Ulu Öndər Heydər Əliyevin ordu
quruculuğu siyasəti və tarixi Qarabağ Zəfəri
Cəsarətli
siyasi xadim
Prezident İlham Əliyev: “Heydər Əliyev dahi şəxsiyyət, böyük liderdir, uzaqgörən, cəsarətli
siyasi xadimdir. O, bütün dövrlərdə
Azərbaycan xalqına
sədaqətlə xidmət
edirdi, xalq üçün yaşayırdı,
yaradırdı. Heydər
Əliyev Azərbaycana
iki dəfə rəhbərlik etmişdir.
Hər iki dəfə Azərbaycanı
təhlükədən, böhrandan
çıxarıb inkişaf
yoluna qoymuşdur. Bu onu göstərir
ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə
ən düzgün siaysət aparmış, Azərbaycan xalqının
maraqlarını müdafiə
və təmin etmişdir”.
Xalqların dövlətçilik
təcrübəsini sübut
edən başlıca
amil, heç şübhəsiz ki, həmin xalqların keçdiyi mübarizə
yoludur. Bu yolda qarşılaşdığı,
dəf etdiyi hadisə və proseslər tarixi əhəmiyyətə malikdir.
Odur ki, hər bir xalqın
dövlətçilik tarixində
özünəməxsus təcrübəsi
vardır. Azərbaycan
xalqı olaraq uzun əsrlər boyu dövlətçilik
tariximizlə bağlı
baş vermiş hadisə və proseslər, eləcə də ayrı-ayrı millətlərin və xalqların dövlət quruculuğu prosesləri onu deməyə əsas verir ki, lidersiz nə
rifah, nə tərəqqi, nə də dövlət quruculuğu mümkündür.
Azərbaycan xalqı məhz öz dahi övladı, görkəmli dövlət
xadimi, strateq, Ulu Öndər Heydər Əliyevin simasında bütün dünyaya məhz bunu sübut edib. Bu gün
müasir Azərbaycan
dövlətinin adı
Heydər Əliyev şəxsiyyəti ilə
bağlıdır. O özü
də xalqının keçmişi, bu günü və gələcəyi ilə qürur duyduğunu qeyd edirdi. Heydər
Əliyev dövlət
qurdu, xalqını səfərbər etdi, “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” dedi və buna nail
oldu. “Mənim həyat amalım bütün varlığım
qədər sevdiyim Azərbaycan xalqına, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub. Bu yolda
bütün gücümü
və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam.
Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə
yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün
uğurlarımı təmin
edib” deyirdi Ulu Öndər.
Heydər Əliyev
həm Sovetlər dönəmində, həm
də müstəqillik
illərində ölkəmizə
rəhbərlik etdiyi zaman bütün varlığı ilə Azərbaycan dövlətçiliyinin
inkişafına çalışdı.
Dövlətçiliyimizin əsaslarını yaratdı
və formalaşdırdı.
Onun inkişaf etdirilməsi üçün
zəruri olan bütün addımların
atılmasının təməlini
qoydu. Azərbaycan xalqının, dövlətinin
gələcəyini təmin
edəcək hüquqi,
siyasi, iqtisadi, sosial və mədəni əsasların
özülünü inşa
etdi. Bütün bu tarixi nailiyyətlərin
sırasında zaman-zaman
inkişaf etdirilən,
əsasları formalaşdırılan,
dövlətimizin varlığının
müqəddəs şərti
olan ordu quruculuğu işi fəaliyyətinin bütün
dövrlərində Ulu
Öndərin nəinki
xalqımız qarşısında,
bugünkü tarixi həqiqətlər sübut
edir ki, həm də bütövlükdə regionumuz
və bəşəriyyət
qarşısında ən
böyük xidmətlərindən
biri oldu. Məhz Azərbaycanın ordu quruculuğu sahəsində Heydər Əliyevin tarixi xidmətləri torpaqlarımızın
azadlığına, yaşadığımız
regionda yeni, mütərəqqi reallıqların
yaranmasına, xalqımızın
və dövlət rəhbərimizin simasında
ordunun hər zaman dövlət üçün “məhək
daşı” olduğunu,
beynəlxalq ictimaiyyətin,
təşkilatların, dünyada
özünü hegemon
hesab edən dövlətlərin uzun illər ərzində gücü çatmadığı
tarixi ədalətin bərpası işini məhz onilliklər boyu onun müəyyən
etdiyi strategiyaya uyğun yaradılan Azərbaycan Silahlı Qüvvələri təmin
etdi. Məhz Heydər Əliyevin əsasını qoyduğu
ordu quruculuğu siyasəti Azərbaycan xalqının tarixi ideallarının gerçəkləşməsinə
vəsilə oldu.
Hələ Sovetlər
dönəmində Heydər
Əliyevin xalqımız
üçün gördüyü
quruculuq işləri,
bu istiqamətdə həyata keçirdiyi islahatlar, nail olduğu sosial-iqtisadi, mədəni-siyasi yeniliklər
dövlətimizin və
xalqımızın gələcəyinə
hesablanmış tarixi
addımlar idi. Bütün bu addımların fonunda Azərbaycan naminə həyata keçirilməli
olan daha bir mühüm vəzifənin - ordu quruculuğu vəzifəsinin
qarşıya məqsəd
kimi qoyulması və bundan ötrü milli hərbi kadr potensialının yaradılması,
gənc azərbaycanlıların
dünyanın müxtəlif
dövlətlərində, müxtəlif profilli hərbi təyinatlı təhsil müəssisələrində
oxumalarına şərait
yaratması, müxtəlif
istiqamətli qoşun
birləşmələrində hərbiçi kimi çalışacaq mütəxəssislərin
yetişdirilməsi, ölkəmizdə
hərbi təyinatlı
istehsal müəssisələrinin
istifadəyə verilməsi
müasir Azərbaycanın
təhlükəsizliyinə, süverenliyinə hesablanmış
uzaqgörən strateji
düşüncənin təzahürləri
idi.
Heydər Əliyev
Azərbaycan tarixinin dərinliklərini bilirdi.
O bilirdi ki, ölkəsi yerləşdiyi
coğrafiyaya, malik olduğu təbii sərvətlərə görə
zaman-zaman müxtəlif
imperiyaların maraq dairəsində olub. Məhz bu səbəbdən
Cənubi Qafqazın bu dilbər guşəsi hər zaman hərb meydanını xatırladıb.
Düşmənə qarşı
olan mübarizə ruhu nə qədər
güclü olsa da, nizami hərbi
gücün qeyri mövcudluğu xalqımıza
məşəqqətlər yaşadıb. Baxmayaraq ki, artıq Azərbaycan vahid Sovet Sosialist Respublikaları İttifaqının
tərkibində idi. Ulu Öndər bilirdi ki, bu,
sadəcə, ittifaqdır
- təsis olunmasının
əsasında güc
amili mövcud olmuş ittifaq. Nə zamansa, milli dövlətlər bu ittifaqdan qurtulmağa
çalışacaq. O zaman
təkcə Cənubi
Qafqaz deyil, bütün dünya üçün Sosializm sisteminin əhatə etdiyi coğrafiya maraqların toqquşduğu
məkana çevriləcək.
Belə olan halda əldə olunmuş iqtisadi, sosial, mədəni və siyasi nailiyyətləri qorumaq, Azərbaycanın suverenliyini
və ərazi bütövlüyünü müdafiə
etmək üçün
hərbi gücə, güclü silahlı qüvvələrə zəruri
ehtiyac yaranacaq. Hələ Sovetlər dönəmində dövlət
rəhbəri və xalqının lideri olan Heydər Əliyev atdığı
bütün addımları
sanki gələcək
müstəqil Azərbaycan
üçün hesablayırdı.
Eləcə də ölkəmizin hərbi qüdrətinin artırılmasından
ötrü lazım olan bütün tədbirləri görürdü.
Xalqının tarixinə
sonsuz məhəbbət
və ehtiramla yanaşan Heydər Əliyev həm də tarixi xalq qəhrəmanlarımızın
rəşadətini yüksək
qiymətləndirir, onların
adının əbədiləşdirilməsi
- xatirə komplekslərinin,
muzeylərin yaradılmasını,
yazılı ədəbiyyat
nümunələrinin təbliğ
olunmasını kütləvi
hərb mədəniyyətinin
bir hissəsi kimi görürdü. Məhz Ulu Öndərin
təşəbbüsü ilə ölkəmizin aidiyyəti elmi tədqiqat institutları tarixi xalq qəhrəmanlarının
həyat yolu, onların öz dövləti qarşısındakı
xidmətləri öyrənilməyə,
məktəblərdə tədris
olunmağa başlanıldı.
Onun Azərbaycan gəncinin öz əcdadını tanıması
istiqamətindəki fəaliyyəti
Sovet dövləti rəhbərliyinin qısqanclığına
səbəb olsa da, Heydər Əliyev bu tarixi missiyanı xalqı qarşısında
özünün şərəf
borcu hesab edirdi.
Heydər Əliyevin
gələcək, müstəqil
Azərbaycanın hərbi
quruculuğu sahəsində
atdığı ilk möhtəşəm uğurlu
addım hərbi təyinatlı internat-məktəbinin
təsis edilməsi idi. Müasir Azərbaycanın Silahlı
Qüvvələrinin uğurlarının
başlıca səbəblərindən
biri də məhz uzun illər öncə yaradılmış bu məktəb idi. Sonradan Hərbi Lisey kimi fəaliyyət
göstərəcək bu
təhsil ocağına
Azərbaycanın görkəmli
şəxsiyyətlərindən olan, Cəmşid Naxçıvanskinin adının
verilməsi Ulu Öndərin milli kimliyinə bağlılığının
daha bir bariz nümunəsidir. O bu məktəbin fəaliyyətini daim öz şəxsi nəzarətində saxlayır,
vaxtaşırı olaraq
şəxsən həmin
məktəbə gedir,
ordakı təhsilin vəziyyəti və keyfiyyəti, pedaqoji heyətin peşəkarlığı
ilə maraqlanır və bu istiqamətdə
tapşırıq və
tövsiyələrini verirdi.
Artıq qısa müddətdə Azərbaycanın
təhsilli zabit korpusu öz nüfuzu ilə ad çıxarmağa başlamışdı. Hərbi
ixtisasa yiyələnmək
ölkəmizdə prestijli
sahəyə çevrilirdi.
Ulu Öndərin təşəbbüsü ilə
təsis edilmiş Cəmşid Naxçıvanski
adına internat məktəbin məzunları
təhsillərini Leninqrad
Hərbi Tibb Akademiyasında, Mühəndis
-Texniki və Hərbi Dəniz Məktəblərində, Kiyevdəki
Hərbi Radiotexnika Mühəndisləri və
Hərbi-Siyasi Dəniz
Məktəbində, Hava
Hücumundan Müdafiə
Hərbi-Siyasi Məktəbində,
Simferepol Ali Hərbi-Siyasi Məktəbində,
Çerniqov Ali Hərbi Aviasiya Məktəbində, Ali Zenit-Raket Komandirləri Məktəbində, bütövlükdə
dünyanın 47 ali məktəbini əhatə
edən 26 ölkədə
hərbi tədris müəssisələrində təhsillərini davam etdirirdilər. Artıq minlərlə azərbaycanlı
gənc hərbçi
mütəxəssis kimi
yetişir, gələcək-müasir
Azərbaycanın ixtisaslı
hərbçiləri kimi
dövlətimizə və
xalqımıza xidmət
vəsiqəsi əldə
edirdilər. Heydər
Əliyev eyni zamanda, yaratdığı
məktəbin tədris
prosesinin iştirakçılarının
sosial qayğıları
ilə maraqlanır, hərbi tədris işinə cəlb edilmiş zabitlərin həyat şəraitinin yüksəldilməsindən ötrü
zəruri tapşırıqlarını
verirdi. O çalışırdı
ki, Sovet ordusunun tərkibində Azərbaycanın özünün
milli zabit korpusu formalaşsın. Bütün bu addımları ilə O, sanki gələcəkdə
müstəqil, suveren
Azərbaycanın inkişafının
qarantı olacaq ordunun əsasını qoyurdu. Ulu Öndər
bilirdi ki, gələcək Azərbaycanın
müstəqil dövlət
kimi mövcudluğunun
əsas şərti güclü iqtisadiyyatla yanaşı, həm də güclü ordu quruculuğudur. Heydər Əliyev bilirdi ki, xalqımızın
tarixi yaddaşından
süzülüb gələn
“Ordun varsa, yurdun var” ifadəsi
həqiqətdir. Özünün
də iştirakçısı
olduğu tarixi proseslər, xüsusilə
II dünya müharibəsi
zamanı alman faşizmi üzərində
Sovet dövlətinin bəşəri qalibiyyəti
zamanı ordunun rolunun nədən ibarət olduğunun canlı şahidi olmuşdu. Zəngin təbii sərvətlərə,
əsrarəngiz coğrafi
şəraitə malik
Azərbaycanın öz
gücü ilə ayaq üstə dura biləcəyini, zəhməti və əzmi ilə azərbaycanlıların öz
dövlətini yüksəltməyə
hazır olduqlarını,
lakin bu coğrafiyada Azərbaycanın
dirçəlməsini qəbul
edə bilməyənlərlə
mübarizədə mütləq
hərbi gücə malik olmağın gərəkliyi aydın görünürdü. Odur
ki, Heydər Əliyev ordu quruculuğu üçün
əsas olan kadr problemini artıq həll etmişdi.
Sovetlər ittifaqının
sürətli çöküşü,
Heydər Əliyevin İttifaqın rəhbərliyindən
məqsədli şəkildə
uzaqlaşdırılması, ölkəmizin bütün
sahələrində olduğu
kimi hərbi quruculuq sahəsində də ciddi problemlərə
yol açdı. Sovetlərin süqutu ilə Azərbaycanın da digər müttəfiq
respublikalar kimi müstəqilliyini elan etməsi xalqımız üçün nə qədər böyük nailiyyət idisə, bu müstəqilliyi qorumaq gücündə olmayan, səriştəsiz,
dövlət idarəçiliyindən
bixəbər şəxslərin
hakimiyyət başına
gəlişi bir o qədər təhlükəli
idi. Müstəqilliyin
ilk illərində bütün sahələrdə
kütləvi geriləmələr
olduğu kimi, hərbi quruculuq işi də unudulmuşdu. Erməni işğalının tüğyan
etdiyi bir şəraitdə, orduya, hərbi təyinatlı tədris müəssisələrinə
biganə münasibət
illərin gərgin əməyini heçə
endirirdi. Hansı ki, indi orduya,
ixtisaslı zabit korpusuna daha çox ehtiyac var idi. İndi
zabitləri nəinki düşmənlə mübarizəyə
səfərbər edəcək
rəhbərlik yox idi, bu azmış
kimi ölkənin ordu korpusları bir biri ilə
döyüşmək həddinə
gətirilmişdi. Məhz
belə bir məqamda müdrik xalqımız Heydər Əliyevə sığındı.
Onun ikinci dəfə hakimiyyətə
qayıdışı ilə
Azərbaycan məhrumiyyətlərdən
xilas oldu. Eləcə də, məhz özünün təşəbbüskarı və
təsisçisi olduğu
Azərbaycan Silahlı
Qüvvələrinə yeni
nəfəs gəldi.
Ölkə iqtisadiyyatının
dirçəldilməsi, beynəlxalq
arenada ardıcıl diplomatik uğurlarla paralel olaraq ordu quruculuğu işi geniş vüsət aldı. Yenidən hərbi məktəblərimizin fəaliyyəti
öz axarına qayıtdı. Təkcə
Cəmşid Naxçıvanski
adına Hərbi Lisey deyil, sonradan
Ulu Öndərin adını daşıyacaq
Bakı Ali Hərbi Ümumqoşun Komandanlar məktəbi Ali Hərbi Akademiya kimi daha geniş çeşidli hərbi ixtisaslı kadr hazırlıqlarına start
verdi. Ulu Öndərin rəhbərliyi
altında hər il yüksələn, həcmi genişlənən
ölkə iqtisadiyyatı
dövlət büdcəsində
də öz əksini tapmağa başladı. İldən-ilə
büdcədə nəzərdə
tutulan hərbi xərclər artırıldı.
İşğal altında
olan torpaqlarımızın
azadlığı uğrunda
mübarizə üçün
zəruri tədbirlər
– ordunun texniki, maddi təchizatı, yeni, daha müasir
biliklərə yiyələnmiş
hərbi kadr korpusunun hazırlanması,
xalqın vətənpərvərlik
hissinin, ordunun daimi döyüş hazırlığının yüksəldilməsindən
ötrü görülən
əməli işlər
müstəqilliyimizin qarantına,
işğal altında
olan torpaqlarımızın
azadlığının hər
gün yaxınlaşmasına
vəsilə oldu. Heydər Əliyevin hərbi quruculuq işi nə qədər möhtəşəm
və tarixi idisə, onun bu ordunun özündən
sonra sərkərdəsi
olacaq lideri müəyyən etməsi,
100 illər boyu Azərbaycan xalqının
həsrətində olduğu
tarixi ideallarına qovuşmasının başlıca
şərti oldu. Məhz Ulu Öndərin
hüquqi və siyasi varisi, tarixi şəxsiyyət, Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyev Ulu Öndərin əsasını
qoyduğu, formalaşdırdığı
Azərbaycan Silahlı
Qüvvələrini inkişaf
etdirdi, onun qüdrətini dünyanın
ən nəhəng dövlətlərinin qüdrəti
ilə müqayisə
ediləcək qədər
yüksəltdi. Beləliklə
də Ulu Öndərin Azərbaycan
ordusu ilə bağlı hələ Sovetlər dönəmindən
başlayan quruculuğunun
nə qədər əhəmiyyətli, gələcəyə
hesablanmış tarixi
xidmət olduğunu sübuta yetirdi. Uzun illərin keşməkeşli, ağır
zəhməti bahasına
başa gələn ordu quruculuğu siyasəti Azərbaycan xalqına və dövlətinə tarixi zəfər yaşatdı.
O zəfər ki, Ulu Öndər ona hər zaman
inanırdı. Tarixi qələbəyə inamını
hər zaman çıxışlarında ifadə
edirdi. Cənab İlham Əliyev bu möhtəşəm qələbə barədə
danışarkən fikrini;
- “Mən xoşbəxt
adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözləri ilə ifadə etdi. Bu gün artıq
Azərbaycan ordusu dövlətimizin suverenliyinin,
ərazi bütövlüyünün,
sərhədlərimizin, havada,
suda və quruda təhlükəsizliyinin
qarantıdır. Cənab
İlham Əliyevin sərkərdəliyi ilə
Azərbaycan xalqının
və ordusunun tarixi zəfəri Heydər Əliyev şəxsiyyətinin miqyasının
nə qədər böyük olduğunu bir daha sübut
etdi. Məhz Heydər Əliyevin hələ uzun illər öncə Azərbaycan xalqı və dövlətinin gücünün və nüfuzunun bugünkü tərənnümünə çevriləcək
ordu quruculuğu siyasətinin milli və bəşəri əhəmiyyəti əyani
surətdə isbat olundu.
Kamil Qurbanlı,
Yeni Azərbaycan
Partiyası
Biləsuvar rayon təşkilatının
sədri
İki
sahil.- 2025.- 7 may, ¹77.- S.5.