Azərbaycan nefti İkinci
Dünya müharibəsi illərində
Qələbə-80
(II hissə)
1942
1942-ci ilin mayında
başlayan Almaniya hücumu əvvəlcə
uğurla inkişaf etdi, ordu artıq
Volqaya və Şimali Qafqaz neft mədənlərinə
çatmışdı. Bakıdan
cəbhəyə, sənaye
mərkəzlərinə neft
və neft məhsullarının daşındığı
dəmir yolları, su yolları kəsilmişdi. Bakı-Batumi
neft kəmər sökülüb Volqaboyuna
göndərilmişdi. Almanlar
isə Qafqazın Astanasında idilər. Bakıda hasil olunan nefti göndərməyə
yol demək olar ki mümkünsüz
idi. Bütün çənlər
və yeraltı anbarlar dolu idi,
yeni quyuların qazılması, mövcud işlək quyuların isə konservləşdirilməsi
lazım gəlirdi.
Müharibənin ilk illərində təhlükənin pik həddində Xəzər
dəniz gəmiçiliyi
yük dövriyyəsinə
görə SSRİ-də
birinci yerdə idi. Xəzər dənizinin əhəmiyyətini
müəyyənləşdirən başlıca yük neft və neft
məhsulları idi. Yüklər Bakıdan Həştərxana (Astraxan),
oradan isə Volqa çayı ilə SSRİ-nin müxtəlif şəhərlərinə
daşınırdı. Dənizlə
daşınan neftin ümumi miqdarının
90 faizi Bakı limanının payına düşürdü. 1942 -ci
ildə Xəzərdə
ilk dəfə Bakıdan Krasnovodska (indiki Türkmənbaşı)
neft və neft məhsulları ilə dolu dəmiryol
sisternləri və neft çənləri üzməklə aparılmışdır.
Müharibə illərində
Xəzər dənizçiləri
cəbhəyə 50 milyon
ton neft və neft məhsulları,
eləcə də benzin, solyar, kerosin, dizel, motor nefti, mazut
və s. daşıdılar.
Ancaq düşmən
aviasiyasının hücumları
nəticəsində 1942-1944-cü illərdə Xəzər
donanması 32 gəmisini
itirdi.
Cəbhənin neftlə təmin olunmasında Azərbaycan dəmiryolçularının da
xidmətləri böyük
olub. 1941-1945-ci illərdə
Bakı dəmiryolçuları
cəbhəyə və
xalq təsərrüfatının
ehtiyacları üçün
1 milyon 600 min vaqon, o cümlədən
500 min sisterni neft məhsulları göndərib.
1941-ci ildə olan neft hasilatındakı
səviyyə aşağı
düşürdü. Səbəb
sadə idi – bir çox neftçi kadrlar cəbhəyə yollanmışdı,
yeni quyular qazılmırdı, istismar
quyu fondu kəskin azalmışdı,
neft maşınqayırma
müəssisələri təyinatını
dəyişərək silah
istehsal edirdi, bir çoxu isə neft hasilatı
və kəşfiyyatı
işlərinə cəlb
olunmaq üçün SSRİ-nin şərq regionlarına yola salınmışdı. Həmin
il Azərneftkombinat orduya 161 traktor, 1155 avtomaşın vermişdi.
Hitler Azərbaycanı
tək neftinə görə deyil, həm də onun mühüm coğrafi məkanına görə əhəmiyyətli
hesab edirdi. Hitler Azərbaycanı tutmaqla böyük neft yataqları olan İran və İraqa çıxış
əldə etməyə
can atırdı.
1942-ci il iyul
ayının 1-də Stalin
məşhur həmyerlimiz,
o vaxt Yanacaq sənayesi xalq komissarlığının müavini
olan Nikolay Konstantinoviç Baybakovu yanına çağırıb
demişdi: “Siz Qafqaza gedirsiniz və yerli neft
mədənlərini minalayırsınız.
Əgər Hitlerə
bircə ton da olsa, neft
saxlasanız, sizi mən özüm güllələyəcəyəm. Yox, əgər Hitler gedib Qafqaza
çatmasa, siz neft mədənlərini vaxtından əvvəl partlatmış olsanız,
onda biz yenə də sizi güllələyəcəyik”.
Cavan, 30 yaşını
təzəcə adlamış
nazir müavini özündə güc, cəsarət tapıb söyləmişdi: “Yoldaş
Stalin, siz mənə heç seçim yolu saxlamırsınız”. Təcili
Bakıya yola düşən Nikolay Baybakovun qarşısında
duran vəzifə belə idi: düşmənə bir damla da neft
verməmək!
Hitler Bakını
işğal etməyi
hər şeydən vacib sayırdı. O bilirdi ki, Qafqaz
neftini ələ keçirmədən müharibəni
udmaq mümkün deyil.
1942-ci ilin sentyabrın
16-da Dövlət Müdafiə
Komitəsi Bakının
müdafiəsi haqqında
qərar qəbul edir. Komitə Mahaçqalada, Dərbənddə
və Bakıda müdafiə xəttinin tikilməsinə qərar verir. Bakı müdafiə xətti Nasosnıdan Səngəçaldan
keçirdi. Baş Komandanlıq 1942-ci il sentyabrın 24-də Cənubi
Qafqaz Respublikalarında
hərbi vəziyyət
elan edir. Bakı müdafiə zonası yaradılır, istehkamlar quraşdırılır.
Hasil olunan
neftin boru kəmərləri ilə
Qara şəhərdəki
neftayırma zavodlarına
ötürülməsi və
benzin alındıqdan
sonra qalıq məhsulların yenidən
laylara vurulması qərara alınır. Bu təklif fantastikaya bənzəsə
də, sınaqdan keçir. Belə ki, xüsusi neft quyusu ayrıldı,
məhsulu laylarda saxlamaq üçün həmin quyuya yarım milyon ton qalıq məhsul vuruldu – benzinsiz neft... Müharibədən sonra həmin quyu yenidən işlənməyə
cəlb olundu və neft alınmağa
başlandı.
Bakıda təxliyyə
işlərinə başlanıldı.
1942-ci ilin payızına
kimi 764 quyu basdırıldı və
ləğvinə hazırlandı.
Qazma avadanlıqlarının
81 dəsti işçilərlə
birlikdə Türkmənistana
göndərildi. Bu faktı xüsusilə qeyd etmək lazımdır ki,
1943-cü ilədək Azərbaycan
neft sənayesi heç bir yeni avadanlıq alınmadan işlədi.
1942-ci ilin oktyabrında
təxminən 11 min neft mütəxəssisi və böyük mqdarda neft avadanlıqları
Bakıdan Tatarıstana,
Başqırdıstana, eləcə
də Rusiyanın digər regionlarına göndərildi ki, həmin ərazilərdə
neft tapsınlar.
Qazma təşkilatlarının
şərq rayonlarına
köçürülməsi ilə əlaqədar olaraq 1942-ci ildə qazma təşkilatlarında
işçilərin sayı
1940-cı illə müqayisədə,
demək olar ki, 70% azalmışdı.
Ən qəribəsi də o oldu ki, Qələbədən
sonra Bakıya heç nə qaytarılmadı!
Hökumət SSRİ-nin şərq rayonlarında neft sənayesinin inkişafına
xüsusi önəm verirdi. Qısa müddətdə “İkinci
Bakı” adını almış rayonlarda – Başqırdıstanda, Permdə,
Kuybışevdə, Orta
Asiya və Qazaxıstanda yeni neft mədənləri, neftayırma zavodları yaratmaq, Qərb regionlarındakı fəaliyyətini
dayandırmış neft
rayonlarının yerini
doldurmaq qərarı verildi.
Ancaq Bakı
köhnə quyuları
bərpa edərək
bütün çətnliklərə
baxmayaraq cəbhəyə
neft verirdi. Bu mühüm məsələnin həllində
yataqların geoloji xidmətləri aparıcı
yerlərdən birini tutur, fəaliyyətsiz fonddan quyular istismara daxil edilirdi. Müharibə illərində bu fond ümumi istismar fondunun təxminən yarısını
(müharibənin son iki ilində isə daha çoxunu)
təşkil edirdi.
1941-ci ildə fəaliyyətsiz
fonddan 627 quyu istismara daxil edildiyi halda, 1942-ci ildə bu göstərici
1050 quyu idi. Bu quyulardan
1942-ci ildə 2 milyon
850,2 min ton neft hasil edilmişdi. Həmin il,
1942-ci ildə Balaxanı-
Sabunu-Ramana, Bibiheybət,
Qala, Lökbatan kimi yataqların hesabına Azərbaycan
15,7 milyon ton hasil etmişdi. Bu da SSRİ-də
hasil olunan ümumi 21,9 milyon ton neftin 72 faizi demək idi.
1942-ci ilin noyabr ayında
belə Bakının
Almaniya təyarələri
tərəfindən bombalanma
ehtimalı qalırdı.
Belə ki, 1942-ci il noyabrın
10-da iclasda Azərbaycan
rəhbəri Mircəfər Bağırov
bildirir ki, Hitler Bakını
tutmaq ümidini itirdiyindən buranı bombalamağa cəhd edəcəyi ehtimalı böyükdür.
Ancaq sonrakı hadisələr göstərdi ki, Bakını
tutmaq almanlara nəsib olmadı, üstəlik, faşist Almaniyası Bakı neftində boğuldu. Yanacaqsız qalan almanların tank qoşun birləşmələri Qafqaz
dağlarının ətəyindəcə
dayanmağa məcbur oldu. Bakının neft yataqları isə son anda partladılmadı.
1942-ci ildə Stalinqrad döyüşü zamanı
əldə olunmuş
qələbədən sonra
Bakı ətrafında
təhlükə sovuşdu,
cəbhə xətti getdkikcə uzaqlaşdı.
Artıq 1942-ci ilin dekabrında Dövlət Müdafiə Komitəsi Bakının neft mədənlərində qazma
işlərinə başlanılması
barədə qərar
verdi.
Həmin
il SSRİ-də ilk dəfə
olaraq AzNTİ-nin təklif etdiyi (boruların bir-birinə qaynaq edilməklə birləşdirilməsi) texnologiyaya
əsaslanaraq, Bakıda,
Kirovneft (indiki “Binəqədioyl”) trestində
qoruyucu kəmərlərin
quyuya endirilməsi həyata keçirildi. Sonralar bu təcrübə
Sovet İttifaqının
bütün neft rayonlarında geniş sürətdə yayıldı.
Azərbaycan xalqı öz nefti ilə yanaşı, öz elmi potensialı ilə də Böyük Vətən müharibəsində Qələbənin
əldə edilməsinə
sanballı töhfələr
verib. Həmin ərəfədə görkəmli
kimyaçı alim Yusif Məmmədəliyevin
başçılığı altında bir qrup elm adamı
28 gün ərzində
laboratoriya binasından
kənara çıxmadı,
gərgin elmi axtarış apararaq nəticədə
100 oktanlı yüksək
keyfiyyətli aviasiya yanacağının texnologiyasını
işləyib hazırlamışlar.
Bu texnologiyanın
tətbqi aviasiya üçün yanacaq və yağların buraxılmasını 30 faiz
artırmağa imkan vermişdi. Alimlərin və istehsalçıların birgə
işi nəticəsində
Bakıda yeni neft-kimya və kimya müəssisələri
Yusif Məmmədəliyevin
ideyası əsasında
yüksək oktanlı
alkilbenzol işlənildi
və onun tərkib hissəsini istehsal edən yeni zavodun tikintisinə
başlanıldı. Bu
zavod qazlı benzin və yüksək oktanlı təyyarə yanacağı
istehsal edirdi. Onun dəyəri 12 milyon rubl idi.
Bundan başqa, Yusif
Məmmədəliyevin rəhbərliyi
partlayıcı maddələrin
əldə edilməsi
üçün toluolun
yeni sənaye üsulu işlənərək
sənayeyə tətbiq
edilmişdir. Bu
1941-1945-ci illər müharibə
dövrü SSRİ-nin
müdafiə sənayesinə
edilmiş böyük
töhfə idi. Ümumiyyətlə, Yusif
Məmmədəliyev öz
təcrübələrini indiki
Keşlə qəsəbəsində
tikintisi başa çatmamış qazolin
zavodunun binasında aparırdı. Yusif Məmmədliyev böyük
xidmətlərinə görə
1941-ci ildə Lenin ordeni təltif edilmiş, 1945-ci ildə Dövlət Mükafatı
laureatı adına layiq görülmüşdü.
Bu, Azərbaycan neft elminin uğuru
idi.
Azərbaycan alimləri tank əleyhinə yandırıcı
butulkalar üçün
ampulanın tərkibini
işləyib hazırladılar
və uğurla sınaqdan keçirdilər. Bu döyüş vasitələrinin
hazırlanmasında neft,
kerosin və benzin kimi tezalışan
məhsullardan istifadə
olunurdu.
Ümumilikdə, alimlərimiz Rüstəm
İsmayılov, Murtuza
Nağıyev, İzzət
Orucova, Şıxbala Əliyev həmin dövrdə 100 növ neft-kimya məhsullarının,
o cümlədən, 38 növ
sürtkü yağının,
9 adda təyyarə benzininin, 8 növ dizel yağının istehsalını təşkil
edə bildilər. Əliəşrəf Əlizadə,
Sabit Orucov, Süleyman Vəzirov, Musa Əliyev, Əhəd Yaqubov, Baba Babazadə kimi alimləri sayəsində isə Azərbaycan neft sənayesi hasilatın artırılmasında böyük
uğurlar əldə
etdi.
1942 -ci ildə ”Abşeron
yarimadasının qərb
hissəsinin palçıq
vulkanları və onların neft-qazlılıqla
əlaqəsi” elmi işinə görə geoloq-alim Əhəd Yaqubov SSRİ Dövlət mükafatına
(o vaxtlar Stalin mükafatı adlanırdı)
layiq görülmüşdür.
Vüqar Həsənov
araşdırmaçı-jurnalist
İki
sahil.- 2025.- 16 may, ¹83.- S.6.