Neft sənayesinin qədim məbədi:

Bibiheybət mədənindənçıxardıqlarımız

 

Bibiheybətneft” NQÇİ-nin son 30 illik fəaliyyətində yüksək hasilat göstəricisi: 503 ədəd işlək quyu fondu  ilə gündəlik neft hasilatı 400 tona çatdırılıb

 

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan dünyaya öz adını neftin Vətəni kimi yazıb. O vaxtlar Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırdı. XIX əsrin əvvəllərindən etibarən neft quyularının daha mütərəqqi üsullarla qazılması istiqamətində araşdırmalara başlanıldı. Məhz 1846-cı ildə dünyada ilk dəfə olaraq, sənaye üsulu ilə neftin Bibiheybətdə çıxarılması tarixi mənbələr, xüsusilə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər əsasında sübut olunub. Həmin ilin yanvarında "Bibiheybət" yatağında sənaye üsulu ilə iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir bununla da, dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.

 

Sənaye üsulu ilə qazılmış ilk quyu tarixi status aldı

 

Bu neft quyusu haqqında bir çox mənbələrdə məlumat verilib. Lakin təəssüflər olsun ki, uzun illər ərzində, 1846-ci ildə Bibiheybətdə qazılan ilk neft quyusutarixi abidəstatusu almamışdı. Bu səbəbdən şəhərimizə gələn qonaqlar turistlər onunla tanış ola bilmirdilər. Müstəqilliyimizin bərpasından sonra isə dünyada qazılmış ilk neft quyusu tarixi status aldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyu bütün təhlükəsizlik tədbirləri görülməklə restavrasiya edilib tarixi abidə kimi nümayiş edilir. Burada XIX əsrdəNobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur. Həmçinin burada xüsusi interaktiv köşk quraşdırılıb. Bu köşk vasitəsilə Azərbaycanın neft tarixi, o cümlədən sənaye üsulu ilə qazılmış ilk quyu barədə ətraflı məlumat almaq mümkündür.

Onu da qeyd edək ki, Bibiheybətdə ilk quyu qazılandan sonra başqa quyuların da qazılmasına başlandı. Neft hasilatı sürətlə artdı. İlk quyudan 52 il sonra – 1899-cu ildə Azərbaycan neft hasilatı emalı üzrə dünyada birinci yerə yüksəldi, dünya üzrə neft hasilatının yarısı ölkəmizin payına düşürdü.

 

Xəzər dənizindən 19 metr kənarda iki neft kəhrizi...

 

Bibiheybətyatağında neftin qazın çıxarılması, o cümlədən ərazidə abadlıq, yaşıllıq işləri ilə SOCAR-ınAzneftİstehsalat BirliyininBibiheybətneftNeft-Qaz Çıxarma İdarəsi (NQÇİ) məşğul olur. Bibiheybət mədəninin ölkəmizin neft sənayesi üçün əhəmiyyətindən danışanBibiheybətneft” NQÇİ-nin Hasilatın idarə edilməsi xidməti rəisinin müavini Rauf Vəliyevİki sahil”ə açıqlamasında bildirdi ki, öz adını tarixə sənaye üsulu ilə ilk olaraq yazdıran bir nömrəli quyu qazılmayana qədər hələ XVI əsrin ortalarında Xəzər dənizi sahilində iki neft kəhrizi qazılmışdı: “Həmin bu kəhriz quyuları XVIII əsrin ortalarında  Xəzər dənizindən 19 metr kənarda mövcud  idi. Artıq həmin kəhrizlərin orada olması bir nömrəli quyunun qazılmasına stimul vermişdi. 1846-cı ilin iyulun 14-də dərinliyi 21 metr olmaqla gündəlik 20-30 ton neft hasil olunub quyu artıq qazılıb istismara  verilmişdi. Quyu qazıldıqdan sonra həmin ərazidə digər quyuların da qazılması davam etdirildi. Bu gün həmin bir nömrəli quyu tarixi abidə statusunu alıb hər kəs, o cümlədən şəhərimizin qonaqları turistlər dünya neft sənayesinin tarixi ilə maraqlanmaq üçün buraya səfər edirlər”.

 

Gündəlik neft hasilatı 400 ton!

 

Qeyd edək ki, “Bibiheybətyatağı Xəzər dənizinin 2 kilometrliyində, Bakı şəhərinin cənub-qərbində Bibiheybət dərəsində yerləşir. “Bibiheybətyatağının geoloji-kəsilişində Abşeron, Ağçagil Məhsuldar qat çöküntüləri iştirak edir. Məhsuldar qatın dərinliyi  1750 metrdir, qumlu, gilli laylar onu 2 hissəyə bölür:  yuxarı aşağı şöbələr. Yataqda sonuncu dəfə 1995-1996-cı illərdə 637 işlək quyu ilə gündəlik neft hasilatı 400 ton olmuşdu. Bundan sonrakı dövrlərdəBibiheybətyatağının son işlənmə mərhələsində olduğundan gündəlik neft hasilatı 309 tona ( 2014-cü ildə) qədər azalmışdır. 2025-ci ilin aprel ayına olan məlumata görə, 503 ədəd işlək quyu fondu ilə gündəlik neft hasilatı  400 tona çatdırılıb. Bu NQÇİ-nin yaxın 30 illik fəaliyyəti ərzində ən yüksək hasilatdır. İndiki dövrdə yüksək hasilatın əldə olunmasına səbəb  Bibiheybətyatağında horizontlar üzrə layların laycıqların tam analiz olunaraq, aşkar edilmiş yüksək hasilata malik laylarda aparılmış geoloji tədbirlərdən yüksək nəticələrin alınmasıdır. “Bibiheybətyatağında aparılmış perforasiya işlərinin nəticəsində gündəlik 6-10 ton 4-5 ton yüksək neft hasilatlı quyular istismara daxil olub. Aprel ayında 3435a saylı quyu isə qazmadan sonra  gündəlik 25 ton neft hasilatı ilə istismara daxil edilib. Bundan əlavə, qazma yan lülə quyularının qazılması yüksək hasilatla istismara daxil olması, o cümlədən quyularda  MEDN istismar üsulunun tətbiqinin genişləndirilməsiBibiheybətyatağında hasilatın artmasında mühüm rol oynamışdır. Yataqda sonuncu qazılan 3483 saylı quyu gündəlik 13-15 ton neft hasilatla istismara daxil edilib.

 

Yeni quyular qazılacaq, sonra...

 

Bibiheybətyatağının tammiqyaslı istismarına 1873-cü ildən başlanıldığını söyləyən xidmət rəisinin müavini Rauf Vəliyev bildirib ki, işlənmənin əvvəlindən yataqda 3840 quyu qazılıb: “Bibiheybətyatağının köhnə yataq olmasına baxmayaraq, son 1 il ərzində aparılmış genişmiqyaslı tədbirlər sayəsində gündəlik neft hasilatı 400 tona çatdırılıb. Hasilatın artırılması üçün aparılmış irimiqyaslı işlər öz müsbət nəticəsini verir. Gələcəkdə bu istiqamətdə tədbirlərimiz davam etdiriləcək yüksək nailiyyətlər əldə etməyə çalışacağıq. Həmçinin yeni quyuların qazılması da planlaşdırılır.”

Məlumat üçün bildirək ki, hasilatın stabil saxlanması gələcəkdə artırılması üçün idarə tərəfindən tədbirlər proqramı hazırlanıb həyata keçirilməsi davam etdirilir. 2025-ci ildə NQÇİ-nin  qarşıya qoyduğu hədəflərə  çatmaq üçün qazma yan lülə quyuların qazılması davam etdirilir. Növbəti illərdə işlərin bu templə davam etdirilməsi hasilatın artırılması üçün tədbirlər proqramı hazırlanır.

 

Gənc mütəxəssis: SOCAR-da

gənclərə yüksək diqqət qayğı göstərilir

 

Rəqəmlərdən aydın görünür ki, “Bibiheybətneft yatağında hasilatın səviyyəsi yüksəkdir. Yatağın bugünkü uğurlarında orada çalışan gənc mütəxəssislərin xüsusi payı var. Onlar üçün bu fürsəti yaradan isə SOCAR-dır. Azərbaycan Prezidentinin “Biz neft kapitalını insan kapitalına çevirməliyikşüarını rəhbər tutan SOCAR insan resurslarına, gənc mütəxəssislərin hazırlanması işinə xüsusi önəm verir. Gənc mütəxəssislərə şirkətin idarə müəssisələrində xüsusi dəstək verilir onlara daha böyük uğur qazanmaları üçün şərait yaradılır.

Belə mütəxəssislərdən biri, “Bibiheybətneft” NQÇİ- sahə rəisinin müavini Emin Məmmədov bizimlə söhbətində dedi: “SOCAR-a marağım tələbəlik illərindən başlayıb. İlk olaraq SOCAR-ın tələbələr üçün təşkil etdiyi ödənişli istehsalat təcrübəsi proqramına müraciət etdim qalib oldum. “Bir sıra idarələrdə təcrübə keçəndən sonra imtahan verərək yüksək nəticə göstərib "Bibiheybətneft" NQÇİ- energetik kimi fəaliyyətə başlamışam.”

Gənc mütəxəssisin sözlərinə görə, energetika təsərrüfatı neft sənayesində böyük rola malikdir: “Neftin çıxarılması nəqlində elektrik avadanlıqları qurğuları xüsusi əhəmiyyət daşıyır. Əsas işimiz elektrik avadanlıqlarının qurğularının fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təminatını təşkil etməkdir. Neft sənayesinin inkişafı, həmçinin burada istismar olunan elektrik avadanlıqlarının inkişafına öz təsirini göstərir. Hazırda müasir tipli elektrik avadanlıqlarından istifadə olunur. Bunlar ümumi olaraq enerji sərfiyyatı qənaətinə müsbət təsir göstərir. İşlədiyim dövr ərzində SOCAR-ın gənclərə diqqət qayğısını görmüşəm. Ümumi olaraq gənclərin neft sahəsi üzrə bilik bacarıqlarını göstərdiyi təqdirdə onların inkişafı üçün əlverişli mühit yaradılır buna bariz nümunə olaraq bugünkü uğurlarımı göstərə bilərəm.  SOCAR ailəsinin üzvü olduğum gündən öz biliklərimi, bacarıqlarımı təcrübəmi artırmaq üçün əzmlə çalışıram bütün fəaliyyətim rəhbərlik tərəfindən yüksək qiymətləndirilib sahə  rəisinin müavini vəzifəsinə təyin edilmişəm”.

 

42 ilin ustası: Neftçi peşəsi

çətinliyi ilə seçilən peşələr sırasındadır

 

Neftçi peşəsini uca tutan, bu peşəyə dərindən bağlılığı ilə ad-san qazan, uzun illərdirBibiheybətneft” NQÇİ- neft qazçıxarma ustası kimi işləyən Rəhim Məmmədov da SOCAR ailəsinin üzvü kimi ənənəyə sadiq qalaraq gənclərə daim qayğı ilə yanaşır, biliyini onlarla bölüşür məsləhətlərini heç vaxt əsirgəmir: “1983-cü ildən bu sənətlə məşğulam. Operator kimi işə başlamışam. Sonralar rəhbərlik tərəfindən fəaliyyətim qiymətləndirilərək usta vəzifəsinə təyin olunmuşam. 42 ildir usta vəzifəsində çalışıram. Öz biliklərimiz çoxillik təcrübələrimizi gənclərin peşəkar neftçi kimi formalaşması üçün əsirgəmirik. Hasilat sahəsində qarşımızda qoyulan plan tapşırıqları yerinə yetiririk. Neftçi peşəsi ümumiyyətlə çətinliyi ilə seçilən peşələrdən olsa da, hava şəraiti işlərimizi daha da çətinləşdirir. İşimizin sənətkarıyıq. Təəssüf ki, övladlarımın heç biri mənim yolumu davam etdirmir. Ümid edirəm ki, nəvələrim mənim peşəmin davamçıları olarlar. Gənc neftçilərə tövsiyəm odur ki, peşələrini sevsinlər. Əgər peşəni sevsən hər bir məqsədə nail ola bilərsən. Neftçi peşəsi mənim üçün ən şərəfli işdir. 42 ildir öz peşəmdə həvəslə çalışıram.”

Neftlə çirklənmiş ərazilərin yaşıl siması

Bu gün nəinki Azərbaycanın, dünya neft sənayesinin beşiyi sayılanBibiheybətyatağında neft-qaz hasilatı ilə yanaşı, yaşıllaşdırma abadlıq işləri davam edir. “Bibiheybətneft” NQÇİ tərəfindən yataqda 2006-cı ildən etibarən mühüm ekoloji layihələr həyata keçirilməkdədir. Belə ki, hələ sovetlər dönəmindən miras qalmış neftlə çirklənmiş ərazilərdə daxili imkanlar hesabına podratçı təşkilatlar cəlb edilməklə 320 hektar mədən ərazisində rekultivasiya torpaqların bərpası işləri həyata keçirilib.

Hər il yaz-payız aylarında ənənəvi iməciliklər zamanı bərpa edilmiş mədən ərazilərdə, eləcə sahələrin, inzibati binaların ətrafında müxtəlif növ ağac, gül kolları əkilib, həmçinin mütəmadi olaraq yaşıllaşdırma sahələrində ağaclara aqrotexniki qulluq göstərilir. Məlumat üçün bildirək ki, hazırdaBibiheybətneft” NQÇİ-nin sahələrində 90 minə yaxın ağac gül kolu mövcuddur.

 

Orxan Vahidoğlu,

Yaqut Aslanova

 

İki sahil.- 2025.- 13 may, ¹80.- S.6.