güclənməsinə, eyni
zamanda, milli maraqların qorunmasına mühüm töhfələr
vermişdir. Bütün
bu amillər regionda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycanı dünyanın
əsas geosiyasi mərkəzlərindən birinə
çevirmişdir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum
qaz kəməri Ümummilli Lider Heydər Əliyevin uzaqgörən enerji siyasətinin parlaq təzahürüdür. Bu
layihələr Ulu Öndərin təşəbbüsü
və siyasi iradəsi sayəsində reallaşaraq Azərbaycanın
enerji resurslarının
dünya bazarlarına
çıxarılmasında mühüm rol oynamışdır. Məhz
bu strateji infrastruktur layihələr
ölkəmizin geosiyasi
əhəmiyyətini artırmış,
regionda enerji təhlükəsizliyinin təmin
edilməsinə və
beynəlxalq əməkdaşlığın
genişlənməsinə güclü təkan vermişdir. Bu layihələr həm də ölkəmizin müstəqil enerji siyasəti yürütmək
qabiliyyətini nümayiş
etdirən əlamətdar
nailiyyətlərdən hesab
edilir.
Ulu Öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən və milli maraqlara əsaslanan siyasi kurs bu gündə
Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımızın
dövlətçilik ənənələrinə
sadiqliyi, strateji düşüncəyə və
prinsipial mövqeyə
sahib olması nəticəsində müasir
Azərbaycan regionun lider dövlətinə çevrilmiş, xüsusilə
2020-ci ildə Vətən
müharibəsində əldə
olunan tarixi Zəfər bu siyasi xəttin məntiqi nəticəsi olmuşdur. Ölkəmizin
suverenliyinin və ərazi bütövlüyünün
təmin olunması, Ümummilli Liderin əsasını qoyduğu
ideyaların Prezident İlham Əliyev tərəfindən qətiyyətlə
həyata keçirilməsinin
ən parlaq təzahürüdür. Bu
Zəfər dövlətçilik
tariximizin qürurverici
səhifəsi kimi əbədi yaşayacaqdır.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının
sədri
İki
sahil.- 2025.- 6 may, ¹76.- S.7.